Üzünə ağ olmaq, ağ yalan kimi ifadələrdə ağ sözü “yuxarı” anlamını əks etdirir: ağ eləmək “normadan yuxarı qalxmaq”dır. Ağa sözü də ağ (yuxarı) mənası ilə əlaqədardır: “yuxarı təbəqədən olan”, ümumiyyətlə, “böyük” deməkdir. Ağabacı, Ağanənə, Ağadayı, Ağəli tipli sözlərdə də ağ(ağa), “böyük” mənasını verir. Başqa yozum da mümkündür: ağ ərəbcə “tabe olmayan” deməkdir. İfadə bununla da bağlı ola bilər.