Akademiya

1) eramızdan əvvəl (miladdan qabaq) IV əsrdə qədim yunan filosofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağlarda əsası qoyulmuş fəlsəfi məktəbin ilk adı. Bu məktəb yunan mifik qəhrəmanı Akademin şərəfinə salınmış bağda təsis olunmuşdur. Qədim Yunanıstanda idealist fəlsəfəsinin mərkəzi; 2) elmi-tədqiqat idarələri, cəmiyyət, tədris və incəsənət xarakteri daşıyan müxtəlif elmi müəssisələr. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası.
Akademik saat
Akademizm
OBASTAN VİKİ
Google Akademiya
Google Akademiya (ing. Google Scholar) — bütün format və fənlərin elmi nəşrlərinin tam mətnləri üçün pulsuz axtarış sistemi. Layihə 2004-cü ilin noyabr ayından bəri beta statusunda davam edir. Google Scholar Index, Avropada və Amerikadakı ən böyük elmi nəşrçilərin nəzərdən keçirdiyi onlayn jurnalların əksəriyyətinin məlumatlarını ehtiva edir. Google Scholar funksionallığı baxımından Scirus, CiteSeerX və GetCITED-ə bənzəyir. Ayrıca, Google Scholar, pullu bir abunəlikdən sonra nəşrlərə giriş imkanı verən saytlara bənzəyir, məsələn, Scopus və Web of Science. Google Scholar-un reklam şüarı — "nəhənglərin çiyinlərində durmaq" — İsaak Nyutonun məşhur "Başqalarından daha çox şey görməyimin səbəbi nəhənglərin çiyinlərində dayandığım üçün idi" ifadəsinin bir hissəsidir, elm adamlarına hörmət əsrlər boyu elmin inkişafına töhfə verən və yeni kəşflər və nailiyyətlər üçün zəmin yaradanlar. Google Scholar layihəsi, Aleks Verstak və daha sonra Google axtarış indeksinin yaradılması üzərində işləyən Anuraq Açarya ilə müzakirə ilə başladı. 2006-cı ildə Microsoft Windows Live Academic Search layihəsini başlatdı. Potensial bir rəqibin ortaya çıxmasından sonra Google Scholar biblioqrafik məlumat idarəetmə proqramlarına (RefWorks, RefMan, EndNote və BibTeX kimi) istinadları idxal etmək qabiliyyətini əlavə etdi.
Akademiya
Akademiya — müəyyən sahə üzrə ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi; eramızdan əvvəl IV əsrdə qədim yunan filosofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağlarda əsası qoyulmuş fəlsəfi məktəbin ilk adı. Bu məktəb yunan mifik qəhrəmanı Akademin şərəfinə salınmış bağda təsis olunmuşdur. Qədim Yunanıstanda idealist fəlsəfənin mərkəzi. Müasir dövrdə bir çox elmi-tədqiqat idarələri, tədris və incəsənət xarakteri daşıyan bir çox müəssisələr akademiya adlandırılır. Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Hərbi Akademiya insidenti
Hərbi Akademiya insidenti (士官学校事件, Şikan Qakko ciken) və ya Noyabr insidenti (十一月事件, Cuiçiqatsu ciken) – 1934-cü ilin noyabrında Yaponiyada baş vermiş hərbi çevriliş cəhdi. 1934-cü ilin noyabrında İmperiya yolu fraksiyasına (Kodoha) mənsub olan bir sıra zabitlər və Hərbi Akademiyadakı bir sıra kursantlar hərbi çevrilişə cəhd etməyi planlaşdırdıqları səbəbilə həbs olunmuşdur. Yaponiya Ordu Nazirliyi belə bir planın mövcudluğundan xəbər tutmuş, kapitan Koci Muranaka və leytenant Asaiçi İsobeni həbs etmişdir. Dəlillərin azlığı səbəbilə onlar təqsirkar hesab olunmamış, lakin altı ay müddətinə uzaqlaşdırılmışdırlar. Kursantlar isə akademiyadan xaric edilmişdirlər. Hərbi Akademiya insidenti Kodoha ilə Toseyha (Kontrol fraksiyası) arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Kodoha bu hadisənin Toseyha tərəfindən hərbi təhsil üzrə inspektor olan Cinzaburo Mazakini gözdən salmaq məqsədilə uydurulduğunu iddia etmişdir. Belə ki, Mazaki Kodohaya qarşı açıq simpatiyası ilə tanınırdı. İnsident Mazakinin vəzifədən uzaqlaşdırılması, davamçısı olan Tetsuzan Naqatanın bir Kodoha zabiti tərəfindən öldürülməsi ilə nəticələnmişdir. 1936-cı ildə baş vermiş 26 Fevral insidentində Muranaka və İsobe də iştirak etmişdirlər.
