Anadangəlmə Günah
Analitik Hesablar
OBASTAN VİKİ
Analitik
Analitik (alm. Analityk‎; fr. Analytique; ing. Analytic; yun. analytike)- Aristoteldə formal məntiqlə eyni mənada işlədilir: birinci analitiklər, ikinci analitiklər və s. XX əsr fəlsəfəsində cərəyandır, mahiyyət etibarilə fəlsəfənin ənənəvi qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
Analitik dillər
Analitik dillər — Müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün söz sırasından, köməkçi sözlərdən, intonasiya vasitələrindən, əvəzliklərdən və s. istifadə edən dillər. Məs.: fransız, ingilis, alman dilləri analitik dillərdəndir.
Analitik fəlsəfə
Analitik fəlsəfə (ing. Analytic philosophy) — XX əsrin ənənəvi fəlsəfi dünyagörüşlərinə qarşı çıxmaqla yaradılmış fəlsəfi bir məktəb. Bu məktəb həmçinin analiz, lingivistik analiz, məntiqi analiz, fəlsəfi analiz, Kembric (Canbridge) analiz məktəbi və Oksford fəlsəfəsi kimi adlarla da tanınmışdır. == Yaradıcılar və nümayəndələr == Analitik fəlsəfənin qurucuları Kəmbric filosoflari G. E. Moore və Bertrand Russell olmağla birlikdə hər iki filosof da Alman filosofu və riyaziyyatçi Gottlob Frege və bu fəlsəfənin ən görkəmli nümayəndələrindən (Alman və Avstriya əsilli) Ludwig Wittgenstein, Rudolf Carnap, Kurt Gödel, Karl Popper, Hans Reichenbach, Herbert Feigl, Otto Neurath ve Carl Hempel kimi alimlərdən təsirlənmişdilər. İngiltərədə Rusell və Mooreni C. D. Broad, L. Stebbing, Gilbert Ryle, A. J. Ayer, R. B. Braithwaite, Paul Grice, John Wisdom, R. M. Hare, J. L. Austin, P. F. Strawson, William Kneale, G. E. M. Anscombe və Peter Geach, Amerikada isə Max Black, Ernest Nagel, C. L. Stevenson, Norman Malcolm, W. V. Quine, Wilfrid Sellar və Nelson Goodman Avstralya'da A. N. Prior, John Passmore və J. J. C. Smart davam etdirmişdir. == Əsas yanaşma == Analitik fəlsəfə mütləq varlığı və idealist görüşünə qarşı çıxmış bir istiqamətdir. Analitik fəlsəfədə biliklərlə bağlı anlayışların linqivistik cəhətdən analiz edilməsi və fəlsəfədə qarışıq və mürəkkəb mənalı kəlimələrin və ya anlayışların, hətta yanlış qurulan sualların təhlili ilə məşğul olur. == Analitik fəlsəfə barədə əlavə məlumatlar == Analitik fəlsəfə pozitivizmin 20-ci əsrdəki müasir şəklidir. Neo-pozitivizm və ya məntiqçi pozitivizm olaraq da bilinən bu anlayışa görə fəlsəfənin əsl məşğuliyyət sahəsi dildir. Bu yanaşmaya görə fəlsəfə varlıq, dəyər və tanrı barəsində doğruluğu test edilə bilməyən təlimlər irəli sürməməlidir.
