ABBASİLƏR

Məhəmməd ibn Əli ibn Abdullah da onun bu çağırışını dəstəkləmiş, hicrətin 100-cü ilindən başlayaraq Əməvilərə qarşı yönələn təbliğata qoşulmuşdur. Əbu Həşimin ölümündən sonra, onun xəlifə Süleyman ibn Əbdül-Məlik tərəfindən zəhərləndiyi haqqında şayiələr yayılmışdır. Ölümündən öncə o, öz yerinə Məhəmməd ibn Əlini təyin etmişdir. Uzun müddət Abbasi dəvəti gizli həyata keçirilmişdir. Əməvilərə qarşı həlledici üsyanları Abbasilərin Kufədəki tərəfdarları təşkil etmişdirlər. Onların mərkəzi Xorasanda yerləşirdi. Hicrətin 124-cü ilində, Məhəmməd ibn Əlinin ölümündən sonra, onun oğlu İbrahim üsyançıların rəhbəri olmuşdur. 129-cu ildə o, keçmiş qul Əbu Müslüm adlı bir şəxsə Əməvilərə qarşı açıq silahlı üsyana çıxmaq əmrini vermişdir. O da, tərəfdarları ilə birlikdə Herat şəhərini ələ keçirmişdirlər. Hadisələrin bu istiqamətdə inkişaf etdiyini görən Əməvilər İbrahimi həbs etmişdirlər. O, zindanda öldürülmüş, başqa rəvayətlərə görə isə öz əcəli ilə vəfat etmişdir. Ondan sonra Əməvilərə qarşı üsyana Abdullah ibn Məhəmməd Əs-Səffah başçılıq etmişdir. Əbu Müslüm və onun tərəfdarları irəliləyərək 130-cu ildə Mərvi ələ keçirtmişdirlər. Əməvilər bu hücumların qarşısını ala bilməmiş və hakimiyyətdən uzaqlaşmağa məcbur qalmışdırlar. Onların sonuncu xəlifəsi Mərvan hakimiyyəti itirdiklərini görüb, Misirə qaçmış və 132-ci ildə orada öldürülmüşdür. Bu hadisələrin sonunda Abbasilər Xilafəti ələ keçirmişdir. Onların ilk xəlifəsi Abdullah ibn Məhəmməd əs-Səffah olmuşdur. Abbasilərin hakimiyyətə gəlməsindən sonra onların Əli Əbu Talibin varisləri ilə ixtilafları yaranmışdır. Çünki, onlar birbaşa Məhəmməd peyğəmbərin soyundan idilər. Buna görə də, Əli soyunun tərəfdarları onları xəlifə kimi görmək istəyirdilər. Əvvəl, Abbasilər Əli soyunun tərəfdarlarını təqib etmiş, sonralar isə bəzi xəlifələr onları özlərinə yaxın buraxmışdırlar. Abbasilər dövründə Xilafətdə fars mədəniyyətinin təsirləri də güclənmişdir. Abbasilər hakimiyyətini dörd dövrə ayırmaq mümkündür: yüksəliş; tənəzzül; Büveyhililərin təsiri altına düşmə (132/750 – 247/861); Səlcuqluların (467/1075 – 560/1194) təsiri altına düşməsi dövrləri. Beləliklə, ilk olaraq Abbasilərin yüksəlişi tənəzzüllə nəticələnmişdir. Tənəzzül dövründə onlar türk əsilli ordu başçılarının təsiri altına düşmüşdürlər. Elə o dövrlərdən, Xilafətin parçalanması prosesi başlamışdır. Bundan sonra Abbasilərin hakimiyyəti formal xarakter daşıyırdı. Həqiqətdə isə onlar öncə iranlı Büveyhilərin, daha sonra isə türk Səlcuqluların təsiri altına düşmüşlər. Səlcuq imperiyası dağıldıqdan sonra Abbasilər daha 60 il hakimiyyətdə qalmışdırlar. Onların xilafətdə hakimiyyətinə monqollar son qoymuşdur. Bundan sonra Abbasilər sülaləsinin nümayəndələrini məmlüklər (II) Misirə dəvət etmiş, onların xəlifəliyini formal olaraq tanımışlar. Hicri X/XVI əsrdə isə osmanlı sultanı I Səlim Misirdə məmlüklərin hakimiyyətinə son qoymuş, Misirə gələrək sonuncu Abbasi xəlifəsi hesab edilən Mütəvəkkildən xəlifəliyi almışdır. Bundan sonra Osmanlı sultanları bütün müsəlmanların xəlifəsi olmuşdurlar. Bu hadisədən sonra Abbasilər dövrü bitmişdir.
ABBASİLƏR
ABDULLAH İBN ABBAS
OBASTAN VİKİ
Abbasilər
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Abbasilər sülaləsi

Abbasilər xilafəti
Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur. Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür. == Ümumi məlumat == Abbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən (661–750) fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8–9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi.
Abbasilər dövründə türklər (kitab)

Digər lüğətlərdə