ANTROPOLÓGİYA

is. [ yun. ] İnsanın və insan irqinin mənsub fiziki təşəkkülü və təkəmmülü haqqında elm. Antropologiyanın tədqiqat metodu.

Этимология

  • ANTROPOLOGİYA yun. anthropos – insan + yun. logos – elm, təlim
ANTRÁKT
ANTROPOLOJİ́
OBASTAN VİKİ
Antropologiya
Antropologiya (q.yun. ἄνθρωπος — insan; λόγος — elm) — insan haqqında elmdir. Təbiət elmlərindəndir. İnsanın yaranması və inkişafı, insan irqlərinin yaranması və insanın fiziki quruluşunun normal dəyişmələri haqqında elmdir. Qərbdə bu elmə insanın təbii tarixindən əlavə, həmçinin etnoqrafiya və arxeologiyanı da aid edirlər. İnsanın əmələ gəlməsində ictimai amillər daha çox rol oynadığında antroplogiya humanitar elmlərədə sıx əlaqədardır. Antropologiya insanın morfologiyası, antropogenez və irqşünaslıq kimi əsas bölmələrdən ibarətdir. == Etimologiya == Antropologiya yunan sözləri olan "ánthropos" ("insan") və "lógos" ("söz, elm") sözlərindən əmələ gələn düzəltmə sözdür. Bu gün bu sözü istənilən digər bir formaya salmaqla biz ya fransız, ya ingilis, ya da digər bir dilin sözünü işlətmiş olarıq. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-tərkib-insan (علمی-ترکیب-اینسان) adlandırılmışdır.
Fiziki antropologiya
İnsanı fərqli aspektlərdən öyrənən Antropologiya elminin bir sahəsidə fiziki antropologiyadır. Fiziki antropologiya adından da göründüyü kimi insanın fiziki quruluşunu və onun müxtəlifliklərini öyrənən bioloji elm sahəsidir. XX əsrin 60-cı illərində yaşamış sovet dövrünün ən böyük antropoloqlarından olan Roqinski və Levin yazırlar: “Təbiətşünaslığın bu sahəsi (o zaman təbiətşünaslğın bir sahəsi hesab olunurdu) insanı və onun irqlərinin mənşəyini eyni zamanda təkamülünün fiziki təşkilatını öyrənir.” Məhdud çərçivə daxilində uzun müddət qalan fiziki antropologiya son dövrlərdə sərhədsiz elmi tədqiqatlar həyata keçirir. Bunun əsas sabəbi Fiziki antropologiyanın Antropologiya daxilində ayrıca bir bölmə şəklində öyrənilməsi olmuşdu. Bundan başqa paleoantropoloji tədqiqatlar bu sahəni inkişaf etdirmişdi. İnsan meydana gəldiyi andan etibarən bu günə qədər onun fiziki quruluşunda ciddi dəyişikliklər baş vermişdi. Nəticədə zamanla insanlar arasında bioloji fərqliliklər meydana çıxmışdır. Bu bioloji fərqliliklər antropologiyada “antropoloji əlamət” adlanır. Tərifini versək: “Antropoloji əlamət - İnsan orqanizminin hər hansı bioloji xüsusiyətinin konkret ifadəsidir. Bu əlamətlərə fasiləsiz dəyişən müxtəlif variasiyalar daxildir.
Fəlsəfi antropologiya
Fəlsəfi antropologiya — geniş mənada — insanın təbiəti və mahiyyəti haqda fəlsəfi təlim, dar mənada — XX əsrin birinci yarısında Qərbi Avropa, xüsusilə alman fəlsəfəsində yaranmış istiqamət. Bu istiqamət Dilteyin həyat fəlsəsi, Qusserlin fenomenologiya ideyalarından irəli gələn, müxtəlif elmlərin — psixologiya, biologiya, etologiya, sosiologiya, həmçinin dinin və başqa sahələrin insan haqda məlumatlarının istifadəsinə əsaslanır. == Yaranması == XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insana doğru çevirdi. İnsan problemi ilə bu və ya digər dərəcədə məşğul olan, həmin problemi əks etdirən çoxsaylı fəlsəfi konsepsiyalar ümumi fəlsəfəyə antropologiya adı altında birləşir. Bu terminin əsas mənası fəlsəfi fikrin insanın təbiətini və imkanlarını dərindən anlamaqla əlaqədardır. Hələ 1929– cu ildə Martin Haydegger "Kant və metafizika problemləri" adlı əsərində Kantın məşhur "Mən nəyi bilirəm?", "Mən nə etməliyəm?" və "Mən nəyə güvənə bilərəm?" fikirlərinin yeni yozumunu verməyə çalışmışdır. Öz məcmusuna görə, "insan nədir" ümumiləşdirici fikrinə aparıb çıxarırdı. Əslində, fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının, fəaliyyətinin və etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir şəraitdə vacib olan odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə etiqad edirik? Fəlsəfi antropologiya tərəfindən tədqiq olunan konsepsiyalar şərti olaraq iki qrupa bölünür — subyektiv–antropoloji və obyektiv–ontoloji.
