aviasiya-raket 2021

aviasiya-raket
aviasiya-dispetçer 2021
aviasiyaçı
OBASTAN VİKİ
Raket
Raket, nadir hallarda raket (it. rocchetta – fırlanan ox) — reaktiv qüvvə ilə işləyən uçan aparat. O, ətraf mühitdən asılı olmayaraq işləyir və hətta havasız şəraitdə təcillənə bilir. Raket sözü geniş mənada tətbiq olunur, o bayramlarda istifadə olunan kiçicik raketlərdən tutmuş kosmosa uçana qədər böyük bir spektri əhatə edir. Öz idarə sisteminə malik raketlər fəzada mürəkkəb hərəkətlər edə bilir, onlar hətta uçan cismləri izləmək imkanına qadirdirlər. Atılan raketlərdən fərqli olaraq özü start götürənlər daha böyük təcillənmə vaxtına malikdirlər. Bu da gövdəyə düşən yükü azaldır. Nəticədə raketlərin gövdələrini yüngül hazırlamaq olur. İlk raket tarixi mənbələrə əsasən 1266-cı ildə Çində mövcud olmuşdur. Monqollara qarşı müharibədə çinlilər Kay-Kenq adlı raketdən istifadə etmişlər.
Aviasiya
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır. İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü.
Antiballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Ballistik raket
Ballistik raket — nüvə və ya digər başlıq daşıya bilən uzun mənzilli idarə olunan və ya güdümsüz mərmi. Bu raketlər tək bir nüvə başlıq daşıya biləcəkləri kimi birdən çox başlıq daşıyaraq bu başlıqları fərqli hədəflərə göndərə bilər.
Bora (raket)
Bora — Türkiyə istehsalı olan qısa mənzilli ballistik raketdir. Döyüş raketi Roketsan şirkəti tərəfindən hazırlanaraq 2017-ci ildən xidmətə qəbul edilmişdir. INS və GPS başlıqlı olub, Belarus istehsalı olan MZKT-7909 8x8 yük maşını ilə daşınır. İxrac versiyası Kaan adı ilə tanınır. Daha uzun bir mənzilli bir versiyası olan Bora-2 isə hazırlanma mərhələsindədir. Lülə çapı 610 mm, döyüş başlığının çəkisi 470 kq, mühərriki TMZ-84631.10, əməliyyat mənzili 280 km, maksimum sürət 70 km/s, mərminin hədəfdən yayınma payı 30–50 m təşkil edir.
Daşıyıcı raket
Daşıyıcı raket (ing. carrier rocket) - Yer səthindən kosmosa, adətən, Yerin orbitinə və ondan uzağa yük daşıması üçün istifadə olunan raket. NASA daşıyıcı raketləri Dünya orbitindən daşıdığı yük qabiliyyətinə görə aşağıdakı kimi təsnifatlandırmışdır: Kiçik daşıyıcı raket: < 2,000 kiloqram (4,400 funt) - misal üçün Vega Orta daşıyıcı raket: 2,000 to 20,000 kiloqram (4,400 to 44,100 funt) - misal üçün Soyuz ST Ağır daşıyıcı raket: > 20,000 to 50,000 kiloqram (44,000 to 110,000 funt) - misal üçün Ariane 5 Çox ağır daşıyıcı raket: > 50,000 kiloqram (110,000 funt) - misal üçün Saturn V S. A. Kamal, A. Mirza: The Multi-Stage-Q System and the Inverse-Q System for Possible application in SLV, Proc. IBCAST 2005, Volume 3, Control and Simulation, Edited by Hussain SI, Munir A, Kiyani J, Samar R, Khan MA, National Center for Physics, Bhurban, KP, Pakistan, 2006, pp 27–33 Free Full Text S. A. Kamal: Incorporating Cross-Range Error in the Lambert Scheme, Proc. 10th National Aeronautical Conf., Edited by Sheikh SR, Khan AM, Pakistan Air Force Academy, Risalpur, KP, Pakistan, 2006, pp 255–263 Free Full Text S. A. Kamal: The Multi-Stage-Lambert Scheme for Steering a Satellite-Launch Vehicle, Proc. 12th IEEE INMIC, Edited by Anis MK, Khan MK, Zaidi SJH, Bahria Univ., Karachi, Pakistan, 2008, pp 294–300 (invited paper) Free Full Text S. A. Kamal: Incompleteness of Cross-Product Steering and a Mathematical Formulation of Extended-Cross-Product Steering, Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 167–177 Free Full Text S. A. Kamal: Dot-Product Steering: A New Control Law for Satellites and Spacecrafts [sic], Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 178–184 Free Full Text S. A. Kamal: Ellipse-Orientation Steering: A Control Law for Spacecrafts [sic] and Satellite-Launch Vehicles, Space Science and the Challenges of the twenty-First Century, ISPA-SUPARCO Collaborative Seminar, Univ.
