ALİ-NƏBİ

bax ali-rəsul.
ALİ-KİSA
ALİ-RƏSUL
OBASTAN VİKİ
Nəbi
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Ayişə Nəbi
Ayişə Nəbi (21 mart 1967, Haqqıxlı, İcevan rayonu) — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı. == Həyatı == Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.
Məscidül-Nəbi
24°28′08″ şm. e. 39°36′41″ ş. u. Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎) — Mədinədə məscid. Dünyanın ən böyük məscidlərindən biri. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir.
Nəbi Babayev
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Hüseynov
Nəbi Hacıbala oğlu Hüseynov, (9 iyul 1992; Birinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ — 9 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Nəbi 1992-ci il iyulun 8-də Qazaxın Birinci Şıxlı kəndində anadan olub. Uşaqlığı elə, həmin kənddə keçib. Yaxınları deyir ki, çox mehriban, hər bir şəraitə tez uyğunlaşan uşaq olub. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Hərbi təhsilini bitirdikdən sonra orduda xidmətə başlayır. Nəbi Hüseynov, "Aprel döyüşləri" zamanı Qusarda "N" saylı hərbi hissədə topçu komandiri idi və döyüşlərə də elə, topçu kimi qatılır. Döyüşlərdə ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak edir.Döyüşlərdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qatılmaq üçün kurslarda iştirak edir və yüksək dəqiqliklə bitirərərək, kəşfiyyatçı kimi xidmətə başlayır. Daha sonra isə baş kəşfiyyatçı olur.
Nəbi Həsənoğlu
Məhərrəmov Nəbi Həsən оğlu (1934, Daşkənd, Basarkeçər rayonu – 13 avqust 1979, Yeni Daşkənd, Bərdə rayonu) — dastançı-şair. Nəbi Həsənоğlu 1934-cü ildə Qərbi Azərbaycanın qədim Göyçə mahalının Daşkənd kəndində məşhur еl şairi Həsən Xəyallının оcağında anadan оlmuşdur. İlkin yaşlarından atası Həsəndən dərin ruhani təhsili almış, ərəb və fars dillərində nəinki yazıb охumaq, hətta danışıq dillərini də öyrənmişdir. Nəbi sözün həqiqi mənasında qarеyi-quran оlmuşdur. 1941-ci ildə Daşkənd kənd оrta məktəbində təhsil almağa başlayan Nəbi 1951-ci ildə Daşkənd kənd оrta məktəbini bitirmişdir. Hələ məktəbli оlarkən 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı atası Həsənin müharibəyə gеtməsi ilə əlaqədar ailənin çətinliyi böyük оğul kimi оnun üzərinə düşmüşdür. 1953-cü ildə Göyçə mahalından dеpоrtasiya оlunduqdan sоnra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşmışdır. Nəbi mükəmməl ruhani təhsili alsa da hеç vaхt ruhanilik, mоllalıq еtməmişdir. Uzun illər bənnalıq sənətində işləmişdir. Nəbi Həsənоğlu əsasən dastanlar müəllifi kimi tanınmışdır.
Nəbi Məmmədov
Nəbi Məmmədov (tələbə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Nəbi Məmmədov (döyüşçü) — Azərbaycanlı MMA və Sambo idmançısı.
Nəbi Nəbiyev
Nəbi Nəbiyev Əliabbas oğlu (1925, Karrar, Göyçay qəzası) — coğrafiya üzrə fəlsəfə doktoru, iqtisad elmləri doktoru, professor, akademik. N. Ə. Nəbiyev 1925-ci ildə Azərbaycanın Kürdəmir rayonunun Karlar kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirib. Böyük Vətən müharibəsində 2 orden və 15 medalla təltif edilmişdir. 1947-ci ildə keçmiş V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdu. 4 övladı var. 2011-ci il fevral ayının 25-də Bakıda rəhmətə getmişdir. 1951-ci ildən Azərbaycan EA Coğrafiya institutunda elmi katib, kiçik elmi işçi işləyib. 1957-ci ildə Akademiyanın İqtisadiyyat İnstitutuna keçirilmişdir. Orada aparıcı elmi işçi vəzifəsində işləyib.
Nəbi Tamayev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
Nəbi Tamoyev