Hüquqi antropologiya
== Hüquqi antropologiyanın yaranma tarixi == Hüquqi antropologiya antropoloji elmlər içərisində nisbətən yeni, cavan sahələrdən hesab olunur. Hüquqi antropologiyanın bir elm kimi formalaşması tarixi mübahisəlidir. Belə ki, universitet təhsili sistemində hüquqi antropologiya keçən əsrin 90-cı illərindən tədris olunmağa başlayıb. İlk dəfə 1990-cı ildə Norbert Rulan tərəfindən Paris 7 universitetində tədris olunmuşdur. 1995-1996-cı tədris ilindən etibarən isə Rusiyadakı tədris olunmağa başlayıb. Hüquqi antropologiya hüquq və antropologiyanın qovşağında formalaşmış bir elm sahəsidir və müəyyən tədqiqatçılar onu sosial antropologiyanın bir sahəsi kimi də qəbul edirlər. Ümumilikdə hüquqi antropologiyanın müəyyən bir bilik sahəsi kimi ayrılması müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cür qəbul olunur. Bu fənnin ilk dərsliyini yazan N.Rulan hüquqi antropologiyanın XVIII əsrin II yarısında formalaşmağa başladığını göstərmiş və fransız maarifçisi Jan Jak Russo və alman filosofu İmmanuel Kantı bu sahənin ilkin yaradıcıları kimi vermişdir. Lakin, bir çox tədqiqatçılar hüquqi antropologiyanın yaranmasını qədim hüquq sistemlərinin daha doğrusu yazılı hüquq formalaşana qədər mövcud olmuş ictimai həyatın nizamlanması formalarının tədqiqat obyektinə çevrilməsi ilə əlaqələndirirlər. Belə yanaşma hüquqi antropologiyanın XIX əsrin ortalarında formalaşdığını söyləməyə əsas verir.
Linqvistik antropologiya
Linqvistik antropologiya — dilin sosial həyata təsirini öyrənən fənlərarası bir elm sahəsi olub, Antropologiyanın mühüm bir qoludur. Ölməkdə olan dilləri sənədləşdirməklə öz fəaliyyətinə başlamışdır. Dilin quruluşu ilə istifadəsinin hər tərəfini əhatə edəcək bir formada son 100 ildə böyümüşdür. Linqvistik antropologiya, dilin ünsiyyəti necə formalaşdırdığını, sosial identiklik ilə qrup üzvlüyünün necə tənzimlədiyini, müştərək mədəni inancları və ideologiyanı necə təşkil etdiyini və sosial və təbii dünyanın müştərək mədəni təmsilini necə inkişaf etdirdiyini tədqiq edir.
