Bütün xörəklərin ümumi adı olub. İndi məna daralıb, söz, əsasən, “plov” mə­na­sında işlədilir. Amma aşpaz, qatıqaşı, aşxana, ayranaşı kimi sözlərdə qədim məna qalmaqdadır (qatıqaşı heç də “plov”demək deyil. Aşpaz heç də təkcə plov bişirməklə məhdudlaşmır və s.) Nə tökərsən aşına... deyimi də sözünün qədim mənası ilə bağlıdır. Müasir tatar dilində sözü qədim mənasını saxlaya bilib: aşamlıq (пища), aşarqa (кушать), aşatırqa (кормить), aşqazanı (mədə, qursaq), tamır azıq (kökü yeyilən, kökü meyvəli), aşyaylıq (süfrə) kimi kəlmələr bunu sübut edir. Türk dillərinin bəzilərində qazan əvəzinə aşac işlədilir. Aş sözü rus dilinə də keçib, onlarda ашать məsdəri var, “кушать” deməkdir. Türkmənlər yazırlar: “Aş iyilən (yeyilən) naxorların (xörəklərin) ümumi adıdır”. Qabaq bizdə də bu mənada işlədilib. Biliyi, dərini aşılamaq birləşməsindəki aşıla sözü də yedirtmək anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ASUDƏ
AŞAĞI
OBASTAN VİKİ
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər".
Solomon Aş
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Aş-Şamiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.
Gədik aşırımı
Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.
Gədəbəy Aşıq Musiqisi Məktəbi
Gədəbəy Aşıq Məktəbi — Azərbaycanda ilk dəfə yaradılan Gədəbəy rayonunda fəaliyyət göstərən aşıq məktəbi. 30 daimi iş yerinin açılacağı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnəcəkdir. Məktəb binasının tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri də aşıq və saz sənətini YUNESKO səviyyəsinə çıxarmaqdır. == Tarixi == Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Musiqisi Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirəcəkdir. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdır. Tikinti işləri 2013-cü ilin iyununda başa çatdırılmışdır. Musiqi məktəbində inşaat işləri "Lider Monolit" şirkəti tərəfindən həyata keçirilmişdir. == Məktəbin açılışı == Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olmuşdur.
Haqq aşığı (film, 2021)
Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur. == Məzmun == Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgəri danışmışlar. == Haqqında == Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub. Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur. ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Hisəqarşı aşqarlar
Hisəqarşı aşqarlar avtomobillərdə katalitik neytrallaşdırıcıların qarşısında və ya bilavasitə çıxış traktında yerləşdirilmiş his filtrlərinin tutulması sürətini azaltmaq üçün nəzərdə tutulmuşdur. == Ümumi məlumat == İstənilən his filtri 200-500 km-dən sonra keçiricilik qabiliyyətini itirir və regenerasiya olunmasını tələb edir. Regenerasiya üçün filtri hisin yanmağa başlaması üçün lazım olan 550-600°С temperaturadək qızdıran xüsusi qızdırıcı elementlər işlənilmişdir. Lakin regenerasiya prosesi zamanı temperatur 1400°С-dək çatır və filtrin məsamələri bir-birinə birləşir. Bu da effektliliyə mənfi təsir göstərir. Aşqarın olması hisin yavaş-yavaş yanmasını təmin edir, bununla da dövri regenerasiyalar zamanı həddən artıq qızma təhlükəsinin qarşısını alır. Bəzən metaldan aşqar kimi istifadə etməyərək onu filtrin səthinə yerləşdirirlər. Mühərrik normal işlədikdə bu üsul aşqarın yanacağa əlavə edilməsi effektini verir. Lakin, katalitik örtük yanacaqda olan kükürdlə yavaş-yavaş zəhərlənir. Bundan əlavə, əgər mühərrik uzun müddət boş-boşuna və az güclə işləyirsə, katalitik örtük toplanmış hisin yanmasını təmin etmir.
Hüseynabad (Aşağı Tarım)
Hüseynabad (fars. حسین‌آباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 222 nəfər yaşayır (72 ailə).
Həsənabad (Aşağı Tarım)
Həsənabad (fars. حسن‌آباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 132 nəfər (42 ailə) yaşayır.
Həzrəməscid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
II Aşşurnasirpal
II Aşşurnasirpal (II Aşşur-nasir-apal, Aşşurnazirpal) — Assuriya şahı, təxminən eramızdan əvvəl 884-859-cu illərdə hakimiyyətdə olmuşdur. II Tukulti-Ninurta-nın oğlu olan Aşşur-nasir-apal görkəmli sərkərdə və diplomat idi. Öz məqsədlərinə nail olmaq üçün o ən qəddar vasitələrə belə əl atmaqdan çəkinmirdi.
Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı. == Nəqliyyat == Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
Kürdü (aşıq havası)
Kürdü — aşıq havası. Lirik xarakterlidir. Poetik mətni ayaqlı qoşma olan Kürdü yarıreçitativ şəkildə oxunur. Kürdünün melodiyası şur məqamındadır. Sazda qaraçı kökündə ifa olunur.
