Sinonimi yazmaq feili olub. M.Kaşğaridə “Ər dügün yazdı” cümləsi “kişi düyünü açdı” mənasında işlədilib. Yazılmaq sözü ruscaya “быть развязанным” kimi tərcümə edilib. Məncə, açmaq feili həmin yazmaq kəlməsinin dəyişmiş formasıdır. Elə yaz (bahar) sözü də təbiətin oyanması, çiçəklərin açılması ilə bağlıdır. Yaz (bahar), yaşıl sözləri ilə qohumdur, ikinci sözdəki (yaşıl) -ıl şəkilçisi məhz feilə artırılıb, sonra söz substantivləşib. “Nəmli” mənasında yaşıq kəlməsi də mənbələrdə öz əksini tapıb. Yaz və yaşıl eyni kökə malik sözlərdir.
Güllə açıldı, atəş açıldı kimi cümlələrdə aç sözünün əsli atmaq feili ilə bağlıdır. İndi həm aç, həm də at paralel işlədilir: güllə at, atəş aç və s. Beşatılan və beşaçılan sözləri paralel işlədilir. Tarixi baxımdan atmaq feili açmaq felindən qədimdir və ikinci söz birincinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)