AŞUR

məhərrəm ayının 10-cu günü (661-ci ildə Kərbəlada İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi gündür). Adətən, bu gündə doğulan uşaqlara verilir.
AŞQIN
AŞURA
OBASTAN VİKİ
Aşur Cəmiyev
Aşur Hüseynov
Aşur Hüseynov (1920, Ağdam) — 1945-ci ildə "Bunker" əməliyyatında SSRİ xüsusi təyinatlı zəbt qrupunun tərkibində döyüşmüş ilk azərbaycanlı. == Bir günlük tələbə == Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub. Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb. Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A. Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir.
Aşur ada
Aşur ada (fars. آشوراده‎, türkm. Aşyr Ada) — Xəzər dənizinin cənub-şərqində İranın Gülüstan ostanına tabe olan ada. İranın Xəzər dənizi sahillərində mövcud olan yeganə adadır. 800 hektar sahəsi olub torpaq yolu ilə Mianqala yarımadası ilə əlaqələndirilmişdir. İranın 40% kürü ehtiyatı Aşur adadan təmin edilir. Bəndər Türkmən limanından 3, Gürgan 23 km məsafədə yerləşir.
Aşur məscidi
Aşur məscidi və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. == Tarixi == Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə/ 1169 ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir. == Haqqında == Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür.
Ağa Aşurov
Ağa Hacı Aslan oğlu Aşurov (25 iyun (7 iyul) 1886, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1936, Rostov, Rostov rayonu[d], Sovet Rusiyası[d], SSRİ) — Azərbaycan mühəndisi, ictimai-siyasi xadimi. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur. == Həyatı == Ağa Aşurov köhnə təqvimlə 25 iyun (yeni təqvimlə 7 iyul) 1886-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı real məktəbini bitirmişdir. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbini mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. == Fəaliyyəti == Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir. Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmişdir. === Milli azadlıq hərəkat üzvü kimi === Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi.
Aşura
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Aşura (qida)
Aşura pudinqi(türk. Aşure) və ya Nuh pudinqi — taxıl,meyvə və qozkimilər qarışığından ibarət türk deserti. Aşura pudinqi, Balkanlarda və Türkiyədə İslami təqvimin ilk ayı Məhərrəmin onunda və ya Aşura günü təklif edilir. Səfərad yəhudiləri Nuh pudinqini Tu Bişvat bayramı üçün hazırlayır. == İnqredientləri == Aşura pudinqinin bir növ resepti yoxdur çünki regionlar və ailələr arasında reseptlər dəyişir. Ənənəvi olaraq, ən azı yeddi inqredientdən ibarət olduqu deyilir. Bəziləridə "onuncu" mövzusuna uyğun ən azı on inqredientdən ibarət olduqunu deyirlər. Bunların arasında buğda, düyü, lobya, noxud, şəkər (və ya digər şirinləndiricilər), qurudulmuş meyvə və qozkimilərdən ad aparmaq olar buna baxmayaraq ki bir çox variantları var. Bir çoxlarıda pudinqin dərinliyinə artırmaq üçün portağal və limon qabığı əlavə edirlər. Küncüt toxumu, nar dənəsi, gülab və darçın kimi dadvericilər üzərinə qoyulur.
Aşura günü
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Murad Aşurlı
Murad Aşurlı — azərbaycanlı alpinist. 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir. Murad Aşurlı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-yə köçüb. O, son illər ABŞ-də aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı. 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib. Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb. Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb.
Murad Aşurov
Murad Məmməd oğlu Aşurov (1941, Zod, Basarkeçər rayonu – may 2017) — Xanlar Rayon İcra Hakimiyyətinin başçısı, Yevlax Rayon Xalq Deputatları Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Xanlar Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. Murad Aşurov 1941-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. O, Xanlar pedaqoji məktəbində təhsil almışdır. 1960-cı ildə əmək fəaliyyətinə başlamışdır. O, Jdanov rayonunun Xələc kənd orta məktəbində müəllimlik etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universiteti yanında hazırlıq kursunu bitirərək Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1 il sonra qiyabi şöbəyə keçərək Xanlar rayonuna qayıtmışdır. 1968-ci ildə isə məzun olmuşdur. O, 1969-cu ildə Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibi olduğu müddətdə Səməd Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqronomluq təhsili almışdır.
Mustafa Aşurov
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat xanım Aşurbəyova-Rzayeva

