Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sintetik hürmə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Sintetik yağlar
Sintetik sürtkü yağları -porşenli və qazturbinli mühərriklərdə кompressor və soyuducu maşınlarda , dişli ötürücü reduktorlarda (ilk növbədə vintli), dəqiq cihazlarda , hidravlik sistemlərdə və başqa mexanizmlərdə, həmçinin də istilik daşıyıcısı kimi və elektroizolyasiya, konservasiya sürtkü yağlarının alınmasında və yüksək keyfiyyətli texnoloji, plastik qatı yağların alınmasında baza əsası kimi tətbiq olunan üzvi (o cümlədən element-üzvi) birləşmələrdir. == Sintetik yağların tarixi == Sintetik yağların istehsalının inkişaf tarixi bir amerikan tədqiqatçısının sözünə görə, sərt rus qışında Stalinqrad döyüşlərində meydanda alman texnikasının hərəkətinin donduğu( iflic etdiyi) vaxta təsadüf edir. Döyüş texnikasının soyuqda hərəkət edə bilməməsi almanları təcili olaraq aşağı temperaturlarda donan sürtkü yağları işləıyib hazırlamağa təhrik etdi. Bunun üçün Almaniyanın Düsseldorf şəhərində sintetik sürtkü yağı istehsal edən zavod tikilmişdi. Almanlar sintetik yağ almaq qərarına bir neçə min kimyəvi birləşmələr sintez edərək sınaqdan keçirdikdən sonra gəlmişdilər. Seçim isə dikarbon turşularının efirləri(Diizooktilsebasinat)olmuşdur. Buna baxmayaraq, yeni sintetik yağları aviasiyada tətbiq etmək almanlara nəsib olmamışdı. Düsseldorf şəhəri amerikalılar tərəfindən işğal edilmiş, zavod isə Amerikaya köçürülmüşdü. Sovetlər ölkəsində sintetik yağlar və bu yağlara aid məsələlərlə əsasən, aviasiya sənayesi, istehsalla isə Neft Kimya sənayesi nazirliyi məşğul idi. Keçən əsrin 60-cı illərinə yaxın təcrübi-sənaye miqyasında pentaeritrit efiri bazası əsasında sintetik yağ buraxılmışdı.
Sintetik qida boyaları
Sintetik qida boyaları Sintetik qida boyalar – elə üzvi birləşmələrdir ki, süni şəkildə sintez olunurlar. Təbii qida boyalarından fərqli olaraq sintetik qida boyaları bioloji aktiv deyillər, dadsız və vitaminsiz birləşmələrdirlər. Sintetik qida boyaları geniş miqyasda qida sənayesində və dərman kimyası sənayesində istifadə olunur. Sintetik qida boyalarının 20-yə qədər növü məlumdur. Sintetik qida boyaları suda yaxşı həll olan, toz halında və ya hissəcik halında, rəngli üzvi birləşmələrdir. Sintetik qida boyaları 80-85%-i qayda üzrə əsasən üzvi boyalardan ibarətdir.Əsas üstünlük təşkil edən boyalar: Azoboyalar (E102, E 110, E122, E124, E 129) Indiqo boyaları (E132)Azoboyalardan ən çox tərkibində naftalin halqası digər naftalin həlqəsi ilə azoəlaqəylə birləşən boyalar geniş istifadə olunur. Müəyyən edilmişdir ki, azoəlaqə bağırsaq mikroflorasında reduksiya olunaraq aminlər əmələ gəlir və insanın böyrək,q araciyərinə mənfi təsir edir.Sintetik qida boyaları azo, nitro, triarilmetan, ksantonit və xinolen birləşmələrdən ibarətdir. Bəzi E102, E 104 boyaları bir çox həssas insanlarda allergiya yaradır. Sintetik qida boyaları bədəndə uzun müddət toplanaraq disbakterioz, onkoloji xəstəliklər əmələ gətirir. Bir çox sulfazo-boyaları mutagen xassəlidirlər.