LORA (raket)
LORA (ivr. ‏לורה‏‎) – İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket. 400 km atış məsafəsi olan bu raketin məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. Həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir. LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi və Laçında yerləşən körpünün partladılmasında LORA-dan istifadə edilsə də, körpüyə ancaq minimal zədə vura bilmişdir.
Meteoroloji raket
Bəzən bir tədqiqat raket adlanan bir səsli raket alt-orbital uçuş zamanı ölçmə aparmaq və elmi təcrübələri yerinə yetirmək üçün hazırlanmış bir alət daşıyıcısıdır. Raketlər Yerin səthindən 50 metrdən 1500 kilometrədək (31 -932 mil) cihazları aparmaq üçün istifadə olunur; ümumiyyətlə hava balonları və peykləri arasındakı hündürlük (balonların maksimal hündürlüyü təxminən 40 km) və peyklər üçün minimum hündürlük isə təqribən 120 km (75 ml)-dir. Səsli raketlər tez-tez hərbi artilleriyada raket mühərrikləri kimi istifadə edilir. NASA müntəzəm olaraq ekso-atmosfer bölgəsində 100– 200 km arasında (62 və 124 mil) 270-450 kiloqram olanTerrier Mk 70-i uçurtdu. Terimin mənşəyi dənizçilik lüğətlərindən irəli gəlir, beləki suyun dərinliyini ölçmək üçün gəmidən suyun içərisinə ağırlıqlı bir ip atmaq lazımdır. Termin özünün etimoloji kökləri Portuqaliyalı, İtalyan, İspan və Fransız sözü olub "sonda" və "sonde" kimi səsləndirilir. Raket kontekstində səsləndirilməsi ölçən qəbuletməyə ekvivalentdir. Səslənən raketin əsas elementləri bərk yanacaqlı raket motorudur və elmi yüküdür. Daha böyük, yüksək hündürlükdə raketlərin səmərəliliyinin artırılması və yük qabiliyyətini artırmaq üçün 2-3 mərhələ vardır. Ortalama uçuş müddəti 30 dəqiqədən azdır, adətən 5- 20 dəqiqə arasındadır.
Nasr (raket)
Nasr — Pakistan istehsalı olan "Xatf-9" və ya "Nasr" adlandırılan raket yer-yer tipli raketdir. Bu raket sistemi 60-km dək hədəfləri məhv etməyə qadirdir. Bundan əlavə, raket sistemi əsasən düşmənin raket əleyhinə olan müdafiə sistemlərini və əhəmiyyətli inzibati obyektlərini məhv etmək üçün nəzərdə tutulmuşdur. Bu raketlərin varlığı ilə bağlı 2011-ci ildə mətbuatda ilk məlumatlar yayılmışdı. 2013-cü ildə isə Pakistan bu sistemi öz inventarına daxil etdi. Raket ilk dəfə 19 aprel 2011-ci ildə sınaqdan keçirilib. "Nasr" yer-yer tipli raket düşmənin 60 km dək uzaqlıqda olan hədəflərini məhv etməyə qadirdir. Həmçninin adi döyüş başlığından əlavə, nüvə döyüş başlığıda daşıya bilir. "Nasr" yer-yer tipli raketin dəqiqliyi çox yüksək olduğu bildirilir. Əlavə olaraq sistemə hədəfi dəqiq məhv etmək üçün elektro-optik cihazda təchiz olunub.
