AKT

(latın actus-hərəkət, actum-sənəd) 1) hərəkət; 2) müəyyən hüquqi nəticələrə səbəb olan, hüququn səlahiyyətli subyekti tərəfindən qəbul edilən, rəsmi yazılı sənəd.
AKSİONER BİRLİK
AKTİV SEÇKİ HÜQUQU
OBASTAN VİKİ
Akt
Akt (lat. actus - təsir — fəaliyyət; lat. actum est — həyata keçirildi, baş verdi) — müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. Akt: əməl, iş, hərəkət, hadisə; rəsmi sənəd, qeyd, protokol; hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. Məsələn, akt tərtib etmək, akta qol çəkmək, notarial aktı; müəyyən faktın qeydə alındığı protokol; müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların hərəkətləri, adətən bu cür hərəkətlər əsasında hüquqi normalara riayət edilməsi və pozulması barədə mühakimə yürüdürlər; fərman, qanun, dövlət və ya ictimai əhəmiyyəti olan qərar, hökm; tədris müəssisələrində: təntənəli yığıncaq. İnzibati akt Normativ hüquqi akt Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu. ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Normativ akt
Normativ akt– 1) Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyası ilə,qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsləkər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş rəsmi sənəddir. Normativ hüquqi aktlar qeyri-müəyyən subyekt dairəsi üçün v Və dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulub. 2)hüquqi akt – hüquq mənbələri növlərindən biri. Normativ akt hüquq normalarının müəyyənləşdirilməsi, dəyişdirilməsi, ləğv edilməsi məqsədilə dövlət orqanı tərəfindən verilir. Hüquqi aktlar kateqoriyasına normativ hüquqi aktlarla yanaşı normativ xarakterli hüquqi aktlar və qeyri-normativ hüquqi aktlar da daxildir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı İnformasiya Texnologiyaları, 2009, 201 s.
İnzibati akt
İnzibati akt — İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər. İnzibati aktların qəbulundan əvvəl anılan aktlar aralıq inzibati aktlar deyilir. İnzibati aktlar konkret hüquqi nəticə yaradan hüquqi əqdləri ifadə edir. Lakin inzibati orqanların bütün qərarları hüquqi nəticə yaratmır. Bunların bəziləri idari daxili aktlar olduğu halda, digərləri inzibati aktların qəbulundan əvvəl, onunla əlaqədar olaraq anılan aktlardır. Məhz bunlara aralıq inzibati akt deyilir. Məsələn, rayon icra hakimiyyətinin memarlıq şöbəsi rəisinin, icra başçısına göndərdiyi təqdimat aralıq inzibati aktdır. Mehdiyev, Fərhad.
Aralıq inzibati akt
İnzibati akt — İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər. İnzibati aktların qəbulundan əvvəl anılan aktlar aralıq inzibati aktlar deyilir. İnzibati aktlar konkret hüquqi nəticə yaradan hüquqi əqdləri ifadə edir. Lakin inzibati orqanların bütün qərarları hüquqi nəticə yaratmır. Bunların bəziləri idari daxili aktlar olduğu halda, digərləri inzibati aktların qəbulundan əvvəl, onunla əlaqədar olaraq anılan aktlardır. Məhz bunlara aralıq inzibati akt deyilir. Məsələn, rayon icra hakimiyyətinin memarlıq şöbəsi rəisinin, icra başçısına göndərdiyi təqdimat aralıq inzibati aktdır. Mehdiyev, Fərhad.
Barmaqlama (seksual akt)
Barmaqlama ― adətən vulva (klitoris daxil olmaqla) və ya vaginanı cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan və ya əllərdən istifadə prosesi/ Barmaqlama insan anusunu cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan istifadəni də əhatə edə bilər. Barmaqlama təkbaşına (masturbasiya), cinsi partnyor tərəfindən və ya onunla müştərək formada edilə bilər. Cinsi partnyor tərəfindən vulva və ya vagina üzərində həyata keçirildikdə, bu, qarşılıqlı masturbasiya formasıdır.
