Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abrest
Abrest (fr. Abrest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03001. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2659 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1648 nəfər (15–64 yaş) arasında 1153 nəfər iqtisadi fəal, 495 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 70,2%) idi. Fəal 1153 nəfərdən 1045 nəfər (571 kişi və 474 qadın), 108 nəfəri işsizdir (65 kişi və 43 qadın). Aktiv olmayan 495 nəfər arasında şagird və ya tələbə, 177 nəfər pensiyaçı, 186 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. == Abidənin təsviri == Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Füzuli abidəsi
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. == Tarixi == 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir. Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.
Güvənpark abidəsi
Güvənpark abidəsi — Ankara Qızılay Meydanında Güvənparkda yerləşən, Türk millətinin polis və jandarmeriya olan güvənini, Atatürkün istiqlaliyyət müharibəsində və inqilab hərəkətlərində birlikdə olduğu dostlarını təmsil edən və insan zəkasını, fermerin əkinçilik işlərini əks etdirən çıxıntılı abidədir. Respublika rəhbərliyinin ictimai binalarını, evlərini və ətrafını planlaşdıran Avstriyalı memar Clemens Holzmeister, Qızılay Meydanında bir park və bir abidə təklifi ilə tikintisinə başladı. Bürüncdən hazırlanan heykəllər Avstriyada Vyanadakı Erdberg tökmə zavodunda hazırlandı. Mamak daşı üzərində istifadə edilən daş çıxıntılar Türkiyə istehsalıdır. Abidənin daş hissələrində Franz Wirt, Triberer və Anton Hanakın tələbələri ilə türk ustaları işləmişdir. Anton Hanak tərəfindən inşasına başlanan abidə onun vəfatı səbəbi ilə Josef Thorak tərəfindən 1935-ci ildə tamamlanmışdır. Abidənin uzunluğu 37 metr, orta blok 8 metr, yan qanadlar 2 metr, tunc fiqurlar 6 metr uzunluqdadır. Abidə, 2013-cü il Gəzi parkı etirazları hökumət əleyhinə qraffiti və 2016-cı ildə hökumət əleyhinə nümayişlərdə hərbi çevriliş zamanı silah izləri ilə zərər görüb. Bu zərərlərə görə eyni illərdə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən qayğıya götürülmüşdür.
Kennedi abidəsi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir. Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. == Adı == İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" == Yeri == Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir.
Konstitusiya abidəsi
Konstitusiya abidəsi — Türkmənistanın paytaxtı Aşqabadda abidə. Türkmənistanın paytaxtı Aşqabadda tikilmiş, 185 metr hündürlüyündə olan “Konstitusiya abidəsi” 18 may 2011-ci ildə açılıb. Abidə Konstitusiya Günü və türkmən şairi Məhtimqulunun doğum günü açılıb. Aşqabadın ən hündür abidəsi olan bu abidə 45 milyon avroya başa gəlib. Abidəni Türkiyənin “Polimeks” şirkəti hazırlayıb.
Kültigin abidəsi
Kül Tiğin kitabələri —Monqolustanda Orxon Yenisey Muzeyində ziyarətçilərə sərgilənməktədir. Kül Tigin abidəsi Kül Tiginin qardaşı və Göktürklərin xaqanı Bilgə Xaqan tərəfindən 732 ci ildə qardaşı adına, qardaşının xidmətlərindən dolayı ona duyduğu minnəti göstərmək məqsədiylə tikilmişdir. Bu kitabədə Bilgə Xaqan danışır. Türkologların Orhun abidələri olarak adlandırdıqları yazıtlardan biri olan Kültigin kitabəsi Türk dilinin ən köhnə nümunələrindəndir. Monqolıstanda köhnə Moğol başşəhəri Qaraqorumun 32 km. güneyində, köhnə Uyğur paytaxtı Karabalasagunun 28 km güneyindədir. Boz bir qranit qaya üzərində duran dörd üzlü bir yazıttır. Üç üzü (Kök) türkcə mətinden; bir üzü (qərb üzü) isə Çincə mətinden ibarətdir. 18 iyul 1889-da rus etnoqraf Nikolay Yadrintsev tərəfindən tapılmış ve Danimarkalı filoloq Vilhelm Thomsen tərəfindən Danimarka Krallıq Akademiyasının Kopenhagendəki 15 dekabr 1893-cü ildə ilk dəfə oxunmuşdur. İki hissədən ibarətdir: birinci hissə 13, ikinci hissə 53 sətirdən ibarət olmaqla, Kültigin abidəsi ümumilikdə 66 sətirdən ibarətdir.