Analitik həndəsə
Analitik həndəsə- həndəsə bölməsi; nöqtə, düz xətt, müstəvi, vektor, ikitərtibli xətt, ikitərtibli səth və onlara dair məsələləri öyrənir. Həndəsi işə Cəbriyyə analizi tətbiq edən və Cəbriyyə problemlərin həllində həndəsi anlayışları istifadə edən bir riyaziyyat sahəsi. Rene Dekart cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Əsas tədqiqat vasitələri koordinat üsulu və cəbri üsullardır. Koordinat üsulu 17-ci əsrdə astronomiya, mexanika və texnikanın sürətli inkişafı ilə əlaqədar yaradılmışdır. Müasir dövrdə düzbucaqlı Dekart koordinat sistemindən başqa daha ümumi olan afin koordinat sistemi və digər koordinat sistemlərindən istifadə edilir. Düz xətt üzərində nöqtənin bir, müstəvi üzərində iki (x – absis, y – ordinat), fəzada isə üç (x – absis, y – ordinat, z – aplikat) koordinatı olur. Müstəvi üzərində xətt koordinatları f(x,y)=0 tənliyini ödəyən nöqtələr çoxluğu kimi tərif olunur. f(x,y) funksiyası x və y dəyişənlərinə nəzərən n dərəcəli çoxhədli olarsa, f(x,y)=0 xəttinə n tərtibli cəbri xətt deyilir. Analitik həndəsədə bir və ikitərtibli cəbri xətlər öyrənilir.
Analitik kimya
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elm. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir. == Növləri == Kimyəvi analiz sırasıyla kalitatif (keyfiyyət) və kantitatif (nicel) olmaq üzrə iki şəkildə tətbiq olunur. Bir maddənin hansı komponentlərdən (element və ya mürəkkəblərdən) meydana gəldiyini tapmağa yarayan analiz növünə kalitatif; bu komponentlərdən hər birinin nə formada olduğunu tapmağa yarayan analiz növünə də kantitatif analiz deyilir. Kantitatif analiz, metodlar cəhətdən klassik və müasir olmaq üzrə ikiyə ayrılar. Klassik metodlar maddənin ağırlıq və həcm xüsusiyyətlərinə söykənən metodlardır.
Analitik mexanika
Analitik mexanika — klassik mexanika (nəzəri mexanika) bölməsi; maddi nöqtələr və ya cismlər sisteminin sonlu sayda parametrlərlə dəqiq müəyyən edilə bilən vəziyyətini öyrənir. == Haqqında == Analitik mexanika əsasən, mümkün yerdəyişmələr prinsipi, kanonik çevirmələr (tənliklər), hərəkətin dayanıqlığı, cazibə nəzəriyyəsi və s. məsələləri əhatə edir. Analitik mexanika ayrıca elmi fənn kimi 18-ci əsrdə yaranmışdır. Bu, analitik rabitələr, ümumiləşmiş koordinatlar, sərbəstlik dərəcəsi və s. sahəsində görkəmli alimlərin (L. Eyler, J. D’Alamber, J. Laqranj və başqaları) elmi işlərinin sayəsində olmuşdur. Analitik mexanika sonrakı inkişafına mümkün yer dəyişmələr prinsipi, ümumiləşmiş impuls, Hamilton funksiyası, inteqral invariantları, hərəkətin dayanıqlığı və s. sahəsində mühüm tədqiqatları olan K.Qauss, U.Hamilton, K.Yakobi, M. Ostroqradski, A. Puankare, A. Lyapunov və başqa alimlərin işləri təkan vermişdir. Analitik mexanika metodları nəzəri fizikanın bir çox sahələrinə (klassik sahə nəzəriyyəsi, kvant mexanikası, nisbilik nəzəriyyəsi və s.) də tətbiq edilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Analitik psixologiya
Analitik psixologiya — psixodinamik istiqamətlərdən biri. Analitik psixologiyanın banisi K.Q.Yunq Freydin libidonu psixi enerji kimi interpretasiya etməsinə, nevrozların seksual mənşəli olduğunu iddia etməsinə, psixikanıkompensasiya prinsipi ilə işləyən qapalı avtonom sistem kimi təqdim etməsinə və s. etiraz edərək, insan psixikasında fərdi qeyri-şüurilikdən savayı, həm də daha dərin bir qatın – kollektiv qeyri-şüurilik mövcud olduğunu iddia edir. Yunqa görə bu kollektiv qeyri-şüuriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ətraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar – arxetiplər təşkil edir, hansılar ki, özlərini daha çox müxtəlif mifologiyalarda, simvolikalarda və s. büruzə verir.