Normativ hüquqi akt
Normativ-hüquqi akt — səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 21 dekabr 2010-cu il tarixində qəbul edilən Normativ-hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu 1.0.1-ci maddəsində Normativ-hüquqi akt anlayışı aşağıdakı şəkildə göstərilir: Normativ-hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Normativ-hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ-hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ-hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
Normativ-hüquqi akt
Normativ-hüquqi akt — səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 21 dekabr 2010-cu il tarixində qəbul edilən Normativ-hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu 1.0.1-ci maddəsində Normativ-hüquqi akt anlayışı aşağıdakı şəkildə göstərilir: Normativ-hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Normativ-hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ-hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ-hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
Yalan illüziyası: İkinci akt
Yalan illüziyası: İkinci akt — 2016 Amerikan sehrli oğurluq triller filmi. Rejissoru Con Çu, ssenaristi Ed Solomon olmuşdur. Rollarda Mark Ruffalo, Cessi Ayzenberq, Vudi Harrelson, Deyv Franko, Deniel Redklif, Lizzi Keplan, Cey Çu, Sana Lazan, Maykl Çeyn və Morqan Friman olmuşdur.
Akt və fakt (film, 1978)
İnformasiya Azadlığı haqqında Akt (ABŞ)
İnformasiya Azadlığı haqqında Akt (ing. Freedom of Information Act, abr. FOIA) — Amerika Birləşmiş Ştatlarında federal informasiya azadlığı qanunu. Qanun, tələb olunarsa, ABŞ hökuməti tərəfindən nəzarət edilən, əvvəllər ictimai olaraq dərc edilməmiş informasiya və sənədlərin tam və ya qismən açıqlanmasını tələb edir. Akt açıqlanacaq hökumət sənədlərini, məcburi açıqlama prosedurlarını və qanunun doqquz istisnasını təyin edir. Akt Amerika ictimaiyyətinin hökumətin fəaliyyətindəki problemləri daha asan müəyyənləşdirə bilməsi və onları həll etmələri üçün Konqresə, agentlik rəsmilərinə və prezidentə şikayət edə bilmələri, xüsusən də ABŞ dövlət orqanlarının funksiyalarını daha şəffaflaşdırmaq məqsədini daşıyır. İctimaiyyət xəbər təşkilatlarının FOIA-dan xəbər məqsədləri üçün istifadə etdiyini bilsə də, bu, müəssisələr, hüquq firmaları və şəxslər tərəfindən ən çox edilən tələblərin 10%-dən azını təşkil edir. ABŞ federal hökumətinin İnformasiya Azadlığı haqqında Aktına əlavə olaraq, ABŞ ştatlarının informasiya azadlığı haqqında fərqli qanunları var. US Gov't Sets Record for Failures to Find Files When Asked, Associated Press, March 18, 2016 – New York Times vasitəsilə Hickman, Kristen E.; Pierce, Richard J., Jr. Federal Administrative Law: Cases and Materials (2nd).
Cəlal Məmmədov (aktyor)
Cəlal Məmmədov (azərb. Məmmədov Cəlal Qurban oğlu;‎) — Azərbaycan Respublikasının əməkdar artisti 2 sentyabr 1979-cu il tarixində anadan olmuşdur. 1999-cu ildən Sumqayıt Dövlət Dram teatrında çalışır. M. F. Axundzadə "Hacı Qara" – Heydər bəy N. Qoqol "Çiçikovun sərgüzəştləri"- Çiçikov A. Şaiq " Qaraca qız"- Qaraçı rəqqas K. Nəzirli "Narkoman" — Ramin H. Orucov "Burdan min atlı keçdi"- Ədib Elçin " Qatil"- Oğlan C. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatı"- Vəliqulu "Dədə Qorqud" –Uruz, P. Pançov "Əkizlər"- Əkizlər A. Babayev "Xilaskar" – Gənc oğlan, Şair Ə. M. Lələdağ "Dağlarda tufan"- Əkbər bəy N. Hikmət "Bayramın birinci günü"- Fiyruz bəy Y. Onil "Qarağaclar altında məhəbbət"- Fermer Ə. Əmirli "Varlı qadın"- Qara N. Dumbadze "Ağ bayraqlar"- Zaza R. Tohidoğlu "Nakam arzular"- Adil Y. Əzimzadə "Nəsrəddin"- Nəsrəddin C. Məmmədquluzdə "Anamın kitabı"- Səməd Vahid T. əl-Həkim "Karıxmiş Sultan"- Sultan M. Atəş "Şərəfin sandığı"-Akif Ə. M. Lələdağ "Gecikmiş etiraf"- M. Müşfiq Ə. Əmirli "20 ildən sonra"- Kloun "Ələddinin sehrli çırağı"- Ələddin Ə. Səmədli "Ölüm hökmü"- Kiçik oğul V. Hauf "Balacaboy yekəburun"- Yakob C. Patrik "Qocanı öldürməliyik"- Bred Vinner Azərbaycan Xalq nağılı "Üş qardaş"- İlhan M. Selimoviç "Dərviş və ölüm"- Şeyx Əhməd M. Haqverdiyev "Ağ ölüm" –Ucal M. Haqverdiyev "Fədakarlıq" – Elmar B. Mirzəzadə "Qudalar" –Bəşir C. Qolsuorsi "Birincilər, sonuncular" –Larri M. Tven "Şahzadə və dilənçi"- Qvaroliyaçı, Zirək M. F. Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli Şah"- Şahbaz bəy Zahid Xəlilin "Qəlbinurun başına gələnlər" povestinin motivləri əsasında S. Nuriyeva "Balqabaq padşahın nağılı"- Çarçı S. Ələsgərov, İ. Məlikzadə "Toy Olsun"- Fəqan 5 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti adını layiq görülmüşdür.
