Zaur Saleh oğlu Kərimov (2 fevral 1996, Atakişili, Kürdəmir rayonu – 27 oktyabr 2020, Qubadlı) — Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Zaur Kərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 fevral 1996(1996-02-02) |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 2020(2020-10-27) (24 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | + |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Gizir |
Vəzifəsi | kəşfiyyatçı, snayper |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Zaur Kərimov 2 fevral 1996-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuşdur.[1] Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır.
Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra Bərdədə hərbi kurs keçmişdir. Hərbi kursu bitirən Zaur yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur və Xüsusi Təyinatlı Qüvvələrdə əsgər olaraq xidmətinə davam edir.[2]
Azərbaycan Ordusunun əsgəri olan Zaur Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Kərimov 28 oktyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Çanaqçı-Şuşa istiqamətində ağır döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 28 oktyabrda Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunmuşdur.