AERO…

аэро … (часть сложного слова, соответствующая по значению слову “hava” – “воздушный”)
AERENXİMA
AEROB
OBASTAN VİKİ
Aero L-29 Delfin
Aero L-29 Delfin (ing. Dolphin; NATO kod adı: Maya) — Çexoslovakiyanın aviasiya istehsalçısı Aero Vodochody tərəfindən hazırlanmış və istehsal etdilmiş hərbi təlim təyyarəsi. Ölkənin ilk olaraq yerli olaraq hazırlanan və inşa edilən jet təyyarəsidir, həmçinin Sovet İttifaqı istisna olmaqla, İqtisadi Əməkdaşlıq Şurasının ən böyük təyyarə sənaye proqramıdır.
Aero L-39 Albatros
Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır. L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.
1 Avqust (aerobatika eskadronu)
1 Avqust (çin. 八一飞行表演队) Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1962-ci ildə yaradılmışdır və Çin Xalq Azadlıq Ordusunun yaradıldığı tarix şərəfinə 1 Avqust adlandırılmışdır. Komanda dünyanın 166 ölkə və regionunda beş yüzdən çox çıxış edib. Uçuşlar üçün 6 ədəd Chengdu J-10 təyyarəsi istifadə olunur.
2017 Aeroqaviota Hava yolları An-26 qəzası
2017 Aeroqaviota Hava yolları An-26 qəzası, 29 aprel, 2017-ci il tarixində Kubada baş vermiş və 8 nəfərin ölümü ilə nəticələnən aviasiya olayı. == Təyyarə == Qəzaya uğramış təyyarənin növü Antonov An-26. == Qəza == Qustavo Rizo, Havanadan Pinar-del-Rio vilayətinə uçan təyyarə havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. Daha sonra radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub. İlkin məlumatlarda təyyarənin sərnişin daşıdığı və ekipaj üzvləri ilə birlikdə 39 nəfərin olduğu bildirilsədə, daha sonra təyyarənin hərbi təyyarə olduğu və 8 nəfər heyəti olduğu təsdiqləndi. Təyyarədə olan 8 nəfərin hamısı qəza zamanı həlak olmuşdur. == Araşdırma == Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyi tərəfindən qəzanı araşdırmaq üçün komissiya yaradılıb.
Aerobatika
Aerobatika və ya hava aerobatikası, bir təyyarəni qeyri-adi vəziyyətlərdə qoymaqla; Loop, rulon, viril kimi normal uçuşda istifadə edilməyən manevrlərlə həyata keçirilən həssas və dəqiq uçuş. Aerobatik manevrlər; şou, döyüş, idman və ya təlim məqsədi ilə keçirilir. Aerobatika, əsasən təyyarə və ya playner kimi sabit qanadlı təyyarələr tərəfindən yerinə yetirilir, lakin bəzi helikopter modellərində də məhdud aerobatika hərəkətləri etmək mümkündür. == Etimalogiyası == Aerobatika termini ilk dəfə 1914-cü ildə ingilis aviasiya jurnalı The Airplane tərəfindən irəli sürülmüşdür. Yunan dilində "havaya aid" mənasını verən aero-prefiksi ilə "ayaq ucunda gəzmək" mənasını verən akrobatika sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Aerobatika komandalarının siyahısı
== İstinadlar ==
Aerobika
Aerobika — ritmik musiqi ilə aerobik məşqlərdən ibarət olan gimnastikadır və təlimlərin ritmini izləməkdə kömək edir. == Haqqında == Dözümlülüyün təzahürü ilə bağlı olub dövrlər üzrə gedən idman növlərində (qaçış, yeriş, üzgüçülük, avarçəkmə, velosipedsürmə, xizəklərdə, konkilərdə sürüşmə) ürək-damar və tənəffüs sistemlərinin funksional imkanlarının yüksəlməsinə yönəlmiş təmrinlər sistemi. 2. Məşğul olanların fiziki hazırlığının yüksəlməsinə yönəlmiş və musiqi sədaları altında icra olunan müxtəlif fiziki təmrinlər kompleksi. Sağlamlıq və idman məqsədlərində istifadə olunur. Tərkib vasitələrinə yaş xüsusiyyətlərinə görə fərqlənən, alət və əşyalar tətbiq edilən, müxtəlif şəraitdə (zalda, stadionda, suda keçirilən) müxtəlif sistem və istiqamətlər və s. daxil edilir. 