is. Bir şey haqqında verilən təntənəli vəd, söz.
// Sədaqətə riayət etmək haqqında rəsmi və təntənəli vəd. Əsgəri and. – Andına inanıram, xoruzun da quyruğu görünür. (
Ata. sözü ).
Bu and ilə xəbər verir bizə cəbhədən; Bizim zəfər toplarının o qadir səsi. S.Vurğun.
□ And içdirmək – and içməyə, söz verməyə məcbur etmək.
And içmək –
1) müqəddəs, yaxud böyük və əziz sayılan bir şəxsin və ya şeyin adını çəkməklə öz sözünə, vədinə, yaxud öhdəsinə aldığı vəzifəni layiqincə yerinə yetirəcəyinə inandırmaq.
Mənim and içdiyim o məhəbbətin; Ruhunda müqəddəs bir pəri yaşar. S.Vurğun.
Musa dayının nə üçün and içmədiyi [Firidunun] fikrində anlaşılmaz bir sirr olub qalmışdı. M.İbrahimov;
2) söz vermək.
Camaatın vəziyyəti elə idi ki, guya hamı əlini bir işə vurmayacağına and içmişdi. Ə.Vəliyev.
And vermək – müqəddəs, yaxud əziz sayılan bir şəxsin, ya şeyin adını çəkməklə xahiş etmək, yalvarmaq.
And verib soruşdum bir-bir dedilər; Fəqir, səni şeyda qılan gəlməmiş. Q.Zakir.
Əzizim binə gəlsin; Köç gəlsin, binə gəlsin; Sevdim tərsa qızını; And verin dinə gəlsin. (Bayatı).
Andı(nı) pozmaq – verdiyi vədə yalançı çıxmaq, andı yerinə yetirməmək.
Andından dönmək – bax
andı(nı) pozmaq.
Qardaşım! Dönmərəm öz andımdan! S.Rüstəm.