ABXAZ

I. i. Abkhazian

II. s. Abkhazian; abxaz dili Abkhazian, the Abkhazian language

ABGƏRDƏN
ABXAZCA
OBASTAN VİKİ
Abxaz dili
Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Abxaz knyazlığı
Abxaziya knyazlığı (gürc. აფხაზეთის სამთავრო, apkhazetis samtavro) — Gürcüstan krallığında davam edən daxili qarışıqlıq içərisində meydana gələn feodal xarakterli qədim bir dövlətdir. Əvvəl Osmanlı sonra isə Rusiya imperiyasının vassalığını qəbul edib varlığını qorusa da, 1864-cü ildə Rusiya imperiyası tərəfindən Abxaziya knyazlığının varlığına son qoymuşdur.
Abxaz silsiləsi
Abxaz silsiləsi (abx. Аҧснытәи ашьхаӡқуа; gürc. აფხაზეთის ქედი, Apxazetiskedi) — de-yure olaraq Gürcüstan, de-fakto olaraq Abxaziya ərazisində, Qafqaz dağlarında silsilə. Bzıb silsiləsinin şərq davamıdır. Baş Qafqaz (yaxud Suayrıcı) silsiləsinə paralel uzanır. Uzunluğu 60 kilometr, hündürlüyü 3,156 metrədəkdir. Porfirit və şistlərdən ibarətdir. Yamacları aşağı hissədə meşələrlə, yuxarılarda alp çəmənlikləri ilə örtülüdür. Müasir buzlaqlar var.
Abxaz ədəbiyyatı
Abxaz ədəbiyyatı — abxaz dilində ədəbiyyat. == Tarixi == Abxazların zəngin şifahi ədəbiyyatı var. Yazılı abxaz ədəbiyyatı isə gəncdir. İlk abxaz əlifba kitabı 1865-ci ildə nəşr olunmuşdur. 1892-ci ildə K. Maçavariani və Dmitri Qulianın "Abxaz əlifbası" çap edilmişdir. Bədii ədəbiyyat, əsasən, SSRİ hakimiyyəti illərində inkişafa başlamışdı. Abxaz sovet ədəbiyyatının banisi xalq şairi Dmitri Quliadır. Milli dramaturgiyanın yaranması Samson Çanbanın (1886–1937) adı ilə bağlıdır. Şairlərdən İ. Koqonia (!903-1928), K. Kvisinia, K. Aqumaa (1915–1950), L. Labaxua (1911–1938), Ş. Svijba, B. Şinkuba, nasirlərdən İ. Papaskiri, M. Lakerbay (1901–1965), V. Arqba (1921–1937), M. Xaşba, G. Qulia və başqalarının şeir, poema, povest və romanları abxaz ədəbiyyatında sosialist realizminin inkişafında rol oynamışdır. "Abxaz nağılları" (1960), D. Qulia və başqa abxaz yazıçılarının bir sıra əsəri Azərbaycan dilində nəşr edilmişdir.
Abxaz-adıge xalqları
Abxaz-adıge xalqları – Şimali Qafqazda , Cənubi Qafqazda, Yaxın Şərqdə və qismən dünyanın bir çox ölkələrində diasporalarında yaşayan və mənşəcə qohum olan xalqların – abxazlar, adıgelər, kabardalılar, şapsuqlar, abazinlər, ubıxlar və çərkəzlərin ümumi adı. Daha çox islam dini üstünlük təşkil edir. Az miqdarda pravoslavlar mövcud. Ateizm yetərincə geniş yayılmış. Abxaz-adıge xalqları Şimali Qafqazın ikinci böyük xalqlar qrupudur. == Ümumi məlumat == Abxaz-adıge dillərində danışırlar. Qədimdən Şimali Qafqazın cənub-qərbində, Kubanda və Qara dəniz sahillərində yaşamışlar. Abxaz-adıge xalqlarının etnogenezində skiflər, sarmatlar, alanlar və başqaları iştirak etmişlər. Kubanətrafı tayfalar antik müəlliflərin əsərlərində meotlar adı ilə qeyd olunmuşlar. Təqribən V–X əsrlərdə abxaz-adıge tayfaları ittifaqına zixlər başçılıq etdiyindən, bu ad ilə tanınmışlar.