Sumqayıt sintetik kauçuk zavodu
Sumqayıtda "Sintezkauçuk" sintetik kauçuk zavodu (azərb-kiril. Синтезкаучук) — Azərbaycan SSR-də sintetik kauçuk istehsal edən yeganə və Cənubi Qafqazda ilk belə sənaye müəssisəsi. Sintetik etil spirti butadien rezin kombinatından ibarət tikintinin birinci mərhələsi 1940–1941-ci və 1945–1952-ci illər arasında baş tutmuşdur. İkinci mərhələ 1955–1957-ci illərdə n-butandan butadien sintetik kauçuku kombinatı tikilmişdir. Son hissə Oneşti Sintetik Kauçuk və Neft-Kimya Məhsulları Kombinatı ilə eyni layihəyə uyğun olaraq hazırlanmışdır. Beləliklə, "Sintezkauçuk" SSRİ-də neft əsaslı kauçuk istehsalı ilə ilk kombinatı olmuşdur. == Tarixi == === Etil spirtindən rezin kombinatı === Cənubi Qafqazda ilk, Azərbaycan SSR-də ən böyük neft-kimya müəssisəsi olan Sumqayıt "Sintezkauçuk" sintetik kauçuk zavodu 1939-cu ildə layihələndirilmiş və tikinti işlərinə 1940-cı ildə başlanmışdır. İkinci Dünya müharibəsinin başlaması 1941-ci ildə tikinti prosesinin dayandırılmasına səbəb olmuşdur. 1944-cü ilin fevralında yenilənmiş layihələr hazırlanmış və 1945-ci ilin sentyabrında butadien-stirol rezin istehsalı üzrə ixtisaslaşmış müəssisənin tikintisi davam etdirilmişdir. Burada Sergey Lebedeyevin üsuluna əsasən etilenin sulfat turşusu ilə nəmləndirilməsi reaksiyası ilə etil spirtindən butadien alınmışdır.
Sintetizm
Sintetizm (fr. synthétiser — əhatə etmək, birləşmək) — postimpressionizmin daxilində bədii cərəyan. == Tarixi == Sintetizm 1888-ci ildə Pol Qogen, Emil Bernar, Lui Anketen və Pont-Aven məktəbinin digər rəssamlarının əsərlərində ortaya çıxdı. Sənətdə yeni bir tendensiya olaraq, Volpini fransız kafesində Qoqenin tərəfindən təşkil edilən 1899-cu ilin Ümumdünya sərgisində daha da tanındı. Sintetik hərəkata aid sənətçilər öz əsərlərində üç anlayışı "sintez" etməyə çalışdılar: Görünüşü əks etdirir; Təsvirə aid öz hissləri; Xəttin, rəngin və şəklin estetikası.
Sinoptik meteorologiya
== Meteorologiya == Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki yunan sözünün birləşməsindən: meteor — atmosfer hadisəsi, yaxud səma hadisəsi və logiya-elm sözlərindən yaranmışdır. Meteorologiya geofizika elmlərinə aiddir. Atmosferdə baş verən proseslərin öyrənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu proseslər üzərində müşahidələr aparılır və alınmış nəticələr sonradan təhlil edilir. Bu zaman fizikada, hidromexanikada, aerodinamikada və termodinamikada qəbul olunmuş ümumi qanunlardan istifadə olunur. == Sinoptik meteorologiya == Sinoptik meteorologiya – proqnoz məqsədilə atmosfer proseslərinin yaranma mexanizmlərini, hava şəraitinin dəyişməsinin səbəblərini öyrənir.
Sinoptik xəritə
Sinoptik xəritə – üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə. Sinoptik xəritə meteoroloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. == Sinoptik meteorologiya == Meteorologiyanın bölməsi. Hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraiti və onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir.