3. Bodibildinqdə - yarışlarda əzələlərin və venaların son hədd qabarıqlığını nümayiş etdirmək marağı ilə dərialtı piyin yandırılması və maksimum səfərbər edilməsinə yönəlmiş orqanizmin aerob məhsuldarlığının yüksəlməsinin metod və vasitələrinin məcmusu. Bura stasionar velotrenajorlarda, qaçan cığırlarda, xizək və avarçəkmə trenajorlarında arası kəsilməz, yavaş və fasiləli qaçış məşğələ - təmrinləri daxildir.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — I Avropa Oyunlarında aerobika gimnastikası idman növü üzrə yarışlar 17, 19 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. İdmançılar 2 dəst medal uğrunda mübarizə apardı. Qarışıq qrup yarışlarında qızıl medalı Macarıstan gimnastları qazandı. Gümüş medala Rumıniya nümayəndələri, bürünc medala İspaniya gimnastları layiq görüldü. Qarışıq cüt yarışlarında isə İspaniyalı Sara Moreno və Visente Li I Avropa Oyunlarının çempionu oldu. İtaliya gimnastları Miçela Kastoldi və Davide Donati gümüş medal, Rusiyalı Duxiq Janaziyan və Denis Solovyov isə bürünc medal qazandı. Ümumi yekunda, medal sıralanmasında İspaniya idmançıları 1 qızıl və 1 bürünc medalla 1-ci yeri tutdu.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cüt, çoxnövçülük)
I Avropa Oyunlarında aerobika gimnastikası idman növünün qarışıq cüt yarışları 17 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 10 dövlətin 20 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 21.150 xal toplayan İspaniya gimnastları Sara Moreno və Visente Li oldu. Gümüş medalı İtaliyaıı Miçela Kastoldi və Davide Donati, bürünc medalı isə Rusiya idmançıları Duxiq Janaziyan və Denis Solovyov qazandı.
Aerobion
Anqrekum (lat. Angraecum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Aerobion Kaempf. ex Spreng. Angorchis Thouars Bonniera Cordem. Ctenorchis K. Schum. Lepervenchea Cordem. Macroplectrum Pfitzer Monixus Finet Pectinaria Cordem.
Aerodramus terraereginae
Aerodramus terraereginae (lat. Aerodramus terraereginae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus unicolor
Aerodramus unicolor (lat. Aerodramus unicolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus vanikorensis
Aerodramus vanikorensis (lat. Aerodramus vanikorensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus vestitus
Aerodramus vestitus (lat. Aerodramus vestitus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus vulcanorum
Aerodramus vulcanorum (lat. Aerodramus vulcanorum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus whiteheadi
Aerodramus whiteheadi (lat. Aerodramus whiteheadi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodrom
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. == Azərbaycanda == Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Aerofagiya
Aerofagiya — həddən ziyadə havanın udulmasını təsvir edən fenomendir. Normada yemə və ya içmə zamanı az miqdarda hava mədəyə daxil olur. Amma bu insanda heç bir narahatlıq yaratmır. Bəzi hallarda isə mədəyə yemək zamanı və ya yeməkdən sonra həddən ziyadə hava daxil olur və narahatlıq yaradır. Aerofagiya köp, gəyirmə, qarında ağrı kimi hallar törədə bilir. === Səbəbləri === Tələsik yemə Karbonlaşmış içkilər Saqqız çeynəmə Diş protezlərinin boşalması Psixi xəstəliklər == Həkimə nə zaman müraciət etməli? == Köp və ya gəyirmə şikayətləri ilə həkimə müraciət edən zaman səbəbin aerofagiya olması təyin edilə bilər. Bəzi insanlarda aerofagiyanın müalicəində psixoterapiya əhəmiyyətli rol oynayır. Yemək zamanı aerofagiyadan qaçmaq üçün tələsmədən və az-az yemə tövsiyə olunur.