Sara Aşurbəyli
Sara Balabəy qızı Aşurbəyli (27 yanvar 1906, Bakı – 17 iyul 2001, Bakı) — Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində, Balabəy Aşurbəylinin ailəsində anadan olmuşdur. Bakının neft sənayeçilərindən olan Balabəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar.
Teymur Aşurbəyov
[mənbə göstərin] Teymur bəy Aşurbəyov — XX əsrin əvvəllərində yaşamış Bakı milyonçusu. Teymur bəy Aşurbəyov Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik olmuşdur. O, çox səxavətli bir adam, mesenat kimi tanınırdı. O, Sabunçuda xəstəxananın və məktəbin tikintisinə, məscidlərin təmirinə və bərpasına, yoxsullara yardım üçün iri məbləğdə ianələr vermişdi. Öz vəsiyyətinə uyğun olaraq Kərbəlada dəfn edilmişdir. Aşurbəyovlar həm də neft sənayeçisi olublar. Teymur Qara bəy oğlu Aşurbəyov daha çox neft milyonçusu kimi məşhurdur. O, Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik idi. Deyilənlərə görə, son dərəcə səxavətli və genişqəlbli bu insan öz qoyun sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi düşüncəli bir insan idi.
Teymur bəy Aşurbəyov

Zakir Aşurov
Zakir Məcid oğlu Aşurov (1958, Qazax – 9 may 2008, Moskva) — Azərbaycanlı alim, tibb elmləri doktoru, Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunun professoru. Zakir Aşurov 1958-ci ildə Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almışdır. 1981-ci ildə institutu bitirib 3 il Çeçenistanın Qroznı şəhərində mərkəzləşdirilmiş LOR şöbəsində internadan keçmişdir. 1985-ci ildə Moskva Dövlət Tibb İnstitutunun Klinik Ordinaturasına qəbul olmuşdur. Ordinaturanı bitirdikdən sonra 1 saylı Moskva Klinik Xəstəxanasında həkim işləmişdir. 1988-ci ildən ömrünün axırına qədər Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunda baş elmi işçi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1994-cü ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Zakir Aşurova professor elmi rütbəsi verilmişdir. Onun rəhbərliyi ilə bir neçə tibb elmləri namizədi yetişmişdir.
İqor Aşurbəyli
İqor Aşurbəyli (tam adı: İqor Rauf oğlu Aşurbəyli; 9 sentyabr 1963, Bakı) — Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri; "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri (2001–2011). Texnika elmləri doktoru. Socium Holdinq İdarə Heyətinin prezidenti. Asgardia Kosmos Millətinin qurucusudur. Əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub. 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ilə Azərbaycan Sənaye İnsitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri"dir.
İsa bəy Aşurbəyov
İsa bəy Aşurbəyov (tam adı: İsa bəy Hacı Mehdiqulu bəy oğlu Aşurbəyli; 1878, Bakı – 1938, Bakı) — ictimai-siyasi xadim, publisist, pedaqoq, jurnalist, naşir, neft milyonçusu, xeyriyyəçi. İsa bəy Aşurbəyov 1878-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1878-ci ildə Bakının Sabunçu kəndində uzun illər övladsızlıqdan əziyyət çəkən, Azərbaycanın tanınmış milyonçusu Hacı Mehdiqulu bəy Aşurbəyovun ailəsində doğulmuşdu. İlk təhsilə Bakıda mollaxanada başlayan İsa bəy altı sinifli şəhər məktəbini bitirmişdir. Atası bircə oğlunu gözündən kənar buraxmaq istəmədiyindən onun ali təhsil alması üçün tanınmış din və elm xadimlərini evinə dəvət edirdi. Repressiyadan yaxa qurtara bilməyən İsa bəy "xarici ölkələrlə casusluq əlaqələrinə və millətçi hərəkatda iştirakına görə" 1937-ci il dekabrın 31-də həbs edilir və 1938-ci ilin oktyabrında millətçi kimi güllələnmişdir. 1902-ci ildə İ. Aşurbəyli əmisi Rzaqulu bəy Aşurbəyovun qızı Balacaxanımla ailə qurur. Onların iki oğlu dünyaya gəlir. Süleyman 1903-cü il Davud 1904-cü il Əsrin sonlarında 1890-cı ildə İsa bəy Aşurbəyovun atası Mehdiqulu bəyin torpaq sahəsindəki 27 metrlik quyudan fontan vuran neft onu böyük dövlət sahibinə çevirmişdi. Aşurbəyov gənclik illərində sosial-demokrat ideyalarına meyil etmişdir.
İsaxan Aşurov
İsaxan Aşurov (1 avqust 1955, Faxralı, Bolnisi rayonu – 22 iyun 2012, ABŞ) — Azərbaycanlı vəkil. İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. İsaxan Aşurov müalicə üçün ABŞ-yə getmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2012-ci il iyunun 22-də ABŞ-də vəfat etmişdir. Gürcüstanda dəfn olunmuşdur. Ailəli idi. 4 övladı var.
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
İsrafil Aşurlı

