AVİA…

авиа … (составная часть сложных слов, соответствующая по значению слову “aviasiya” – “авиационный”)
AVIRTMAC
AVİABAZA
OBASTAN VİKİ
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Avia-Aqreqat Zavodu
Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır. 1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır. 1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır. 1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır. 2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. 2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
Azal Avia Cargo
Azal Avia Cargo (Azərbaycan Hava Yolları Dövlət Konserninin Yük Aviaşirkəti Azərbaycan Hava Yolları ) Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən yük daşıma aviaşirkətidir . O, Azərbaycan daxilində və digər MDB ölkələrinə planlı və çarter yükdaşıma xidmətləri göstərir. Onun əsas bazası Heydər Əliyev Beynəlxalq Hava Limanıdır. == Tarix == Aviaşirkət 1996-cı ildə yaradılıb və bütünlüklə Azərbaycan Hava Yollarına məxsusdur.
Dəllər aviabazası
Dəllər aviabazası — Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən aviabaza. Baza Azərbaycan Hərbi Hava Qüvvələrinin balansındadır. == Tarixi == Aviabazada vaxtı ilə 882-ci qırıcı aviasiya polku yerləşirdi. Burada Su-24 və MiQ-25 hərbi təyyarələri yerləşdirilmişdi.
Elektron aviabilet
Elektron aviabilet — İnternetdən axtarış edilib alınan aviabiletlər elektron aviabilet və ya digər adı ilə e-ticket adlanır. Elektron aviabilet, hava nəqliyyatında sərnişin və ya yük daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz, özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yük daşıma şərtləri və s. məlumatları tam ehtiva edir. Bundan başqa bir çox mobil telefonlar, elektron aviabiletləri başa düşərək avtomatik təqvimə əlavə edir və uçuşa bir neçə müddət qalmış alıcını xəbərdar edir. Məhz bu kimi üstünlükləri ilə, elektron aviabiletlərin, kağız aviabiletlərə nəzərən itməsi imkansızdır.
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ) — == Haqqında == 1993-cu ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (indi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Elmi-Tədqiqat Aviasiya İnstitutu (ETAİ) adı ilə yaradılmış və 2010-cu ilə qədər ETAİ adı ilə fəaliyyət göstərmişdir. ETNAPİ-nin yaradılmasında əsas məqsəd “Azərbaycan Hava Yolları” QSC-nin bütün strukturlarında mülki aviasiyanın aktual elmi-texniki problemlərinin həlli, uçuşların təhlükəsizliyinin təmin edən yeni uçuş və yerüstü vasitələrin yaradılması və tətbiqi, aviamüəssisələrin fəaliyyətini tənzimləyən normativ-texniki sənədlərin işlənməsi olmuşdur. === Rəhbərləri === İnstitutun ilk rəhbəri t.e.d., professor Namiq Hacıyev (1993-2004) olmuşdur. 2004-2009-cu illərdə institutun direktoru vəzifəsini f.-r.e.d., professor Fuad Qasımov icra etmişdir. 2009-cu ildən isə instituta АМЕА-nın həqiqi üzvü, f.-r.e.d., professor Bahadır Tağıyev rəhbərlik edir. İnstitutun direktor müavini vəzifəsini Yaşar Bağırov icra edir. ETNAPİ-də iki şöbədən ibarət Konstruktor Bürosu, Təcrübə-sınaq istehsalatı sahəsi və aşağıdakı şöbələr fəaliyyət göstərir:. Aviasiya Elektronikası Şöbəsi Yeni Texnika və Texnologiyanın İşlənməsi Şöbəsi Еlmi-Texniki İnformasiya və Yeni Texnikanın Tətbiqi Şöbəsi Аviasiya Mikroelektron Vericiləri Şöbəsi Texnoloji Şöbə Aerokosmik İnformatika Şöbəsi == Aviasiya Elektronikası Şöbəsi == Aviasiya elektronikası şöbəsi 1994-cü ildə yaradılmışdır. Şöbəyə yarandığı ildən t.e.d. Rasim Nəbiyev rəhbərlik edir.