Molekulyar antropologiya
Molekulyar antropologiya qədim və müasir insan populyasiyaları, eləcə də müasir növlər arasında təkamül əlaqələrini müəyyən etmək üçün molekulyar analizlər aparan antropologiya sahəsidir. Ümumiyyətlə, ardıcıllıqlar arasında, DNT və ya protein ardıcıllığı arasında müqayisələr aparılır; Lakin, erkən tədqiqatlar müqayisəli serologiyadan istifadə edirdi. Fərqli populyasiyalardakı DNT ardıcıllığını araşdıraraq, elm adamları populyasiyalar arasındakı əlaqələrin yaxınlığını (və ya populyasiya daxilində) müəyyən edə bilərlər. Genetik quruluşdakı bəzi oxşarlıqlar molekulyar antropoloqların fərqli insan qruplarının eyni haploq qrupuna mənsub olub-olmadığını və buna görə də ümumi coğrafi bir mənşəyi bölüşdüklərini müəyyən etməyə imkan verir. Bu əhəmiyyətlidir, çünki antropoloqların miqrasiya və məskunlaşma qaydalarını izləməyə imkan verir, bu da müasir populyasiyaların zaman keçdikcə necə formalaşdığı və inkişaf etdiyi haqqında lazımi məlumatlar verir. Molekulyar antropologiya insanların və digər primatların, o cümlədən şimpanze və qorillalar kimi insanla sıx bağlılığı olan digər primat növlərinin təkamül ağacının yaradılmasında son dərəcə faydalı olmuşdur. Məsələn: insanlar və şimpanzelər arasında çox sayda morfoloji oxşarlıqlar mövcud olsa da, aparılmış bəzi tədqiqatlar nəticəsində hər iki növün DNT-si arasında təxminən 98 faiz ortaqlığın olduğu qənaətinə gəlinmişdir. Aparılmış ən son tədqiqatlar nəticəsində ilə məlum olmuşdur ki, insanlar ilə şimpanzelər arasında mövcud hesab edilən genetik boşluq əvvəlkindən daha böyükdür. Yəni insanlar ilə şimpanzelər arasında mövcud hesab olunan 98 faizlik oxşarlıq əslində 94 faiz təşkil edir. Bu cür məlumatlar ümumi əcdadların axtarışı prosesində və insanların necə inkişaf etdiyini daha yaxşı başa düşmək üçün də faydalıdır.
Mədəni antropologiya
Mədəni antropologiya — Antropologiyanın ən böyük sahələrindən biridir və mədəniyyətin və ondakı dəyişikliklərin öyrənilməsinə yönəlmişdir. Antropologiya, etnoqrafiya, etnologiya, linqvistika, folklor və dünya xalqlarının fərqli mədəniyyətlərini təsvir etməyə və təhlil etməyə imkan verən digər elmlər vasitəsilə əldə edilən məlumatlardan istifadə edir. Antropologiyanın bu qolu daxilində insan zamanla cəmiyyətin üzvü və tarixin və mədəniyyətin yaradıcı elementi kimi tədqiq olunur. Bu elm, insanların həyat tərzini geniş bir şəkildə öyrənir və onları mövcud insan qrupları arasında müqayisə etmək üçün geniş bir perspektivdə yerləşdirir. Mədəniyyət, bir tərəfdən, bir insanın həyat tərzinin cəmiyyət içərisində necə inkişaf etdiyini təyin edən amildir, bir tərəfdən də insanın öz sosial həyatı daxilində şəxsi həyatını necə yaşaması barədə sahib olduğu bilikdir. Mədəni antropologiya, insanı həm indiki, həm də keçmişdə mövcud olmuş fərqli cəmiyyətlər və mədəniyyətlər daxilində yerləşdirir və insanın mənası nədir sualını tədqiq etməyə çalışır. == Tədqiqat obyekti == Mədəni antropologiya dünyada mövcud ola biləcək fərqli mədəniyyətləri tədqiq etməyi hədəfləyir. Hər birinin özünəməxsus anlayışı sayəsində onları fərqləndirmək və mənşəyini, işləmə yollarını və müxtəlif regionlarda sosial həyatın necə inkişaf etdiyini anlamaq mümkündür. Öyrənilən mədəniyyət elementləri arasında sənət, din, iqtisadiyyat, siyasət, dil, ənənələr, ekosistemlər, irqlər arasındakı münasibətlər, yaşayış şərtləri və müharibələr, müstəmləkəçilik, dövlət strukturları, tarixi amillər və bunun kimi bir çox xüsusiyyətlər nəzərə alınır. == Tarix == Antropologiyanın başlanğıcı XVIII əsrlə XIX əsrin ortaları arasındadır.