Əjdər bəy Aşurbəyov
Əjdər bəy Xocabəy oğlu Aşurbəyov (1858, Bakı – 1923, Bakı) — məşhur Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Əjdərbəy məscidini tikdirib. Bakı taciri və mesenatı Hacı Əjdər bəy 1858-ci ildə Bakıda doğulmuşdur. Nabat Aşurbəyovanın qardaşıdır. Səlim bəy Behbudov Bakıya — bir çox tələbələrə səxavətlə hamilik edən xeyriyyəçi Əjdər bəy Aşurbəyovun yanına getdi, gəlişinin məqsədini və arzusunu bildirdi. Maarifə, təhsilə böyük qiymət verən bu Bakı milyonçusu Səlim bəyi ümidsiz qoymadı, ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil almağa göndərdi. Əjdər bəy öz kürəkəni (gələcəkdə məşhur kimyaçı-alim və Strasburq universitetinin laboratoriya rəhbəri olmuş) Möhsün bəy Xanlarovun da oxumasının xərcini çəkmişdir. Nabat xanım Xocabəy qızı Aşurbəyli — Rzayeva Təzəpir məscidini tikdirməyə başladıqda qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, "əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin" — deyir və köməkdən imtina edir. Belə olduqda Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki Göy məscidin əsası qoyulur. Ənvər Çingizoğlu.
Əli bəy Aşurbəyov
Əli bəy Xocabəy oğlu Aşurbəyov — məşhur Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Cümə məscidini tikdirib. Əli bəy 1878-ci ildə Bakıda dünyaya gəlmişdir. Bakıda bir neçə məscid tikdirmişdir. Əli bəy yarım il Moskvada Lubyanka həbsxanasında yatmış, onu qoçu zənn edərək güllələnməyə məhkum etmişdilər. Nərimanovun himayədarlığı onun köməyinə çatmışdı.
Sara Aşurbəyova
Sara Balabəy qızı Aşurbəyli (27 yanvar 1906, Bakı – 17 iyul 2001, Bakı) — Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində, Balabəy Aşurbəylinin ailəsində anadan olmuşdur. Bakının neft sənayeçilərindən olan Balabəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar.

Значение слова в других словарях