Britaniya Akademiya Film mükafatı
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Dei Linçei Akademiyası
Dei Linçei Akademiyası (it. Accademia Nazionale dei Lincei, çox vaxt qısa şəkildə Accademia dei Lincei, yaxuq "Vaşaqgözlülər Akademiyası") — İtaliyanın ən qədim elmlər akademiyası. Romada, Korsini palazzoda yerləşir. Akademiklər özlərini "vaşaqgözlü" (lincei) adlandırır. Elmi idrak üçün vacib olan itigözlülük xüsusən vaşaqa (it. lince, lat. lynx) — vəhşi meşə pişiyinə xas olduğu üçün özlərini belə adlandırırlar. Bu təşbeh Yunan mifologiyasında arqonavtların öncəgörəni kimi tanınmış Linkeyin itigözlülüyünə işarə olan "Linkey gözləri" ifadəsindən formalaşmışdır. İtaliyanın ən qədim akademiyası olan Dei Linçei akademiyası 1603-cü ildə Federiko Çezi tərəfindən yaradılmışdır və üç yüz il ərzində İtaliya elminin intelektual məkrəzi olmuşdur. İlk dövrlərdə akademiyanın cəmi dörd üzvü var idi.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Elmlər Akademiyası
Elmlər Akademiyası — elmin müxtəlif sahələri ilə peşəkar şəkildə məşğul olan insanları birləşdirən dövlət və ya ictimai qeyri-kommersiya təşkilatı. Onun üzvləri akademik adlanırlar. Azərbaycan Respublikasında akademiyalar ancaq dövlət akademiyası ola bilər. Sahə akademiyası kimi Azərbaycan Mühəndislik Akademiyası fəaliyyət göstərir. Beynəlxalq Elmlər Akademiyası (IAS) Beynəlxalq San-Marino Elmlər Akademiyası (AIS San-Marino) Rusiya Federasiyasında yeddi dövlət, on səkkiz ictimai akademiya fəaliyyət göstərir.
Elmlər Akademiyası metrostansiyası
Elmlər Akademiyası metrostansiyası — Bakı metrosunda stansiya. Metronun yeddi dərində yerləşən stansiyalarından biridir. Stansiyaya daxil olan qatarlarda "Tələbə" musiqisindən fraqment səslənir. 2015-ci il dekabrın 28-də stansiyanın 2-ci çıxışı istifadəyə verilmişdir. Bununla da stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına,ikinci çıxış Mətbuat prospektinə,digər iki çıxış isə Bəxtiyar Vahabzadə küçəsinə çıxır. Stansiyaya daxil olan qatarlarda "Tələbə" mahnısından fraqment səslənir. "Elmlər Akademiyası" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanıb. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra 15 sentyabr 2016-cı ildə yenidən istifadəyə verilib.
Elmlər Akademiyası silsiləsi
Elmlər Akademiyası silsiləsi (tac. Қаторкуҳи Академияи Фанҳо) — Tacikistanda, Qərbi Pamir dağlarında yerləşən dağ silsiləsi. Silsiləsi meridional istiqamətdə təxminən 110 km məsafəyə uzanır. Elmlər Akademiyası silsilənin ən yüksək zirvəsi və Tacikistanın ən yüksək nöqtəsi İsmayıl Somoni zirvəsidir (7,495 metr). Silsilənin 24 zirvəsinin hündürlüyü 6,000 metrdən yuxarıdır. Silsilə Paleozoy çökmə və metamorfik süxurlardan, qismən də qranitlərdən ibarətdir . Elmlər Akademiyası silsiləsini əhatə edən əbədi qarlar çoxlu sayda iri buzlaqları qidalandırır. Dağ silsiləsi 1927-ci ildə Nikolay Korjenevski tərəfindən kəşf edilmiş və SSRİ Elmlər Akademiyasının adını daşıyır.