Kəngavər (Aşağı Tarım)
Kəngəvər (fars. کنگاور‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 45 nəfər yaşayır (17 ailə).
Macar (Aşağı Tarım)
Macar (fars. ماجار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin Niyərik qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 67 nəfər yaşayır (19 ailə).
Mamison aşırımı
Mamison aşırımı (oset. Мамысоны æфцæг; gürc. მამისონის უღელტეხილი) — Böyük Qafqazın qərb hissəsindəki Baş Qafqaz silsiləsindən keçən hündürlüyü 2911 m (digər mənbələrə görə 2819 m) olan aşırım. Gürcüstan (Cənubi Osetiya) və Rusiya sərhədlərinin qovşağında olan keçid Mamikdon çayı vadisindən Çançaxı çayı vadisinə aparır. Tarixi Osetiya Hərbi Yolu Gürcüstan (Kutaisi) ilə Rusiyanı (Karcin) birləşdirən keçiddən keçir. Sərhəd keçidi hazırda bağlıdır və yol istifadədə deyil. == Tarix == Böyük Vətən müharibəsi illərində keçid mühüm rol oynamış və 1942-ci ilin iyunundan 1942 -ci il avqustun 15-dək olan dövrdə 46-cı Ordu qüvvələrinin bir hissəsi şimaldan Baş Qafqaz silsiləsindən - Mamison keçidini əhatə edərək müdafiəni təşkil edirdi. 10 iyun 2009-cu ilədək Gürcüstan sərhədçiləri Cənubi Osetiyadan keçid üzərində nəzarəti həyata keçirirdilər. Onların Çançaxi çayının vadisinə geri çəkilmədən sonra Rusiya və Cənubi Osetiya sərhədçiləri ərazini nəzarətə götürür, nəticədə bütün keçid faktiki olaraq Cənubi Osetiyanın nəzarətinə keçir. 2009-cu ilin iyun ayının əvvəlində partladılmış Nikolaevski körpüsünün bərpasından sonra, məlumat gəlir ki, Gürcüstan yenidən Çançaxi çayı boyunca yerləşən Hərbi-Osetiya yolunun bir hissəsinə nəzarəti ələ keçirir.
Maulen Aşimbayev
Maulen Aşimbayev (rus. Маулен Сагатханович Ашимбаев; qaz. Мәулен Сағатханұлы Әшімбаев; 28 yanvar 1971, Almatı) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri (4 May 2020-ci il tarixdən). == Həyatı == === Təhsili === 1988-1993 - Əl-Farabi Qazaxıstan Milli Universiteti, iqtisadçı , siyasi iqtisad müəllimi. 2001 - Siyasi Elmlər Namizədi (dissertasiya mövzusu: "Qlobal demokratikləşmə prosesləri kontekstində Qazaxıstandakı siyasi tranzit"). 2003 — Con Hopkins Universiteti (ABŞ), Advanced International Studies School (SAIS) (İngilis dili) Rus dili, elmi staj. 2015-2016 — Tafts Universiteti, Fletçer Hüquq və Diplomatiya Fakültəsi, Beynəlxalq Münasibətlər üzrə magistr. == Fəaliyyəti == === Qanunverici fəaliyyəti === Beynəlxalq müqavilələrin bağlanması prosesinin sistemləşdirilməsinə və planlaşdırılmasına yönəlmiş "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına Qazaxıstan Respublikasının beynəlxalq müqavilələri ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununun təşəbbüskarlarından və inkişaf etdiricilərindən biri olmuşdur. "İnformasiya əldə etmək haqqında" Qazaxıstan Respublikası Qanununun və "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarında məlumat əldə etmə ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununun əsas təşəbbüskarlarından və inkişaf etdiricilərindən biridir. Bu qanunlar vətəndaşların məlumat almaq hüquqlarının həyata keçirilməsi mexanizmlərini birləşdirir və dövlət orqanlarının ölkə vətəndaşları qarşısında məsuliyyətinin artırılmasına kömək edir.
