Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səməndər
Səməndər - Xəzərlərin ilk paytaxtıdır. Ənuşirvan tərəfindən tikilmişdir. Sonralar paytaxt ərəblərin tələbi ilə Volqa çayının mənsəbinə yaxın - İtilə köçürülmüşdür İndiki Mahaçqala şəhərinin yerində olamsı ehtimal edilən şəhər. M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü . Xəzər xaqanlığının paytaxtı 723-cü ilə kimi Səməndər şəhəri olmuşdu. İslam və erməni müəllifləri Xəzər xaqanlığının paytaxtı Səməndər şəhərinin olduğunu qeyd edirlər.Svetlana Pletnyova Səməndərin Farsсa "ən uzaq qapı" anlamına geldiyini və dolayısıyla şəhərin VI yüzildə İranlılar tərəfindən qurulduğunu yazmıdtır. Halbuki dünyanın bütün nüfuzlu xəzərşünasları bu şəhərin türklər tərəfindən salındığını qeyd edirlər. Səməndər şəhəri Xəzər-ərəb müharibələrinə səhnə olmuşdu. 732-733-cü illərdə Qazaxda dislokasiya olunan ərəb ordusu xəzərlərə qarşı iki tərəfdən – Dəryal dərəsindən və Dərbənddən hücuma keçdi.
Rafiq Səməndər
Rafiq Səməndər — yazıçı-dramaturq, Əməkdar jurnalist, ssenarist. Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Qubada doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərib. 1993-cü ildə Dövlət Televiziya Şirkətindən uzaqlaşdırılıb. "BMTİ" Telekanalında Baş redaktor, "Yurd" jurnalında redaktorlar şöbəsinin müdiri işləyib. 2000-ci ildən 2002-ci ilə qədər "Lider" televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, "Xüsusi layihələr üzrə departament"in direktoru və "Carçı" film yaradıcılıq birliyinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada "Ədəbiyyat və İncəsənət departamenti"nin rəhbəri olub. 20 bədii əsərin və 25 pyesin müəllifidir.
Rəşid Səməndər
Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır. Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir. Aktyor Səməndər Rzayevin oğludur. Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8.
Səməndər Axundzadə
Səməndər Axundzadə (tam adı: Səməndər Axund Zəki oğlu Axundzadə; 1898, Quba – 1933, Azərbaycan SSR) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Repressiya qurbanı. Səməndər Axund Zəki oğlu 1898-ci ildə Quba şəhərində anadan olmuşdur. Axundzadə 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir. Parlamentin 1919-cu il bir sentyabr qərarına əsasən, təhsilini dağ mədən mühəndisliyi sahəsində davam etdirmək üçün Almaniyanın Frayberq Akademiyasına göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Axundzadənin təhsilinin bitməsinə bir il qaldığı göstərilirdi. O, 24 oktyabr 1924-cü ildə ali təhsilini burada başa vuraraq Dağ-mədən mühəndisi üzrə diplom almışdır. Təhsilini başa vurduqdan sonra vətənə dönmüş, Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində işləmişdir. Repressiya olunmuşdur. Atası Axund Zəki Ərşi Hacızadə — 1850-ci ildə Xızıda doğulub.
Səməndər Dadaşov
Səməndər Kərimov
Səməndər Rzayev
Səməndər Mənsim oğlu Rzayev (2 yanvar 1945, Ağsu – 27 mart 1986, Bakı) — Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1980). Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Aktyor Rəşid Səməndər in və teatrşünas Rübabə Rzayeva nın atasıdır Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı – 1 iyun 1974 Azərbaycan SSR dövlət mükafatı – 1980 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Səməndər quşu
Səməndər quşu — əfsanəyə görə qarlı-buzlu ölkələrdə yaşayan qar quşu. Quşun dimdiyi polad, caynaqları çaxmaqdaşı, tükü isə qov olur. Bir dəfə balalarının pərvazlanıb uçduğunu görən Səməndər quşu sevincindən dimdiyini caynağına vurur. Beləliklə bu toqquşmadan od saçır, onun qov tükü alışır və quş yanıb kül olur. Eyni motiv əsasında rəvayət şəklində formalaşan örnəkdə isə quşun adını daşıyan Səməndər və onun istəklisi Qönçə obrazlaşdırılmışdır. Bu dəfə oda atılan oğlan Səməndər quşu kimi alovdan çıxıb sevgilisi Qönçə-pərvanə ilə qoşalaşır. Onlar ölməzlik, əbədilik keyfiyyəti qazanıb alovun ətrafında dolanırlar.
Səməndər İmanov
Səməndər İsgəndərov
Səməndər İsmayılov
Səməndər İsmayılzadə
Mənzər İsmayılova
Mənzər İsmayılova — azərbaycanlı ilk qadın keşiş. İsmayılova Rusiyanın lüteran icmalarında təcrübə qazanıb Azərbaycandakı yevangelik lüteran icmasında işləmək hüququna malik ilk din xadimidir.