Abxaz-adıq dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.
Abxaz-adıqey dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.
Abxaz Dövlət Muzeyi
Abxaz Dövlət Muzeyi (abx. Аҧсуа ҳәынҭқарратә музеи) — Abxaziyanın Suxumi şəhərindəki tarixi muzey. Muzeyin iki filialı var - Abxaziyanın Gulrıpş və Qudauta bölgələrində. == Ekspozisiya == Muzeyin fəaliyyət göstərdiyi uzun tarixi ərzində o, çoxlu sayda dəyərlərli eksponatlar toplamağa nail olub. Onun anbarlarında 100 mindən çox əşya saxlanılır-bunlar keramika, metal, parça, yazılı sənədlər və s. hazırlanmış unikal əşyalardır. Bu gün muzeyin fondlarında təkcə abxaz xalqının deyil, həmçini Qafqazın digər xalqlarının, Qədim Misirin, Yunanıstanın, Romanın, Bizansın, Sasani İranının tarix və mədəniyyət abidələri, Oktyabr İnqilabının sənədləri, abxaz xalqının İkinci Dünya müharibəsində iştirakından bəhs edən materiallar var. Exspozisiyada nümayiş etdirilən eksponatların bir çoxu təkcə respublikada deyil,həm də dünyada böyük əhəmiyyətə malikdir. Bunlara aşağıdakılar daxildir:keçmiş Sovet İttifaqının ən qədimlərindən biri, məşhur Acheulean Yashtukh saytı;Soyuq mağaranın (sümük zıpkınlar kolleksiyası) mezolit inventarı, mağara ayının ön qolundan olan "rəis heyəti". Eramızdan əvvəl 3-cü minilliyin sonlarına aid dolmenlərin metal mədəniyyətinin materialları da böyük əhəmiyyət kəsb edir.
Abxaz Mehmed Paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Gürcü-abxaz münaqişəsi
Gürcü-abxaz münaqişəsi - faktiki olaraq müstəqil, qismən tanınmış respublika olan Abxaziyadakı gürcülər və abxazlar arasındakı etnik qarşıdurmanı əhatə edir. Geniş mənada isə, gürcü-abxaz münaqişəsini Sovet İttifaqının 1991-ci ildə dağılması ilə 20-ci əsrin sonlarında şiddətlənmiş, Qafqaz bölgəsindəki geosiyasi qarşıdurmanın bir hissəsi kimi görmək olar. Bu münaqişə postsovet məkanının ən qanlı münaqişələrindən biri kimi bu gün də həll olunmamış qalır. Gürcüstan hökuməti bir neçə dəfə Abxaziyaya əsaslı muxtariyyət təklif etmişdir. Ancaq həm Abxaz hökuməti, həm də Abxaziyadakı müxalifət Gürcüstanla hər cür birləşmədən imtina edir. Abxazlar öz müstəqilliklərini Gürcüstandakı azadlıq müharibəsinin nəticəsi kimi qiymətləndirir, gürcülər isə inanırlar ki, tarixən Abxaziya həmişə Gürcüstanın bir hissəsini təşkil etmişdir. Gürcülər müharibədən əvvəl, 1989-cu ildəki 45.7% çoxluq ilə Abxaziyada ən böyük etnik qrup sayılsalar da, 2014-cü ilə qədər Gürcüstanın müstəqil qalmağını istəyən gürcülərin böyük əksəriyyəti Abxaziyanı tərk etdi. Bir çoxları Eduard Şevardnadze hökumətini (1992-2003-cü illərdə) nəticəsi olmayan hərbi əməliyyatlara başlamaqda, müharibə və müharibədən sonrakı diplomatiyanın düzgün idarə etməməkdə ittiham edirlər. Müharibə dövründə abxaz seperatçılar 250.000-ə qədər etnik gürcünün qovulmasına və 4000-dən 15000-ə qədər adamın öldürülməsinə səbəb olan etnik təmizləmə kampaniyasını həyata keçirmişdilər. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Lissabon, Budapeşt və İstanbul konvensiyaları BMT Baş Məclisinin GA / 10708 qətnaməsində də qeyd edilmiş gürcülərin etnik təmizlənməsini rəsmi olaraq tanımışdı.