Ermənistan Milli Elmlər Akademiyası
Ermənistan Milli Elmlər Akademiyası (erm. Հայաստանի Հանրապետության գիտությունների ազգային ակադեմիա, Hayastani Hanrapetutyan gitutyunneri azqayin akademiya) — Ermənistanda elm və ictimai elmlər sahələrində tədqiqat aparan və fəaliyyəti koordinasiya edən əsas orqan kimi fəaliyyət göstərən Ermənistan milli akademiyası. Ermənistan SSR Elmlər Akademiyası 1935-ci ildə yaradılmış SSRİ Elmlər Akademiyasının Ermənistan şöbəsinin əsasında 10 noyabr 1943-cü ildə yaradılmışdır. Onun təsisçiləri arasında İosif Orbeli, Stepan Malxasyants, İvan Gevorkyan və Viktor Ambartzumyan var idi. Orbeli akademiyanın ilk prezidenti olmuşdur.
Esperanto Akademiyası
Esperanto Akademiyası (esp. Akademio de Esperanto, ing. Academy of Esperanto) — dilin əsas prinsipləri ilə ardıcıl olaraq Esperanto dilinin təkamülünü nəzarət edən müstəqil bir dil akademiyası. Fransa Akademiyasından bir az modellənmişdir, Esperanto dilinin yaradıcısı olan Lüdviq Lazar Zamenhof tərəfindən Esperantonun Birinci Ümumdünya Esperanto Konqresi tərəfindən təklif edildi və qısa müddət sonra Lingva Komitato (azərb. Dil Komitəsi‎) adı altında quruldu. Bu Komitənin Akademio (azərb. Akademiya‎) adlı bir "üstün komissiyası" var idi. 1948-ci ildə, ümumi bir yenidənqurma çərçivəsində, Dil Komitəsi (esp. Lingva Komitato) və Akademiya (esp. Akademio ) Esperanto Akademiyasını yaratmaq üçün bir araya gəldi.
Ferens List Musiqi Akademiyası
Ferens List Musiqi Akademiyası (mac. Liszt Ferenc Zeneművészeti Egyetem) — Budapeştdə yerləşən Macarıstanın ən qabaqcıl musiqi akademiyası. Akademiya Ferens List tərəfindən 1875-ci ildə təsis edilib və ilk olaraq öz evində yerləşirdi. 1919-cu ilədək Kral Macarıstan Musiqi Akademiyası (alm. Königlich-Ungarische Musikakademie‎) adlanırdı, sonra 1925-ci ildə yalnız Musiqi Kolleci adını qazandı. Akademiya həmçinin List Muzeyi və Araşdırma Mərkəzi və Bartok Musiqi Məktəbini də əhatə edir. Bundan əvvəl Akademiya, memar Adolf Lanq ("Köhnə Musiqi Akademiyası") tərəfindən hazırlanmış Andrassi prospektindəki bir binada yerləşdi. Bina yalnız 1980-ci illərdə Akademiya tərəfindən satın alınmışdır və indi rəsmi olaraq Ferens List Memorial və Araşdırma Mərkəzi adlanır.
Fransa Akademiyası
Fransa Akademiyası (fransızca:Académie française) - fransız dilinin və ədəbiyyatının tədqiqatı ilə məşğul olan elmi quruluş. Kardinal Rişelyenin 29 yanvar 1635-ci il tarixli fərmanı əsasında yaradılmışdır. Akademiya 40 üzvdən ibarətdir. Bunlar əsasən fransız dilinin inkişafında və tanınmasında böyük xidmətləri olan yazıçı, şair, filosof, tarixşünas, alim, tənqidçi, dövlət xadimləri və s. arasından seçilir. Akademiyaya üzvlük ömürlükdür.
