Atlantik

der; -s Atlantik okeanı
athletisch
atlantisch
OBASTAN VİKİ
Atlantik
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik (dairə)
Atlantik Dairə (ing. Atlantic County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Atlantik əyalətində 252552 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilədək əhali 271.712 nəfərə qədər artmışdır. Dairənin ən böyük şəhəri — Atlantik-Siti. Dairənin inzibati mərkəzi statistik məqsədlə müəyyənləşdirilmiş ərazidə yerləşir.
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik Pireney
Atlantik Pireney (fr. Pyrénées-Atlantiques, keçmiş Basses-Pyrénées — Aşağı Pireney, bask Pirinio Atlantikoak, oks. Pirenèus Atlantics) — Fransanın cənub-qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 64. İnzibati mərkəzi — Po, ən böyük şəhərləri Bayonna, Biarrits, Anqlet. Əhali - 674 908 nəfər (departamentlər arasında 36-cı yer, 2010-cu ilin məlumatları). Ərazisi — 7645 km². Pireney dağının dağlıq ərazisində yerləşən departament Atlantik okeanına qərbdə daxil olur. Departamentin ərazisində Adur, Bidassoa, Nivel, Uabia və digər çaylar axır. Departamentə 3 rayon, 52 kanton və 547 kommun daxildir.
Atlantik nərəsi
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Atlantik okean
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik qızılbalığı
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Atlantik səddi
Atlantik səddi və ya Atlantik divarı (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır. İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi.
Atlantik treskası
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.
Atlantik atnalı yengəci
Atlantik atnalı yengəci (lat. Limulus polyphemus) — Xeliserlilər yarımtipinə, qılıncquyruqlar dəstəsinə daxil olan növ. Meksika körfəzi və Şimali Amerikanın Atlantik sahilləri boyunca yayılmışdır. Bu növ atnalı xərçənglərinin illik köçlərinin əsas istiqaməti Delaver körfəzidir. Bədən bir prosom (ön və ya yuxarı hissədən) və bir opistosomdan (sırasıyla aşağı və ya arxa), həmçinin bir quyruqdan ibarətdir. Alimlər təkamül haqqında daha çox məlumat əldə etmək üçün Limulus polifemusunu araşdırmışlar. 1967-ci il Tibb Nobel Mükafatı atnalı yengəcinin gözlərinin araşdırılmasına görə verilmişdir. Atnalı yengəci ekosistemdə əhəmiyyətli rol oynayır. Yumurtaları İslandiya qumluqcası kimi sahil dəniz quşları və böyüklər dəniz tısbağaları ilə qida məmnbəyi rolunu oynayır. Mollyusklar, Həlqəvi qurdlar, digər dəniz onurğasızları və balıqlarla qidalanırlar.
Atlantik tipli sahil
Şimali Atlantik Şurası
Şimali Atlantika Şurası (ing. North Atlantic Council, NAC) — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsas siyasi orqanı. Bu, üzv ölkələrin daimi nümayəndələrindən ibarətdir. Şimali Atlantik Şurası Şimali Atlantika müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq yaradılmışdır və NATO-da səlahiyyətləri birbaşa müqavilədən irəli gələn yeganə qurumdur. Şimali Atlantika müqaviləsi Şimali Atlantik Şurasına müxtəlif siyasi funksiyaları yerinə yetirmək üçün köməkçi orqanlar, o cümlədən müqavilənin digər hissələrini həyata keçirmək üçün müdafiə komitəsi yaratmaq hüququ vermişdir. Şimali Atlantika Şurası 1952-ci ildən daimi iclasdadır. Bumgardner, Sherrod Lewis, redaktorNATO Legal Deskbook (PDF) (2nd). Belgium. 2010.
Avro-Atlantik Tərəfdaşlıq Şurası
Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ; ing. Euro-Atlantic Partnership Council, EAPC) — NATO ilə Avropada və Asiyanın Avropa periferiyasında yerləşən qeyri-NATO ölkələri arasında münasibətləri yaxşılaşdırmaq üçün yaradılmış çoxtərəfli forum. Burada dövlətlər əməkdaşlıq etmək və bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəlirlər. AATŞ 29 may 1997-ci ildə Portuqaliyanın Sintra şəhərində nazirlərin görüşündə yaradılmışdır. Bu, 1994-cü ildə yaradılmış Sülh Naminə Tərəfdaşlıq (SNT) ilə birgə fəaliyyət göstərir. 50 üzvdən 28-i NATO üzvü, 22-si isə tərəfdaş ölkədir.
