AŞIQ-AŞIQ

сущ. некшуь-некшуь (некшуьйралди къугъвадай аялрин къугъун).
AŞIQ²
AŞIQBOYLU
OBASTAN VİKİ
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Ağ Aşıq
Ağ Aşıq Allahverdi (1754 - 1860) — Aşıq Alının ustadı, aşıq, şair. Ağ Aşıq (? - ?) — Naxçıvanlı Ağ Aşıq. Ağ Aşıq (1930 - 1995) — Sədərəkli Aşıq Yusif.
Aşıq Abbas
Aşıq Abbas Tufarqanlı
Aşıq Abbasqulu
Aşıq abbasqulu (1850, Abdalgülablı[d], Şuşa qəzası – 1932, Abdalgülablı[d], Ağdam rayonu) — XIX-XX əsrlər Azərbaycan aşığı. == Həyatı və yaradıcılığı == Aşıq Abbasqulu təxminən 1850-ci ildə Qarabağın səfalı guşələrindən olan Gülablı kəndində anadan olmuşdur. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Aşıq Abbasqulu Aşıq Ələsgər kimi heç bir təhsili olmasa da, çox gəzmiş, məclislərdə, el şənliklərində olmuş, aşıqların çalıb-çağırmasını dinləmiş, mahnılarını öyrənmişdir. Həmin dövrdə Qarabağ məclislərində, xüsusilə kənd toy-düyünlərində Gülablı aşıqları iştirak edərdilər. Abbasqulunun da uşaqlıqdan aşıqlığa meyli vardı və bunu nəzərə alan atası onu məşhur neyçalan aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, əvvəlcə Nəcəfqulunun dəstəsində qoşanağara çalır, sonra bir müddət dəmkeşlik edir. Lakin Abbasqulunun arzusu saz çalmaq, el aşığı olmaq idi. Buna görə də o, tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Aşıq Həsənin dəstəsinə qoşulur.
Aşıq Abbasəli
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aşıq İxtiyar
Aşıq İxtiyar — Naxçıvan aşıqlarından və sazbəndlərindən biridir. == Aşığın həyat və yaradıcılığı == Seyidov İxtiyar Mircəfər oğlu tanınmış Naxçıvanın aşıqlarından və sazəndələrindəndir. O, uzun müddət Naxçıvan Aşıqlar Birliyinin sədri olmuşdur. Aşıq İxtiyar 18 dekabr 1966-cı ildə Naxçıvanın Şahbuz rayonunun Kükü kəndində ziyalı iləsində doğulmuşdur. Orta məktəbdə oxuduğu illərdə saz sənətinə xüsusi həvəs göstərmiş, bu həvəs onu musiqi alətləri düzəltməyə, onların tarixi ilə maraqlanmağa sövq etmişdir. Aşıq İxtiyar 1984-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, 1987-ci ildə hərbi xidmətini bitirmişdir. Daha sonra Naxçıvan Politexnik Texnikumuna daxil olmuş, 1989-cu ildə texnikumu bitirmişdir. Aşıq İxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra saz aləti düzəltməklə məşğul olmuş və Naxçıvan MR Estetik Tərbiyə Mərkəzində saz ixtisası üzrə müəllim işləmişdir. Bu illərdə Aşıq İxtiyar qədim musiqi alətləri düzəltmək sahəsində mükəmməl sənətkar kimi tanınmış və Naxçıvanda onun “Əl işlərinin sərgisi” təşkil edilmişdir. Qədim musiqi alətləri, o cümlədən saz aləti düzəltmək sahəsindıki bacarıq və istedadına görə Aşıq İxtiyar mükafata layiq görülmüşdür.
Aşıq Şahsuvar
Aşıq Şahsuvar (1927, Yarpızlı, Yeni Bəyazid qəzası – 1996, Daşbulaq, Gədəbəy rayonu) – aşıq. == Həyatı == Aşıq Şahsuvar Eyyub oğlu Fərzəliyev 1927-ci ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. 1948–1953-cü illərdə başqa göyçəlilər kimi o da departasiyaya uğrayıb və gəlib Gədəbəy rayonunun Söyüdlü kəndində məskunlaşıb, bir il orada yaşayandan sonra Əli-İsmayıl kəndinə köçüblər, orada da iki il qaldıqdan sonra Hərel-İsa, indiki Daşbulaq kəndinə köçüblər və düz ömrünün sonuna kimi, yəni 1996-cı ilə qədər həmin kənddə yaşayıb. Aşıq Şahsuvar Eyyub oğlu gözəl yaddaşa və gözəl danışıq qabiliyyətinə malik olub, atası Eyyub kimi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi Göyçədə ən gözəl balaban icraçısı olub. Aşıq Şahsuvar bütün Aşıq havalarını özünəməxsus ifa edərdi, onun Göyçə gülü, Yanıq Kərəm cığalı təcnis, dodaqdəyməz, müxəmməs kimi aşıq el havalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar aşıq dastanlarını elə gözəl ifa edərdi ki, məclisdə bir nəfər belə səs çıxarmazdı. O, Xəstə Qasım, Tufarqanlı Abbas, Şah İsmayıl və başqalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar Aşıq Ələsgərin vurğunu idi. Ustadı Aşıq Oruc olmuşdur.