Erigeron aviatorum
Erigeron aviatorum (lat. Erigeron aviatorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Federal Aviasiya Administrasiyası
Federal Aviasiya İdarəsi və ya Federal Aviasiya Administrasiyası (ing. Federal Aviation Administration (FAA) )— Birləşmiş Ştatlar Nəqliyyat Departamentinə bağlı olan "federal" dövlət təşkilatı. Təşkilatın vəzifəsi ABŞ-nin hava məkanında bütün növ təyyarələrin, uçuş, istehsal, müdaxilə, effektivlik və etibarlı təhlükəsizlik qaydalarının izlənilməsinə və tətbiqinə nəzarət etmək və ABŞ-də hava təhlükəsizliyini təmin etməkdir. 23 avqust 1958-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilmiş və bu sahədə əsas qurum olaraq təyin edilmişdir. Bu tarixə qədər xidmət edən CAA (Civil Aeronautics Administration - Mülki Aeronavtika İdarəsi) və AMB (Airways Modernization Board - Hava Yollarının Modernləşdirilməsi Şurası) qurumları bu qurumun altına toplaşdırılmışdırlar.
Flare (aviasiya)
Flare və ya alov topu (ing: Flare) — istiliklə idarə olunan döyüş raketlərini qarışdırmaq üçün istifadə olunan sistem. Sistem istiliklə idarə olunan raket aşkarlanan kimi işə başlayır və çox yüksək temperaturda alov topları ataraq raketin işləmə mexanizmini zədələnyir. Bu gün bütün müasir hərbi təyyarələr, hərbi helikopterlər və tanklar bu sistemdən istifadə edir.
Gəncə aviabazası
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Kumertau Aviasiya İstehsalat Müəssisəsi
«Kumertau Aviasiya İstehsalat Müəssisəsi» — Başqırdıstan Respublikası, Kumertau şəhərində yerləşən sovet/rus aviasiya inşası müəssisəsi. Zavodda Ka-226 tipli, həmcinin Ka-27, Ka-31 və Ka-32A11BC helokopterləri hazırlanır və təmir edilir. Müəssisə «Rusiya Helokopterləri» holdinqinə daxildir. == Tarixi == 1962-ci ildə təmir-mexanika zavodunun bazasında aviasiya zavodu fəaliyyətə başlayır. Zavodda 1968-cü ildə ilk dəfə Ka-26 tip helikopterlər istehsal edilməyə başlanılır. 1972-ci ildə müəssisə Kumertau helikopter zavodu adını alır. 1977-ci ildən Kumertau Aviasiya İstehsalat Birliyinin əsas müəssisəsi olur. 2008-ci ildə Kumertau Aviasiya İstehsalat Birliyi «Kumertau Aviasiya İstehsalat Müəsissəsi» ATSC adı altında Rusiya Helikopterləri Holdinqinə daxil edilir. 1973—1989-cu illər Pilotsuz uçuş aparatlar. 1974—1978-ci illər M-17 təyyarələri «Geofizika».
Kürdəmir aviabazası
Kürdəmir aviabazası — Azərbaycan Respublikasının Kürdəmir rayonunda, Bakıdan qərbdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada Su-25 qırıcı təyyarələri və Su-24 bombardmançıları yerləşir. == Tarixi == 1941-ci ilin sentyabr ayından 1942-ci ilin mart ayına kimi 25-ci ehtiyat qırıcı aviasiya polku bu aviabazada yerləşib. Polkun pilotları burada İkinci dünya müharibəsi dövrünə aid təyyarələrlə, həmçinin İngiltərədən və Amerikadan göndərilmiş təyyarələrlə döyüş təlimi keçirdilər. 28 noyabr 1945-ci ildən 22 noyabr 1969-cu ilə kimi MiQ-17 təyyarələrindən ibarət 761-ci qırıcı aviasiya polku Kürdəmir aviabazasında yerləşib. 1953 - cü ildən etibarən aerodromda Su-24 və Su-17 təyyarələrindən ibarət olan, 36-cı Bombardmançı Aviasiya diviziyasının tərkibindəki 976-cı İnsterburq Bombardmançı Aviasiya Alayı yerləşirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra aviabaza Azərbaycana Hərbi Hava Qüvvələrinin nəzarətinə verilməsi razılaşdırılıb. Razılaşmaya görə Rusiya ordusu Azərbaycanı tərk edərkən hərbi bazalarda olan silah-sursatı təhvil verməli olduğu halda, bir çox hallarda Rusiya razılaşmaya əməl etmirdi. Kürdəmir aviabazasında xidmət edən rus əsgərləri bütün hərbi texnikanı icazəsiz Rusiyaya daşıdılar, bazada ancaq bir ədəd istifadəyə yararsız Su-24 təyyarəsi saxlayaraq bazanı tərk etmişdilər. Rusiya ordusu getdikdən sonra Kürdəmir aviabazası Surət Hüseynova sadiq qüvvələrin nəzarətinə keçib və aviabazadan 1992-ci ilin iyunundan etibarən buradan hərbi təyyarələr Qarabağa döyüş uçuşları həyata keçirməyə başladılar.