Ləm abidəsi
Ləm abidəsi — Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq və istirahət etmək üçün inşa edilmişdir. Dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi də deyirlər. Ləmlər ümumən cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışdır. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər respublikanın cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir. == Xarici keçidlər == Lənkəran ləmləri.
Abasət İsayev
Abasət İsa oğlu İsayev (7 oktyabr 1948, Kotam, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Abasət İsayev 1948-ci il oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində[mənbə göstərin] anadan olmuşdur. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası aspiranturaya daxil olub.[mənbə göstərin] Burada selen yaımkeçiricisinin elektron xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1976-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Abasət İsayev 2017-ci ildə professor elmi adını alıb. === Elmi-pedeqoloji fəaliyyəti === Onun həm namizədlik, həm də doktorluq dissertasiyası kristal və amorf selen və selen əsasında olan yarımkeçirici sistemlərdə elektron proseslərinin tədqiqinə həsr olunmuşdur. Abasət İsayev tərəfindən ilk dəfə olaraq selen monokristalında bir sıra qeyri-tarazlıqlı proseslər (qalıq və mənfi fotokeçiricilik, foto və elektro-stimulyasiya effektləri, anomal fotokeçiricilik, fotocərəyanın alçaq tezlikli rəqsləri və s.) müşahidə edilmiş və həmin effektlərin kompleks şəkildə tədqiqi nəticəsində yükdaşıyıcıların generasiya-rekombinasiya proseslərini və dreyfini idarə edən müxtəlif təbiətli baryerlərin parametrləri təyin edilmiş, həmin proseslərin mexanizmi aydınlaşdırılmışdır. İsayev 1994-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir və 2015-ci ildən Fizika institutunun magistrantlarına müxtəlif fənnləri tədris edir. O, 1994–2010-cu illərdə Bakı şəhərindəki 289 saylı məktəbdə (Zəngi liseyində) fizika fənnini tədris edib. Abasət İsayev 2004–2011-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin Fizika fənni üzrə Elmi-Metodiki Şurasının sədr müavini, 2008-ci ildən isə Dövlət İmtahan Mərkəzində Fizika fənni üzrə ekspert olmuşdur.[mənbə göstərin] == Elmi əsərləri == Abasət İsayev 130 elmi əsərin müəllifidir və bunlardan 60-ı ölkədən xaricdə, 40-ı isə beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunmuşdur. O, 4 müəlliflik şəhadətnaməsi və patentin sahibidir.
Qağayı abidəsi
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir. Abidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibətilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır.
Qeysəriyyə abidəsi
Qeysəriyyə və ya Ordubad zorxanası — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən 17-ci əsrin tarixi və memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə Naxçıvanın Türk-İslam abidələrindən biridir. Qeysəriyyənin ümumi sahəsi 540 m²-dir. Böyük bir günbəzdən və ona bitişik 16 kiçik qübbədən ibarətdir. Abidə 10x10 m² olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. Divarının qalınlığı isə 80 sm-dir. Abidənin mərkəzi günbəzi də daxil olmaqla ümumi hündürlüyü 8,5 m-dir. Tarixi binanın pəncərələri şəbəkə metodu ilə hazırlanmışdır. "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü "Şərq bazarı" deməkdir.
Qoşundaş abidəsi
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları. Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar. Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir. Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər.