Fransa Elmlər Akademiyası
Fransa Elmlər Akademiyası (fr. Académie des sciences) və ya Paris Elmlər Akademiyası — fransız alimləri ilhamlandırmaq və qorumaq üçün Jan Batist Kolberin təklifi ilə 1666-cı ildə XIV Lüdovik tərəfindən yaradılan elmi təşkilat. Dünyadakı ilk elmlər akademiyalarından biridir. Fransa Elmlər Akademiyasının ümumi qeyri-rəsmi adı Paris Elmlər Akademiyasıdır. Fransa İnstitutunun bir hissəsidir (beş milli akademiyadan biri). XVII və XVIII əsrlərdə Avropadakı elmi araşdırmaların önündə getmişdir.
Fövqəladə Hallar Nazirliyinin Akademiyası (Azərbaycan)
Fövqəladə Hallar Nazirliyinin Akademiyası — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. İlham Əliyev 2 iyun 2008-ci il tarixində "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il 10 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsini təsdiq etmişdir. Sərəncama görə, akademiya FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevdir.
Gürcüstan Elmlər Akademiyası
Gürcüstan Milli Elmlər Akademiyası (GMEA) (gürc. საქართველოს მეცნიერებათა ეროვნული აკადემია) Gürcüstanın elmini öyrənən bir cəmiyyətidir. 1990-cı ilin noyabr ayına qədər Gürcüstan SSR Elmlər Akademiyası adlandırıldı. Akademiya Gürcüstanda elmi tədqiqat işlərini əlaqələndirir və xarici ölkələrin akademiyaları və elmi mərkəzləri ilə əlaqələri inkişaf etdirir. GMEA 1941-ci ilin fevral ayında Tiflisdə yaradıldı. Akademiyanın qurucusu akademikləri Giorgi Akhvlediani (dilçilik), İvane Beritaşvili (fiziologiya), Arnold Çikobava (İbero-Qafqaz dilləri), Giorgi Chubinashvili (incəsənət), Simon Janashia (tarix), Alexander Janelidze (geologiya), Korneli Kekelidze (filologiya), Niko Ketsxoveli (botanika), Tarasi Kvaratsxeliya (subtropik mədəniyyətlər), Niko Muskhelishvili (riyaziyyat, mexanika; Akademiyanın ilk prezidenti), İlia Vekua (riyaziyyat; Akademiyanın ikinci prezidenti), Akaki Shanidze (dilçilik), Alexander Tvalchrelidze (mineralogiya), Dimitri Uznadze (psixologiya), Kiriak Zavriev (konstruktiv mexanika) və Philip Zaitsev (zoologiya) idi. Akademiyanın digər görkəmli üzvləri arasında Ekvtime Takaişvili (tarix), Şalva Nutsubidze (fəlsəfə), Giorgi Sereteli (şərqşünaslıq), Simon Kauxchishvili (klassik filologiya), Konstantine Gamsaxurdia (ədəbiyyat), Giorgi Melikishvili (tarix), Nikoloz Berdzenishvili (tarix)., Revaz Dogonadze (fizika), Malxaz Abdushelishvili (antropologiya), Guram Mchedlidze (paleobiologiya) və Levan Chilashvili (arxeologiya) var idi. Bu gün Akademiyanın üzvləri arasında tanınmış elm adamları Tamaz Qamkrelidze (dilçilik), David Muskhelishvili (tarix), Revaz Qamkrelidze (riyaziyyat), Simon Xeçinaşvili (med.), George Nakhutsrishvili (botanika), Vladimer Papava (iqtisadiyyat), David Lordkipanidze (paleeoantropologiya) və s. var. Gürcüstan Milli Elmlər Akademiyasının prezidentləri: Niko Muskhelishvili (1941–1972), İlia Vekua (1972–1977), Yevgeni Xaradze (1977–1986), Albert Tavxelidze (1986–2005) və Tamaz V. Gamkrelidze (2005–2013).