Devon (porno aktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsi. Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır. İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır.
Donor-aktseptor kimyəvi rabitə
Donor-aktseptor kimyəvi rabitə - atom və ya ionun onunla qarşılıqlı əlaqədə olan atoma mənsub olan bir cüt elektronu istifadə etməsi nəticəsində yaranan rabitə. Donor - latınca donare - bəxşiş etmək deməkdir. Donor-aktseptor kimyəvi rabitə ən sadə misal H+-nin NH3-lə birləşərək NH4 əmələ gətirməsi ola bilər (azotun s2 və p3 elektronu vardır). H-nin üç elektronu azotun 3p elektronu ilə birləşərək piramidal NH3 molekulu əmələ gətirir. N və NH3 ətrafıda hidrogenlə üç cüt ortaq və bir cüt ortaq olmayan elektrondan ibarət 8 elektronlu təbəqə mövcuddur. Ortaq olmayan elektron cütü H+ tərəfindən istifadə edilir. Bu halda azot kompleksəmələgətirici donor, hidrogen isə aktseptor və kompleks birləşmiş element (addend) rolunu oynayırlar. Buna oxşar, lakin yaranma mexanizminə görə nisbətən daha mü­rək­kəb kimyəvi rabitə, birləşmələrin 8- və ya 18-elektronlu qapalı örtük yaratmağa meyil etməsi ilə bağlıdır. Bu növ rabitə həm [Pt(NH3)6]4+, [PtCl6]2- və b. kimi sintez olunan, həm də təbii (məsələn: sulfidlər) birləşmələrdə yaranır.
ESƏD-in terror aktlarının siyahısı
ESƏD-in terror aktlarının siyahısı – 1975-ci ildən 1983-cü ilə qədər bu terror təşkilatından olan terrorçular, Avropa və Şimali Amerika ölkələrində onlarla terror aktı təşkil etmişdir, bu terror aktları türk diplomatlarına və onların ailə üzvlərinə qarşı olmuşdur. Oktyarbr 1975-ci il Vyana, Avstriya — Türkiyənin Avstriyadakı səfiri öz iş otağında qətlə yetirilir. 24 oktyabr 1975-ci il Paris, Fransa — Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir. 9 iyun 1977-ci il Roma, İtaliya — Türkiyənin Vatikandakı səfiri Təha Kərimə sui-qəsd təşkil olunur, səfir qəsddən bir müddət sonra vəfat edir. 12 oktyabr 1979-cu il Haaqa, Niderland krallığı — Türkiyənin bu ölkədəki səfirinin 27 yaşlı oğlu Əhməd Benler qətlə yetirilir. dekabr 1979-cu il Paris, Fransa — Türkiyə turizm bürosunun rəhbərinə qarşı sui-qəsd təşkil olunur. fevral 1980-ci il İsveçrə — Türkiyənin bu ölkədəki səfirinə qarşı sui-qəsd təşkil olunur. yanvar 1982-ci il Los-Anceles, ABŞ — Türkiyənin baş konsuluna qarşı ofisə qedərkən sui-qəsd təşkil olunur, konsul qətlə yetirilir. 4 may 1982-ci il Somervil, Massaçusets ştatı, ABŞ — Türkiyənin Bostondakı fəxri konsulu öz avtomobilində qətlə yetirilir, 60 yaşlı Orxan Gündüzə terrorçular 9 dəfə atəş açırlar. Bu qəsddən bir qədər əvvəl terrorçular konsuldan vəzifəsindən istefa verməyi tələb etmişdilər, lakin o bundan imtina etmişdir.