Qırxpillə abidəsi
Qırxpillə abidəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində kəhriz sistemləri üzərində inşa edilən tarixi abidə. Bişmiş kərpicdən və ya yerli materialdan inşa olunmuşdur. Belə abidələr Şahtaxtı, Qarabağlar, Naxçıvan və digər yerlərdə də var. Yaşayış məntəqələrində daha çox rast gəlinir. Hazırda Ordubad və Əylis məntəqələrində bu abidələr xalq tərəfindən mühafizə olun maqdadır. Tədqiqatçılar Ordubad, Əylis kəhriz sistemləri üzərində inşa olunmuş Qırxpillələri Azərbaycanın qədim irs abidələrindən biri hesab edirlər. Dərinlikdən asılı olaraq Qırxpillələrdə pillələrin sayı müxtəlif olur, yəni “40 pillə” sözü şərtidir. Riyazi məntiqdə isə 40 pillədə hər pillənin hün dürlüyü 20 sm hesablanarsa (40 x 0,2 m = 8 m), onda Ordubaddakı kəhrizlərin orta dərinliyinin 8 metrə yaxın olması həqiqəti təsdiq edilər. Pillələrin düzülüşü həyətin şəraitinə və kəhrizin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pilləli olur. Qırxpillələrdə həmişə sabit tem peratur (+8-100C) olduğun dan ilin fəslindən asılı olmayaraq, oraya qoyulmuş ərzaq xarab olmur.
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
Vikipediya abidəsi
Vikipediyaya abidə (pol. Pomnik Wikipedii) — Polşanın Slubitse şəhərində yerləşən və dünyada vikipediyaya həsr edilmiş ilk abidə. Açılışı 22 oktyabr 2014-cü il tarixində olmuşdur.
Viktoriya abidəsi
Viktoriya abidəsi (ing. Viktoria Memorial) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl. Bukingem sarayının ön cəbhəsində yerləşir. Abidənin tikilməsinə 1901-ci ildə başlanmışdır. Memarı Tomas Brokdur. Abidə 1911-ci ildə tamamlanmış və 16 aprel tarixində açılmışdır. Ətrafı memar Aston Ueb tərəfindən 2.300 ton ağ mərmərdən hazırlanmışdır. Abidə kraliça Viktoriyanın üzü şimal-qərbə baxan ageniş heykəlini ehtiva edir. Abidənin bir tərəfində şimal-qərbdəki Yaşıl parka baxan ədalət mələyi yerləşir. Dürüstlük mələyi isə cənub-şərqdəki Bukinqem sarayına baxır.
Xanağa abidəsi
Xanağa abidəsi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri Xanəgah kəndinin tikinti ləri altında qalmış dır. Buradakı binaların və memarlıq abidə lərinin qalıqları müasir dövrədək qalmaqdadır. Mədəni təbəqənin qalınlığı 4 metrdir. Tədqiqatlar nəticəsində toplanmış yerüstü materiallar müxtəlif növ şirsiz və şirli saxsı məmulatından ibarətdir. Şirsiz qablar küp, küpə, qazan, aftafa tipli qab sınıqları ilə təmsil olunmuşdur. Dulus çarxında hazırlan mış bu qablar qazanlar istisna olmaqla yaxşı bişirilmişdir. Qazanlar boz, digər qablar isə çəhrayı rəngdə bişirilmişdir. Şirsiz qabların səthi anqob təbəqəsi ilə örtülmüşdür. Onların xarici səthi cızma həndəsi xətlərlə bəzədilmişdir.
Çoyr abidəsi
Çoyr abidəsi, Çöyr abidəsi və ya Çoyren abidəsi (ing. The Choir monument) — Monqolustandakı Sansar-Ula dağının cənub ətəklərindəki kurqanlıqda yerləşən, İkinci Göytürk xaqanlığı dövrünə aid məzar daşı olaraq salınmış türkcə abidə. 682–691-ci illərə aid olduğu düşünülür. Bəzi fikirlərə görə Çöyr abidəsi türklərə aid ən qədim türkcə mətnlər olaraq qəbul edilən Kül tigin, Bilgə xaqan və Tonyukuk abidələrindən daha qədim olub, türkcənin bilinən ən qədim abidəsidir. Abidə Monqolustanda, Çoyrda yerləşən dəmiryolu xəttinin Dornoqovi stansiyasından 15 km uzaqlıqda olan Sansar təpəliklərində aşkar edilmişdir. Abidənin hündürlüyü 153 sm, eni isə 39 sm, qalınlığı isə 46 sm olan insan bədəni şəklində bir daşın ön tərəfinə oyulmuş altı sətirdən ibarətdir. Orxon abidələrinin ən cənubda yerləşənidir. Mütəxəssislərə görə, heykəl daha qədim zamana aiddir və abidə üçün tikili daş olaraq istifadə edilmişdir. Sətirlər insan bədəninin ön qismində, boyunla qarının alt qismi arasında oyulmuşdur. 6 sətirdən 4-ü yuxarıdan aşağı, ikisi isə aşağıdan yuxarıya doğru keçir.