Gürcüstan Milli Elmlər Akademiyası
Gürcüstan Milli Elmlər Akademiyası (GMEA) (gürc. საქართველოს მეცნიერებათა ეროვნული აკადემია) Gürcüstanın elmini öyrənən bir cəmiyyətidir. 1990-cı ilin noyabr ayına qədər Gürcüstan SSR Elmlər Akademiyası adlandırıldı. Akademiya Gürcüstanda elmi tədqiqat işlərini əlaqələndirir və xarici ölkələrin akademiyaları və elmi mərkəzləri ilə əlaqələri inkişaf etdirir. GMEA 1941-ci ilin fevral ayında Tiflisdə yaradıldı. Akademiyanın qurucusu akademikləri Giorgi Akhvlediani (dilçilik), İvane Beritaşvili (fiziologiya), Arnold Çikobava (İbero-Qafqaz dilləri), Giorgi Chubinashvili (incəsənət), Simon Janashia (tarix), Alexander Janelidze (geologiya), Korneli Kekelidze (filologiya), Niko Ketsxoveli (botanika), Tarasi Kvaratsxeliya (subtropik mədəniyyətlər), Niko Muskhelishvili (riyaziyyat, mexanika; Akademiyanın ilk prezidenti), İlia Vekua (riyaziyyat; Akademiyanın ikinci prezidenti), Akaki Shanidze (dilçilik), Alexander Tvalchrelidze (mineralogiya), Dimitri Uznadze (psixologiya), Kiriak Zavriev (konstruktiv mexanika) və Philip Zaitsev (zoologiya) idi. Akademiyanın digər görkəmli üzvləri arasında Ekvtime Takaişvili (tarix), Şalva Nutsubidze (fəlsəfə), Giorgi Sereteli (şərqşünaslıq), Simon Kauxchishvili (klassik filologiya), Konstantine Gamsaxurdia (ədəbiyyat), Giorgi Melikishvili (tarix), Nikoloz Berdzenishvili (tarix)., Revaz Dogonadze (fizika), Malxaz Abdushelishvili (antropologiya), Guram Mchedlidze (paleobiologiya) və Levan Chilashvili (arxeologiya) var idi. Bu gün Akademiyanın üzvləri arasında tanınmış elm adamları Tamaz Qamkrelidze (dilçilik), David Muskhelishvili (tarix), Revaz Qamkrelidze (riyaziyyat), Simon Xeçinaşvili (med.), George Nakhutsrishvili (botanika), Vladimer Papava (iqtisadiyyat), David Lordkipanidze (paleeoantropologiya) və s. var. Gürcüstan Milli Elmlər Akademiyasının prezidentləri: Niko Muskhelishvili (1941–1972), İlia Vekua (1972–1977), Yevgeni Xaradze (1977–1986), Albert Tavxelidze (1986–2005) və Tamaz V. Gamkrelidze (2005–2013).