Abxaz-adıq xalqları
Abxaz-adıge xalqları – Şimali Qafqazda , Cənubi Qafqazda, Yaxın Şərqdə və qismən dünyanın bir çox ölkələrində diasporalarında yaşayan və mənşəcə qohum olan xalqların – abxazlar, adıgelər, kabardalılar, şapsuqlar, abazinlər, ubıxlar və çərkəzlərin ümumi adı. Daha çox islam dini üstünlük təşkil edir. Az miqdarda pravoslavlar mövcud. Ateizm yetərincə geniş yayılmış. Abxaz-adıge xalqları Şimali Qafqazın ikinci böyük xalqlar qrupudur. == Ümumi məlumat == Abxaz-adıge dillərində danışırlar. Qədimdən Şimali Qafqazın cənub-qərbində, Kubanda və Qara dəniz sahillərində yaşamışlar. Abxaz-adıge xalqlarının etnogenezində skiflər, sarmatlar, alanlar və başqaları iştirak etmişlər. Kubanətrafı tayfalar antik müəlliflərin əsərlərində meotlar adı ilə qeyd olunmuşlar. Təqribən V–X əsrlərdə abxaz-adıge tayfaları ittifaqına zixlər başçılıq etdiyindən, bu ad ilə tanınmışlar.
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu. Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı.
III Leon (Abxaziya çarı)
III Leon (gürc. ლეონ III; bilinmir – ən tezi 967) — II Giorgidən sonra taxta çıxan və 960-969-cu illər arasında ölkəni idarə edən Abxaziya çarı. == Həyatı == 926-cı ildə Leon sonuncu uğursuz üsyandan sonra II Georgi tərəfindən kor və kastrasiya edilmiş böyük qardaşı Konstantini Kartli çarı kimi əvəz etmişdir. II Georgi hökmdarı həmçinin Kartliyə iddia qaldıran II Kvirikenin hakimlik etdiyi ən şərqi gürcü knyazlığı olan Kaxetiyə qarşı kampaniyasını davam etdirmişdir. Georgi və Leonu Kvirikenin qardaşı olan kürəkəni Şahzadə Şurta dəstəkləmiş, ardınca Ucarma qalasını abxazlara vermişdir. Kvirike məğlub olmuş və həbs edilmiş, yalnız Abxaziya çarına tabe olduqdan sonra azad edilmişdir. Tezliklə Kvirike yenidən hücuma keçmiş və Kartlidə üsyana səbəb olmuşdur. 957-ci ildə Georgi oğlu Leonun başçılığı ilə böyük bir ordu göndərmiş, lakin çar ekspedisiyada ölmüş və Leon Kvirike ilə sülh bağlamaq məcburiyyətində qalmış, nəhayət kampaniyasını başa vurmuşdur. Kvirike oğlu Davidin qızı Leonla evlənməsinə razılıq verməyə məcbur qalmışdır. Sülh uzun sürmədi, çünki şahzadə tezliklə vəfat etmiş və iki tərəf arasında inamsızlıq yaranmışdı.
II Georgi (Abxaziya çarı)
II Georgi (gürc. გიორგი II) — 923-957-ci illərdə hakimiyyətdə olmuş Abxaziya çarı. II Georgi Ançabadze sülaləsindən III Konstantinin oğlu və varisidir. Onun hakimiyyəti dövrü Abxaziya krallığının siyasi və mədəni cəhətdən çiçəklənmənin zirvə dövrü kimi qəbul edilir. II Georgi xələflərinin ölkə ərazisini genişləndirmə siyasətini davam etdirirdi. Onun əsas məqsədlərindən biri də Gürcüstanı birləşdirmək idi. Ögey qardaşı Baqratın üsyan qaldırması səbəbindən bütün ölkə ərazisində hakimiyyətini tam bərqərar etməsi bir müddət gecikdi. == Həyatı == II Georgi 923-cü ildə atası III Konstantinin vəfatından sonra taxta çıxdı. Bu dövrdə Georginin kiçik qardaşı Baqrat qardaşının hakimiyyətini qəbul etmədi və üsyan qaldırdı. Baqrat əyanlardan bir hissəsinin dəstəyini alaraq qardaşını hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırırdı.
