Milli Birlik (kitab)
"Milli Birlik" — Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan istiqlalçılığı fikrini aşılayan, milli dövlətin bərpası uğrunda yazılan məqalələr toplusu.
Məhəmməd Əmin Rəsulzadə bolşevizm dövründə Azərbaycanda yeridilən ideyaların türk millətinin, azərbaycanlıların həyatına, milli ruhuna yad olduğunu göstərmək üçün «Milli təsanüd» adlı ideologiya yaratmışdır. O ərəb sözü «təsanüd»ü Avropa deyimincə «solidarizm» kimi vermişdir. «Milli təsanüd» ideologiyasının əsasları bolşeviklərin Azərbaycanda qırğınlar, sürgünlər, repressiyalarkı «kommunizm» qurduqları illərdə yaradılmışdır. Milli ideoloq kimi borcunu bilən Məhəmməd Əmin bəy Avropada yayılan liberalizm, kommunizm və başqa nəzəriyyələri araşdıraraq, Azərbaycanda yağıların yeritdiyi, milli ruha yad ideyaların yox, ancaq «Milli təsanüd» ideologiyasının yayılmasını düzgün saymışdır:
M.Ə. Rəsulzadənin əsaslarını yaratdığı «Milli təsanüd» ideologiyasında etatizm prinsipi güclüdür. O dönəmdə şərqdə etatizmə dayanan ideologiya və idarəetmə düzgün bir siyasət idi. Mustafa Kamal Atatürk də Türkiyə Cümhuriyyətində etatizmi uğurla tətbiq etmişdir. Bu prinsiplər çağdaş Azərbaycan Respublikası üçün də önəmlidir. Azərbaycanı rus-erməni-mason bolşeviklərinin əlindən qurtarmağa, qorumağa çalışan, amma əli qələmdən, yüksək ideoloji düşüncədən, siyasi konfranslar keçirməkdən başqa bir şeyə yetməyən Məhəmməd Əmin bəy deyirdi: dili, mədəniyyəti, dini, əxlaqı, ruhi-mənəvi aləmi - milləti bir olan Azərbaycanda kommunizm ideologiyasına yer ola bilməz! Burada ancaq milli birlik, milli həmrəylik ideologiyası keçərli, yaşarlı ola bilər!