ALTILIQ

i. 1. (rəqəm) a six; 2. (kartda) the six of...

ALTIQATLI
ALTIMƏRTƏBƏ
OBASTAN VİKİ
Altılıq
Altılıq (ing. P5+1, E3+3, həmçinin 5+1 qrupu və avroüçlük+3 adları ilə tanınır) — fəaliyyətini İranın nüvə proqramının hərbi məqsədlərlə istifadəsinin qarşısını almağa yönəltmiş 6 böyük dövlətin forumu. Bu qrupa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü — ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya, həmçinin İranın ən böyük iqtisadi tərəfdaşı olan Almaniya daxildir. == Tarixi == 2006-cı ilin iyununda Çin, Rusiya və ABŞ İranla onun nüvə proqramının məhdudlaşdırılması istiqamətində 2003-cü ildən danışıqlar aparan Avroüçlük ölkələrinə qoşuldular. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və "altılıq" ölkələri ilə İran arasında aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra BMT Təhlükəsizlik Şurası 2006-2010-cu illərdə BMT Nizamnaməsinə əsaslanan və İrana qarşı sanksiyaların yeridilməsini nəzərdə tutan 6 qətnamə qəbul etdi. BMT TŞ İrandan uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini dayandırmasını və ağır su reaktorunun tikintisini dayandırmasını tələb etsə də, bu tələblər yerinə yetirilmədi.
Məşum altılıq
Məşum altılıq (ing. Sinister Six) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə Hörümçək-adamın düşmənləri tərəfindən formalaşdırılmış komanda Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. Komanda Hörümçək adama ardıcıl məğlub olan əsas super cinayətkarlardan ibarətdir. Orijinal Məşum altılıq komandası Doktor Osminoq tərəfindən qurulmuşdur. Məşum altılıq Hörümçək adamın əsas düşmən komandasıdır. Komanda bir çox animasiya serialında və videooyunda görünmüşdür. == Nəşrolunma tarixi == Məşum altılıq komandası ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. == Bioqrafiya == === Orijinal komanda === Hörümçək adama ardıcıl üç məğlubiyyətdən sonra Doktor Osminoq mexaniki qollarından ayrı düşür və həbs olunur. Mexaniki qollar sərbəst şəkildə Doktor Osminoqu həbsxanadan xilas edir və Doktor Osminoq Hörümçək adamla yolları kəsişən hər bir supercinayətkara müraciət yollayır. Ancaq Kərkəs, Elektro, Ovçu Kreyven, orijinal Misteri və Qum-adam müraciətə cavab verirlər.

Digər lüğətlərdə

кипре́йный колле́кторский подтира́ние эпилепти́ческий беллетри́стка влива́ться дожди́ть допризы́вник мокропого́дица повечерять полуимпериа́л умягчи́ть шампиньо́нный acetose audiometer bemad inner lixiviation pantofle presoak recessionary внятный заклятый получать элиминация