Bununis abidəsi
Bununis abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Bununis kəndində yerləşən qəbirüstü daş abidədir. Abidə 1321-ci ildə knyaz Orbelianın xatirəsinə ucaldılmışdır.
Cüyürlü abidəsi
Cüyürlü abidəsi ― Şəkinin Cüyürlü kəndində yerləşən dəmir və antik dövrünə məxsus yaşayış yeri və nekropolu. == Yerləşir == Cüyürlü abidəsi Şəkinin Daşüz və Küdürlü kəndlərinin yaxınlığındakı Cüyürlü kəndinin meşə ərazisində yerləşir. Abidə dağlıq, dağətəyi və düzən iqlimlərinin qovşağında, Əyriçay və Qarasu çayla əhatələnən təpə üzərindədir. Cüyürlü abidəsi 4 ha yaxın ərazini əhatə edir. == Cüyürlü abidəsinin arxeoloji tədqiqatları == Cüyürlü abidəsi 2008-ci ildə mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən qeydə alınıb. 2010-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası" tərəfindən abidədə kəşfiyyat qazıntısı aparılıb. Tədqiqatlar nəticəsində abidənin dəmir və antik dövrə aid yaşayış yeri və nekropol olduğu müəyyən olunub. 2012-ci ildə abidədə aparılan xilasetmə işləri nəticəsində içərisində çoxlu keramikaların aşkarlandığı təsərrüfat quyusu müəyyən olunub. 2013-cü ildə kəşfiyyat və xilasetmə işləri davam etdirilmiş və yaşayış yerindən yarım qazma tipli, dördbucaqlı tikililər müəyyən edilmişdir. Bu qazmaların yer səthindən 40 sm dərinlikdə olub, ağac basdırmalarla və qamış örtüklü olması güman edilir.
Lozanna abidəsi
Lozanna abidəsi və ya tam adıyla Lozanna abidəsi, meydanı və muzeyi (türk. Lozan Anıtı) — 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsinin xatirəsinə Ədirnənin Qaraağaç məhəlləsində tikilmiş abidə və muzey. 1998-ci ildə açılan abidə və muzey tarixi Qaraağaç dəmiryol vağzalı binasının yanında yerləşir. == Tarixi == Birinci Dünya müharibəsinin sonunda Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1920-ci il avqustun 10-da Sevr müqaviləsi imzalandı. Lakin, Türkiyə Böyük Millət Məclisi tabeliyindəki Ankara Hökuməti bu müqaviləni tanımadı və İstiqlaliyyət müharibəsinə başladı. Müharibədən sonra Anadolunun böyük hissəsi Ankara Hökumətinin nəzarətinə keçdi və 24 iyul 1923-cü ildə İsveçrənin Lozanna şəhərində Sevr müqaviləsini ləğv edən yeni sülh müqaviləsi imzalandı. Bu sülh müqaviləsi ilə Ankara Hökuməti ilə Antanta dövlətləri arasında müharibə sona çatdı və Türkiyə Cümhuriyyətinin indiki sərhədləri tanındı. Müqaviləyə əsasən, Yunanıstanla Türkiyə arasında sərhəd müəyyən edildi və Maritsa çayının cənub sahilindəki Qaraağaç qəsəbəsi Yunanıstandan Türkiyəyə keçdi. == Layihəsi == Qaraağaçda yerləşən və Ədirnənin əsas dəmiryol stansiyası olaraq istifadə edilən Qaraağaç dəmiryol stansiyası, 1972-ci ildə yeni stansiya binası tikilənə qədər fəaliyyətini davam etdirdi. Köhnə vağzal binası və onun ətrafı Trakya Universitetinə verildi, universitetin müxtəlif fakultələri bu binada yerləşdi.