Sinoptik üsul
Sinoptik üsul dedikdə - sinoptik xəritələrin və di-gər aerosinoptik vasitələrin köməyi ilə atmosfer proseslərinin və hava şəraitinin qarşılıqlı təsir və inkişafının məkana - zamana görə fiziki təhlili üsulu başa düşülür.
Sintaktik diaqram
Sintaktik diaqram(syntax diagram,синтаксическая диаграмма,sözdizimi diyagramı)-ər hansı dilin elementlərinin necə düzüldüyünü göstərən diaqram.Hər diagramın bir giriş nöqtəsi və son nöqtəsi var.Diaqram digər nonterminals və terminallar vasitəsilə gedən bu iki xal arasında mümkün yolları təsvir edir. Nonterminals kvadrat qutuları ilə təmsil olunur,Terminals isə dəyirmi qutuları ilə təmsil olunur. Bu qrammatikada EBNF ifadə edilə bilər:: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 831 s.
Sintaktik əlaqələr
Sintaktik əlaqələr — sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq‎) deməkdir. == Haqqında == Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar: Məna(semantik) cəhətdən; Qrammatik (morfoloji və sintaktik) cəhətdən. === Sözlər arasında məna əlaqəsi === Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar: Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır. Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.
Kinetik enerji
Kinetik enerji — cismin və ya zərrəciyin öz hərəkəti hesabına malik olduğu enerjiyə deyilir. Kinetik enerji cismin kütləsi ilə sürətin kvadratı hasilinin yarısına bərabərdir: Ek=mv2/2 Kinetik enerji haqqında teorem: Sabit qüvvənin işi kinetik enerjinin dəyişməsinə bərabərdir.
Kinetik incəsənət
Kinetik incəsənət — tamaşaçı tərəfindən qavranılan hərəkəti özündə cəmləşdirən və ya təsiri üçün hərəkətdən asılı olan bir sənət növüdür. İzləyicinin sənət əsərinə baxışını genişləndirən və çoxölçülü hərəkəti ehtiva edən kətan rəsmləri kinetik sənətin ən qədim nümunələridir. Daha doğrusu, kinetik sənət bu gün ən çox üçölçülü heykəllərə və təbii hərəkət edən və ya maşınla idarə olunan cib telefonlarına aid edilən bir termindir. Hərəkət edən hissələr adətən külək, mühərrik və ya müşahidəçi tərəfindən qidalanır. Kinetik sənət çoxlu üst-üstə düşən texnika və üslubları əhatə edir. == Müasir zaman tədqiqatları == 2013-cü ilin noyabr ayında MİT Muzeyi tərəfindən 5000 Hərəkətli Parça adlı kinetik sənət sərgisi açıldı. Burada rəssamlar Artur Qansonun, Enn Lillinin, Rafael Lozano-Hemmerin, Con Duqlas Pauersin və Takisin əsərləri sərgilənib. Sərgi muzeydə incəsənət forması üzrə xüsusi proqramlaşdırmanın yer aldığı "kinetik sənət ili"ni başlatdı. Neokinetik sənət interaktiv kinetik heykəlləri tapa biləcəyiniz Wuhu Beynəlxalq Heykəl Parkında, Pekin, Çində çox populyarlaşdı.