Kənd təsərrüfatı aviasiyası
Kənd təsərrüfatı aviasiyası — mülki aviasiya sahəsi. Kənd təsərrüfatı aviasiyasından bitkilərin mühafizəsi, alaq otları ilə mübarizə, torpağa mineral gübrə verilməsi, təyyarə ilə ot əkini və s.-də istifadə edilir. == Xüsusiyyətləri == Bitkilərin becərilməsində aviasiya vasitələrindən istifadənin üstünlüklərinə vaxta qənaət olunması, əmək sərfinin aşağı salınması, zəhərli kimyəvi maddələr və gübrə sərfinin azalması, çətin keçilən sahələri becərməyin mümkünlüyü, bitkilərin mexaniki zədələnməməsi, torpağın bərkiməsi ehtimalının aradan qalxması və s. aiddir. Kənd təsərrüfatı aviasiyasından istifadənin catışmayan cəhəti onun meteoroloji şəraitdən asılılığıdır. == Tarixi == SSRİ-də bu məqsədlə An-2, An-2M, Yak-12 təyyarələrindən və Mİ-1, Mİ-2, Ka-26 və Ka-15 vertolyotlarından istifadə olunurdu. Maye pestisidləri çiləmək, mineral gübrələri səpmək və s. üçün bunlarda xüsusi aparatlar quraşdırılırdı. Bitki zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizədə sahələr 5–10 metr yüksəklikdən, alaq otları ilə mübarizədə (yazda aqroqaydalarla müəyyən olunmuş müddətdə) 5–6 metr yüksəklikdən dərmanlanırdı. Tozvari gübrələr 10–20 metr, dənəvər gübrələr isə 30–50 metr yuksəklikdən səpilirdi.
Milli Aviasiya Akademiyası
Milli Aviasiya Akademiyası (MAA) — Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisəsidir və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) strukturuna daxildir. Milli Aviasiya Akademiyası Azərbaycanda mülki aviasiya sahəsində ali, əlavə və peşə-ixtisas təhsil proqramlarını həyata keçirən ali təhsil müəssisəsidir. Azərbaycan Respublikası mülki aviasiya sahəsində milli kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli 337 saylı qərarı ilə "Azərbaycan Hava Yolları" Dövlət Konserni (indiki "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Milli Aviasiya Mərkəzi yaradıldı Mərkəzin nəzdində Ümumi texniki fənlər və Humanitar fənlər kafedraları təşkil olundu. 1993-cü ildə Mərkəzdə Hava Nəqliyyatının İstismarı fakültəsi və Aviasiya xüsusi avadanlığı və İngilis dili kafedraları yaradıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli 81 saylı qərarı ilə Milli Aviasiya Mərkəzi Milli Aviasiya Akademiyası adlandırıldı. Milli Aviasiya Akademiyası bir fakültə, iki ixtisas, 80 tələbə ilə fəaliyyətə başladı. 1994-cü ildə Hava Nəqliyyatının Uçuş İstismarı fakültəsi və onun nəzdində Hava gəmilərinin uçuş istismarı və aeronaviqasiya, Uçuş aparatlarının və aviasiya mühərriklərinin konstruksiyası və istismarı kafedraları yaradıldı. Həmin ildə MAA-nın nəzdində Elmi Tədqiqat Aviasiya institutu (ETAİ) yaradıldı. 1996-cı ildə Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə Arif Mir Cəlal oğlu Paşayev təyin olundu. Azərbaycanda mülki aviasiyanın inkişafı ilə əlaqədar olaraq 1997–1998-ci tədris ilindən MAA-ya qəbul olan tələbələrin sayı artmağa başladı.
Moskva Aviasiya Texnologiya İnstitutu
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır. Hal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir. Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.