Simvolik antropologiya
== Simvolik antropologiyada simvollar anlayışı == Antropologiyada simvolik nəzəriyyə XX əsrin I yarısında fəlsəfədə formalaşan simvolik formalar nəzəriyyəsi ilə bağlı olmuşdur. Yunan dilində simvol — işarə, tanıdıcı xüsusiyyət, fərqləndirici əlamət və s. deməkdir. Simvolik düşüncə tərzi belə bir nöqteyi-nəzərdən çıxış edir ki, real aləmin, gerçəkliyin ayrı-ayrı elementləri və xüsusiyyətləri öz-özlüyündə dərk olunmazdır. İnsan və onun şüuru bu və ya digər gerçəkliyi, xarici aləmin əlamətlərini və s. xüsusi özünəməxsus xüsusiyyətləri ilə kodlaşdıraraq dərk edir. Əslində bu fərziyyəni müdafiə edən tədqiqatçılar insanın insanaqədərki mərhələdən insanolma mərhələsinə keçidini məhz xarici aləmin simvolik kodlaşdırması ilə, gerçəkliyi ikiləşdirməsi ilə əlaqələndirirlər. İbtidai insanların reallığı xüsusi magik ayinlər vasitəsilə xüsusi formada simvollaşdırması, işarələndirməsi məhz belə bir başlanğıc nöqtəsi kimi qəbul edilir. Əslində fəlsəfədə simvolik formalar nəzəriyyəsi alman filosofu Ernest Kassirer tərəfindən irəli sürülmüşdür. "Simvolik formaların fəlsəfəsi" əsərində o göstərirdi ki, əşyalar, real aləmin gerçəklikləri öz-özlüyündə dərk edilmək üçün kifayət etmirlər.
Tarixi antropologiya
Tarixi antropologiya (qədim yunanca ἱστορία — tarix, tədqiqat ἄνθρωπος — insan; λόγος — «elm») — tarix, antropoloji elmlər və mədəniyyətlərarası tədqiqat metodlarından istifadə etməklə bəşəriyyətin sosial-mədəni tarixi üzrə tarixşünaslıq istiqaməti.
Sosial antropologiya
Sosial antropologiya — insan cəmiyyətlərində və mədəniyyətlərində davranış nümunələrini öyrənir. Böyük Britaniyada və Avropanınböyük hissəsində antropologiyanın əsas tərkib hissəsidir və burada mədəni antropologiyadan fərqlənir. ABŞ-də sosial antropologiya adətən mədəni antropologiya və ya sosiomədəni antropologiyaya daxil edilir. == Mədəni antropologiya ilə müqayisə == Mədəni antropologiya termini ümumiyyətlə ruhən vahid olan, mədəniyyətin fərdi təcrübəyə təsir yollarına yönəlmiş və ya insanların biliyi, adət-ənənələri və institutları haqqında dairəvi bir görünüş təmin etmək məqsədi daşıyan etnoqrafik əsərlərə tətbiq edilir. Sosial antropologiya məişət, iqtisadiyyat, hüquq, siyasət və ya dini əhatə edən, sosial həyatın təşkilati əsaslarına analitik üstünlük verən, sosial münasibətlərin müəyyən bir sistemini təcrid etməyə çalışan etnoqrafik əsərlərə tətbiq edilən termindir. Mədəniyyət hadisələri sosial elmi tədqiqatın əsas məsələlərindən bir qədər ikinci dərəcəlidir. Sosial antropoloqları maraqlandıran mövzulara adət-ənənələr, iqtisadi və siyasi təşkilat, hüquq və münaqişələrin həlli, istehlak və mübadilə nümunələri, qohumluq və ailə quruluşu, gender münasibətləri, uşaq dünyaya gətirmə və sosiallaşma, din, müasir sosial antropoloqlar da daxildir. Qlobalizm, etnik zorakılıq, gender tədqiqatları, transmillilik və yerli təcrübə və yeni yaranan kiberməkan mədəniyyətləri və həmçinin ekoloji narahatlıqlar iqtisadi inkişaflarla ziddiyyət təşkil etdikdə opponentləri bir araya gətirməyə kömək edə bilər. Uoll Striti araşdıran Gillian Tett və Karen Ho da daxil olmaqla britaniyalı və amerikalı antropoloqlar 2007–2010-cu illərin maliyyə böhranı üçün iqtisadi və siyasi nəzəriyyəyə əsaslanan texniki izahatlara alternativ izahat verdilər. Uzunmüddətli keyfiyyətli tədqiqatlar, o cümlədən intensiv sahə tədqiqatları (iştirakçıların müşahidə üsullarını vurğulamaqla) ənənəvi olaraq iqtisadçılar, politoloqlar və (əksər) sosioloqlar tərəfindən istifadə edilən sorğuların, anketlərin və qısa sahə səfərlərinin kəmiyyət təhlilindən daha çox sosial antropologiyada təşviq edilmişdir.