Lüminoforların sintezi
Lüminoforların sintezi Bu yazıda biz lüminessent lampaların istehsalında istifadə olunan lüminofor xassəli maddələrin bəzi xarakterik xüsusiyyətləri haqqında məlumat vermək istəyirik. Soyuq işıq mənbəyi olan lüminoforlar həyatımıza, məişətimizə çoxdan daxil olmuşdur. Lüminoforların xarakterik xüsusiyyətləri – udulma spektri və lüminoforun üzərinə düşən şüanın dalğa uzunluğundan asılı olaraq udulan enerjisinin kəmiyyətcə əks olunmasından ibarətdir. Şüa bu halda ya kristal qəfəsinin özü tərəfindən (udma zolağı bu halda əsas və ya fundamental adlanır), ya da lüminessensiya mərkəzi (aşqar udulması) tərəfindən udulur. Ona görə də udulma və spektral sahə aktivatorun və kristal qəfəsinin xassələri ilə təyin olunur. Əksər lüminoforlarda əsas udulma zolağı spektrin UB-sahəsində yerləşir. Qeyd olunduğu kimi, lüminofor dedikdə biz müxtəlif növ həyəcanlandırıcıların təsirindən maddənin lüminessensiya verməsi başa düşülür. Həyəcanlandırma üsuluna görə biz lüminoforları aşağıdakı siniflərə bölə bilərik: Fotolüminoforlar – ultra bənövşəyi (UB), görünən və ya infra qırmızı (İQ) şüa ilə həyəcanlanıb lüminessensiya verən maddələr, Elektrolüminoforlar, yəni elektrik sahəsi ilə həyəcanlanan maddələr, Rentgenlüminoforlar, başqa sözlə, rentgen şüalarının təsiri altında "işıldayan" maddələr və nəhayət, Katodolüminoforlar.Qeyri-üzvi maddələrdə lüminessensiya xassələrinin meydana çıxması birləşmənin (lüminoforun əsasının) kristal qəfəsində sintez prosesində quruluş və aşqar defektlərinin əmələ gəlməsi ilə əlaqədardır. Hörmətli oxucular, növbəti yazılarımızda biz quruluş və aşqar defektlərinin necə yaranması haqqında bir sıra maraqlı məqamları qələmə almağa çalışacağıq. Burada yalnız onu qeyd etmək istəyirik ki, quruluş defektləri lüminoforun əsasının termiki emalı zamanı da baş verə bilər.
Qanç sintezi
Qanç sintezinin klassik variantı simmetrik əvəz olunmuş 1,4 divdropiridinin alınmasına gətirib çıxarır. Bu zaman 1,3-dikarbonil birləşməsinin 2 ekvivalenti istifadə edilir. Aldehid molekulunun karbonil atomu piridin tsiklinin C(4) atomuna çevrilir. Qanç sintezində mərhələlər ardıcıllığı tam dəqiq müəyyən edilməmişdir və bu vəziyyət hər halda fərqli ola bilər. Məsələn ammonyak qrupunun əvvəlki və sonrakı proseslərdə içtirakı mümkündür. Mərhələlərin rasional ardıcıllığı aldol kondesasiyasına gətirib çıxarır ki, bu da Mixael riaksiyasını sübut edir və 1,5 dikarbonil birləşməsinin meydana gəlməsinə səbəb olur. Qanç metodu ilə alınmış 1,4- dihidropiridinlər hər β- vəziyyətdə qarışıqlıq qabiliyyəti olan əvəzedicilər saxlayır. Bu da onun sabit qalmasını o dərəcədə təmin edir ki, onları nəinki ayırmaq, hətta oksidləşdirərək piridinin aromatik törəmələrini almaq olar.1,4-dihidropiridinlərin dehidrogenləşməsinin klassik metodları azot turşularının tətbiqinə əsaslanır: bu çevrilmə ammonium nitratın seriyum (IV), montmorillonitin mis (II) nitrat və ya bentonitin manqan dioksidini istifadə edərək həyata keçirilə bilər. Simmetrik olmayan dihidropiridinləri Qanç sintezi ilə iki mərhələdə almaq olar: belə ki, başlanğıc olaraq aldol kondensasiyasını sintez edərək, ona ammonyakla və 1,3 dikarbonil birləşməsi və ya enominoketonla təsir etmək olar. Qanç metodu ilə piridinin və ya dehidropiridinin sintezi aldehid, məsələn formaldehid, 2 ekvivalentli beto-keto mürəkkəb efir, məsələn, asetosirkə turşusunun etil efiri, azot donoru, məsələn ammonium asetat və ya ammonyak ilə çoxkomponentli üzvi reaksiyasına əsaslanır.
