// Sədaqətə riayət etmək haqqında rəsmi və təntənəli vəd. Əsgəri and. – Andına inanıram, xoruzun da quyruğu görünür. ( Ata. sözü ).
□ And içdirmək – and içməyə, söz verməyə məcbur etmək.
And içmək – 1) müqəddəs, yaxud böyük və əziz sayılan bir şəxsin və ya şeyin adını çəkməklə öz sözünə, vədinə, yaxud öhdəsinə aldığı vəzifəni layiqincə yerinə yetirəcəyinə inandırmaq.
2) söz vermək.
And vermək – müqəddəs, yaxud əziz sayılan bir şəxsin, ya şeyin adını çəkməklə xahiş etmək, yalvarmaq.
Andı(nı) pozmaq – verdiyi vədə yalançı çıxmaq, andı yerinə yetirməmək.
Andından dönmək – bax andı(nı) pozmaq.