Gürcüstan SSR Elmlər Akademiyası
Gürcüstan Milli Elmlər Akademiyası (GMEA) (gürc. საქართველოს მეცნიერებათა ეროვნული აკადემია) Gürcüstanın elmini öyrənən bir cəmiyyətidir. 1990-cı ilin noyabr ayına qədər Gürcüstan SSR Elmlər Akademiyası adlandırıldı. Akademiya Gürcüstanda elmi tədqiqat işlərini əlaqələndirir və xarici ölkələrin akademiyaları və elmi mərkəzləri ilə əlaqələri inkişaf etdirir. GMEA 1941-ci ilin fevral ayında Tiflisdə yaradıldı. Akademiyanın qurucusu akademikləri Giorgi Akhvlediani (dilçilik), İvane Beritaşvili (fiziologiya), Arnold Çikobava (İbero-Qafqaz dilləri), Giorgi Chubinashvili (incəsənət), Simon Janashia (tarix), Alexander Janelidze (geologiya), Korneli Kekelidze (filologiya), Niko Ketsxoveli (botanika), Tarasi Kvaratsxeliya (subtropik mədəniyyətlər), Niko Muskhelishvili (riyaziyyat, mexanika; Akademiyanın ilk prezidenti), İlia Vekua (riyaziyyat; Akademiyanın ikinci prezidenti), Akaki Shanidze (dilçilik), Alexander Tvalchrelidze (mineralogiya), Dimitri Uznadze (psixologiya), Kiriak Zavriev (konstruktiv mexanika) və Philip Zaitsev (zoologiya) idi. Akademiyanın digər görkəmli üzvləri arasında Ekvtime Takaişvili (tarix), Şalva Nutsubidze (fəlsəfə), Giorgi Sereteli (şərqşünaslıq), Simon Kauxchishvili (klassik filologiya), Konstantine Gamsaxurdia (ədəbiyyat), Giorgi Melikishvili (tarix), Nikoloz Berdzenishvili (tarix)., Revaz Dogonadze (fizika), Malxaz Abdushelishvili (antropologiya), Guram Mchedlidze (paleobiologiya) və Levan Chilashvili (arxeologiya) var idi. Bu gün Akademiyanın üzvləri arasında tanınmış elm adamları Tamaz Qamkrelidze (dilçilik), David Muskhelishvili (tarix), Revaz Qamkrelidze (riyaziyyat), Simon Xeçinaşvili (med.), George Nakhutsrishvili (botanika), Vladimer Papava (iqtisadiyyat), David Lordkipanidze (paleeoantropologiya) və s. var. Gürcüstan Milli Elmlər Akademiyasının prezidentləri: Niko Muskhelishvili (1941–1972), İlia Vekua (1972–1977), Yevgeni Xaradze (1977–1986), Albert Tavxelidze (1986–2005) və Tamaz V. Gamkrelidze (2005–2013).
Jukovski adına Hərbi Hava Akademiyası
Jukovski adına Hərbi Hava Akademiyası (rus. Военно-воздушная инженерная академия имени профессора Н. Е. Жуковского) — Rusiya Hərbi Hava Qüvvələri üçün mühəndislərin hazırlanması məqsədilə yaradılmış ali təhsil müəssisəsi. Təhsil müəssisəsi 1919-cu ildə professor Jukovskinin təşəbbüsü ilə "Moskva Aviasiya Kolleci" adı altında yaradılmışdır.
Jülian Akademiyası
Jülian Akademiyası (fr. académie Julian) — Fransada 1867-ci ildə yaradılıb akademiya.
Kazan Dövlət Tibb Akademiyası
Kazan Dövlət Tibb Akademiyası, Rusiya Səhiyyə Nazirliyinin Davamlı Peşəkar Təhsil Tibb Akademiyasının təhsil şöbəsidir və əvvəllər müstəqil bir ali təhsil müəssisəsidir. 22 aprel 1920-ci ildə V. İ. Kazan Vilayət İcraiyyə Komitəsinin Leninin 50 illiyinə həsr olunmuş iclasında universitet "V. Mən Lenin adına Kazan Klinik İnstitutu ". 1923-cü ildə Kazan Klinik İnstitutu RSFSR Xalq Səhiyyə Komissarlığının elmi müəssisələri siyahısına daxil edildi. 1925-ci ildə institut "VI. Lenin Dövlət Həkimlərin İnkişafı İnstitutu. " 1995-ci ildə Akademiya adlandırıldı. 2003-cü ildən — Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Kazan Dövlət Tibb Akademiyası. Qurumun ilk rektoru professor Roman Albertoviç Luria idi. Mars Konstantinoviç Mixaylov 1980–2007-ci illərdə rektor vəzifəsində çalışıb. 2007–2015-ci illərdə akademiyanın rektoru Kamil Shaharovich Ziyatdinov vəzifəsində çalışıb. 2015-ci ildə Rüstəm Şamiloviç Xasanov rektor təyin edildi (2016-cı ildən filial direktoru).