Elmira Kərimova (aktrisa)
Elmira Kərimova (9 oktyabr 1972, Sumqayıt) — Azərbaycanın teatr və kino aktrisası, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının əməktar artisti. Sumqayıt Dövlət Dram Teatrının aktrisası.Prezident mükafatçısı. Kərimova Elmira Nəsir qızı 1972-ci il, oktyabr ayının 9-da Sumqayıt şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə Sumqayıt şəhər 27№-li orta məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə orta təhsilini başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinə qəbul olmuş, 1996-cı ildə "Musiqili Teatr Aktyorluğu" ixtisası üzrə tam kursu bitirmişdir.1997-ci ildə ailə vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikasına köçmüşdür. 1999-cu ildən 2013-cü ilin avqust ayına qədər C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrda çalışmaqla yanaşı, 2006-cı ilin dekabr ayının əvvəlindən 2015-ci ilin oktyabr ayının 23-nə qədər Naxçıvan Dövlət Uşaq Teatrında direktor vəzifəsində çalışmışdır. 2015-ci il, dekabr ayının 1-dən etibarən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Ədəbi-Bədii Verilişlər" redaksiyasında redaktor vəzifəsində çalışıb.2022-ci ildə Sumqayıt Dövlət Dram Teatrına aktyor heyətinə qəbul edilib. 2004-cü il 19 May tarixində Naxçıvan Muxtar Respublikasının əməktar artisti;2008-ci il 25 Sentyabr tarixində isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına, 2006-cı ildə ,2011-ci ildə və 2018-ci ildə Prezident mükafatına layiq görülüb. 1993-cü ildə teatr aktyoru və rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Səmavi(1968-2021) ilə ailə həyatı qurmuşdur.İki övladı var.
Elməddin Cəfərov (aktyor)
Elməddin Misir oğlu Cəfərov (1 yanvar 1981, Zod, Vardenis rayonu) — azərbaycanlı aktyor. Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Tək səbir (veriliş, 2004) Toy (film, 2005) — Taleh Ailəm (film, 2006) — Fərasət Qonşular (film, 2006) — Münasibət Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Elnur Hüseynov (aktyor)
Elnur Hüseynov — azərbaycanlı müğənni
Elnur Hüseynov (aktyor, 1977)
Elnur Hüseynov — azərbaycanlı aktyor, ssenari müəllifi. Bacanaqlar və Kişi sözü teleseriallarında baş rol oynayıb. Bacanaqlar serialında 7 mövsüm Qismət obrazını canlandırdıqdan sonra 8-ci mövsümdə Kişi sözü serialına keçmişdir. 9-cu mövsümdə yenidən Bacanaqlar teleserialında çəkilib. O, həmçinin "Parni iz Baku" teatrının aktyorudur. Toy (film, 2005) — İnqilab Ailəm (film, 2006) — Mobil İnterpapa (film, 2006) Qonşular (film, 2006) — Ələmşah Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Elnur Hüseynov (aktyor, 1981)
Elnur Bəhrəmxan oğlu Hüseynov (2 avqust 1981, Xəzər, Neftçala rayonu) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Elnur Hüseynov 2 avqust 1981-ci ildə Neftçala rayonu Xəzər kəndində anadan olub. Orta məktəbi 1984–1990-c; ildə Xəzər kənd orta məktəbində, 1991–1995-ci ildə Respublika İncəsənət Gimnaziyasında oxumuşdur. O, bir neçə dəfə rayonda keçirilən istedadlı uşaqların yaradıcılıq müsabiqələrində parodiya üzrə qalib olmuşdur. 1991-ci il iyun ayında Bakıda, indiki Heydər Əliyev sarayında keçirilən Ümum Respublika yaradıcılıq kollektivlərinin festivalında Neftçala rayonunu uğurla təmsil etmiş və münsiflər heyətinin, həmçinin tamaşaçıların böyük rəğbətini qazanmışdır. Həmin konsertdən sonra Elnur Hüseynov, festivalın münsiflər heyətinin üzvü, bəstəkar Oqtay Rəcəbovun dəvəti ilə onun Bakı şəhərində yenicə təsis etdiyi Respublika İncəsənət Gimnaziyasına qəbul edilir. Elnur Hüseynov gimnaziyada oxuduğu illərdə Ulduz Miriyeva, Həsən Əbluc, Ənvər Əbluc, Tofiq Tağızadə, Cahangir Mehdiyev, Ənvər Vəliyev, Firudin Mehdiyev, MəmmədKamal Kazımov kimi sənətkarlardan dərs almışıdr. Onun gimnaziya illərində çəkildiyi "Arşın mal alan" (Soltanbəy), "O olmasın bu olsun" (Məşədi İbad) televiziya tamaşaları, Azərbaycan televiziyasının qızıl fondunda saxlanılır. O, həmçinin Azərbaycan televiziyasında yayımlanan "7–17", "Sübh Şəfəqləri" televiziya müsabiqələrinin və "Tələbə Klubu" əyləncəli proqramının fəal iştirakçısı olmuşdur. 1996–2002-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrində təhsil alıb.