Aerofitllər
Aeroflot
Aeroflot (rus. Аэрофлот) — Rusiyanın ən böyük hava yolu şirkəti. Şirkət ölkədaxili və beynəlxalq uçuşlar həyata keçirir. Əsası 1923-cü ildə qoyulan Aeroflot ən qədim hava yolu şirkətlərindən biridir. Sovet hakimiyyəti dövründə milli hava yolu olan şirkət həm də dünyanın ən böyük hava yolu şirkəti idi.
Aeroflot Hava Yolları reys 6502
Aeroflot Hava Yolları reys 6502 (rus. Катастрофа Ту-134 в Куйбышеве) — 1986-cı ilin 20 oktyabr tarixində SSRİ-də daxili uçuş həyata keçirən Tupolev Tu-134 A tipli təyyarənin qəzaya uğraması ilə nəticələnmiş hadisə. Təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərindən Çeçenistanın paytaxtə Qroznı şəhəri istiqamətindəki uşuşu həyata keçirən zaman qəzaya uğramış və hadisə nəticəsində təyyarədə olan 7 nəfəri uçuş heyəti üzvü olmaqla, ümumilikdə 94 nəfərdən 70 nəfəri, o cümlədən 66 sərnişin və 4 heyət üzvü həlak olmuş, 24 nəfər isə sağ qalmışdır. Qəzanın baş verməsinə təyyarə kapitanı Aleksandr Klyuyevin kobud səhlənkarlığı və ikinci pilot Gennadi Jirnov ilə yerə baxmadan təyyarəni gözü bağlı endirə biləcəyi ilə bağlı mərci olmuşdur. Hadisədən sonra keçirilmiş məhkəmənin qərarı ilə pilot qəzanın səbəbkarı kimi göstərilmiş və 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. == Uçuş məlumatı == 1979-cu ildə SSRİ-də istehsal olunmuş Tupolev Tu-134 A tipli təyyarə 62327 qeydiyyat nömrəsi ilə əsasən ölkədaxili uçuşları həyata keçirmişdir. Hadisə baş verən zaman heyət kapitan Aleksandr Klyuyev, ikinci pilot Gennadi Jirnov, naviqasiya operatoru İvan Moxonko, uçuş mühəndisi Kyuri Xamzatov və digər üç nəfərdən ibarət olmuşdur. Uşuş planlaşdırmasına əsasən təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərinin hava limanından Qroznıya uçmalı, yolüstü Kuybışev Hava Limanında enməli idi. Samara şəhəri SSRİ dövründə Kuybışev adlandırıldığından qəza SSRİ xronikasında Kuybışev təyyarə qəzası olaraq qalmışdır. == Qəza == Qəza, təyyarənin Kuybışev Hava Limanına yaxınlaşması zamanı baş vermişdir.