Aşıq Şakir
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir. Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur. Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi.
Aşıq Şenlik
Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır – 1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq == Həyatı == İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. == Ailəsi == Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır. == Fəaliyyəti == Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur.
Aşıq Şirin
AŞIQ ŞİRİN - ustad aşıq == Həyatı == 1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur. Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur.
Aşıq Şivğa
Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძე – Luka Beridze; 1838 və ya 1860, Gürcüstan – 1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıq–şairi. == Həyatı == Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir. Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir. Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir. Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir. Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır. Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Aşıq Əhliman
Aşıq Əhliman (9 mart 1955, Bərgüşad, Ucar rayonu) — aşıq. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007) == Həyatı == Əhliman Rəhim oğlu Rəhimov 9 mart 1955-ci ildə Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan şeir, sənət və ustadlar haqqında söhbətlərə saatlarla qulaq asmaqdan doymazdı. Ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Məhəmmədağa çalıb-oxuyurdusa, Əhliman özünü o məclisə yetirirdi. Ustad sənətçilərin söylədikləri sirli-sehrli nağıl və dastanları yaddaşına köçürməyə çalışar, saz havasını nəfəs kimi udardı. Əhlimanın duyğuları böyük Füzulinin ustad hesab etdiyi Həbibinin doğulduğu Bərgüşad kəndinin gözəl təbiətindən qidalanıb. Şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhliman Rəhimovun sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər… hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir.
Aşıq Əhməd
Aşıq Əhməd (XIX əsr, Güvəndik) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.
Aşıq Əkbər
Aşıq Əkbər Cəfərov (1933, Tovuz rayonu – 24 avqust 1990) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub. Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır. Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.
Aşıq Əli
Aşıq Əli İmamquliyev
Aşıq Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycan türkü olan aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Aşıq Əmrah
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Aşıq Əsəd
Aşıq Əsəd (Rzayev Əsəd Əhməd oğlu; 1874, Böyük Qaraqoyunlu, Yeni Bəyazid qəzası – 27 aprel 1951, Tovuz) — ustad aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır.
Ozan (aşıq)
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. == Qarabağ mədəniyyətində ozan == Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Sarı Aşıq
Sarı Aşıq (XVI əsr, Laçın rayonu – XVII əsr, Güləbird) — bayatı ustadı. == Həyatı == XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı.
Aşıq Bəhmən
Aşıq Bəhmən Göyçəli (1901–1976) — ustad aşıq, şair. Aşıq Bəhmən Ardanışlı (1960) — Azərbaycan aşığı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
Aşıq Ağayar
Aşıq Ağayar (Ağayar Xəlil oğlu Xəlilov; 1880, Zod, Yeni Bəyazid qəzası – 1978) — Göyçə aşığı. == Həyatı == Zodlu Ağayar 1880-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. O Aşıq Ələsgərin son şəyirdlərindən olaraq onun bütün yaradıcılığını mənimsəyib. Özünə məxsus oxu tərzi və şirin danışığı ilə seçilən Aşıq Ağayar dastanlarımızın bilicisi və mahir ifaçı kimi də böyük şöhrət qazanmışdır. 1964-cü ildə oğlu Hüseyn vəfat etdikdən sonra bir daha əlinə saz almamışdır. Sinəsi söz kürəsi olan Aşıq Ağayar özü də şeirlər yazıb. Onun üç şəyirdi olub: Qənbər, Şahkərəm və Pənah. Aşıq Ağayar 1978-ci ildə vəfat edib.
Aşıq Camal
Aşıq Camal (1850, Baş Göynük – 1907, Zəyəm, Qax rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Camal Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Daha sonra Qax rayonunun Zəyəm kəndində yaşayıb. Aşıq Camal el sənətkarı olmuş, aşıq şeirinin müxtəlif janrlarında şeirlər yazmışdır. Zəyəm kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Bəsti Səfərqızı aşığın ədəbi irsindən xeyli nümunələr və onun yaratdığı "Şahbaz və Camalşah" dastanından müəyyən parçaları toplaya bilib. Aşığın əldə olan şeirləri onun yaradıcılıq potensialının genişliyindən və zənginliyindən xəbər verir. Aşıq Camal 1907-ci ildə 77 yaşında vəfat etmişdir.

Digər lüğətlərdə