Elnur Hüseynov (aktyor, ssenari müəllifi)
Elnur Hüseynov — azərbaycanlı aktyor, ssenari müəllifi. Bacanaqlar və Kişi sözü teleseriallarında baş rol oynayıb. Bacanaqlar serialında 7 mövsüm Qismət obrazını canlandırdıqdan sonra 8-ci mövsümdə Kişi sözü serialına keçmişdir. 9-cu mövsümdə yenidən Bacanaqlar teleserialında çəkilib. O, həmçinin "Parni iz Baku" teatrının aktyorudur. Toy (film, 2005) — İnqilab Ailəm (film, 2006) — Mobil İnterpapa (film, 2006) Qonşular (film, 2006) — Ələmşah Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Elnur Məmmədov (aktyor)
Elnur Məmmədov (23 aprel 1976, İrəvan) — Aktyor, Truppa müdiri. Elnur Məmmədov 1976 - cı ildə Ermənistan (Qərbi Azərbaycan, İrəvan) SSRİ-də anadan olub. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsində təhsil almışdır. 1996-1998-ci illərdə o, İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Burada o, Ş.Başbəyovun "Dəmir qadın" əsərində Alimcan, İ.Vəliyevin "Abasqulu Şadlinski"sində Komsomol, V.Əliyevin "Madam Badam"ında Dursunəli, Ağacəfər ağa, Ş.Cəbrayılovun "Sehrli alma"sında Ağanəzər kimi obrazlar yaratmışdır. Mədəniyyət və İncəsənət İnstitutunda təhsil aldığı illər ərzində E.Məmmədov teatrın repertuarında olan bir neçə tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, bir çox tamaşalarda müxtəlif rollarda oynamışdır. V.Rozovun "Şadlıq sorağında" əsərində Nikolay, N.Hikmətin "Kəllə" dramında Hoqqabaz, polis, B.Vahabzadənin "Dar ağacı"nda Ərəb zabiti, V.Şekspirin "Hamlet" faciəsində Marsel, C.Cabbarlının "Ulduz yaxud Ədirnə Fəthi" adlı tarixi dramında Ərəb, Elçinin "Poçt şöbəsində xəyal"ında Poçt işçisi kimi irili-xırdalı maraqlı obrazlar yaratmışdır. 2005-ci il fevral ayından Akademik Milli Dram Teatrında truppa müdiri vəzifəsində işləyir. Göstərdiyi xidmətlərə görə 2015 –ci ildə Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2020 ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı ilə təltif olunub.
Elxan Rzayev (aktyor)
Elxan Rza (29 iyun 1979, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar Artisti (2018). Elxan Rzayev 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 23 nömrəli orta məktəbi bitirmişdir. Həvəskar aktyor kimi ilk dəfə Sumqayıtda fəaliyyət göstərən "Cavid" teatrında səhnəyə çıxmışdır. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Tələbəlik illərində Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", Cəfər Cabbarlının "Solğun çiçəklər", Anton Çexovun "Təklif" əsərlərində Ələsgər, Əşrəf bəy, Rəhman və Stepan Stepanoviç rollarını ifa etmişdir. Cəfər Cabbarlının "Solmaz yarpaq" ədəbi–musiqili kompozisiyasında Cəfər Cabbarlı obrazını məharətlə yaratmışdır. Tələbə ikən Azərbaycan Milli Dram Teatrında çalışmış, kütləvi səhnələrdə aktyor kimi çıxış etmişdir. Bu illər ərzində teatrın aparıcı artisti, baş rolların mahir ifaçısı kimi teatr ictimaiyyətinin diqqətini özünə çəkmişdir. 2000-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.