Knorr xinolin sintezi
Knorr xinolin sintezi -sulfat turşusundan istifadə edərək, β-ketoanilidi 2-hidroksixinolinə çevirən molekuldaxili üzvi reaksiyadır. Bu reaksiya ilk dəfə 1886-cı ildə Lüdviq Knorr (1859-1921) tərəfindən müəyyən edilmişdir.[1] Reaksiya suyun ayrılması ilə müşayiət olunan elektrofil aromatik əvəzetmə reaksiyasıdır. 1964-cü ildə aparılan tədqiqat işi müəyyən reaksiya şərtləri ilə 4-hidroksixinolinin sintezinin rəqabətli reaksiya olduğunu müəyyən etdi.[2] Məsələn, benzoilasetanilid (1) birləşməsi çox miqdarda polifosfor turşusunda (PFT) 2-hidroksixinolin (2), lakin PFT-un miqdarı az olduqda 4-hidroksixinolin (3) əmələ gətirir. Reaksiya mexanizmi həlqəni bağlaya bilən artıq turşuya malik N,O-dikationik aralıq A-nı və monokationik aralıq B-ni əks etdirir. Anilin 4-hidroksixinolin əmələ gəlməzdən əvvəl benzoilasetanilidin digər bir ekvivalenti ilə reaksiyaya daxil olur. 2007-ci ildə aparılan bir araşdırma ilə [3] reaksiya mexanizmi yenidən nəzərdən keçirildi, NMR spektroskopiyası və nəzəri hesablamalara əsaslanaraq, N,O dikationik aralıq məhsula nisbətən O,O-dikationik aralıq məhsula (superelektrofil) üstünlük verilmişdir. Reaksiya üçün triflüormetansulfoturşu tövsiyə olunur: == İstinadlar == ^ Synthetische Versuche mit dem Acetessigester Justus Liebig's Annalen der Chemie Volume 236, Issue 1–2, Date: 1886, Pages: 69–115 Ludwig Knorr doi:10.1002/jlac.18862360105 ^ The Conversion of Benzoylacetanilides into 2- and 4-Hydroxyquinolines B. Staskun J. Org. Chem. 1964; 29(5); 1153–1157. doi:10.1021/jo01028a038 ^ Knorr Cyclizations and Distonic Superelectrophiles Kiran Kumar Solingapuram Sai, Thomas M. Gilbert, and Douglas A. Klumpp J. Org.
Kürd-islam sintezi
Kürd-islam sintezi (kürd. کوردایەتی ئیسلامی ) və ya kürd-islam milliyətçiliyi — kürd milliyətçiliyini islamizmlə birləşdirən dini millətçiliyin forması. == Tarixi == İdeologiya Osmanlı xilafətinin ləğvi və Türkiyənin yaradılmasından sonra ortaya çıxmışdır. Bu, kürdləri qəzəbləndirən iki hadisə idi. Atatürkün islahatları səbəbindən mədəniyyətlərinin, dinlərinin, dillərinin və xalqlarının təhlükə altında olduğunu hiss edən bir qrup kürd kürd-islam milliyətçiliyinə üz tutmağa başlamışdı.Molla Krikar kimi daha ifrat islamçı kürdlərdən biri də müəyyən dərəcədə millətçiliyə malikdir. Bəzi videolarda Molla Krikar kürd problemlərindən və kürdlərin müstəqilliyini dəstəkləməkdən danışır. Baxmayaraq ki, bunu həmişə islam ekstremizmini qoruyub saxlamaqla edir. Onun siyasi mövqeyi "bir gün siyasi və millətçi bəyanatlar, bir gün cihadçı bəyanatlar" kimi təsvir edilib. Molla Krekar həm də populistdir və onun İraq Kürdüstanında populyarlığı 2017–2019-cu illər arasında, xüsusən də kürd hökumətinə qarşı olan gənclər arasında artmışdır. Kürd ziyalısı Həma Qərib əsas kürd millətçiliyinin islamı da əhatə edəcək şəkildə islahat edilməli olduğunu müdafiə etmişdir.
