Atı qamçı aparmaz, arpa aparar.

Deeds are louder words. = Не кнут везёт, а овёс. Не ногами конь везёт, а брюхом.
Atı əl ilə yox, arpa ilə tumarla.
Atı olmayan Həmədanda da piyadadır.
OBASTAN VİKİ
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi. Kəndlər Arpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd. Digər Arpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Aşağı Qamçı
AŞAĞI QAMÇI — İrəvan quberniyası Eçmiadzin qəzasında kənd adı. == Toponimikası == Eçmiadzin qəzasında kənd adı. 1877-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə ermənicə Baqramabert adlandırılmışdır. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsindəki Qamçı-özən çay adı Bakı qəzasındakı Gəmcə dağı, Naxçıvandakı Gəmici çayı və b. toponimlərlə mənaca eynidir.
Qamçı effekti
Qamçı effekti (ing.
ATI
ATI Technologies (qısa adıyla ATI) — yarımkeçirici texnologiyası əsasında Ontarioda fəaliyyət göstərən şirkət idi. 1985-2006-cı illərdə fəaliyyət göstərib.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür. Frumentum hordeum E.H.L.Krause Hordeum polystichon var.
Arpa (Dərələyəz)
Arpa — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Arpa türk şəxs adı əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur. Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır.
Arpa (bitki)
Arpa (lat. Hordeum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Onun dənindən perlova yarması və un hazırlanır. Unundan ehtiyac olduqda 20-25% buğda ununa qatırlar. Dənin tərkibində 12% zülal, 5,5% sellüloza, 58-64% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir. Arpa insanlara qədimdən daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız ərzaq məqsədi üçün becərilirdi. Sonralar yem və daha sonralar isə pivə məqsədi üçün becərməyə başlamışlar.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Arpa xan

Arpa yarması
Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: arpa yarması (perlovaya) хırdalanmış arpa yarması (yaçnevaya). Arpa yarması istehsal etdiкdə çiçəк qişasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toхum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Arpa yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5–2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraхılır. Iri ölçülü yarma duru хörəкlərin və dənəvər sıyıqların hazırlanmasında, хırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur. Хırdalanmış arpa yarması üç nömrədə (yaçnevaya) çiçəк qişasından azad edilmiş хırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçülərinə görə üç nömrədə (1 №-li 2,5–2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır. Bütöv arpa yarmasından fərqli olaraq cilalanmır və ona görə də tərкibində sellüloza nisbətən çoхdur.
Arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır.
Ağ arpa
Ağ arpa — Azərbaycanın qədim payızlıq arpa sortu. Sünbülləri ağ, altıcərgəli, seyrəkdənli və qılçıqlıdır. Küləşi sarı, dəni aq, azca yaşılaçalan, uzunsov və iri olur. Ağ arpanın 1,000 dəninin çəkisi 39–50 qramdır. Dəni tökülmür, yerə az yatır. Orta müddətdə yetişir. Soyuğa, quraqlığa (orta dərəcədə), sürmə xəstəliklərinə davamlıdır. Sentyabrın 2-ci, oktyabrın 1-ci yarısında torpağa səpilir. Vegetasiya dövrü 230–250 gündür. 1 hektardan 20–35 sentner məhsul yığılır.
Arpa məbədi
Arpa məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Arpa (10.09.1046-cı ildən — Areni) kəndində, Yelpiçay çayı ilə Arpa çayının qovuşduğu yerdə yerləşən alban-türk xristian abidəsidir. Məbədin kitabəsində onun Burtel Orbelianın, onun arvadı Vağağın, oğlanları Başken və İvanın şərəfinə Siyuni hakimi Darsaiçin əmri ilə yepiskop Ovanes Orbelian tərəfindən 1322-ci ildə tikdirildiyi göstərilmişdir. Elxani hökmdarı Arpa xanın (1335–1336) adını daşıyan Arpa kəndində tarixən Türk-Oğuz tayfaları yaşamışlar. Daha sonra kəndə Türkiyədən və İrandan ermənilər köçürülüb gətirilmişlər.
Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Dilboz atı