Elçin İmanov (aktyor)
Elçin Əfəndi (aktyor)
Elçin Fərahim oğlu Əfəndi (d. 1985) — Aktyor. Elçin Əfəndi 16 iyun 1985-ci ildə dünyaya gəlib. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Musiqili Teatr aktyorluq fakültəsini bitirmişdir. 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Elşən Orucov (aktyor)
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktları
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı — Müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı. Artıq 3 əsrdir terrorçu qrupları dünyada fəaliyyət göstərirlər. 1975-ci ildə ASALA və ESƏD kimi erməni terrorçu qruplarının yaranması ilə yeni əsasən bu iki qrup və digərləri tərəfindən dünyanın 20-dən çox ölkəsində müxtəlif illərdə terror aktları törədildi. Terrorizmi və terrorizmlə mübarizə aparmağı tədqiq edən amerikalı siyasi analitik Bryus Hoffmana görə erməni terror qrupları təkcə 1975-ci ildən 1986-cı ilə qədər dünyada 200 terror aktı törədiblər. Hnçak Daşnaktsutyun Armenian terror in Azerbaijan / Azərbaycanda erməni terroru 106 nömrəli avtobusda partlayış / Lider Tv Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: «Vətən» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. 164. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 2020-10-28.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı — Müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı. Artıq 3 əsrdir terrorçu qrupları dünyada fəaliyyət göstərirlər. 1975-ci ildə ASALA və ESƏD kimi erməni terrorçu qruplarının yaranması ilə yeni əsasən bu iki qrup və digərləri tərəfindən dünyanın 20-dən çox ölkəsində müxtəlif illərdə terror aktları törədildi. Terrorizmi və terrorizmlə mübarizə aparmağı tədqiq edən amerikalı siyasi analitik Bryus Hoffmana görə erməni terror qrupları təkcə 1975-ci ildən 1986-cı ilə qədər dünyada 200 terror aktı törədiblər. Hnçak Daşnaktsutyun Armenian terror in Azerbaijan / Azərbaycanda erməni terroru 106 nömrəli avtobusda partlayış / Lider Tv Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: «Vətən» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. 164. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 2020-10-28.
Ermənistan Parlamentində terror aktı
Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (erm. Հոկտեմբերի 27, translit. Hoktemberi k’sanyot’) — Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər. 27 oktyabr 1999-cu il tarixində, saat 17:15-də hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər: Vazgen Sarkisyan – Baş nazir Karen Dəmirçyan – Milli Məclisin sədri Yuri Baxşyan – Milli Məclisin sədrinin müavini Ruben Miroyan – Milli Məclis sədrinin müavini Leonard Petrosyan – Təcili İşlər naziri Henrik Abrahamyan – Parlamentin üzvü Armenak Armenakyan – Parlamentin üzvü Mixail Kotanyan – Parlamentin üzvü Silahlılar parlamentdə ən az 30 nəfəri yaraladılar. Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşaiət etmişdi.
Ernst Buş (aktyor)
Ernst Buş (22.1.1900, Kil –8.6.1980, Berlin) — alman estrada müğənnisi, dram aktyoru. Almaniya Demokratik Respublikası Milli mükafatı (1949, 1956, 1966); Beynəlxalq Lenin mükafatı laureatı (1972). 1917-ci ildən solçu gənclər hərəkatının fəal üzvü olmuşdur. İlk dəfə 1920-ci ildə Kil şəhər teatrı səhnəsində Lizandr rolunda (U. Şekspir, "Yay gecəsində yuxu") çıxış etmişdir. 1925-ci ildə Berlinə gəlmiş və "Alman teatrı"nda çalışmışdır. 1927-ci ildən E. Piskatorun "Siyasi teatr"ında işləmiş, 1928-ci ildə "Teater am Şiffbauerdamm"da ilk dəfə B. Brext və K. Vaylın "Üçqəpiklik opera" tamaşasında (serjant Smit rolunda) çıxış etmişdir. 1920-ci illərin sonlarından siyasi antifaşist mahnıların ifaçısı kimi geniş şöhrət qazanmışdır. 1933-cü ildə Almaniyada nasist diktaturası qurulduqdan sonra Niderland, Belçika, Fransa, İsveçrə və Avstriyada, 1935–37-ci illərdə SSRİ-də mühacirətdə olmuş dur. 1937–39-cu il lər də İspaniyada olmuş, beynəlxalq briqadaların döyüşçüləri qarşısında çıxış etmişdir. 1939-cu ildən Belçikada yaşamış, alman ordusu ölkəni işğal etdikdən sonra nəzarət altında saxlanılmış, qaçmış, 1943-cü ildə zəbt olunmuş Fransa ərazisində həbs edilərək 1945-ci ilə qədər Moabit, Brandenburq zindanlarında saxlanılmışdır.
