arvad-uşaq
arvad-uşaqsız
OBASTAN VİKİ
Uşaqlı dağı
Uşaqlı dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1428,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən Çaşırdağ ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 3,4 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin aşağı hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Çaşırdağ sinklinalın cənub-qərb qanadında yerləşir.
Nikahsız arvad
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Ömər Bədrəddin Uşaqlı
Ömər Bədrəddin Uşaqlı (1904–1946)—Türkiyə şairi. == Həyatı == Bütün şeir kitablarını bu dövrdə nəşr etdirdi: "Dəniz sərxoşları" (1926), "Yayla dumanı" (1934), "Sarıqız mərmərləri" (1940). Gənclik şeirlərində ümumiyyətlə "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" təsiri görünür. Məmləkət ədəbiyyatı içində isə Şərq və Qərb ədəbiyyatlarının təqlidi əvəzinə yerli, milli bir ədəbiyyat yaradılması gərəyinə inanmış, Yəhya Kamalın düşüncələrindən hərəkətlə məmləkətin içindən, türkün ruhundan doğan bir ədəbiyyatı mənimsəmişdir. Şeirlərində Anadoluya aid müxtəlif görüntüləri sanki birər tablo halında rəsm etmişdir. Məmləkətin gözəlliklərini, insanını gerçək özəlliklərilə deyil, öz duyğu dünyasına və xəyalında qurğuladığı şəklə görə təsvir edir. Məmləkət sevgisi və həsrəti üstün olan motivdir. Məmləkətin çalışdığı, müxtəlif vəsilələrlə getdiyi yörələrini, təbii gözəlliklərini sevgi ilə vəsf edir. Bu arada Türkiyənin fərqli yerlərinin folklor özəlliklərini, özünəxas mədəni zənginliklərini də poeziyasında əks etdirmişdir. Dəniz sevgisini və həsrətini qüvvətli bir şəkildə işləyən şair türk ədəbiyyatında qabaqcıl dəniz şairlərindən biridir.
Arvad (film, 1916)
Arvad tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" səhmdar cəmiyyətində istehsal edilmişdir. Filmdə əsas rolları A.Polonski, P.Amiraqon, K.Piontkovskaya, Regina Lazareva və Y.İvanova ifa edirlər. == Məzmun == Film o vaxtlar dəbdə olan yazıçı Artsıbaşovun "Ər" romanına müəlliflərin ekran cavabıdır, yəni parodiyadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: A.D.Panova-Potyomkina Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq == Rollarda == A.Polonski P.Amiraqon K.Piontkovskaya Regina Lazareva — Odintsova Y.İvanova Yevgeni Muromski — milyoner-neftçi Karuzov Q.Rozen — Odintsovanın atası N.Bazanova — ana V.Lenin — Flerov K.Dobjinski — tələbə Orlov İ.Şulqin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Arvad daşıma yarışı
Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü Finlandiyanın Sonkayarvi şəhərində yaranmışdır. Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s. == Tarix == Arvad daşıma yarışı Finlandiyanın Sonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır. Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar.Arvad daşıma yarışları əsasən Finlandiya, İsveç, Estoniya, Latviyada baş tutsa da, ABŞ, Avstraliya, Honkonq, Birləşmiş Krallıq, Almaniya, Hindistan kimi ölkələrdə də keçirilir. İdman növünün Ginnesin Rekordlar Kitabında öz kateqoriyası mövcuddur.1992-ci ildən Sonkayarvi şəhərində Arvad daşıma üzrə Dünya çempionatı keçirilir və qalibə qadının çəkisi qədər pivə verilir. == Qaydalar == Əvvəllər yarış yolu qayalı olsa da, hal-hazırda su hovuzları və qum sahəsindən ibarətdir.
Ər və arvad (operetta)
"Ər və arvad" — şərqin ilk operettası olub,1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və ilk dəfə 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. O vaxtdan, düz 100 il ərzində əsər heç bir teatrın səhnəsində nümayiş olunmayıb.Operettanın mövzusu ailədə və gündəlik həyatdakı, ailənin təzyiqi və cəmiyyətin təsir göstərdiyi azərbaycanlı qadın. Təqdimat 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının teatr-sirkasında keçirilmişdir. Hüseynqulu Sarabski (Marjan bəy), Əhməd Ağdamski (Minnat xanım), M.H.Terequlov (Safi) və Mirzağa Əliyev (Kerbelayi Gubad) aparıcı hissələrlə çıxış etmiş, Hüseyn Ərəblinski səhnə rejissoru idi Üzeyir Hacıbəyov isə dirijor idi. Ər və arvad operettası sonradan Naxçıvan, Ağdam və Şəki kimi digər teatrlarda səhnələşdirilmişdir.100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerası 2010-cu ildə olub.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Əliməmməd Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva,Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış ediblər.
Ər və arvad (musiqili komediya)
Ər və arvad — Üzeyir bəy Hacıbəyovun ilk musiqili komediyası. Azərbaycanda musiqili komediyanın ilk nümunəsi. Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Bu əsərlə Üzeyir bəy Hacıbəyovun musiqili səhnə trilogiyasının (buraya "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da daxildir) başlanğıcı qoyulmuşdur. Hər üç əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir. Əhvalatın süjet xəttinin adiliyi və sadəliyi, iştirakçıların azlığı "Ər və arvad"ı vodevilə yaxınlaşdırır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Əsərdə Minnətin məsləhətçisi və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi. "Ər və arvad"ın musiqisi manı-rəqs xarakterli olmaqla obrazların daha qabarıq açılmasına xidmət edir.
Ər və arvad (serial, 2016)
Ər və arvad — Elman Dadaşoğlu (2016) və Samirə Cəfərova (2017) rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı, komediya. == Serial haqqında == Serial 11 iyun 2016-cı ildə televiziya da yayımlanıb. == Məzmun == Könül (Kəmalə Piriyeva) uşağı olmasını istəyir. Lakin Yaşar (Elcan Rəsulov) bunu istəmir. Könül və Yaşar arasında çox vaxt sözləri çəp gəlir. Yaşar pərdə mağazasında işləyir.
Uşaqlı ailə üçün hər şey (kitab)
Uşaqlı ailə üçün hər şey — Hüseyn Dehnəvinin sosioloji-əxlaqi əsəri. == Məzmun == Kitabda hər bir uşaqlı ailənin qarşılaşa biləcəyi bir-birindən önəmli mövzulardan söhbət açılaraq valideynlərin çətinliklərini həll edəcək dəyərli tövsiyələr yer almışdır. Kitab ailə-uşaq məsələləri üzrə mütəxəssis və tanınmış psixoloq Dr. Hüseyn Dehnəvinin bir neçə il ərzində valideynlərlə ünsiyyətinin, onların ünvanladığı suallara verilən cavablar nəticəsində ərsəyə gəlmişdir. Bunun üçün də kitab nəzəriyyə xarakterli olmayıb, tamamilə praktiki göstərişlərdən ibarətdir.

Digər lüğətlərdə