Mavaki abidəsi
Mavaki abidəsi (真脇遺跡, Mavaki iseki) – Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən, Comon dövrünə aid arxeoloji abidə. == Tarixi == Abidə 1982–1983-cü illərdə kanal tikintisinin tədqiqat işləri zamanı təsadüfən kəşf edilmişdir. Mavaki abidəsi 1989-cu ildə Yaponiyanın Milli Tarixi Yeri elan olunmuşdur. Burada aşkarlanmış 219 arxeoloji artefakt 1991-ci ildə əhəmiyyətli mədəni mülk statusu almışdır. Abidə ərazisində arxeoloji park yaradılmışdır. Burada Mavaki Arxeologiya Muzeyi (真脇遺跡縄文館, Mavaki iseki Comonkan) fəaliyyət göstərir. == Xüsusiyyətlər == Arxeoloji abidədə balıqqulağı qalıqları, kütləvi qəbirlər, bir çox dulusçuluq məmulatları, terrakotta fiqurları, qaban, maral, dovşan sümükləri, eləcə də, bitki toxumları tapılmışdır. Burada tapılmış yüzlərlə delfin sümüyü Comon dövrünün yerli əhalisinin delfin ovladığını sübut etməklə yanaşı delfin sümüklərindən alət kimi istifadə etdiyini, hətta digər yaşayış yerlərindən olan insanlarla mübadilə vasitəsi kimi istifadə etdiyini göstərir. Mavaki abidəsindən tapılmış gil maska Yaponiyada tapılmış ən qədim belə maskadır və şaman ritualları üçün hazırlandığı güman olunur. Abidənin ön plana çıxan xüsusiyyəti 10 ədəd şabalıd ağacının gövdəsindən ibarət dairəvi strukturun qalıqlarıdır.
Mollaisaqlı abidəsi
Mollaisaqlı abidəsi ― Göyçay çayının sol sahilində, İsmayıllı rayonunun 25 kilometrliyindəki Mollaisaqlı kəndi ərazisində yerləşən antik dövrə aid yaşayış yeri və nekropoludur. Abidə təxminən 30 ha. ərazini əhatə edir. Abidə Qafqaz Albaniyasının tarixinin öyrənilməsində müfəssəl əhəmiyyətə malikdir. 1938-ci ildə Y. Paxomov tərəfindən İsmayıllı rayonu ərazisində aparılan kəşfiyyat xarakterli axtarışlar zamanı Mollaisaqlı kəndi yaxınlığından nekropol və qədim yaşayış yerinin izlərinə rast gəlinib. Burada müxtəlif qəbir formaları ― təknə, küp, sadə torpaq qəbirlər qeydə alınıb. Ötən əsrin 60–70-ci illərində Mollaisaqlı abidəsində görkəmli arxeoloq Fazil Osmanovun rəhbərliyi ilə aparılan tədqiqatlar Qafqaz Albaniyasının antik dövr mədəni irsinin öyrənilməsinə öz töhfələrini vermişdir. 1962–1964-cü illərin arxeoloji qazıntıları burada antik dövrə aid zəngin mədəniyyətin izlərini aşkara çıxarmışdır. Buradan gil sarkofaqlar, qədim heykəltaraşlıq (insan və heyvan fiqurları) nümunələri əldə olunub. Bənzər tapıntılar 1969-cu ildə abidənin həyətyanı sahəsinə düşən hissəsində kənd təsərüffatı işləri görülərkən tapılmışdır.
Yoncalı abidəsi
Yoncalı abidəsi — Şəki rayonunun Fazıl kəndində, Əyriçayın hövzəsində yerləşən dəmir və antik dövrə məxsus yaşayış yeri və nekropolu. Abidə hündür təpə üzərində 10 ha yaxın sahəni əhatə edir. Yoncalı abidəsi Əyriçay hövzəsində, Şəkinin Fazıl kəndinin cənub-qərb tərəfindəki Yoncalı adlanan hündür təpədən ibarət torpaq sahəsində yerləşir. Yoncalı abidəsi üst və mərkəzi olaraq əsas iki hissəyə bölünür. Mərkəzi hissə Yoncalı I, üst hissə isə Yoncalı II olaraq adlanır. Yoncalı I şərti olaraq bəzən "Qəbirüstü" kimi də qeyd olunur. Qəbirüstü hissə bir tərəfdən Əyriçayla, qərb və şimal-qərb tərəfdən isə bataqlıqla əhatələnir. Yoncalı abidəsi keçən əsrin 90-cı illərində arxeoloq Nəsib Muxtarov tərəfindən qeydiyyata alınmış və arxeoloji tədqiqatları aparılmışdır. Abidədə əsaslı arxeoloji tədqiqatlar AMEA Arxeologiya və Folklor İnstitutunun təşkil etdiyi ekspedisiya (Nəsib Muxtarovun rəhbərliyi altında) tərəfindən 2013-2015-ci illərdə həyata keçirilib. 2013-cü illərdə aparılan arxeoloji tədqiqatlar abidənin dəqiq xronoloji tarixinin müəyyən olunmasına yeni töhfələr vermişdir.