II Qeorqi (Abxaziya çarı)
II Georgi (gürc. გიორგი II) — 923-957-ci illərdə hakimiyyətdə olmuş Abxaziya çarı. II Georgi Ançabadze sülaləsindən III Konstantinin oğlu və varisidir. Onun hakimiyyəti dövrü Abxaziya krallığının siyasi və mədəni cəhətdən çiçəklənmənin zirvə dövrü kimi qəbul edilir. II Georgi xələflərinin ölkə ərazisini genişləndirmə siyasətini davam etdirirdi. Onun əsas məqsədlərindən biri də Gürcüstanı birləşdirmək idi. Ögey qardaşı Baqratın üsyan qaldırması səbəbindən bütün ölkə ərazisində hakimiyyətini tam bərqərar etməsi bir müddət gecikdi. == Həyatı == II Georgi 923-cü ildə atası III Konstantinin vəfatından sonra taxta çıxdı. Bu dövrdə Georginin kiçik qardaşı Baqrat qardaşının hakimiyyətini qəbul etmədi və üsyan qaldırdı. Baqrat əyanlardan bir hissəsinin dəstəyini alaraq qardaşını hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırırdı.
Konstantin Abxazi
Konstantin (Kote) Nikolaeviç Abxazi (gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი; 25 sentyabr 1867, Kardaxani[d], Tiflis quberniyası – 20 may 1923, Tiflis Rusiyada Abxazov) — Gürcüstan hərbi və siyasi lideri, Rusiya imperator Ordusunun (1916) və Gürcüstan Demokratik Respublikasının Milli Ordusunun (1918) general-mayoru, Tiflis əyalətinin zadəganlarının lideri. == Həyatı == Knyaz Konstantin (Kote) Abxazi 1867-ci il sentyabrın 25-də Kaxeti bölgəsinin Kardenaxı kəndində varlı və zadəgan ailəsində anadan olub. O, knyaz Nikoloz Abxazinin və görkəmli gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzenin bacısı knyaginya Nino Çavçavadzenin oğlu idi. == Hərbi xidmət == Konstantin Abxazi Tbilisi Kadet Korpusu və Sankt-Peterburqdakı 1-ci Pavlovsk Hərbi Məktəbini (1886) bitirib. Hərbi məktəbi bitirdkdən sonra 1890-cı ildə Rusiya imperiyası ordusuna xidmətə qəbul edilmişdir. Polkovnik -leytenant (1908). Qafqaz Qrenadyorr Topçu Briqadasının 4-cü batareyasının komandiri. 21 mart 1911-ci ildə polkovnik rütbəsi verilərək istefaya göndərildi. Xidmətini başa vurduqdan sonra bir çox sosial və iqtisadi layihələrdə, o cümlədən Gürcüstanda dəmir yolunun çəkilişində iştirak etmişdir.
Abxaziya üsyanı (1866)
1866-cı il Abxaziya üsyanı, həmçinin "Qəribə" üsyan — Abxaziyada kəndli üsyanı. Üsyanın səbəbi kəndlilərin Rusiya imperiyası hökumətinin hazırladığı aqrar islahat şərtlərindən narazılığı idi. Üsyan 26 iyulda 1866-cı ildə Lıxnı kəndində (indiki Qudauta rayonu) başlamış və tezliklə demək olar ki, bütün Abxaziyaya yayılmışdır. Üsyanlarda 20 minə qədər insan iştirak etmişdir. 4 min nəfərdən çox döyüşçüdən ibarət üsyançı dəstələr 27 iyulda Suxuminin ətrafına nəzarəti ələ keçirmişdilər. Üsyançıların Suxumi qalasını ələ keçirmək üçün dəfələrlə etdiyi cəhdlər uğursuz olmuşdur. Ardınca üsyana rəhbərlik Rusiya hakimiyyəti ilə razılaşmağa çalışan abxaz zadəganlarının əlinə keçmişdir. Üsyan qoşunlar tərəfindən yatırıldıqdan sonra 15 nəfər səhra məhkəməsinə gətirilmiş, onlardan üçü ictimai şəkildə edam edilmişdir, bir çox üsyançı Abxaziyadan sürgün edilmişdir. Məhkum olan kəndlilərin bir qismi Osmanlı Anadolusuna köçmək əvəzinə, cəzalarını Sibirdə çəkmək üçün könüllü olaraq xristianlığı qəbul etmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == «Материалы по истории Абхазии (Т.III)».