Mülki Aviasiya Akademiyası (Almatı)
Mülki Aviasiya Akademiyası — mülki aviasiya uçuşları, istismarı və xidməti işçiləri, habelə mülki aviasiya müəssisələrinin mütəxəssislərinin yenidən hazırlanması və ixtisasartırması üçün mühəndis və texniki işçilər hazırlayan Almatı şəhərində bir ali təhsil müəssisəsidir. Mülki Aviasiya Akademiyası, Qazaxıstan Respublikası və Mərkəzi Asiyada mülki aviasiya uçuşu, texniki və texniki qulluq heyəti üçün yüksək ixtisaslı mühəndis və texniki mütəxəssislər üçün hazırlıq, habelə mülki aviasiya mütəxəssislərinin yenidən hazırlanması və ixtisasartırma təhsili verən yeganə ali təhsil müəssisəsidir. 1937-ci ildə Almatı şəhərində Qazaxıstan Mülki Aviasiya İdarəsinin təlim dəstəsi yaradıldı. 1962-ci ildə UTO KUQA-nın bazasında, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunun bir təlim və məsləhət mərkəzi təşkil edildi. 6 iyul 1995-ci ildə UTO KUQA Başçısı Qres A.M.-nin təşəbbüsü sayəsində Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunun təlim və məsləhət mərkəzi. və texnika elmləri namizədi Maxanova S.R. — "Mülki Aviasiya Akademiyası" təhsil sahəsində qeyri-kommersiya təşkilatı kimi bir ali təhsil müəssisəsi statusunu alır. Akademiyadakı təhsil fəaliyyətləri azaldılmış təhsil proqramlarına uyğun olaraq və distant təhsil texnologiyasından istifadə etməklə əyani şəkildə həyata keçirilir. Təhsil əyalətdə aparılır (yalnız birinci və ikinci kurs), rus və ingilis. Akademiya ayrıca Qırğızıstan, Tacikistan, Fələstin və digər ölkələrin vətəndaşlarına da təlim verir. Əyani və qiyabi şöbələr var.
Mülki Aviasiyasının 75 illiyi (1938-2013) medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilmiş medal. 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər Maddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqla Planlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir. Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib.
Mülki aviasiya işçilərinin peşə bayramı günü
Mülki aviasiya işçilərinin peşə bayramı günü — Azərbaycanda bayram günü Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı ildə Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilib.
Mülki aviasiya milli məktəbi
École nationale de l'aviation civile (ENAC) Fransanın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya üzrə ixtisaslaşan ictimai universitetdir. O Fransa AEROTECH üzvüdür. Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 mois dans la vie d’un Pilote de ligne: Les secrets du quotidien…, 2020, Amazon, 51p., (ISBN 9798637449200), p. 10 Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 months in the life of an Airline pilot: Daily life secrets …, 2020, Amazon, 77p., (ISBN 9798693699175), p.
Münhen Aviasiya qəzası
1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası — 6 fevral 1958-ci ildə Münhen-Roma hava limanında baş vermiş təyyarə qəzası. İngilis hava yolu şirkəti "British European Airways"ə məxsus BE609 nömrəli reysi ilə Belqrad-Münhen-Mançester marşrutu ilə uçan təyyarəsi "Airspeed AS.57"ın Münhen hava limanında üçüncü uçuş cəhdindən sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ingilis futbol klubu "Mançester Yunayted"in futbolçuları, məşqçiləri, azarkeş və jurnalistlər var idi. Təyyarədəki 44 nəfərdən 23-ü həlak olmuş, 19 nəfər isə yaralanmışdı. Yaralılar Münhen xəstəxanasına aparılmışdı. Komanda UEFA Çempionlar Kuboku matçından sonra Belqraddan evə qayıdırdı, lakin təyyarə yanacaqdoldurma üçün Münhenə məcburi eniş etmişdi (təyyarənin yanacaq çənlərinin tutumu Belqraddan Mançesterə birbaşa uçuşa imkan vermirdi). Təyyarəyə yanacaq doldurduqdan sonra pilotlar iki dəfə təyyarəni qaldırmağa cəhd etdilər, lakin hər iki cəhd sol mühərrikdə artan titrəyişlər səbəbi ilə mümkün olamadı. Qrafikdən çox da geri qalmaq istəməyən ekipaj komandiri gecəni Münhendə keçirmək istəməyərək üçüncü qalxma cəhdinə qərar verdi. Üçüncü göyə qalxma cəhdində, güclü qar yağmağa başladı və bu səbəbdən uçuş zolağının sonunda iri qar tərəsi yaranmışdı. Qar təpəsinin içərisinə girən təyyarə havaya qalxmaq üçün lazım olan sürətini itirdi və uçuş zolağının sonunda olan çəpərə çırpılaraq, və sol qanadı ilə yaxınlıqdakı bir evə toxundu.