Tolerantlıq abidəsi
Tolerantlıq abidəsi — Qüdsdəki parkda yerləşən açıq heykəldir. Abidə dini sənəti ilə tanınan polşalı heykəltəraş Çeslav Dzviqaj ilə heykəltəraş Mixal Kubiakla birgə layihələndirilib. Layihə Polşalı iş adamı Aleksandr Qudzovati tərəfindən İsrail-Fələstin münaqişəsində sülh və tolerantlığın təşviqi məqsədilə maliyyələşdirilib. Parkın girişindəki daş üzərində aşağıdakı sözlər həkk olunub: "Abidə adsız və köhnəlmiş məbədin xarabalıqları üzərində ayrı-ayrı, lakin hələ də birləşmiş sınıq sütunun iki yarısından ibarətdir. Zeytun ağacı bölünmüş sütunun ortasında böyüyür və yarpaqları ilə sütunun hər iki yarısını örtməyə və kölgə salmağa meyillidir. Ağac, sütunun iki hissəsinin simvolik bir yerdə birləşməsinə imkan verir. Boşluğun nə vaxt, hər iki tərəfin nə vaxt sağalacağı bilinmir. Yenidən birlikdə böyüyəcəklər, amma görürsən ki, zeytun ağacının budaqları arasında yeni bir toxum, tolerantlığın qızıl dənəsi cücərməkdədir". Abidə Birləşmiş Millətlər Təşkilatının qərargahının yaxınlığında yerləşir.
Abdera
Abdera (q.yun. Ἄβδηρα, lat. Abdera) — Egey dənizinə axan Mesta çayının mənsəbindən şərqdə, Bulustra burnunda, Frakiyada qədim şəhər. Abderanın xarabalıqlarından 6 kilometr şimalda Yunanıstanın kiçik Avdira qəsəbəsidir. == Arxeoloji abidələr == Abdera xarabalıqları salamat qalmışdır, həmçinin qüllələri və qapıları olan şəhər divarlarının qalıqları, teatr və Roma hamamları müəyyən edilmişdir. Dağıntıların tədqiqinə XIX əsrdə başlanılmışdır, 1950-ci ildən sistematik arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar zamanı çoxlu sayda yerli istehsal olan terakota heykəlcikləri, heykəllər və mozaika tapılmışdır. Arxaika və klassik dövrlərə aid nekropol tədqiq edilmişdir.
Alcest
Alcest — 2000-ci ildə Fransanın Banyol-su-Sez şəhərində qurulmuş black metal qrupu. == Tarixi == Alcest 2000-ci ildə Neige tərəfindən solo proyekt kimi yaradılmışdır. Tezliklə qrup 3 nəfərdən ibarət blək metal proyektinə çevrilmişdir. Argoth, Aegnor və Neigedən ibarət qrup 2001-ci ildə Tristesse Hivernale adlı ilk demo albomunu buraxdı. Elə bu albomdan sonra da qrup yenidən Neigenin şəxsi proyektinə çevrildi. 2005-ci ildə Le Secret adlı EP yayımladı. EPdə Şarl Bodlerin şeirlərindən istifadə olunmuşdur. Albomun yeni janrda olması Alcesti blək metaldan uzaqlaşdıraq şuqeyzinqə yaxınlaşdırdı. 2007-ci ildə ilk albomunu yayımlayan Alcest Souvenirs d'un autre monde ilə şöhrət qazandı. Sonrakı iki albomlarında post-metal tərzini qoruyan proyekt 2014-cü ildəki Shelter albomu ilə metal janrından tamamilə ayrıldı və post-rok janrına keçid etdi.