Müasir Atlantik İncəsənət Mərkəzi
Müasir Atlantik İncəsənət Mərkəzi (ispan dilində:Centro Atlántico de Arte Moderno, qısaldılmış şəkildə — CAAM) — İspaniyanın Kanar adalarında müasir incəsənətin əsas muzeyi. Muzey Las-Palmas-de-Qran-Kanariya şəhərinin Beqeta rayonunda yerləşir. Müasir Atlantik İncəsənət Mərkəzi mədəni siyasətinin əsas prinsipi 3 böyük mədəniyyət: Latın Amerikası, Afrika və Avropa mədəniyyətləri əsasında formalaşmış müasir Kanar mədəniyyətinin əsaslandığı "üç qitə" mədəniyyəti nəzəriyyəsinin tədqiq edilməsidir. Müasir Atlantik İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərən, incəsənətə, xüsusilə Latın Amerikası, Afrika mədəniyyətinin tarixinə həsr olunmuş, təxminən 57 000 cilddən ibarət ixtisaslaşmış ədəbiyyatdan ibarət la Biblioteca Centro de Documentación muzeyin əsas kolleksiyasının cəmləşdiyi kitabxanadır. Muzeyin XVIII əsrə aid binasının fasadı arxitektorlar Fransisko Xavyer Saens de Gizanın və Martin Çirionun layihəsi əsasında müasir üslubda yenidən qurulmuşdur. Müasir Atlantik İncəsənət Mərkəzi 4 dekabr 1989-cu ildə, ilkin olaraq Qran-kanariya adasının hökuməti tərəfindən hədiyyə edilmiş Xose Migel Luxan Peres məktəblərinin fonduna daxil olan eksponatlar əsasında açılmışdır. 2000–2004-cü illərdə muzeyin kolleksiyasına 2000 eksponat əlavə edilmişdir. Hazırda muzeyin fondunda 2 600 daimi eksponat vardır.
Qalisiya Atlantik Adaları Milli Parkı
Qalisiya Atlantik Adaları Milli Parkı (qalis. Parque Nacional das Illas Atlánticas de Galicia; isp. Parque Nacional de las Islas Atlánticas de Galicia) — İspaniyanın muxtar birliklərindən biri olan Qalisiyada yerləşən yeganə milli park. Həmçinin Qalisiyanın ilk milli parkıdır. Qalisiya Atlantik adaları Siyas arxipelaqından, eləcə də, Ons, Salvora və Korteqada adalarından ibarətdir. Milli park sahəsinin 1.200 hektarı quru, 7.200 hektarı su ərazisidir. Qoruq ərazisi İspaniyanın ən çox ziyarət olunan 10-cu milli parkıdır. İspaniyada qurulmuş 13-cü milli parkdır. Milli parkda dəniz və dəfnə meşəsi ekosistemləri mövcuddur. Burada 200-dən çox dəniz yosunu növü aşkarlanmışdır.
A-330 təyyarəsinin Atlantikada qəzası
A-330 təyyarəsinin Atlantikada qəzası — 1 iyun 2009-cu ildə Air France şirkətinə məxsus A-330 təyyarəsinin Atlantika üzərində qəzası. Qəza nəticəsində 228 nəfər həlak olmuşdur.
Atlantika
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Cənubi-Atlantika silsiləsi
Cənubi-Atlantika silsiləsi — Orta Atlantika silsiləsinin tərkib hissəsinə daxil olan və Atlantik okeannın mərkəzi hissəsi boyunca uzanır. Çayn qırılma xəttindən başlayaraq cənuba uzanır. Silsilənin uzunluğu 10,5 min km uzanır. Silsilə Buve adası rayonu yaxınlığında Afrika-Antarktika silsiləsinə keçir. Silsilə üzərində okeananın dərinliyi 1800–3400 m arasında dəyişir. Silsilələrin geniş hissələrində sualtı ulkanlar fəaliyyət göstərir. Silsilənin bəzi hissələrində vulkanik adalara rast gəlmək olar (Askenson adası, Müqəddəs Yelena adası, Tristan-da-Kunya, Buve adası).
Orta Atlantika silsiləsi
Şimali-Atlantika silsiləsi — nəhəng Orta-Okean silsiləsinin tərkib hissəsinə daxil silsilə. Bu silsilə Tektonik plitələrin toqquşması nəticəsində meydana gəlmişdir. Atlantik okeanın dibində Şimali Amerika plitəsi ilə Avrasiya plitəsi, Afrika plitəsi və Cənubi Amerika plitəsi arasında yerləşir. Atlantik okeanın dibi ilə silsilənin mövcudluğu Metyu Fonteyn Mori tərəfindən 1850 ildə irəli sürülür. Silsilə ilk dəfə 1872-ci ildə «Çelencer» gəmisi vastəsi ilə aşkarlanır. Belə ki, Transatlantik teleqraf kabel xətti çəkilişi zamanı aşkarlanır. 1925-ci il araşdırmaları ilə tam olaraq təstiqlənir. Dünya okeanının 1950-ci il araşdırmaları onu göstərir ki, bu hissədə seysmikliyin yüksəkliyi müəyyənləşir. Üstəlik Şimali-Atlantika silsiləsinin Orta-Okean silsiləsinin bir hissəsi olması müəyyənləşir. Bu isə Hərəkət edən materiklər nəzəriyyəsini irəli sürən Alferd Venegerin fikirini təstiqləyirlər.
