ATTAŞE

сущ. атташе
1. младший дипломатический ранг в ведомстве иностранных дел
2. сотрудник посольства, специалист по определённым вопросам. Hərbi attaşe военный атташе
ATŞABALIDI
ATTAŞELİK
OBASTAN VİKİ
Attaşe
Attaşe (fr. attaché, hərfi mənası — təhkim edilmiş) — ilk diplomatik rütbə, aşağı diplomatik vəzifə. Azərbaycanda birinci diplomatik ranq. Attaşe diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə akkreditiv dövləti təmsil edir, həmin sahə ilə bağlı məlumat toplayır. Onun bu fəaliyyəti bəzən qanuni casusluq kimi qiymətləndirilir. == Ümumi məlumat == Bütün dövlətlərin qanunvericiliyinə əsasən xarici işlər nazirinin əmri ilə diplomatik nümayəndəliklərin və xarici işlər idarələrinin 2-3 illik iş təcrübəsi olan əməkdaşlarına verilir. Hərbi, hərbidə niz, hərbi-hava Attaşeləri — diplomatik nümayəndəliyin vəzifəli şəxsləri; olduqları dövlətin hərbi qüvvələri qarşısında öz ölkələrinin müvafiq qoşun növlərini təmsil edir və diplomatik nümayəndəyə bütün hərbi məsələlər üzrə kömək göstərirlər. Kommersiya (ticarət), maliyyə, kənd təsərrüfatı, elm və texnika, balıqçılıq üzrə Attaşelər — diplomatik nümayəndəliyin diplomatik heyəti üzvləri; xarici əlaqələrin müəyyən sahəsində xüsusi funksiyaları həyata keçirirlər. Mədəniyyət məsələləri üzrə Attaşe — diplomatik nümayəndəliyin diplomatik heyəti üzvü; olduğu ölkə ilə mədəni əlaqələrin inkişafı məsələlərinə baxır. Mətbuat Attaşesi (press-attaşe) — diplomatik nümayəndəlikdə mətbuat məsələlərinə baxan vəzifəli şəxs.
Hərbi attaşe
Hərbi attaşe — Bir ölkənin xarici dövlətlərdəki diplomatik missiyalarına göndərilən və həmin ölkənin silahlı qüvvələrini təmsil edən zabit. == Vəzifə və öhdəlikləri == Hərbi attaşelər göndərildikləri ölkənin hərbi strukturları ilə əlaqələr qurur və iki ölkə arasında hərbi əməkdaşlıq və məlumat mübadiləsini inkişaf etdirir. Hərbi attaşe göndərildiyi ölkənin hərbi vəziyyəti, silahlı qüvvələrinin hazırlığı və hərbi doktrinası haqqında məlumatlar toplaya bilərlər. Bu məlumatlar diplomatik yolla öz ölkəsinə göndərilir. O, hərbi tədbirlərdə, paradlarda, beynəlxalq konfranslarda və ya seminarlarda iştirak edə və öz ölkəsini rəsmi olaraq təmsil edə bilər. Diplomatik missiyalarda hərbi məsələlərlə bağlı məsləhət vermək, həmçinin hərbi məsələlərlə əlaqədar iki ölkə arasındakı əlaqələri koordinasiya etməkdir. Hərbi attaşenin öhdəliklərindən biri təyin olunduğu ölkənin hərbi potensialı, strategiyası, silahlanma proqramları və təhlükəsizlik məsələləri barədə məlumat toplamaq və analiz etməkdir. Bu məlumatlar onun öz ölkəsinin milli təhlükəsizlik siyasətinin formalaşmasına kömək edir. Hərbi attaşe müxtəlif rəsmi tədbirlərdə iştirak edir, öz ölkəsini təmsil edir və əlaqələrin qurulmasına dəstək olur. O, ölkəsinin maraqlarını beynəlxalq arenada hərbi sahədə təmsil edir və ölkəsinin siyasətini izah edir.
Elm attaşesi
Elm attaşesi — diplomatik missiyalarda, xüsusilə səfirlik və konsulluqlarda çalışan xüsusi diplomatik vəzifə. Elm attaşesinin əsas funksiyası ölkəsi ilə təmsil olunduğu xarici ölkə arasında elmi, texnoloji və təhsil sahələrində əməkdaşlığı təşviq etmək və genişləndirməkdir. Onlar elmi-tədqiqat işlərində, innovasiyalarda, tenologiyanın transferində və beynəlxalq əməkdaşlıq layihələrində mühüm rol oynayırlar. == Vəzifə və öhdəlikləri == Elm attaşesinin vəzifə və öhdəlikləri diplomatik missiya çərçivəsində ölkəsini beynəlxalq elmi-tədqiqat və innovasiya sahələrində təmsil etmək, elmi əməkdaşlığı təşviq etmək və bu sahədə əlaqələri gücləndirməkdir. Elmi əməkdaşlığın təşviqi baxımından iki ölkə arasında elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını inkişaf etdirmək, universitetlər, tədqiqat mərkəzləri və elmi institutlar arasında əlaqələri qurmaq və dəstəkləmək, müxtəlif ölkələrin alimləri və mütəxəssisləri arasında əməkdaşlıq üçün təmas nöqtəsi kimi çıxış etmək elmi attaşelərin vəzifələrindən yalnız müəyyən bir qismidir. Elmi məlumat mübadiləsinə daxil olan ev sahibi ölkədəki elmi və texnoloji inkişafları izləmək və bu haqda öz ölkəsinə məlumat vermək, elmi tədqiqatlar və innovasiya ilə bağlı məlumatların paylaşılmasını asanlaşdırmaq, beynəlxalq konfranslar və seminarlar haqqında məlumatları təbliğ etmək və alimləri bu tədbirlərdə iştirak etməyə təşviq etmək öhdəlikləri də elm attaşesinin qarşısında duran vəzifələr sırasındadır. Ev sahibi ölkədəki texnoloji yenilikləri, elmi kəşfləri və innovativ inkişafları izləmək, bu sahədə olan nailiyyətlərin öz ölkəsinə transfer olunmasına dəstək vermək, iki ölkə arasında elmi-texnoloji əməkdaşlıq layihələrini təşviq etmək və koordinasiya etməyi də vəzifə və öhdəliklərinə aid etmək olar.