Asbest
Asbest — şəhər
Atiest
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Dabudəşt
Dabudəşt — İranın Mazandaran ostanının Amul şəhristanının Dabudəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,096 nəfər və 300 ailədən ibarət idi.
Mahdəşt
Mahdəşt— İranın Əlburz ostanının Kərəc şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,100 nəfər və 10,760 ailədən ibarət idi.
Pakdəşt
Pakdəşt (farsca: پاکدشت) — İranda şəhər, Tehran ostanının Pakdəşt şəhristanının inzibati mərkəzi. Tehran şəhərindən 25 km cənub-şərqdə yerləşir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 32.625 ailədə 126.281 nəfərdir.
Radest
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Abies abies
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Abeşe
Abeşe (fr. Abéché, ərəb. أبشي‎) — qədim Ouaddai krallığının köhnə paytaxtı olmuşdur. Çadın şərqində indiki Ouaddai regionunda yerləşir və Sudanla sərhəddi var. Maşın ilə paytaxt Ncamenadan 2 günlük məsafədədir. 2012-ci il məlumatına əsasən əhalisi 76 492 nəfərdir..
Abies
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Abses
Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb ola bilər. Xronik Abses tədricən inkişaf edir. Müalicəsi: antibiotiklər, orqanizmin müqavimətini qaldıran üsullar, nəhayət, cərrahi əməliyyat.
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Modest Musorqski
Modest Petroviç Musorqski (rus. Модест Петрович Мусоргский; 9 (21) mart 1839, Karayevo[d], Toropets qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 16 (28) mart 1881[…], Sankt-Peterburq[…]) — rus bəstəkarı. Modest Petroviç Musorqski rus bəstəkarıdır. Və bir musiqiçi kimi də, vətəndaş kimi də milli mənsubiyyətini, doğma vətəninə sədaqətini öz fəaliyyəti, yaradıcılığı ilə dönə-dönə təsdiqləmiş bəstəkardır. Lakin yaradıcı bir şəxsiyyət, novator musiqiçi kimi Musorqskinin nailiyyətləri bu milli mədəniyyətin hüdudlarını çoxdan adlayaraq, aid olduğu zaman çərçivəsini də aşmış, ümumdünya mədəniyyətinin mənəvi sərvətləri sırasına daxil olmuşdur. Görkəmli bəstəkar G. Sviridovun təbirincə, "Lev Tolstoyun öz povesti barədə söylədiyini Musorqskiyə aid edərək deyə bilərik ki, onun əsərlərinin qəhrəmanı — həqiqətdir". Bu haqqı, ədaləti, çox zaman acı olan həqiqəti üzə çıxarmaqla dövrünün bir çox suallarına cavab tapmaq istəyən Musorqski öz axtarışlarında tək deyildi. 19-cu əsrin ikinci yarısında yaradıcılıq meydanına çıxaraq, rus mədəniyyətinə "altmışıncılar" kimi daxil olmuş bir çox mütərəqqi ziyalılar kimi, o da xalqı, vətəni qarşısında tarixi missiyasını yaxşı başa düşür və tarixinin faciəvi səhifələrini yaşayan millətinin dadına yetmək arzusuyla çarpışırdı. Qlinka ənənələrini yaşadan "Qüdrətli dəstə"nin digər üzvləri kimi, Musorqski də xəlqilik prinsipinə sədaqətini bütün yaradıcılığı ilə dönə-dönə təsdiqləyərək, böyük rus klassikinin davamçısı kimi çıxış edirdi. Lakin bunun həyata keçirilməsində öz həmfikirlərindən fərqli mövqedə qərar tutaraq, xəlqiliyi, dəstəçi məsləkdaşlarının yönəlmədiyi başqa bir səmtdə arayır, öz yolu ilə gerçəkləşdirməyə çalışırdı.
Pakdəşt şəhristanı
Pakdəşt şəhristanı (fars. شهرستان پاکدشت‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Pakdəşt şəhəridir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 61.234 ailədə 240.841 nəfərdir.