Don atı
Don atı — XVIII-XIX əsrlərdə Don kazakları tərəfindən yaradılmış minik-qoşqu atı. Don atının əsasını keçmiş cənub köçəri tayfaların (Noqay, Kalmık və s.) atları təşkil edir. XVIII əsrdən başlayaraq bu yerli kiçik boylu (143 sm.) lakin, çox möhkəm və davamlı atlar, şərq at cinsləri – Qarabağ, İran, Ərəb və Türkmən atları ilə yaxşılaşdırılmış, ilxı şəraitində bəslınmə və uzaq yürüşlərdə istifadə edilmə nəticəsində yüksək keyfiyyətli şcins kimi inkişaf etmişdir. Don atında yayılan qızılı – kürən rəng Qarabağ atının təsiri nəticəsidir. Donun geniş otlaqları, süvari atına olan böyük tələbat və Don atının davamlılığı cinsin təkmilləşdirilməsində böyük rol oynamışdır. Don atı iri boylu kütləli, bir qədər uzunsov bədən quruluşlu, enli, dərin gövdəli, quru və möhkəm ayaqlıdır. Əsas ölçüləri 156,5 – 159,9 – 186,7 - 190,7 sm-dir. Don atı universal məhsuldar atdır yaxĢı minik atı olmaqla, yüngül qoşquda da əlverişlidir. Cıdırlarda üç yaşlıların rekord sürəti 1600 metrə 1 dəq. 49 san .
Estoniya atı
Estoniya atı — kiçik atların Eston cinsidir. O, güclü və xəstəliklərə davamlıdır. Estoniyada üç tanınmış at cinslərindən biridir XI əsrdə, salnaməçi Adam Bremenski estonları zəngin qızılla və yaxşı atla təsəvvür edirdi. Estoniyalı yerli cins atların geniş başı, qısa boynu, geniş və dərin döşləri, geniş kürəyi, quru əzaları, güclü dırnaqları vardır. Estoniya atı Estoniyanın Baltika dәnizi adalarında vә sahillәrindә yetişdirilir. Estoniyalı yerli cins atların geniş başı, qısa boynu, geniş və dərin döşləri, geniş kürəyi, quru əzaları, güclü dırnaqları vardır. Ayğırların cidov hündürlüyü 146 sm, döş qucumu 180,5 sm, kütlәsi 486 kq, madyanlarınkı 144,3 sm, döş qucumu 180 sm, kütlәsi 460 kiloqramdır. Adalardakı atlar materikdә yetişdirilәnlәrdәn kiçikdir. Rәnglәri kürәn, kәhәr, qara vә boz olur. Yemә tәlәbkar deyildir, yerli şәraitә yaxşı uyğunla bilir vә güclüdür.
Ev atı
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Lipizan atı
Lipizan atı (Lipisan) — əsasən yürüş məqsədi ilə yetişdirilən at cinsi. Boyu 147—157 sm təşkil edir. Daha çox açıq boz rəngə sahib olurlar. Onlar cüssəli bədən quruluşuna malik olsalar da, istəlilən çətin hərəkətlərə alışma xüsusiyyətinə malikdirlər. Cins 16-17-ci əsrlərdə Sloveniyanın Lipisa kəndində yetişdirilməyə başlanışdır. Öz adınıda bu kənddən almışdır. Cins qədim Vyana İspan atçılıq məktəbi ilə əlaqələndirilir. Bu cinsə daxil olan atların böyük qisminin boyu 147—157 sm təşkil edir. Baxmayaraq ki qoşquya qoşulan atların hündürlüyü 165 sm çata bilir. Lipizan atları düz və ya bir qədər əyri profillə uzun başlara sahibdirlər.
Monqol atı
Monqol atı (monq. адуу) — Monqolustan ərazisində yayılmış vəhşi atların yarımcinsi. Bu atlar Çingiz xannın dönəmindən dünyaya məlumdur. Köçəri monqollar yarım milyon olmalarına baxmayaraq 2 milyon at saxlayırlar. Kiçik ölçülərinə baxmayaraq Poni atı ilə hec bir əlaqəsi yoxdur. Monqolustanda bu atlar il boyu açıq səma altında yaşayır. Yayda +30°S qışda isə -40°S şəraitində yaşaya bilir. Atın südündən yerli əhali tərəfindən Kumıs adlanan içki hazırlanır. Atın əti nadir hallarda kəsilərək ətindən istifadə edilir. At əsasən minik üçün istifadə olunur.
Prjevalski atı
Prjevalski atı (lat. Equus ferus przewalskii) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Mərkəzi Asiyada ilk dəfə N. M. Prjevalski (1879) təsvir etmişdir. Kəkilsiz, yalının dik və qısa, quyruğunun və həmçinin başının böyük olması ilə ev atlarından fərqlənir. Erkəklərinin bədəninin uzunluğu 2,3 m-dək, süysününün hündürlüyü 1,3 m-dək olur; dişiləri bir qədər kiçikdir. Cunqariya səhralarında yaşayırdı. Avropanın, Amerikanın bir sıra zooparklarında olan atlar əsl atların yeganə vəhşi növüdür. 5—20 fərddən ibarət sürülərlə yaşayırdı. Ev atları ilə cütləşdirildikdə məhsuldar nəsil verir.
Qarabağ atı
Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII–XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən "Sumqanda" adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.24 km/saat) qaçmaqla qeydə alınıb.
Qazax atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Qazaxıstan atı
Qazax atı — çöl atı olaraq müasir Qazaxıstan ərazisində formalaşmışdır. Qazax xalqının sleksiya yolu ilə yetişdirməsi nəticəsində meydana gəlmişdir. Hazırda belə ölkə daxilində yetişdirilir. Atları əsasən yerli çobanlar tərərindən saxlanılır. Onlar əsasən qoyun sürülərinin idarə edilməsinə cəlb edilir. Növün yaranması müstəlif mərhələlərdən keçmişdir. Başqa cinslərin təsirinə məruz qalmışdır. Bəzi alimlər qazax atlarının monqol atlarından törədiyini bildirirlər. Onları formalaşmasında Monqol və Ərəb atları bir başa iştirak etmişdir. Rus işğalından sonra atların genefonduna ağır zərbələr dəymişdir.
Quba atı
Quba yorğası və ya Quba atı — Azərbaycanın yerli at cinslərindən biridir. Yorğa yerişi ilə tanınmışdır. XIX əsrin sonunda, əsasən Quba (adı da buradandır), qismən də Bakı və Şamaxı qəzalarında yayılmışdır. Süysünün hündürlüyü 136 sm, bədənin çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi isə 17,6 sm-dir. Rəngi əsasən kəhərdir. İlxı şəraitinə davamlı, konstitusiyası quru və möhkəmdir. Ayaqları qısa olduğundan sürətlə qaça bilmir. 1600 m məsafəni 3 dəqiqə 25,4 saniyəyə qət edir. Quba yorğası ərəb və "Terek" at cinsləri ilə yaxşılaşdırılır.