Tibbi antropologiya
Tibbi antropologiya (tətbiqi) antropologiyanın alt sahəsidir. Fərdləri və cəmiyyəti tibbi nöqteyi-nəzərdən araşdıran tibbi antropologiya nisbətən yeni elm sahəsidir. O, sağlamlıq, xəstəlik və müalicə kimi hadisələrin mədəni, sosial və bioloji proqnozlarını araşdırır. Bundan başqa, bir çox müxtəlif mövzuları araşdıran tibbi antropologiyanın inkişafı əksər antropoloqlar tərəfindən 4 mərhələdə müəyyən edilir. 1870-ci illərdə ortaya çıxan mədəni antropologiya bu gün tibbi antropologiyada araşdırılan mövzuların, anlayışların və problemlərin əksəriyyətini əhatə etmişdir. Tibbi antropologiya termini 1963-cü ildən antropoloqlar üçün sağlamlıq, xəstəlik və əlaqəli tibb bacısı/qulluq təcrübələrinin sosial prosesləri və mədəni təqdimatı ilə bağlı empirik tədqiqat və nəzəriyyələr inkişaf etdirmək üçün bir etiket kimi istifadə edilmişdir. 1970-ci illərdə tibbi antropologiya öz yerini dəyişdi, yerli tibb anlayışlarına diqqət yetirərək, daha çox öz cəmiyyətlərində yer almış və onları biotibbi institutlara və bu qurumlarla əlaqəli anlayışlara çevirmişlər. Son zamanlar tibbi antropoloqlar tibbdə tədqiqatla bağlı məsələləri araşdırırmağa başlayıblar. Tibbi antropologiya antropologiya və tibblə yanaşı, anlayış və metodologiya baxımından sosiologiya, epidemiologiya, etiologiya, ekologiya və iqtisadiyyat kimi müxtəlif elmlərdən də faydalanır. Bu gün bir çox universitetlərdə şöbələri olan tibbi antropologiya tibbin sosial elmlərlə birlikdə araşdırılmasında mühüm elm sahəsidir.
Milli antropologiya muzeyi
Milli antropologiya muzeyi (Meksika)
Milli antropologiya muzeyi (Meksika)
Milli Antropologiya Muzeyi (isp. Museo Nacional de Antropología, MNA) Meksikanın milli muzeyidir. Meksikada ən çox ziyarət olunan muzeydir. Mexikodakı Parkla Mahatma Qandi və de la Reforma|Paseo de la Reforma arasında yerləşən muzey Meksikanın Kalumbiyaöncəsi irsindən, həmçinin Günəş Daşı (və ya Astek təqvimi) və Astek Xaçipilli heykəli kimi gərəkli arxeoloji və antropoloji artefaktları qoruyaraq açıq sərgiyə çıxarıb. == Memarlığı == 1964-cü ildə Pedro Ramires Vaskes, Xorxe Kampuzano və Rafael Mixares hazırladığı layihə əsasında iç həyətdəki böyük hovuzun yörəsində sərgi salonları və boyük daş dirəyin üzərində kvadrat daş çətir ("el paraques" kimi bilinir, ispanca "çətir"), onun yörəsində süni şəlalə olmaqla təsirli bir memarlı örnəyi yaradıldı. Zallar bağlar və çoxlu eksponatlarla əhatələnib. Muzey 23 otaqdır 79,700 m2 (təxminən 8 hektar) yaxud 857, 890 kv. ayaq (feet) (təxminən 20 akr) torpaqda yerləşib. == Tarixi == XVIII yüzilin sonlarında Lorenso Boturininin topladığı sənədlərin bir hissəsi Meksika Papa Universiteti və Royaldakı Buqarelli canişininin göstərişi ilə yerləşdirildi. İspaniyayaqədərki tarixi və incəsənət abidələrinin dəyərlərini yayan von Humboldt|Aleksandr von Humboldt kimi elm adamları XIX yüzil muzeylərinə baş çəkdilər.