Müşahidəçi (aeronavtika və aviasiya)
N.E. Jukovski adına Milli Aerokosmik Universitet - Xarkov Aviasiya İnstitutu
N.E. Jukovski adına Milli Aerokosmik Universitet və ya Xarkov Aviasiya İnstitutu (ukr. Національний аерокосмічний університет ім. М. Є. Жуковського «Харківський авіаційний інститут») - Ukraynanın aparıcı təhsil müəssisələrindən biridir, hansı ki, aviasiya və kosmik texnikanın tədqiqi və istehsalı sahəsi üzrə mütəxəssisləri hazırlayır. Xarkov Aviasiya İnstitutu 1930-cu ildə yaradılıb. Əvvəlcə onun tərkibinə iki fakültə, təyyarə və motor istehsalı fakültələri, daxil idi. İnstitutun yarandığı zaman onun cəmi 12 müəllim və 69 tələbəsi var idi. Amma institut tez inkişaf edirdi, və artıq 1932-ci ildə, XAİ-nun müəllimləri və tələbə-diplomçuları tərəfindən hazırlanmış - Avropada ilk yığılan şassisinə sahib olan - XAİ-1 sərnişin təyyarəsi havaya qalxdı. 1937-ci ilin noyabrından XAİ-da birinci raketləri layihələşdirən reaktiv qrup işləməyə başladı. 40-cı illərin başlanğıcına yaxın - institutda artıq təxminən 1000 tələbə var idi, eksperimental dizayn bürosu işləyirdi və fəal elmi araşdırmalar aparılırdı. İnstitutun ixtisaslaşması daimi genişlənirdi, yeni fakültələr açılırdı.
Nasosnı aviabazası
Nasosnı aviabazası — Azərbaycan Respublikasının Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Burada 1940-cı ilin aprel ayından 1941-ci ilin aprel ayınadən 25-ci qırıcı aviasiya polku yerləşirdi. Əsasən İ-15bis və İ-16 təyyarələri istifadə edilirdi. 1945-ci ildən 1992-ci ilə qədər burada ayına kimi burada 82-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Bazanın hədəfi neft buruqlarının təhlükəsizliyini təmin etmək olmuşdur. Burada vaxtı ilə aviatəmir zavodu olmuşdur (MiQ-25 qırıcıları üçün). 1977-ci ilin yazı 82-ci qırıcı aviasiya polkunun baş leytenantı MiQ-25 təyyarəsi ilə dənizə düşmüşdür. Nəticədə baş leytenant Peleşenko həlak olmuşdur. 1977-ci ilin payızı 82-ci qırıcı aviasiya polkunun baş leytenantı Rəhimov yüksəkliyi düzgün müəyyən etməməsi səbəbindən enərkən qəzaya uğramışdır. Təyyarəçi həlak olmuşdur.
North American Aviation
North American Aviation (NAA), mərkəzi qərargahı ABŞ-də yerləşən təyyarə istehsalı ilə məşğul olan şirkət idi. 1928-ci ildə yaradılıb, 1967-ci ildə North American Rockwell şirkətinin bir parçası olmuşdur. Hal-hazırda Boeing şirkətinin bir parçasıdır.
Offutt aviabazası
Offutt aviabazası (ing: Offutt Air Force Base) (İATA: OFF, ICAO: KOFF, FAA LID: OFF) - ABŞ-nin Omaha şəhəri yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazası. Baza, ABŞ Strategiya Komandanlığının (USSTRATCOM), Hərbi Hava Qüvvələri Hava Vəziyyəti Agentliyinin və əsas bölmə kimi fəaliyyət göstərən Havadan Müdaxilə Komandanlığının (ACC) 55-ci Qanadının (55. Wing) qərargahıdır. Offuttun aviasiya sahəsində ilk istifadəsi 1918-ci ilin sentyabrında Birinci Dünya Müharibəsi əsnasında Ordu Hava Xidmətinin şar sınağı bölgəsi olaraq başlamışdır. Bazanın adı 1924-cü ildə Birinci Dünya Müharibəsi pilotu leytenant Jarvis Offuttun xatirəsinə Offutt olaraq dəyişdirilmişdir.
Osmanlı Aviasiya bölükləri
Osmanlı Aviasiya bölükləri (türk. Osmanlı tayyare bölükleri) və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi. Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyununda və ya 1911-ci ilin iyulunda başlayır. Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir. Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır. Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği ) olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi. 2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər.
Osmanlı Aviasiya dəstələri
Osmanlı Aviasiya bölükləri (türk. Osmanlı tayyare bölükleri) və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi. Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyununda və ya 1911-ci ilin iyulunda başlayır. Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir. Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır. Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği ) olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi. 2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər.

Digər lüğətlərdə