Nəbi Xəzri
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Yaqubov
Nəbi Ibrahim oğlu Yaqubov — Tanınmış Azərbaycan alimi, texnika elmləri doktoru, professor. Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri (1970-1990-cı illər); "Qazax Xeyriyyə Cəmiyyəti"nin yaradıcılarından biri (1991) Nəbi Yaqubov 1936-cı ildə Qazaxda, Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olur. Məzun olduqdan sonra aspiranturaya daxil olur. Görkəmli Azərbaycan alimi Akademik Azan Mirzəcanzadənin rəhbərliyi altında əvvəlcə namizəzdlik, sonra isə doktorluq dissertasiyası müdafiə edir. Ömrünun sonuna qədər Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışıb. Professor N.Yaqubov, tanınmış alim və pedaqoq olmaqla yanaşı, həm də Azərbaycan və Türk tarixinin, ədəbiyyatının mahir bilicisi idi. 1991-ci ildə "Qazax Xeyriyyə Cəmiyyəti"-nin yaradıcılarından biri olub. İbrahim Nəbioğlunun atasıdır.
Nəbi Zeynalov
Nəbi kəndi
Nəbi kəndi (Takab)
Nəbi qalası
Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid İlandağ yaşayış yerinin əhalisi arasında yayılmış adı "Nəbi qalası"dır. Bu abidədə 1991–ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m - ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bu ərazinin orta əsr mənbələrində, o cümlədən Həmdullah Qəzvininin xatırladığı dörd Naxçıvan qalasından biri olan Tağmar qalası olması fikrini irəli sürmüşdür.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Şair Nəbi
Nəbi Kərim oğlu Nəcəfov (1898, Kəlbəcər rayonu – 1969) — şair. Nəbi Kərim oğlu Nəcəfov 1898-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərimlə birlikdə 1924-cü ilə kimi rəncbərlik etmiş, böyük bir ailəni çətinliklə dolandırmışdır. O həm də ən kamil sazbənddir. 1924-cü ildən 1930-cu ilə kimi kənd soveti katibi olmuşdur. 1930-cu ildən sonra rayonda müxtəlif vəzifələrdə işləmişdir. Şair Nəbi 1969-cu ildə vəfat etmişdir.
Nəbi Muxtarov
Nəbi Muxtarov (1948) — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Nəbi Muxtarov 1948-ci ildə doğulub. 1966-cı ildə Martuni rayonundakı beynəlmiləl orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, institutu bitirdikdən sonra müəllim kimi fəaliyyətinə başlayıb. 1968-ci ildə Füzuli rayon komsomol komitəsində məktəbli gənclər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1969-cu ildə Füzuli rayon komsomol komitəsinin ikinci katibi, 1971-ci ildə isə birinci katibi vəzifəsində çalışıb. Rayon partiya komitəsinin büro üzvü seçilən Nəbi Muxtarov 1974–1975-ci illərdə hərbi xidmətdə olur. Hərbidən qayıtdıqdan sonra, 1976-cı ildə rayon həmkarlar ittifaqları şurasının sədri, 1977-ci ildə Füzuli rayon ХDS İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışıb. О, 1978-ci ilin sentyabr ayında Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilib. Elə həmin vaxtlar о, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini də bitirib.
Xıdır Nəbi
Xızır Nəbi bayramı və Xıdırəlləz — Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü günü qeyd edən xalq bayramı. Bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Qeyd edilən bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycan mühitində bu bayram fevral ayında keçirilir. == Tarixi == Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.
Xızır Nəbi

Malik ibn Nəbi
Malik ibn Nəbi (ərəb. مالك بن نبي‎; 1905[…], Qüsəntinə, Qüsəntinə vilayəti[d] – 31 oktyabr 1973, Əlcəzair) — Əlcəzair yazıçısı və filosofu. == Həyatı == Malik ibn Nəbi Əlcəzairdə dünyaya gəlmişdir. Orta təhsilini öz ölkəsində müvəffəqiyyətlə bitirmiş, həmin yaşlarında islami tədqiqatlara başlamışdır. 1930-cu ildə Parisə getmiş və oradakı Ali Texnika Məktəbinə girmişdir. Bu məktəbi mühəndis olaraq bitirdikdən sonra müstəmləkəçilərin köləsi kimi bir mühəndislik vəzifəsini icra etməkdənsə, kasıb və cahil qalmış qardaşları, məmləkətinin sadə adamları ilə çiyin-çiyinə sərbəst işləməyi seçmişdir. Marselə köçmüş, əlcəzairli həmyerlilərinin yanına gedərək onlarla birlikdə ağır şərtlər altında işləmiş və bir tərəfdən də onlara islami həqiqətləri çatdırmağa çalışmışdır. Gündüzləri iş zamanı müsəlman qardaşlarını maarifləndirməyə çalışan Malik bin Nəbi gecələrini və boş vaxtlarını islam və islam xalqları haqqında düşünmək və tədqiqat aparmaqla keçirirdi. 1940-cı ilin sonlarına doğru Marseldəki mühacir əlcəzairlilərin təhsil almaları üçün bir təhsil mərkəzi açmağa müvəffəq oldu. Burada gecə-gündüz işləyərək bir çox din qardaşının islami biliklərini inkişaf etdirdi, onları müstəmləkə həyatından xilas olmanın tək yolunun, islami prinsiplərə qayıtmaq və dini haqqı ilə tətbiq etmək olduğu xüsusunda tamamən razı salmağa müvəffəq oldu.
Mirzə Nəbi Qayıbzadə
Mirzə Nəbi Qayıbzadə (1810-1869) şair Mirzə Nəbi əfənd Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Mirzə Nəbi Qayıbzadə XIX əsrin əvvəllərində yaşamış Azərbaycan şairlərdn biri. Abbas ağa Nazir in atasıdır. "Bəyani-hal" poeması Onun yazdığı şerdən ancaq Şair İskəndər ağaya müraciətən inşad qıldığı "Vəsfi-yaran"ı və "Dərdi-pünhan"ı və "Əhvali-dövran"ı bəyan etmək xüsusunda yazdığı əsərdir.
Nəbi Məmmədov ( tələbə)
[mənbə göstərin] Nəbi Məmmədov (18 noyabr 1900) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1919-cu ildə Kiyev Dövlət Kommersiya İnstitutunun tələbəsi olmuş, maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmış və bütün sənədləri Kiyevdə qalmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini bitirmək üçün yenidən Kiyevə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Nəbi Məmmədov (cüdoçu)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Nəbi Məmmədov (döyüşçü)