ANTROPOGEN ÇİRKLƏNMƏ

insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və itensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məs. hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s.
ANTİSİKLON AXINI
ANTROPOGEN DÖVR, KAYNOZOYUN DÖRDÜNCÜ DÖVRÜ
OBASTAN VİKİ
Antropogen
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Radioaktiv çirklənmə
Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddət öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur. İstismar olunan uran filizi yataqları, atom sənayesinin tullantıları, nüvə partlayışları, Atom Elektrik Stansiyalarında (AES) qəzalar və s. atmosferə süni radioaktiv maddələrin düşməsi mənbəyidir. Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir. Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təşkil edir. Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur.
Çində çirklənmə
Çində çirklənmə müzakirə olunan ətraf mühit məsələlərinin daha geniş bir tərəfidir. Çinin sənayeləşməsi ilə müxtəlif çirklənmə formaları artdığına görə geniş ətraf mühit probleminə səbəb oldu ki bu da sağlamlığa ziyan vuran amil sayılır.2013-cü ildə təmiz hava siyasəti həyata keçirildiyi üçün Çin daxilində çirklənmə durmadan azaldı və Çin şəhərləri artıq ən çirklənmiş şəhərlər siyahısında birinci yeri tutmur. Çin Xalq Respublikasında əhalinin 1980-ci illərdən bəri artması torpaq çirklənməsi ilə nəticələndi. Dövlət Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun ətraf mühit, qida təhlükəsizliyi və davamlı kənd təsərrüfatı üçün bir təhlükə olduğunu düşünür. Çinin əkinçilik əraziləri 38.610 kvadrat mil (100.000 km2) və 31.5 milyon mil (21.670 km2.) su ehtiyyatları çirklənməyə məruz qaldı. Təsirə məruz qalan ərazi Çinin əkin sahələrinin onda birini təşkil edir. Təxminən 6 milyon ton taxıl hər il ağır metallarla çirklənir və bu da 29 milyard yuan (2,57 milyard ABŞ dolları) birbaşa itkiyə səbəb olur. Ağır metallara (civə, qurğuşun, kadmiyum, mis, nikel, xrom) və çirklənmiş torpaqda olan maddələr sağlamlığa mənfi təsir göstərir. Udulma, dəri ilə təmas, torpaq qida zənciri ilə pəhriz, tənəffüs qəbulu və ağızdan qəbul edilməsi zəhərli maddələrin insan orqanizminə daxil olmasına səbəb olur. Çinin tullantı istehsalı artdıqca və təkrar istehsal sahəsi zəif olduğundan ətraf mühit bu tullantılarla çirkləndirilir.
Antropogen eroziya
Antropogen eroziya -İnsanın səmərəsiz təsərrüfat fəaliyyəti nəticəsində torpaqların və ana süxurların səth suları vasitəsilə sürətlə dağılması.
Antropogen faktorlar
Antropogen faktorlar — insanın bioloji və sosioloji varlıq kimi ətraf mühitə dolayı yolla (bilavasitə) təsiri. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Antropogen maddə
Antropogen maddə — insanın fəaliyyəti nəticəsində Yerin sferlərinə qoşulan yeni kimyəvi birləşmələr. Antropogen maddələr insan fəaliyyəti sayəsində kimyəvi maddələrin yer sferinə daxil olması. Antropogen maddənin bir hissəsi təbii dövrana daxil olaraq tez-gec ekosistemdə utilləşir, təbiətə yad olan süni birləşmələr, canlı orqanizmlər və abiotik agentlər tərəfindən olduqca tədricən parçalanaraq təbii madələr mübadiləsindən kənarda qalır, onlar biosferdə toplanaraq həyat üçün təhlükəli sayılır. Bu kimyəvi elementlərə yerin dərinliklərindən səthinə çıxarılan ağır metalları və adətən təbii şəraitdə kiçik ərazilərdə və böyük olmayan konsentrasiyada yayılan radioaktiv maddələri misal göstənnək olar.
Antropogen relyef
Antropogen terminlər
Antropogen terminlər-(yun. Antropos-insan) İnsanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məsələn: hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s. İnsanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meyilli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi. Qurunun insan fəaliyyəti nəticəsində dəyişilmiş və ya yaradılmış relyefi. İki cür antropogen relyef ayrılır: kortəbii və istiqamət verilmiş antropogen relyef (yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.) İnsan fəaliyyəti nəticəsində yeni torpaq tipi yaratmağa yönələn təsir (mədəni, becərilən torpaqlar), torpaqəmələgətirən amilləri dəyişməklə (təkrar şorlaşma), həmçinin sənaye, mülki və yol çəkilməsi zamanı təbii torpaq örtüyünün pozulması ilə əmələ gəlir. Antropogen səhralar insanın təbiətə bilavasitə və vasitəli təsiri nəticəsində yaranan səhralardır. Bu səhraların sahəsin getdikcə genişlənir və 10 mln km²-ə çatmışdır (qurunun 7%ni təşkil edir). Dünyanın bütün səhralarının antropogen olması haqda fikir yürüdülür. Canlı orqanizmləri əhatə edən və insan tərəfindən dəyişdirilən ətraf mühit.
Antropogen metabolizm
Antropogen metabolizm və ya antroposfer metabolizmi — sənaye ekologiyasında, material axınının təhlilində və tullantıların idarə edilməsində insan cəmiyyətinin maddi və enerji dövriyyəsini təsvir etmək üçün istifadə olunan termin. Bu, sistemli düşüncənin sənaye və digər texnogen fəaliyyətlərə tətbiqindən yaranır, davamlı inkişafın mərkəzi konsepsiyasıdır. Müasir cəmiyyətlərdə antropogen (texnogen) material axınlarının əsas hissəsi aşağıdakı fəaliyyətlərdən biri ilə bağlıdır: "tarixdən əvvəlki dövrlərdə az metabolik əhəmiyyətə malik olan" kanalizasiya, nəqliyyat, yaşayış və kommunikasiya. Binalarda, infrastrukturda və nəqliyyat vasitələrində qlobal texnogen polad ehtiyatları, məsələn, təxminən 25 giqaton (adam başına üç tondan çox) təşkil edir ki, bu rəqəmi yalnız beton kimi tikinti materialları üstələyir. Antropogen metabolizm sosial-iqtisadi metabolizmin sinonimi kimi müşahidə olunur. İstilik balansı Noosfer Kollektiv şüur Baccini, Peter and Brunner, Paul H., Metabolism of the Anthroposphere, Springer, 1991, Heidelberg, Berlin, New York, (ISBN 978-3-540-53778-6). New edition March 2012, MIT Press, Cambridge MA, ISBN 978-0-262-01665-0.
Antropogen istehsal amili
Mühitin antropogen amilləri
Xəzər dənizinin əsas çirklənmə mənbələri