Milli futbol komandalarının ən yüksək-ən aşağı FİFA reytinqi
== Milli futbol komandaların ən yüksək-ən aşağı FİFA reytinqi (1993-2024) ==
Mirzə Mustafa Aştiyani
Mirzə Mustafa İftixarülüləma Aştiyani (1866-1909)—İslam alimi, Məşrutə hərəkatının üzvü. == Həyatı == Mirzə Mustafa ibn Mirzə Məhəmmədhüseyn 1866-cı ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Atası ünlü müctəhid idi.Tənbəki üsyanında iştirak etmişdi. Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Haman bu fitvayi-şeytaniyyənin nəticəsi olmuşdur ki, Mirzə Müstafa İftixarülüləma 3 nəfər yoldaşları ilə bərabər Şahəbdüzəlimdə mütəhəssin olduqları halda öldürülmüşlərdir. Məlum olunmuşdur ki, qatillər Topxana fəqərsindəki cinayətləri ilə məşhur olan Hüseyn Abdin Kamal kor və Nəqibin oğlu Səni Həzrət olmuşlardır ki, şah və şeyxin əmr və təsviyyələrinə müvafiq icrayi-fəsad eyləmişlərdir". Mirzə Mustafa İftixarülüləma 1909-cu ildə öldürülüb. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Mirzə Yusif xan Aştiyani
Mirzə Yusif xan Hacı Mirzə Hüseyn xan oğlu Aştyani (1813-1887) — İranın baş naziri. == Həyatı == Mirzə Yusif xan Mustovfi əl-Məmalik ləqəbini daşıyırdı. Mirzə Yusif xan Aştiyani əvvəlcə 1873-1880-ci illərdə, sonra 1885-1887-ci illərdə Qacarlar dövlətinin sədr-əzəmi (baş naziri) olub. == Ailəsi == Mirzə Yusif xanın Həsən xan adlı oğlu vardı.
Miçio Aşikaqa
Miçio Aşikaqa (d. 22 may 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Murad Aşurlı
Murad Aşurlı — azərbaycanlı alpinist. 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir. == Həyatı == Murad Aşurlı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-yə köçüb. O, son illər ABŞ-də aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı. 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib. == Vəfatı == Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb. Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb.
Murad Aşurov
Murad Məmməd oğlu Aşurov (1941, Zod, Basarkeçər rayonu – may 2017) — Xanlar Rayon İcra Hakimiyyətinin başçısı, Yevlax Rayon Xalq Deputatları Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Xanlar Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. == Həyatı == Murad Aşurov 1941-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. O, Xanlar pedaqoji məktəbində təhsil almışdır. 1960-cı ildə əmək fəaliyyətinə başlamışdır. O, Jdanov rayonunun Xələc kənd orta məktəbində müəllimlik etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universiteti yanında hazırlıq kursunu bitirərək Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1 il sonra qiyabi şöbəyə keçərək Xanlar rayonuna qayıtmışdır. 1968-ci ildə isə məzun olmuşdur. O, 1969-cu ildə Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibi olduğu müddətdə Səməd Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqronomluq təhsili almışdır.
Murad bəy Aşiq
Murad bəy Qasım bəy oğlu Aşiq (1816-?)—XIX əsr Azərbaycan şairi. == Həyatı == Murad bəy Qasım bəy oğlu 1816-cı ildə Şirvan vilayətinin Sədənrud mahalının Şaharxı kəndində doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili almışdı. Seyid Əzim Şirvani Murad bəy Aşiq haqqında yazır: "İsmi-şərifləri Murad bəy xələfi-Qasım bəy Şirvani. O cənab Mustafa xan cənnətməkanın xahərzadələrindəndir. Təvəllüdü 1233-cü sənəyi-hicridə olubdur. «Əl»an Sədənrudi mahalının Şağarxı ismilə mövsuf olan qəryəsində sakindir. Bir cavandır, xoşsima və xoşəxlaq və təbi-şeri ilə məşhurdur".
Mustafa Aşurov
Mönster (Aşağı Reyn)
Mönster (fr. Munster) – Fransanın şimal-şərqində yerləşən şəhər.
Müdaxilənin aşkarlanması sistemi
Müdaxilənin aşkarlanması sistemi– kompüter sisteminə və ya şəbəkəyə icazəsiz giriş faktlarını aşkarlamaq üçün nəzərdə tutulmuş proqram və ya aparat vasitəsi. Hər hansı aşkar edilmiş fəaliyyət və ya pozuntu adətən bir administratora bildirilir. == IDS arxitekturası == Adətən, IDS arxitekturasına aşağıdakılar daxildir: sensor altsistemi – təhlükəsizliklə əlaqəli hadisələr haqqında verilənləri toplayır; analiz altsistemi – sensor məlumatları əsasında hücumları və şübhəli hərəkətləri aşkarlayır saxlanc – ilkin hadisələrin və analizin nəticələrinin toplanmasını təmin edir; idarəetmə konsolu – IDS-lə qorunan sistemin və IDS-in öz vəziyyətini müşahidə etməyə, analiz altsisteminin aşkarladığı insidentləri nəzərdən keçirməyə, IDS-i konfiqurasiya etməyə imkan verir. == Müdaxilənin qarşısının alınması == Müdaxilənin qarşısının alınması – müdaxilənin qarşısını alır və ya onun uğurlu olmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Honeypot, ildırımötürmə sistemləri– lighting rod systems, karantin sistemləri – quarantined faux systems, aldatma sistemləri – deception toolkits, tənha hücrə – padded cell (ing. psixiatriya xəstəxanasında keçə ilə üzlənmiş palatanı bildirir) kimi vasitələrlə həyata keçirilə bilər. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.

Digər lüğətlərdə