Proton (raket)
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
Qanadlı raket
Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı. Qanadlı raketlər trapesiya formalı qanadı orta hissədə yerləşən monoplan və raketdən ibarətdir. Qanadlı raket təyyarə mərmi də adlanır. Hazırda dünyanın bir çox ölkələrində istehsal olunan müasir qanadlı raketlərdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur. Məsələn, uçuş uzaqlığı 2500 km olan "Tomaqavk" qanadlı raketi sualtı qayıqlardan və gəmilərdən, AGM-86A tipli qanadlı raket isə strateji bombardmançı təyyarələrdən buraxıla bilər. Öz mühərrikinin köməyi ilə uçan qanadlı raketlər də var. Qanadlı raketin əsas xüsusiyyəti onun alçaq uçmaq (30–100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.
Raket adası
Raket adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Demyan Bednıy adalarının mərkəzində, Komsomoles adasından 8,2 km şimal-qərbdə yerləşir. Raket adasından şimal-qərbdə Utyonok adası və 1,4 km şərqdə Qlavnıy adası yerləşir. Uzunluğu 1,3 kilometr, eni isə 450 metr təşkil edir. Ada quruluşuna görə bu cür adlandırılmışdır. Adanın böyük hissəsini elədə böyük olmayan qaya əhatə edir. Burada göl və çay yoxdur.
Raket silahı
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama. Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s. Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Raket zondlanması
Atmosferin yuxarı təbəqələrinin – 15–20 km-dən 80–120 km-ə kimi (stratosfer və mezosfer) zondlanması üçün istifadə olunur. Bu hündürlükdə ozonosferin çox hissəsi və ionosferin aşağı hissəsi və termosfer və ekzosferin daha hündür təbəqələri yerləşir. Orta atmosferi öyrənmək üçün 80–100 km-ə kimi qaldırılan meteoroloji raketlərdən istifadə olunur. Onlar maye və bərk yanacaqla işləyirlər. Meteoroloji raketlərlə ölçülən əsas parametrlər bunlardır: təzyiq, temperatur, sıxlıq və havanın qaz tərkibi. Tədqiqat proqramından asılı olaraq, digər xarakteristikalar da ölçülə bilər. Yuxarı atmosferi öyrənmək üçün 100–150 km–dən yuxrı qaldırılan güclü geofiziki raketlərdən istifadə edilir. Bu raketlərin köməyi ilə günəş və kosmik şüalanmanın intensivliyi, havanın optik xüsusiyyətləri, onun termodinamik və elektrik xüsusiyyətləri, Yerin maqnit sahəsinin parametləri ölçülür. Düzünə ölçmə metodlarına aid olan raket zondlanmasından əlavə, yuxarı atmosferi öyrənmək üçün radiolokasiya, meteolidar, İYT, optiki texnika və s. istifadə etməklə dolayı metodlar da tətbiq edilir.
SOM (raket)
SOM qanadlı raketi (türk. Satha Atılan Orta Menzilli Mühimmat) — Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raket. İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM qanadlı raketi 180 km-dən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Raketin dizaynı hələ də TÜBİTAK-SAGE-yə məxsus olsa da, onun istehsalı və xarici dövlətlərə satışı məsələləri Roketsan şirkətinə həvalə olunmuşdur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilmişdir. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarmışdır. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 test uçuşunun həyata keçirilməsi planlaşdırılmışdı. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırıldı.