Cənubi Səhənd Antropologiya Muzeyi
Cənubi Səhənd Antropologiya Muzeyi (fars. موزه مردم‌شناسی جنوب سهند‎)- İranın Şərqi Azərbaycan ostanında, Bünab şəhərində keçmiş Mehrabad hamamının yerində fəaliyyət göstərən muzey. Bu tarixi abidə 1999-cu ildə İranın Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı tərəfindən 2514 nömrəsi ilə milli abidələr siyahısında qeydə alınıb. == Tarixi == Bünab şəhərində yerləşən Mehrabad hamamı ən məşhur tarixi hamamlardan biridir.Binanı memarlıq üslubuna və İranda yerləşən digər tarixi hamamlarla müqayisəsinə görə Səfəvilər dövrünə aid etmək mümkündür. Bəzi tarixçilər hamamın Şah Təhmasib dövründə inşa edildiyini bildirirlər. Hamam soyunub-geyinmə otağı, təmizlik otağı, yuyunma yeri, isitmə otağı və su anbarı bölmələrindən ibarətdir. Əsas soyunub-geyinmə otağında dörd tərəfində dörd kiçik günbəz və dörd tağ olan böyük günbəz və günbəzin altında böyük daş gölməçə var. Soyunub-geyinmə otağına daxil olan insanlar dar bir dəhlizdən keçirlər. Hamamın şərq tərəfində qübbəli damlı iki otaq var. Hamam otağından, dörd pilləkəndən və kiçik bir qapıdan keçdikdən sonra hamamın son bölməsi olan su anbarına daxil olursan.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu
Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu (KAİ) (ing. Royal Anthropological Institute of Great Britain and Ireland) — antropologiya sahəsində dünya miqyasında fəaliyyət göstərən beynəlxalq elmi cəmiyyət. 1871-ci ildə yaradılmışdır. Tərkibinə antropologiyanın bütün sahələri, o cümlədən bioloji antropologiya, təkamül antropologiyası, sosial antropologiya, mədəni antropologiya, vizual antropologiya, tibbi antropologiya və bunlar daxilində alt ixtisaslar və s. aiddir. KAİ, antropologiyanın ictimai anlayışı adı ilə antropologiyanın ictimai işlərə və sosial məsələlərə verdiyi töhfəni təbliğ edir. Buraya yalnız akademik antropoloqlar deyil, mövzu ilə maraqlananlar, eləcə də antropologiya təhsili alan və digər sahələrdə çalışan mütəxəssislər daxildir. Kral Antropologiya İnstitutunun prezidenti, adətən, iki illik müddətə seçilir. == Tarixi == İnstitutun üzvləri 1837-ci ildə qurulmuş Aborigenləri Müdafiə Cəmiyyətindən 1843 ayrılmış bir qurupun formalaşdırdığı London Etnoloji Cəmiyyətinin qurucu üzvlərinin davamçıları hesab olunurlar. Yaradılan yeni cəmiyyət insan irqləri üzərində aparılan bütün müşahidələrin toplanması və sistemləşdirilməsi üçün mərkəz olmalı idi.
Amerika antropologiyası
Azərbaycan türklərinin antropologiyası
Azərbaycan türklərinin antropologiyası — Azərbaycan türkləri avropoid irqinin kaspi yarımtipinə aiddir. Bu yarım tipi bəzən Oğuz irqi belə adlandırırlar. Təkcə linqvistik baxımdan yox, həm də antropoloji və genetik xüsusiyyətlərinə görə digər türk xalqı olan türkmənlərə çox yaxındır. Bəzi tətqiqatçılar Azərbaycan türklərinin avropoid irqinin kaspi yarımtipinə aid olmalarına baxmayaraq onlarda monqoloidlərin ən qədim sütunlarından biri sayılan poleosibir tipinin elementlərinin belə olmasını iddia edirlər == Kaspi tipi == Azərbaycan türklərinin daxil olduğu Kaspi tipinə həmçinin türkmənlər, qumuqlar, saxurlar, tatlar və bəzi kürdlər aid edilir. Kaspi irqi tipinin böyük Avropoid irqi sistemindəki yeri qeyri-müəyyəndir. Tədqiqatçıların fikirləri isə, bəziləri istisna olmaqla, əksər hallarda bir-birindən fərqlənir. V.V.Bunak 1947-ci ildə Kaspi tipini dolixokranlığa (uzunbaşlıq) görə Qara dəniz (Pont) tipinə bənzədərək onu Aralıq dənizi irqinə daxil etmişdi. Bunak son tədqiqatlarında isə, kaspi tipini orta Asiya ikiçayarası tipi Pamir-Fərqanə tipinə bənzətmişdir. Bununla belə Kaspi tipini Aralıq dənizi və ya Hind-İran irqlərinin başqa bir növü olaraq da hesab edilir. L.V.Oşanin isə kaspi tipini Ön Asiya irqinin uzunbaşlı modifikasiyası olduğunu iddia edir.