Mənzər Şərifova
Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq. Mənzər xanım Rüstəm bəy qızı Şərifova Şuşa şəhərində anadan olmuşdur. Atası Rüstəm bəy Şuşanın adlı-sanlı bəylərindən sayılmışdır. Onun Şuşada qız məktəbində oxuması deyilir. Mənzər xanım Şərifova gənc yaşlarından pedaqoji fəaliyyətlə məşğul olmuşdur. XX əsrin 20-ci illərində Ağdamın Seyidli kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, ilk vaxtlar qız şagirdlərinə evində dərs keçmişdir. Sonralar dərsi Abdulla bəyin Seyidli kəndindəki evində davam etdirmişdir. Mənzər xanım Şərifova sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəlliməsi işləmişdir. 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Mənzər Rəhimli
Mənzər Rəhimli — AMEA akademik M.F.Nağıyev adına kataliz və qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya elmləri namizədi, dosent. == Elmi fəaliyyəti == Mənzər Rəhimli 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini bitirib. 1982-ci ildə kimya ixtisası üzrə aspiranturaya daxil olub, "Dünya Okeanı" problemi üzrə elmi proqramın hazırlanmasında əməyi olub və "Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiya ilə çıxarılması" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirib müdafiə etmişdir. Mənzər Rəhimli 1992-ci ildə kimya elmləri namizədi elmi dərəcəsi almışdır. == Əmək fəaliyyəti == Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiyasının mexanizmi ilk dəfə M.Ə.Rəhimli tərəfindən təklif olunmuşdur. Mənzər Rəhimli 7 illik elmi staja malikdir. 17-dən çox elmi əsərin müəllifidir. 8 elmi əsəri müdafiədən sonra dərc olunmuşdur. 42 elmi əsərin müəllifidir. Dəfələrlə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Səməndər Kərimov (şəhid)
Səməndər Fazil oğlu Kərimov — 1994-cü il, Füzuli rayonu, Azərbaycan — 15 iyun 2014-cü il) Tərtər rayonu Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, şəhid. Səməndər Fazil oğlu Kərimov — 1994 ve ildə Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. 2000-ci ildə Araz Yağlıvənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş. 2001-ci ildə Araz Yağlıvənd kənd orta məktəbini bitirmiş.
Araq çəkənlər (film, 1961)
"Araq çəkənlər" (rus. Самогонщики) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Filmdə uğursuz araq çəkənlər üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin sərgüzəştlərindən bəhs olunur. Onlar araq çəkdikdən sonra yeyib-içirlər. Lakin, "Barbos" adlı köpəklərini yaddan çıxarırlar. Bu zaman "Barbos" adlı köpək hirslənib onların araq çəkən aparatlarını (samoqonu) polisə aparır. Onlar köpəyə nə qədər yalvarsalar da, köpəyi tüfənglə vurmaq istəsələr də bir şey alınmır. Film üçlüyün həbs olunması ilə başa çatır.
Ömür payı. Səməndər Rzayev (film, 2015)
Ömür payı. Səməndər Rzayev — rejissor Tahirə Hüseynovanın 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Səməndər Rzayevin 70 illik yubileyinə həsr olunur. Filmdə "Həyatın dibində", "Sizə deyib gəlmişəm", "Közərən ocaqlar", "Evləri köndələn yar", "Yollar görüşəndə...", "Dəli yığıncaqı", "İblis", "Kreysr sonatası" teatr və televiziya tamaşalarının, "Uşaqlığın son gecəsi", "Nəsimi", "Tütək səsi", "Od içində", səsləndirdiyi "İstintaq", "Babək", "Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Bəyin oğurlanması", "Bağ mövsümü" filmlərinin kadrlarından eləcə də "Bulağ" radioverilişindəki səsdən istifadə edilmişdir. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, eləcə də Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə və xarici bəstəkarların musiqilərindən istifadə edilmişdir. Orfoqrafik: Titrlərdə "Sizə deyib gəlmişəm", "Yollar görüşəndə...", "Dəli yığıncağı" teatr və televiziya tamaşalarının adları səhvən "Sizi deyib gəlmişəm", "Yollar görüşəndə", "Dəli yıgıncagı" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Od içində", "Uşaqlığın son gecəsi" filmlərinin adları səhvən "Od içində vahə", "Uşaqlıgın son gecesi" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Babamızın babasının babası" filmində Babamızın ədatından sonra səhvən vergül qoyulmuşdur.
Cermenlər
Germanlar və ya germandillilər — müasir Almaniya, Avstriya, Bohemiya və Polşanın qərb hissəsini əhatə edən Germaniya ərazisində III əsrdən IX əsrə qədər yaşamış xalq. Xalqların böyük köçü dövründə german xalqı da Avropaya gəlib çıxmışdır. Bugünkü hollandlar, almanlar və avstriyalılar başda olmaqla ingilislər, flamandlar, Skandinav xalqları (danlar, norveçlilər, isveçlilər, islandlar, farerlilər) və almandilli isveçrəlilər german xalqlarındandır.
Çeyenlər
Çeyenlər - (sui dilində "Özgə dil adamları"), dzi-tsis-tas ("bizim adamlar"; özlərini belə adlandırırlar) - ABŞ-də alqonkinlər qrupuna məxsus hindu xalqı. Çeyenlər şimali və cənubi çeyenlərə bölünürlər. Sayları təqribən 12,5 min nəfərdir. Dilləri alqonkin-mosan dil ailəsinə aiddir; ingilis dili tərəfindən sıxışdırılır. Dindarları xristiandır. Çeyenlərin Avropalılarla əlaqələri XVII əsrin sonlarına təsadüf edir. O zaman çeyenlər indiki Minnesota ştatının ərazisində yaşayırdılar. Məşğuliyyətləri əkinçilik, ovçuluq, balıqçılıq, yabanı çəltik yığımı idi. XIX əsrin əvvəllərində dakotalar tərəfindən Plat çayının yuxarı axarlarına (indiki Nebraska ştatı) sıxışdırılan çeyenlər bizon və antilop (qəzal) ovuna atla çıxmağa başlamıışlar. 1820-ci illərin axırlarında çeyenlərin bir hissəsi Arkanzas çayı boyunda (indiki Kolorado ştatının cənubu) məskunlaşaraq cənubi çeyenlərinəsasını təşkil etmişdi.
Çeçenlər
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.