Onlayn analitik emal
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Analitik kimyanın inkişaf tarixi
ECORES - Ekoloji Analitik İnformasiya Agentliyi
Ekoloji Analitik İnformasiya Agentliyi ECORES (ing. ECORES - Information Analytic Environment Agency) - Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatı (1995). == Haqqında == ECORES Agentliyi Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatıdır 1995-ci ildə təsis edilmişdir. ECORES qeyri-kommersiya, qeyri-hökumət ekoloji təşkilatıdır. Təşkilat Azərbaycanda ekoloji vəziyyətin təhlili ilə məşğul olur və əsas məqsədi ictimaiyyəti ətraf mühit və ölkənin resursları barədə məlumatlandırmaqdır. Onun missiyası ümumi ictimaiyyətin məlumatlılığını artırmaqla Azərbaycanın ətraf mühitini qorumaqdır. == Məqsəd == Ətraf mühitin yaxşılaşdırılması, real ekoloji vəziyyət, ölkənin resursları, inkişaf etmiş dünyada ekoloji problemlərin həlli təcrübəsi və Azərbaycanda ən yaxşı beynəlxalq təcrübənin tətbiqi məqsədlərinə nail olunması ECORES təşkilatının əsas məqsədidir. == Vəzifələr == Təşkilat məqsədlərinə nail olmaq üçün aşağıdakı vəzifələri həll etmək niyyətindədir: Ətraf mühit və resurslar haqqında məlumat toplamaq, təhlil etmək və yaymaq. Azərbaycan ətraf mühitinin coğrafi informasiya sistemlərinin (GİS) yaradılması. Müstəqil ekoloji auditin təşkili və həyata keçirilməsi.
Analitika mərkəzi
Araşdırma mərkəzi və ya siyasi tədqiqat institutu (ing. think tank; policy institute; research institute) — ölkələrin siyasi qərar qəbulu prosesində idarəçilərə doğru və həqiqi siyasətlər müəyyən etmək məqsədilə müxtəlif tövsiyələr və hesabatlar nəşr edən araşdırma mərkəzidir.
Biznes analitikası
Biznes analitikası rəhbər işçilər, menecer və digər korporativ son istifadəçilərə əsaslandırılmış biznes qərarları qəbul etməkdə kömək edən faydalı məlumatların təqdim edilməsi və verilənlərin analizi üçün texnoloji prosesdir. Biznes analitikası analitik nəticələrin alınması üçün operativ işçilərə, qərar qəbul edən korporativ səxslərə əlçatan olan daxili sistem və xarici mənbələrdən məlumatları toplayan, onların təhlilini, həmin verilənlərə sorğuları işləyib hazırlayan və yerinə yetirən, həmçinin hesabat, informasiya paneli, vizual verilənlər yaratmağa imkan verən geniş spektrli alətlər, tətbiqi proqramlar və metodologiyalardan ibarətdir.
Diplomlu maliyyə analitiki
Veb-analitika
Veb-analitika – veb-saytların keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması üçün istifadəçilər haqqında informasiyanın yığılması, ölçülməsi, tədqiqi, təsviri və interpretasiyasıdır. Veb-analitika internet-marketinqin fundamental əsasını təşkil edir, onun tərkib hissəsidir. Veb-analitika, internet-texnologiya və marketinq kommunikasiyaları sahəsində biliklərin məcmusudur. Veb-analitikanın əsas məqsədlərindən biri veb-saytların monitorinqinin aparılmasıdır. Veb-analitikanın tətbiqi ilk baxışda göründüyündən daha genişdir. O, yalnız şəbəkənin fəaliyyəti və saytın ziyarətçilərinin təhlilindən ibarət deyil. Veb-analitikanın köməyi ilə marketinq şirkətlərini proqnozlaşdırmaq, bazarı təhlil etmək, alıcıların mallara münasibətinin monitorinqini aparmaq və s. mümkündür. Veb təhlil edilir, üç mərhələyə: məlumat toplamaq, təhlil etmək, məlumatlar və davranış dəyişdirmək daha səmərəli. Веб-аналитика : анализ информации о посетителях веб-сайтов.

Digər lüğətlərdə