Şimali-Atlantika silsiləsi
Şimali-Atlantika silsiləsi — Orta Atlantika silsiləsinin tərkibinə daxil olub, Atlantik okeanın mərkəzindən keçir. 52° ş. e başlayaraq Ekvator yaxınlığına qədər uzanır. Meridian istiqamətində qövsvari şəkildə 8,2 min km məsafədə uzanır, maksimal eni isə 1500 km təşkil edir. Sualtı silsilənin su səthinə ən yaxın nöqtəsi 128 m təşkil edir. Bununla belə bəzən adalar əmələ gəlir Azor adaları və b.). Bəzən rif dərələri əmələ gətirir.
Şimali Atlantika Müqaviləsi Təşkilatı
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
Şimali Atlantika cərəyanı
Şimali Atlantika cərəyanı— güclü isti dəniz cərəyanı. Qolfstrim cərəyanının şimal-şərq uzantısı olaraq bilinir. 6500 km məsafədə hərəkət edir. Böyük Nyufaundlend bankəsindən başlayaraq İrlandiya adasına qədər uzanır. Burada iki qola ayrılır. Cənuba istiqamətlənən qol Kanar cərəyanı adlanır. Digəri isə şimala yönəlir. o isə öz nönbəsində Farer adaları və İslandiya arasında iki qola bölünür:Norveç cərəyanı və Qərbi İslandiya cərəyanı. Bu cərəyan Avropanın iqliminə böyük təsir göstərir. The North Atlantic Current.
Şimali Atlantika müqaviləsi
Şimali Atlantika müqaviləsi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) hüquqi əsaslarını müəyyən edən müqavilə. "Vaşinqton müqaviləsi" də adlanır. Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində imzalanıb. Vaşinqton müqaviləsinin əsas məqsədi siyasi və hərbi vasitələrdən istifadə etməklə üzv dövlətlərin azadlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində ABŞ diplomatı Teodor Axillesin sədrlik etdiyi komitə tərəfindən hazırlanaraq imzalanmaq üçün təqdim edilib. Müqavilə ilə əlaqədar gizli danışıqlar 22 mart və 1 aprel 1948-ci ildə Pentaqonda keçirilmişdir. Bu müzakirələrlə bağlı Axilles qeyd edirdi: Axillesin qeyd etdiyinə görə müqavilənin digər əsas müəllifi Con Dyui Hikerson idi: Müqavilə fikrən Sovet İttifaqının Qərbi Avropaya silahlı hücumu ilə əlaqədar yaradılmışdır, lakin Soyuq müharibə dövründə qarşılıqlı özünümüdafiə məsələsi qaldırılmamışdır. Əksinə, bu məsələ ilk dəfə 2001-ci ildə Dünya Ticarət Mərkəzinə və Pentaqona 11 sentyabr 2001-ci il tarixli hücumlara cavab kimi qaldırılmışdır. Həmçinin qeyd etmək lazımdır ki, NATO müqavilənin 5-ci maddəsinə də bütün tarixi ərzində ilk dəfə 2001-ci il hadisələrindən sonra müraciət etmişdir. Brüssel müqaviləsi Qərbi Avropa İttifaqının təsisolma sənədi olmaqla yanaşı, Şimali Atlantika müqaviləsinin imzalanmasına aparan yolda ilk addım oldu.
Atlantika döyüşü (1939–1945)
Atlantika uğrunda müharibə (ing. Battle of the Atlantic) — İkinci dünya müharibəsi dövründə dəniz yollarına nəzarət uğrunda Antihitler koalisiyası ilə Üçüncü Reyx qüvvələri arasında aparılmış müharibə. 1939-cu ilin 3 sentyabr tarixində başlayan və 1945-ci ilin 8 may tarixinə qədər davam etmiş hərbi əməliyyatlar Üçüncü Reyxin məğlubiyyəti ilə nəticələnmişdir. 6 ilə yaxın müddət ərzində davam etmiş döyüşlər müharibənin ən uzun müdddətli hərbi toqquşmalarından hesab olunur.

Digər lüğətlərdə