Bibliya antropologiyası
Bibliya antropologiyası, teoloji antropologiya yaxud xristian antropologiyası – xristian teologiyasının bir hissəsi, Bibliya əsasında insanın təbiətini tədqiq edən elm. == Ümumi antropologiyada Bibliya antropologiyasının yeri == Antropologiya nisbətən yeni elmdir. ХIХ əsrin ortalarında bəşəriyyət və cəmiyyətdən daha çox insan şəxsiyyətinə önəm verilməsi ilə əlaqədar olaraq formalaşdı. Antropologiya təbii və süni mühitdə insan varlığının fundamental problemlərini tədqiq edən elmi idrak sahəsidir. Fəlsəfi, mədəni, sosial, teoloji və s. antropologiya vardır. Psixologiya elmi antropologiyaya daxildir. Antropogenez insanın meydana gəlməsini, inkişafını tədqiq edir. Teoloji antropologiya insanın İlahi varlıqla münasibətləri ilə məşğuldur. == Bibliyada antropogenez == Bibliyanın ilk səhifələri kainatın və insanın yaranmasından bəhs edir.
Musiqi antropologiyası
Musiqi antropologiyası — musiqi termini. Musiqi antropologiyası 1964-cü ildə ABŞ etnomusiqişünası və mədəniyyət antropoloqu Alan P. Merriamın "Musiqi antropologiyası" adlı kitabında irəli sürülmüş termindir. O ,bu kitabında musiqini antropoloji perspektivdən tədqiq etmək , öyrənmək metodu haqda nəzəriyyə yürütmüş və bu nəzəriyyəni sonralar inkişaf etdirmişdir.
Məhkəmə antropologiyası
Məhkəmə antropologiyası antropologiyanın anatomik elminin və onun müxtəlif alt sahələrinin, o cümlədən məhkəmə arxeologiyası və məhkəmə tafonomiyasının hüquqi şəraitdə tətbiqidir. Məhkəmə antropoloqu, təyyarə qəzasında baş verə biləcək qalıqları çürümüş, yandırılmış, şikəst olmuş və ya başqa bir şəkildə tanınmayan ölən şəxslərin müəyyən edilməsinə kömək edə bilər. Məhkəmə antropoloqları soyqırım və kütləvi məzarlıqların araşdırılması və sənədləşdirilməsində də mühüm rol oynayırlar. Məhkəmə patoloqları, məhkəmə diş həkimləri və adam öldürmə müstəntiqləri ilə yanaşı, məhkəmə antropoloqları da adətən məhkəmədə ekspert şahidi kimi ifadə verirlər. Skeletdə mövcud olan fiziki markerlərdən istifadə edərək, məhkəmə antropoloqu potensial olaraq insanın yaşını, cinsini, boyunu və irqini təyin edə bilər. Şəxsin fiziki xüsusiyyətlərini müəyyən etməklə yanaşı, məhkəmə antropoloqları potensial ölüm səbəbini, sınmış sümüklər kimi keçmiş travmaları və ya tibbi prosedurları, həmçinin sümük xərçəngi kimi xəstəlikləri müəyyən etmək üçün skelet anormallıqlarından istifadə edə bilərlər. Bir insanı skeletdən müəyyən etmək üçün istifadə edilən üsullar müxtəlif antropoloqların keçmiş töhfələrinə və insan skeleti fərqlərinin öyrənilməsinə əsaslanır. Minlərlə nümunənin toplanması və populyasiya daxilindəki fərqlərin təhlili vasitəsilə fiziki xüsusiyyətlərə əsasən qiymətləndirmələr edilə bilər. Bunların vasitəsilə bir sıra qalıqları potensial olaraq müəyyən etmək olar. Məhkəmə antropologiyası sahəsi iyirminci əsrdə yetişmiş antropoloqları, eləcə də parçalanma və onun skeletə göstərə biləcəyi təsirlər haqqında məlumat toplayan çoxsaylı tədqiqat institutlarını əhatə edən tam tanınmış məhkəmə tibb ixtisasına çevrildi.

Значение слова в других словарях