Kənd təsərrüfatı attaşesi
Kənd təsərrüfatı attaşesi — bir ölkənin xarici nümayəndəliyində kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış diplomatik nümayəndə. Bu vəzifədə olan şəxs, ölkəsinin kənd təsərrüfatı maraqlarını xarici ölkələrdə təmsil edir, həmin ölkədəki kənd təsərrüfatı siyasətləri və ticarət münasibətləri haqqında məlumatlar toplayır və öz hökumətinə məsləhətlər verir. Kənd təsərrüfatı attaşesi kənd təsərrüfatı ticarəti, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və digər sahələrdə beynəlxalq əməkdaşlığı və dialoqu təşviq edir. == Vəzifə və öhdəlikləri == Kənd təsərrüfatı məhsullarının ixracını artırmaq və bazar imkanlarını genişləndirmək üçün yerli şirkətlərə və hökumətə dəstək olmaq kənd təsərrüfatı attaşesinin başlıca vəzifələrindəndir. Vəzifəli şəxs təyin edildiyi ölkədəki kənd təsərrüfatı siyasətlərini, qanunvericilik dəyişikliklərini və ticarət qaydalarını izləyərək məlumatları öz hökumətinə çatdırır. Xarici ölkələrdəki kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, sanitariya və fitosanitar standartlara uyğunluğunu təmin etmək üçün tənzimləyici qurumlarla əlaqə saxlayır. Kənd təsərrüfatı sahəsində beynəlxalq müqavilələr, sazişlər və ticarət danışıqlarında iştirak etmək, hökumətlərarası razılaşmaları təşviq etmək və təmsil etdiyi ölkənin maraqlarını müdafiə etmək də kənd attaşesinin başlıca vəzifələrindəndir. Kənd attaşesi təyin olunduğu ölkədə kənd təsərrüfatı sektorunda baş verən yeniliklər və tədqiqatlarla bağlı məlumatlar toplayaraq, bu barədə öz ölkəsinin kənd təsərrüfatı nazirlərinə və iş adamlarına tövsiyələr verir. Kənd təsərrüfatı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilməsi və bazarda tanınması üçün yerli və beynəlxalq tədbirlərdə iştirak edir. Kənd təsərrüfatı bazarlarına, ticarətə və siyasətlərə dair hesabatlar hazırlamaq və onları hökumətə təqdim edir.
Mədəniyyət attaşesi
Mədəniyyət attaşesi — bir ölkənin xaricdəki diplomatik nümayəndəliyində çalışan və əsas vəzifəsi həmin ölkənin mədəniyyətini təbliğ etmək olan diplomatik əməkdaş. O, öz ölkəsinin mədəni irsini, incəsənətini, ədəbiyyatını, musiqisini və digər mədəni fəaliyyətlərini tanıtmaq, iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirmək və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək üçün çalışır. Mədəniyyət attaşesi, tez-tez mədəni tədbirlər, sərgilər, festivallar təşkil edir və yerli mədəniyyət təşkilatları ilə əməkdaşlıq edir. Onlar həmçinin öz ölkələri haqqında daha geniş məlumat yaymaq və mədəniyyət vasitəsilə ölkələrinin imicini beynəlxalq arenada yaşılaşdırmaq üçün fəaliyyət göstərir. == Vəzifə və öhdəlikləri == Mədəniyyət attaşesinin vəzifə və öhdəlikləri ölkədən asılı olaraq mütəlif ola bilər. Başlıca vəzifələrindən biri xarici ölkələrlə mədəni əməkdaşlıq layihələri həyata keçirməkdir. İki ölkə arasında incəsənət, təhsil, ədəbiyyat və mədəniyyət sahələrində mübadilə proqramlarını təşviq etmək də vəzifələri sırasındadır. Eyni zamanda xarici ölkələrdəki mədəniyyət təşkilatları, universitetlər və digər qurumlarla əlaqələr qurur. Mədəniyyət attaşesi xarici ölkələrdə mədəniyyət siyasətini izləyərək ölkəsinin mədəni siyasətinin həyata keçirilməsinə kömək edir. Mədəniyyət sahəsindəki trendləri və dəyişiklikləri təhlil edərək ölkəsinin mədəniyyət strategiyasını uyğunlaşdırmaq üçün məsləhətlər verir.

Digər lüğətlərdə