Kiçik Abxaziya
Kiçik Abxaziya (rus. Малая Абхазия) cigetiya (gürc. ჯიქეთი) və ya sadzen — tarixi vilayət. == Tarixi == Kiçik Abxaziya termini XIX əsrin ortalarında Fridrix Bodenştedt və Vasili Potto kimi bir sıra Rusiya müəllifləri tərəfindən dövriyyəyə buraxılmışdır. Bəziləri Bzıb çayından Xosta çayına qədər olan ərazini Cigetiya adlandırır. Potto kimi müəlliflərə görə, Kiçik Abxaziya Qafqazın şimal yamacındadır, abazinlərin məskunlaşdığı ərazidir. Cigetiya əhalisinin etnik mənsubiyyəti məsələsi adıqlar və abxazlar arasında mübahisəli olaraq qalır. Qonşu abxazlar cigetlərə xitab etmək üçün "asadzua" (sadzlar) terminindən istifadə etmişdilər. Onlar eyni termini ubıxlara da tətbiq edirdilər. Cigetiyanın abxazca adı "Sadzen", ubıx dilində "Cıxı"dır.
Abxaziya pasportu
Abxaziya pasportu — Abxaziya Respublikası vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasport. Abxaziya yalnız Rusiya, Nikaraqua, Venesuela və Nauru tərəfindən tanındığından, abxazlar başqa ölkələrə getmək üçün Rusiya pasportlarından istifadə edirlər. Abxaziya pasportu tünd yaşıl rəngdədir. Ortada Abxaziyanın gerbi, yuxarıda ölkənin adı (Abxaziya), aşağıda isə "pasport" yazılıb. Onların hamısı həm abxaz, həm də rus dillərində yazılıb. == Tarixi == Abxaziya pasportlarından əvvəl ölkədə sovet pasportlarından istifadə olunurdu. Bu pasportlar ilk olaraq Acarıstan Muxtar Respublikasına göndərilib və Gürcüstanın bütün ərazisi kimi Acarıstanda da gürcü pasportlarından istifadə ediləcəyi üçün onları Abxaziyaya Acarıstan lideri Aslan Abaşidze verib. 2008-ci ildə bütün sovet pasportlarının müddəti başa çatdığından yeni pasporta ehtiyac yaranıb. Abxaziya pasportları ilk dəfə 1990-cı illərin sonlarında müzakirə olunmağa başladı. 2003-cü ildə bir türk şirkətinə sifariş verildi, lakin 25 min pasport daşıyan ilk gəmi Gürcüstan hakimiyyəti tərəfindən dayandırıldı və pasportlar məhv edildi.
Abxaziya Baş naziri
Abxaziya Baş naziri — Gürcüstanın de-yure hissəsi sayılan Abxaziyanın de-fakto hökumət başçısı.
Abxaziya Prezidenti
Abxaziya Prezidenti yalnız Abxaziya Muxtar Respublikasının başçıı ola bilər. Burada seçkilər beş ildən bir keçirilir. Burada ilk seçkilər 1991-cü ilin yanvar ayında keçirilib. == Prezidentlərin siyahısı == Valeri Bqanba-1 iyun 2014 - 25 sentyabr 2014.
Abxaziya Xalq Məclisi
Xalq Məclisi — Abxaziya Respublikası Parlamenti (abx. Аԥсны Жәлар Реизара – Апарламент; gürc. აფხაზეთის ე.წ რესპუბლიკის სახალხო კრება; abx. Народное Собрание — Парламент Республики Абхазия) — Abxaziya Respublikasının bir palatalı qanunverici orqanı.