Kolxis Akademiyası
Kolxis Akademiyası, Kolxis Ritorika Akademiyası (gürc. კოლხეთის უმაღლესი რიტორიკული სკოლა) və ya Fasis Akademiyası — eradan əvvəl III–IV əsrlərdə fəaliyyət göstərmiş təhsil mərkəzlərindən biri. Akademiya Kolxida çarlığının Fasis (hazırda Poti) şəhərində fəaliyyət göstərmişdir. Akademiyanın mövcudluğu barədə birbaşa məlumat verən yeganə mənbə akademiyada təhsil almış yunan filosofu Femistiyin qeydləridir. Femistiy 317-ci ildə Fasis şəhərində anadan olmuşdur. Onun yazdığına görə o dövrdə akademiya fəlsəfə və ritorika dərslərinin tədris olunduğu ən inkişaf etmiş təhsil mərkəzi olmuşdur. Fəlsəfə müəllimi olan atası Euqeneyin də burada təhsil aldığını yazan Femistiy, akademiyanı "tanrıçaların məbədi" adlandırmışdır. Həmçinin akademiyada kimlərin dərs dediyi, təhsilin hansı dildə verilməsi və hansı dərslərin tədris olunması barədə dəqiq məlumat yoxdur. Femistiy akademiyanın qurucusunun adını çəkməsə də, onun müdrik və fəzilətli şəxs olduğunu yazır. Akademiyanın fəaliyyət göstərdiyi dövrlərdə Afina şəhərində təhsil almaq mümkün olsa da, ritorika elminin tədris olunduğu yeganə təhsil mərkəzi Kolxidada yerləşirdi.
Kosovo Elmlər və İncəsənət Akademiyası
Kosovo Elmlər və İncəsənət Akademiyası (alb. Akademia e Shkencave e Arteve e Kosovës; lat. Academia Scientiarum et Artium Kosoviensis; serb. Академија наука и уметности Косова) — Kosovo Respublikasının Ali Elmi Təşkilatı. 1950-ci illərdə Kosovoda ən yüksək səviyyədə təşkil edilən elmi araşdırmalara ehtiyac məsələsi gündəmə gəldi. 1953-cü ildə Albanologiya İnstitutu yarandı, lakin 2 ildən sonra Yuqoslaviya hakimiyyətinin təzyiqi altında bağlandı. 1967-ci ildə Albanologiya İnstitutu təzədən təşkil edildi və ondan sonra bölgənin elmi və mədəni həyatında fəal iştirak etdi. 1970-ci illərdə, Kosovo bölgəsində digər Yuqoslaviya respublikalarıyla bərabər azadlığı təmin etmək üçün milli hərəkat gücləndi. Kosovoda daha yüksək bir elmi müəssisə yaratmaq barədə müzakirələr aparıldı. 1974-cü ildə Kosovo Assambleyası bu işi görmək üçün komissiya yaratdı.
Latviya Elmlər Akademiyası
Latviya Elmlər Akademiyası və ya qısaca: LEA — Latviyada əsas elmi qurum. Prezidenti akademik Oyars Sparitisdir.
Latın Mədəniyyəti Akademiyası
Latın Mədəniyyəti Akademiyası — Bütün dünyada latın mədəniyyətinə bağlı olan tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərini birləşdirən nüfuzlu qurum. Mərkəzi ofisi Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşir. Akademiyaya YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor rəhbərlik edir.