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir. 2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır.
Faiq Qasımov (aktyor)
Faiq Qasımov (tam adı: Faiq Məsim oğlu Qasımov; 25 avqust 1948 – 23 yanvar 2017, Gəncə) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti. Əməkdar artist 1965-2017-ci illərdə Gəncə teatrında çalışmışdır. Realist aktyor məktəbinin istedadlı nümayəndəsidir, yumorunun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilirdi. Son illər rejissorluq da edirdi. Əsas rolları: Şərif, Pirqulu ("Almaz" və "Aydın", Cəfər Cabbarlı), Göyüş, Xəfiyyəbaşı ("Kişilər" və "Ulduzlar görüşəndə", Altay Məmmədov), Aslan, Mirzə Qərənfil, Casus ("Nişanlı qız", "Xoşbəxtlər" və "Küləklər", Sabit Rəhman), Fmdıqburun ("Diribaş adamlar", Vasili Şukşin), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Heydər ("Qız atası", Əfqan Əsgərov), Çingiz ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Rodriqo və kassio, Cani ("Otello" və "111 Riçard", Vilyam Şekspir), Qara kişi ("Gəl qohum olaq", İsi Məlikzadə), Təlxək ("Tariyel", Məmmədəli Nəsirov), Volter ("Üç qəpiklik opera", Bertolt Brext), ikinci sərxoş ("Mənim günahım", İlyas Əfəndiyev), Polad ("Qoruqlar", Əliağa Kürçaylı), Rauf ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Paollo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Dito ("Araba hələ aşmayıb", Otiya İoseliani), Şəkəralı ("Günəşlə oyananlar", Qeybulla Rəsulov), Tolya Jarikov ("Mükafat", Aleksandr Gelman), Şərif ("Almaz", Cəfər Cabbarlı), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Seyran ("Səadət sorağında", Teymur Məmmədov), Lətif ("Yaxın adam", İsi Məlikzadə), Xəlil ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Əli Məmməd Dilbəri ("Əli Məmməd Dilbəri", Səttar Zərdablı), İvan İvanoviç ("İvan İvanoviç var idimi?", Nazim Hikmət), Vartan ("Üçatılan", İlyas Əfəndiyev), Toyuq oğrusu ("72-ci palata", Orxan Kamal), İonitse ("İctimai rəy", Aurel Baranqa), Eldar ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Əzrayıl ("Dəli Domrul", Altay Məmmədov), Germes ("Odu atma, Prometey!", Mustay Kərim), Kürd Musa ("Vaqif", Səməd Vurğun), Heydərqulu ("Həyat", Mirzə İbrahimov), Pavel Yesenski ("Zəngli saat", Osvald Zaqradnik). Teatr xadimlər ittifaqının üzvü, "Qızıl Dərviş" mükafat laureatı və Prezident mükafatçısı idi. Faiq Qasımov 23 yanvar 2017-ci ildə vəfat edib. Adam ol! (film, 2005) (tammetrajlı bədii film) — rol: Faiq Adam ol!
Fuad Şabanov (aktyor)
Şabanov Fuad Rüfət oğlu (20 sentyabr 1965, Bakı) — azərbaycanlı rejissor, aktyor. Fuad Şabanov 1965-ci il sentyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Bir sıra teleşirkətlərdə rejissor işləyib. Bir neçə filmin quruluşçu rejissorudur. Atası Rüfət Şabanov, anası isə Elmira Şabanovadır. Ötən ilin son gecəsi (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Dağıdılmış körpülər (film, 1996) Axırıncı reys (film, 1989) Əmin-amanlıq dövrünün dələduzları - sənədli Müharibə oyunu - bədii Canlı tarix.
Füzuli Məmmədov (aktyor)
Füzuli Məmmədov (tam adı: Füzuli Şahbala oğlu Məmmədov; 25 avqust 1952 – 18 mart 2009) — aktyor, teatr direktoru. Füzuli Məmmədov 1968-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirmişdir. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. 1973-1982-ci illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982-1984-cü illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999-cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006-cı ildən Dövlət Pantomima Teatrında direktor işləyir. F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.