Alazan (raket)
Alazan — Kənd təsərrüfatı əkinlərinin dolu buludlarından qorunması üçün nəzərdə tutulmuş 82 mm çaplı sovet istehsalı raketdir. İlk nümunələr 1960-1970-ci illərdə Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutunda akademik E. K. Fedorovun rəhbərliyi altında mütəxəssislər qrupu tərəfindən hazırlanmışdır. İstehsalçı: Çeboksarı adına İstehsalat Birliyi. Çapayevin sözlərinə görə, istehsal həcmi ildə 3 min ilə 120 min dolu əleyhinə raket arasında dəyişirdi. "Alazan-1" — 1961-ci il. "Alazan-2 (1-ci)" — 1972-ci il. "Alazan-2М" — 1972-ci il. "Alazan-5" — 1996-cı il. "Alazan-6" — 2000-ci il. "Alazan-9" — 2011-ci il.
Alabamada aviasiya
Alabama ilk aviasiya hadisəsi 10 mart 1910-cu ildə Orvil Raytın Montqomeridə həyata keçirdiyi uçuşdur. 1909 : E.T. Odum Alabama Ştat Yarmarkasına təyyarə gətirdi. 15 mart 1910 : Orvil və Uilbur Rayt ölkənin ilk mülki uçuş məktəbinin əsasını Montqomeridə qoydular. 1931 : Stedhem Ekkr Birminqem Bələdiyyə Hava Limanında Milli Hava Karnavalı seriyasının hava şousuna başladı. 10 iyul 1991 : Lekspres Hava Yolları reys 508 Birminqem Bələdiyyə Hava Limanında qəzaya uğradı. Boeing Delta-4 roketlərini Dekeyterdə istehsal edir. Continental Motors (başlıca ümumi aviasiya təyyarələri üçün mühərrik istehsalçısı) mərkəzi Mobildə yerləşir. Airbus A320 tipli təyyarələri Brukli Mobil Aeropleksində yerləşən sənaye kompleksində qurur. Albamada 73,000 iş yeri aerokosmik sahəyə əsaslanır. Milli Kosmik Elm və Texnologiya Mərkəzi NASA və Alabamada yerləşən yeddi elmi tədqiqat universitetinin birgə tədqiqat müəssisəsidir.
Aviasiya bombası
Aviasiya bombası — yerüstü, dəniz və hava hədəflərinə zərbə endirmək üçün təyyarə və digər uçuş aparatlarından buraxılan döyüş sursatı növü. Aviasiya bombasın atom, fuqas, qəlpəli, zirehdələn, tankvuran, kimyəvi və s. növləri var.
Aviasiya dəbilqəsi
Aviasiya dəbilqəsi (SSRİ / RF-nin rəsmi aviasiya sənədlərində "ZŞ" termini qəbul olunur — qoruyucu dəbilqə) — uçuş heyəti üçün fərdi qorunma vasitəsidir. Bu qulaqlıq növüdür və model və modifikasiyadan asılı olaraq rabitə vasitələri, işıq filtri, oksigen maskası qurğusu, eləcə də digər texniki qurğularla təchiz olunmuş plastik (və ya metal) bir tikintidir. Dəbilqə başı zərbələrdən qorumaq və kömək zamanı hava axını ilə düzgün qarşılıqlı əlaqə yaratmaq üçün hazırlanmışdır. SSRİ-də hazırlanmış ZS yalnız ağ və ya qoruyucu yaşıl rəngdə istehsal olunurdu. Birinci Dünya müharibəsinin uçuş kaskası (qulaqlıq) dəri idi, qulaqlıq dəstləri, bir oksigen maskası və çıxarıla bilən təhlükəsizlik eynəkləri idi. Daha sonra qoruyucu dəbilqələr dəri dəbilqələrə qoyulmağa başladı. Hazırda ZS vahid bir məhsuldur. Müasir dəbilqələrə müxtəlif dəbilqələr, məlumat çıxışı üçün sensorlar və ekranlar quraşdırılmışdır. Rusiya Hərbi Hava Qüvvələrində istifadə olunan əsas növ ZSh-3, ZSh-5, ZSh-7 seriyasındakı təyyarələrin dəbilqəsidir. Qeyd etmək lazımdır ki, bu günə qədər aşağı manevrli və ya subsonik hərbi təyyarələrdə dəri qulaqlıq və ya qulaqlıq geniş istifadə olunur.