Molekulyar-kinetik nəzəriyyə
Molekulyar-kinetik nəzəriyyə (və ya qazların kinetik nəzəriyyəsi) — XIX əsrdə yaranan və maddənin, əsasən də qazların quruluşuna nəzər salan nəzəriyyə. == Nəzəriyyənin əsas müddəaları == Təbiətdə mövcud olan bütün maddələrin xassələri, onların daxili quruluşları ilə müəyyən olunur. Bu səbəbdən, maddənin quruluşunu öyrənmək ən mühüm problemlərdən biridir. Maddə haqqında ilk fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Aristotel tərəfindən irəli sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi atomlardır. Yunanca tərcüməsi “bölünməz” olan atom sözünün bir termin kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o dövr üçün çox ciddi sayılan bu fikir nə Demokritin özü, nə də onun ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir. Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsasları- nın qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin tə- məli qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlə- rinin nəticəsi olaraq XIX əsrin II yarısında molekulyar-kinetik nəzəriyyə, əsas etibarı ilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək mükəmməl şəklə salınmışdır.
Türk-islam sintezi
Türk-islam sintezi (türk. Türk-İslam sentezi) və ya türk-islam milliyətçiliyi (türk. Türk-İslam milliyetçiliği) — Türkiyə millətçiliyi ilə islamçılığı birləşdirən dini milliyətçilik növü. == Tənqidi == İdeologiya ilk olaraq Soyuq müharibə dövründə Türkiyədə Amerikanın dəstəklədiyi sağçı ziyalılar tərəfindən ölkədə Sovetin dəstəklədiyi solçu təsirinin artırılması ilə bağlı Gladio əməliyyatının bir hissəsi kimi yaradılmışdır. Türk-islam milliyətçiliyi tez-tez milliyətçiliyi günah hesab edən islamçılar, dini əhəmiyyətsiz hesab edən dünyəvi türk milliyətçiləri, həmçinin Türkiyədəki azlıq hüquqlarını qoruyan müxtəlif təşkilatlar və fəallar tərəfindən tənqid edilir.
Azərbaycanın sinoptik-iqlim rayonlaşdırılması
Azərbaycan və onu əhatə edən regionlar üzərində baş verən atmosfer proseslərini, həm də fiziki-coğrafi vilayətlərin ayrı-ayrı hissələrinin iqlim xüsusiyyətlərini nəzərə alaraq respublika ərazisi 10 sinoptik-iqlim rayonuna bölünür. Hava şəraitinin müxtəlifliyi ilə əlaqədar olaraq bəzi sinoptik -iqlim rayonları öz növbəsində yarımrayonlara bölünür (Mədətzadə, 1972). Aşağıda bu rayonların qısa sinoptik səciyyəsi verilir.
Gəncə-Qazax rayonu (sinoptik-iqlim rayonlaşdırılması)
== Sinoptik-iqlim rayonlaşdırılması == Azərbaycan və onu əhatə edən regionlar üzərində baş verən atmosfer proseslərini, həm də fiziki-coğrafi vilayətlərin ayrı-ayrı hissələrinin iqlim xüsusiyyətlərini nəzərə alaraq respublika ərazisi 10 sinoptik-iqlim rayonuna bölünür. Bunlardan biri də Gəncə-Qazax rayonudur. == Gəncə-Qazax rayonu == Gəncə-Qazax rayonu atmosfer proseslərinin təkrarlanması ehtimalına görə Zaqatala-Şəki rayonu ilə analoq təşkil edir. Ancaq burada tropik havanın əraziyə daxil olması əsasən subtropik antisiklonla bağlıdır. Bu, rayonda fyon hadisələrinin yaranmasına gətirib çıxarır. Halbuki fyonlar Zaqatala-Şəki rayonunda demək olar ki, olmur. Bundan başqa cənub siklonlarının təsiri xeyli böyükdür.