Dönüş (film, 2018)
Dönüş — Rüfət Əsədovun filmi. Film 2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında, Qarabağ müharibəsi iştirakçısı, tibb xidməti kapitanı, hərbi həkim İmran Qurbanov haqqında çəkilmişdir. Tammetrajlı sənədli filmdir.
Filmdə İmran Qurbanovun həyat yolu, könüllü hərbi həkim kimi döyüşlərdə iştirakı, xüsusilə də Qarabağ müharibəsi zamanı rəhbərlik etdiyi tibb bölüyünün Ağdərə, Kəlbəcər, Laçın və Murovda gedən döyüşlər zamanı fəaliyyəti əks olunub.
İdeya müəllifi: Rüstəm Dastanoğlu
Ssenari müəllifi: Orxan Fikrətoğlu
Quruluşçu rejissor: Rüfət Əsədov
Rejissor: Rüfət Əsədov
Operator: Röyal Quluzadə
Montaj rejissoru: Tofiq Teymuroğlu
Prodüserlər: Nail Qurbanov, Zövqü Quliyev
Posterin dizayneri: Vüsal Nazimoğlu
Musiqilərindən istifadə edilən bəstəkar: Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı — hərbi diktor
Rüstəm Dastanoğlu — dostu
Rey Kərimoğlu — Qarabağ qazisi
Nail Qurbanov — qardaşı
Sevinc Qurbanova — həyat yoldaşı
Vaqif Namazov — dostu
Aslan Həşimov — hərbi həkim
17 aprel 2018-ci ildə Nizami Kino Mərkəzində filmin təqdimatı olmuşdur. Təqdimatda İmran Qurbanovun döyüş dostları, Qarabağ qaziləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimatdan əvvəl keçirilən tədbirdə Azərbaycanın hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru və ssenaristi öz fikirlərini bölüşüblər. İmran Qurbanov çıxış edərək filmin çəkilişində əməyi olan və tədbirə qatılan hər kəsə öz minnətdarlığını bildirib.