Abxaziya gerbi
Abxaziya Qafqazda yerləşən qismən tanınan Abxaziya Respublikasının nəzarəti altında olan ərazidir. De-yure tanınmış Abxaziya Muxtar Respublikası ərazinin legitim hökuməti olduğunu iddia edir. == Abxaziya Respublikası == Abxaziya Respublikası gerbi — Gürcüstandan ayrıldığını bəyan etdikdən sonra 23 iyul 1992-ci ildə Abxaziya Ali Soveti tərəfindən qəbul edilmişdir. == Abxaziya Muxtar Respublikası == Abxaziya Muxtar Respublikası hökuməti gürcü və abxaz dillərində muxtar respublikanın adını daşıyan və Suxumidəki Hökumət Evinin təsviri olan möhür qəbul etmişdir.
Abxaziya lazları
Abxaziya lazları — Abxaziyada yaşayan laz diasporasının nümayəndələri. == Tarixi == Abxaziyada lazların mövcudluğu Kolxida və Laz çarlığı dövrünə təsadüf edir. Bəzi mənbələrə görə, lazların ilkin yaşayış yeri Abxaziyanın şimal-qərb sərhədlərində olmuşdur. Burada Arrian "Παλαιά Λαζική" ("Palaia Lazikê"; "qədim Lazika") adlı ölkəni qeyd edir. Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasına tabe olan və Suxumi mahalında tütün plantasiyalarında işləyən 10 min laz Ryazana və Tambova sürgün edilmişdir. Yalnız 1917-ci ilin iyununda Müvəqqəti hökumət onların statusunu nəzərdən keçirdikdən və "onların gürcü xalqına mənsub olmasının" geri qayıtmaq üçün kifayət qədər əsas olduğunu müəyyən etdikdən sonra qayıtmağına icazə verilmişdir. Bu günə qədər Abxaziyada yaşayan lazlar əsasən Abxaziya cəmiyyətinə assimilyasiya olunublar. Müasir şəraitdə hələ də laz dilində danışan və özlərini laz kimi hiss edən yaşlı nəslin bəzi nümayəndələri istisna olmaqla, mədəni və linqvistik cəhətdən abxazlardan ümumiyyətlə fərqlənmirlər. 2014-cü ilin seçici siyahılarına əsasən, Abxaziyada özlərini etnik laz kimi təqdim edən 128 yetkin vətəndaş qeydiyyatdadır. Onların əksəriyyəti Suxumi və Oçamçıra rayonunda qeydə alınıb.
Abxazuri
Abxazuri — Gürcü mətbəxinə məxsus yemək. Mal ətindən hazırlanmış qiymə ilə qoyun quyruğu, nar, soğan, reyhan və ədviyyatlar qarışıdırılaraq tor formasında quyruğa bükülərək bişirilir. Bu qidanın vətəni Gürcüstanın qərbi hesab olunur. == Tərkibi == Yeməyin əsas komponenti kiçik parçalara kəsilmiş və ya ət çəkən maşında doğranmış ətdir. Ənənəvi reseptdə (Qərbi Gürcüstanda) gənc mal əti istifadə olunur, lakin quzu ətindən (Şərqi Gürcüstanda), həmçinin donuz əti və qarışıq ətdən (məsələn, 50/50 nisbətində mal əti və donuz əti) istifadə variantları da var. Əksər reseptlərdə ikinci ən vacib tərkib hissəsi, 1/2–1/3 nisbətində ətə əlavə edilən, qoyun quyruğu piyidir. Yeməyə soğan, sarımsaq və müxtəlif növ göyərti və ədviyyatlar da (qara və qırmızı bibər, keşniş, reyhan, utsxo-suneli və s.) daxildir. Yeməyin digər vacib komponenti nar dənələridir. Bəzi reseptlərdə nar əvəzinə zirinc istifadə olunur. == Hazırlanması == İncə doğranmış təzə göyərti, soğan, sarımsaq, acı bibər, nar dənələri və ədviyyatlar doğranmış ətə/qiymə ətə əlavə edilir.

Значение слова в других словарях