Mənzər Rəhimli
Mənzər Rəhimli — AMEA akademik M.F.Nağıyev adına kataliz və qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya elmləri namizədi, dosent.
== Elmi fəaliyyəti ==
Mənzər Rəhimli 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini bitirib.
1982-ci ildə kimya ixtisası üzrə aspiranturaya daxil olub, "Dünya Okeanı" problemi üzrə elmi proqramın hazırlanmasında əməyi olub və "Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiya ilə çıxarılması" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirib müdafiə etmişdir.
Mənzər Rəhimli 1992-ci ildə kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
== Əmək fəaliyyəti ==
Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiyasının mexanizmi ilk dəfə M.Ə.Rəhimli tərəfindən təklif olunmuşdur.
Mənzər Rəhimli 7 illik elmi staja malikdir. 17-dən çox elmi əsərin müəllifidir. 8 elmi əsəri müdafiədən sonra dərc olunmuşdur.
42 elmi əsərin müəllifidir. Dəfələrlə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.