Flare (aviasiya)
Flare və ya alov topu (ing: Flare) — istiliklə idarə olunan döyüş raketlərini qarışdırmaq üçün istifadə olunan sistem. Sistem istiliklə idarə olunan raket aşkarlanan kimi işə başlayır və çox yüksək temperaturda alov topları ataraq raketin işləmə mexanizmini zədələnyir. Bu gün bütün müasir hərbi təyyarələr, hərbi helikopterlər və tanklar bu sistemdən istifadə edir.
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqla Planlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir. Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib.
Sanitar aviasiya
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Sud Aviasiya
Sud Aviasiya — keçmiş Fransa təyyarə istehsalçısı idi. Şirkət 1 mart 1957-ci ildə SNCASO və SNCASE-nin birləşməsi ilə quruldu və 10 iyul 1970-ci ildə Nord Aviasiya və SERB ilə birləşərək Aérospatiale adını aldı.
Şturman (aviasiya)
Şturman— uçuş heyətinin mövqeyi. Naviqator ümumiyyətlə aşağıdakı vəzifələri yerinə yetirir: kurs hazırlayır, hərəkətləri hesablayır və təyyarənin rəqəmsal və ya topoqrafik xəritəsində hərəkəti qeyd edir, naviqasiya cihazlarının düzgün işləməsini izləyir. Uçuş vaxtını uçuş səviyyəsindəki küləkdən, uçuş üçün lazımi miqdarda yanacaqdan, marşrutun ayrı-ayrı hissələri üçün minimum təhlükəsiz uçuş yüksəkliyindən asılı olaraq hesablayır. Hərbi aviasiyada naviqator, naviqasiya ilə yanaşı, fotoşəkillər də çəkə bilər, bomba atma, birbaşa və buraxılış raketləri, hərbi nəqliyyat aviasiyasında - eniş personalı, hərbi texnika və yük. Həm də hərbi aviasiyada naviqator daha dar bir ixtisaslaşmaya - naviqator-operatora sahib ola bilər, bu halda onun vəzifələri naviqasiya ilə tamamilə əlaqəli ola bilər. Təyyarələrin bəzi növlərində naviqatorlara pilotu çoxaltmaq üçün bir təyyarə uçmaq öyrədilir. İnqilabdan sonra iqtisadiyyat tənəzzülə uğradı və aviasiyanın inkişafı dayandı. Vətəndaş müharibəsində aviasiyadan istifadə olunmasına baxmayaraq, Avropadan fərqli olaraq, o dövrdə Rusiyada aviasiya naviqasiyasında heç bir yenilik baş vermədi. Pilotların və uçuş müşahidəçilərinin çoxu "ağlar" ın tərəfinə keçdi və ya öldürüldü, ya da ölkəni tərk etdi. Ölkədəki 97 hava birləşməsindən 33-ü qalıb, hətta müharibə nəticəsində öldürülmüşlər.
Aviasiya sənayesi
Aviasiya sənayesi — aviasiya texnikasının inkişafı, istehsalı, sınaqdan keçirilməsi, təmiri və utilizasiyasının həyata keçirildiyi sənaye sahəsi. XX əsrin əvvəllərində yaranmış, Birinci və İkinci Dünya müharibələri arasındakı illərdə əsas sənaye sahəsinə çevrilmişdir. İstehsalın yüksək səviyyədə kooperasiyası və konsentrasiyası ilə texniki cəhətdən ən qabaqcıl mühəndislik sahələrindən biridir. Авиационная промышленность // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. Авиационная промышленность // Авиация: Энциклопедия. М.: Большая Российская энциклопедия: ЦАГИ. Глав.