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Aerofoil
Qanad profili və ya aerofoil — Bir qanad, pərvanə, rul, yelkən kimi bir flüid içində hərəkət edən cisimlərin 2D kəsiyi. Bunlar hava, su kimi hər hansı bir maye içində hərəkət edən nəqliyyat vasitəsinə optimal daşıyıcı qüvvə/sürtünmə nisbəti vermək üçün nəzərdə tutulmuş əyri və ya düz, ümumiyyətlə damla formalı hissələrdir. Qanadlardan əlavə Fin (şaquli stabilizator) və üfüqi stabilizator kimi bir çox aerodinamik idarəetmə səthinin əsas hissəsini təşkil edir. == Hissələri == Hücum bucağı flüidin nəqliyyat vasitəsinə nisbətən hərəkət istiqamətinə əsasən hesablanır. Profil ətrafındakı flüidin sürəti və istiqaməti dəyişkən olacağı üçün uzaq bir nöqtədə sürət vektorundan istifadə olunur. Veter xətti, profilin hücum kənarı (ən kiçik radius nöqtəsi) və arxa tərəfi arasındakı düz xəttdir. Kamber xətti profilin aşağı və yuxarı səthi arasında, tam ortada yerləşən nöqtələri birləşdirən xəttdir. == Bernoulli prinsipi == Qanadın qozbel olan yuxarı hissəsində, flüidin getməli olduğu yol alt hissədən daha çoxdur. Bu səbəbdən yuxarıdakı flüid (maye) daha sürətli hərəkət edir. Bernoulli prinsipinə görə, sürəti artan havanın statik təzyiqi azalır.
Aerofotoaparat
Aerofotoaparat — peykdən, təyyarədən, vertolyotdan və s.-dən Yer səthinin, onun obyektlərinin fotoşəklini çəkmək üçün optik cihaz. Aerofotoaparatın əsasən iki növü olur: topoqrafik aerofotoaparat, kəşfiyyat aerofotoaparatı. Aerofotoaparat bir və çoxobyektivli olur. Çəkilən obyektin uzaqlığı, təyyarənin sürətlə uçması və ləngərlənməsi aerofotoaparatın quruluşunda bəzi uyğunlaşmanın olmasını tələb edir. Aerofotoaparatı ilk dəfə Birinci Dünya müharibəsi illərində (1914–1918) rus mühəndisi Vladimir Potte ixtira etmişdir. Aerofotoaparatın obyektivi optik sistemdən ibarətdir. Fotoşəklin yüksək keyfiyyətli və mükəmməl olmasını təmin edir. Aeroşəklin miqyası uçuşun yüksəkliyindən əlavə, Aerofotoaparatdakı obyektivin fokus məsafəsindən də asılıdır. Böyük sürətlə üçan təyyarədən çəkilmiş aeroşəkildə təhrif olmaması üçün müasir aerofotoaparat obyektivi saniyənin 1/100–1/500 və daha kiçik hissəsi qədər açan sürgü ilə təchiz olunur. Aerofotoaparatın optik oxunu təyyarənin vəziyyətindən asılı olmayaraq, mümkün qədər şaquli vəziyyətdə saxlamaq üçün xüsusi giroskopik sistemdən istifadə edilir.
Aerofotoşəkil
== Aerofotoşəkil == Aerofotoşəkil-təyyarədən çəkilmiş şəkillər. Bu şəkillər məsafədən alınmış verilənlər növünə aid olmaqla aşağıdakı təsnifata malikdirlər. == Aerofotoşəkilçəkmə == Təyyarə, vertolyot vo digər uçuş cihazları ilə yer səthinin fotoşəkillərinin çəkilməsi. Aerofotoşəkilçəkmə irimiqyaslı (10 000- dən çox), ortamiqyaslı (10000-30 000) və kiçik­miqyaslı (30000-dən kiçik) aparılır. Ərazinin təyyarədən çəkilməsi paralel marşrutla aparılır. Bu marşrutların bir-birindən uzaqlığı elə müəyyən edilir ki, qonşu marşrutlara aid aeroşokillər, orta hesabla, bir-birini 30 (enino örtmə), bir marşruta aid qonşu şəkillər isə bir-birini 60 (uzununa örtmə) örtsün. Aerofotoşəkillərə əsasən şəkil montaj edilir və fotosxem qurulur. Fotosxem şəkillərin mərkəz hissələrindən qarışdırılmış bütün ərazi­nin aeroşəklini verir. == Tarixi == İlk aerofotoçəkiliş 1858-ci ildə Parisdə həyata keçirilmişdir. Bu çəkiliş fransız fotoqrafı və aeronavtı Qasnar Feliks Furnaşon tərəfindən aparılmışdır.

Digər lüğətlərdə