Leopoldin Alman Milli Elmlər Akademiyası
Leopoldin Alman Milli Elmlər Akademiyası (qısaca Leopoldin, alm. Deutsche Akademie der Naturforscher Leopoldina – Nationale Akademie der Wissenschaften‎) — Halledə (Saale) yerləşən Almaniyanın milli akademiyası. 1652-ci il yanvarın 1-də İtaliyadakı akademik modellərə əsaslanaraq qurulan akademiya, ilk olaraq 1687-ci ilə qədər imperator I Leopold onu akademiya səviyyəsinə yüksəldib özünün adını verənə qədər Academia Naturae Curiosorum adlandırıldı. 2007-ci ilə qədər Almaniyanın Milli Elmlər Akademiyası elan edilənə qədər Alman adı ilə Deutsche Akademie der Naturforscher Leopoldina adı ilə tanınırdı. Leopoldin 1652-ci il yanvarın 1-də imperatorun Şvaynfurt şəhərində latın adı ilə Academia Naturae Curiosorum adı ilə qurulmuşdur, bəzən ingilis dilinə "Təbiətə Maraqlılar Akademiyası" kimi tərcümə olunur. O, dörd yerli həkim: İohann Laurentius Baux, cəmiyyətin ilk prezidenti, İohann Maykl Fer, Georq Balthasar Metzqer və Georq Balthasar Vohlfars tərəfindən təsis edilmişdir. Leopoldin arxivləri, XVII əsrə aid qeydlərin saxlanıldığı, dünyanın ən qədim arxivlərindən biridir. 1670-ci ildə cəmiyyət ilk elmi jurnallardan biri olan, tibbə və təbiət fəlsəfəsinin botanika və fiziologiyasına aid mövzuları özündə cəmləşdirənEfemeriden və ya Miscellanea Curiosa-nı nəşr etməyə başladı., s. 7–8 Onu 1677-ci ildə akademiyaya çevirən imperator I Leopold tərəfindən tanındıldı və sonra 1687-ci ildə onu İmperator Akademiyası elan edərək, Sacri Romani Imperii Academia Caesareo-Leopoldina Naturae Curiosorum adlandırdı və onun adını daşımasına icazə verdi. Cəmiyyət ilk vaxtlar işini yazışma yolu ilə aparırdı və prezidentin işlədiyi yerdə yerləşirdi.
Litva Elmlər Akademiyası
Litva Elmlər Akademiyası (lit. Lietuvos mokslų akademija) və ya LEA — 1941-ci ildə Litva SSR Elmlər Akademiyası (lit. Lietuvos TSR Mokslų akademija) olaraq Litva SSR hökumətinə elmi məsləhət orqanı kimi xidmət edən muxtar, dövlət tərəfindən maliyyələşdirilən bir müəssisə kimi yaradılmışdır. Müəssisənin ilk prezidenti Vintsas Kreve olmuşdur. Akademiya Litva Respublikasını ALLEA (Bütün Avropa Akademiyaları Federasiyası), ICSU ( Beynəlxalq Elm Şurası), EASAC (Avropa Akademiyaları Elmi Məsləhət Şurası) və IAP (İnterAcademy Panel) kimi beynəlxalq təşkilatlarda təmsil edir. Bir neçə elmi müəssisə və fondlar təsis etməklə yanaşı, nəşrlər və dərsliklər buraxır, simpozium və konfranslara sponsorluq edir. Akademiya 15 xatirə mükafatı təsis etmiş və hər il gənc alimlərə 10 mükafat və tələbələrə 15 mükafat təqdim edərək gənc alim və tələbələri tədqiqat işləri ilə məşğul olmağa təşviq edir. 2008-ci ildən bəri Litva Bankı ilə birlikdə Vladas Jurgutis mükafatını verir. Akademiyanın qərargahı Vilnüsdə yerləşir. Litva Elmlər Akademiyası beş şöbədən ibarətdir: Prof.
M. V. Frunze adına Hərbi Akademiya
M. V. Frunze adına Hərbi Akademiya — 1918-ci ildən 1998-ci ilədək Lenin, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Suvorov ordenli M. V. Frunze adına Hərbi Akademiya. 1998-ci ilin avqust ayından sonra Lenin, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Suvorov ordenli M. V. Frunze adına Hərbi Akademiyada yenidən təşkilatlanma keçirilib və hal-hazırda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümümqoşun Akademiyası adlandırılır.
M.V.Frunze adına Hərbi Akademiya
M. V. Frunze adına Hərbi Akademiya — 1918-ci ildən 1998-ci ilədək Lenin, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Suvorov ordenli M. V. Frunze adına Hərbi Akademiya. 1998-ci ilin avqust ayından sonra Lenin, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Suvorov ordenli M. V. Frunze adına Hərbi Akademiyada yenidən təşkilatlanma keçirilib və hal-hazırda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümümqoşun Akademiyası adlandırılır.

Digər lüğətlərdə