Fədakar aktyor. Muxtar Maniyev (film, 2015)
Fədakar aktyor. Muxtar Maniyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyevin 80 illik yubileyinə həsr olunur. Filmdə "Koroğlu", "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Var olun qızlar...", "Nəsimi", "Ömrün səhifələri", "Xoşbəxtlik qayğıları", "Qərib cinlər diyarında", "Qızıl uçurum", "Yol əhvalatı", "Gümüşü furqon", "Bəyin oğurlanması", "İşarəni dənizdən gözləyin", "Ölsəm... bağışla", "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət..." filmlərinin kadrlarından istifadə edilmişdir. Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Elşən Bədəlov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Videomateriallar: Həsən Cəbrayılov, Cavid Babayev Rejissor assistentləri: Samir Məlikov, Mikayıl Əjdəroğlu Musiqi tərtibatı: Əliabbas Qasımov Geyim: İradə Həyatova İnzibatçı: Etibar Almazov Mətni oxudu: Ədalət Məmmədov Redaktor: Səyavuş Məmmədov Almaz Amanova Hüseynəli Ağayev Rəhim Hümbətov Muxtar Maniyev (aktyor, xalq artisti) Adil İsgəndərov (şəkil; teatr və kino rejissoru, aktyor) Hüseyn Seyidzadə (arxiv; kinorejissor) Arif Babayev (şəkil; rejissor, aktyor) Şamil Mahmudbəyov (şəkil; kinorejissor) Əlisəttar Atakişiyev (şəkil; kinorejissor, operator, ssenarist, rəssam) Muxtar Dadaşov (şəkil; operator, rejissor, ssenarist, aktyor) Rasim Ocaqov (şəkil; kinorejissor, kinooperator) Oqtay Mirqasımov (şəkil; rejissor, ssenarist, prodüser) Eldar Quliyev (şəkil; rejissor, ssenarist, aktyor) Tofiq İsmayılov (şəkil; kinorejissor, kinodramaturq, nasir) Fikrət Əliyev (şəkil; rejissor, ssenari müəllifi, aktyor) Əbdül Mahmudov (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Cahangir Mehdiyev (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Ceyhun Mirzəyev (şəkil; rejissor, aktyor) Yuli Qusman (şəkil; ssenari müəllifi.
Fərəc Fərəcov (aktyor)
Fərəc Əjdər oğlu Fərəcov (d. 21 fevral 1950, Xırdalan) — Azərbaycan aktyoru və rejissoru. Fərəcov Fərəc Əjdər oğlu (Fərəculla Fərəcullayev) 1950-ci ilin fevral ayının 21-də Abşeron rayonun Xırdalan şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş, 1975-ci ildə Az.Dövlət İncəsən İnstitunun dram-kino aktyoru fakultəsini başa vuraraq 1982-ci ilədək institutun foto-kino laboratoriyasının müdiri işləmişdir. Elə o zamanlar kino həvəskarları klubunda da fəaliyyət göstərmiş və "İmperiya dəftərxanasının komendantı", "İnama etibarlı ol", "Adi əhvalat", Ə.Nesinin hekayəsi əsasında "Kiminə hay-hay, kiminə vay-vay" və s. filmlərini çəkmişdir. "İmperiya dəftərxanasının komendantı" Respublika festivalında 2-ci yerə, "İnama etibarlı ol" filmi isə 3-cü yerə layiq görülmüşdür. "Adi əhvalat" filmi isə 1978-ci ildə "Leninqrad və Baltikyanı respublikaların kiçik kino festivalı"nda iştirak etmişdir.Fərəc Fərəcov "Dağlar oğlu" tamaşasında Əliş roluna görə (rejissor Q.Mürsəlov) 1976-79-cu illərdə keçirilən "Ümumittifaq bədii özfəaliyyət festivalları"nın laureatı olmuşdur. Həmin dövrlərdə görkəmli rejissor, SSRİ xalq artisti Adil İsgəndərovun quruluş verdiyi S.Vurğunun "Xanlar" pyesində-Qalabəyi, daha sonra "Dağılan tifaq"da-Mirzə Bayram rolunu oynamışdır. Nəsir Sadıqzadənin quruluşunda S.Sveyqin "Sahildə bir ev" əsərində Rekurd obrazını yaratmışdır.
1840-cı il İttifaq haqqında akt
1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi: hər bir qurucu seqmentdən bərabər olaraq təmsil edilən tək bir parlamentin qurulması; borc konsolidasiyasının əsasının qoyulması; daimi bir vətəndaş siyahısının olması; rəsmi sənədləşmədə, danışıqlarda fransız dilindən istifadənin qadağan olunması; təhsil və mədəni hüquqla əlaqədar müəyyən frankokanadalı təşkilatların fəaliyyətlərinin dondurulması. Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı.

Digər lüğətlərdə