Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. Qatılığına görə xəmrə üç cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Cəmrə Sultan
Cəmrə Sultan (1616-1620) - Osmanlı padşahı I Əhmədin Kösəm Sultandan doğulan qızıdır. == Həyatı == I Əhməd və Kösəm Sultanın ən kiçik övladıdır. Böyük qardaşı II Osman tərəfindən çox sevilirdi. Hətta rəvayətə görə, Kösəm Sultan və qızları Mahfiruz Xədicə Sultanın əmrilə Köhnə Saraya sürgün edilərkən, sırf Cəmrə Sultanın istəyilə kiçik şahzadələr də Köhnə Saraya göndərilmişdir. 12 noyabr 1620 tarixində böyük qardaşı Şahzadə İbrahimlə oynayarkən yıxılıb başını divara vurmuş, aldığı zərbədən vəfat etmişdir.
Qatı xəmrə
Qatı xəmrə – nəmliyi 48-50%, son turşuluğu: kəpəkli çovdar unundan hazırlandıqda 13-180N, kəpəksiz çovdar unundan hazırlandıqda isə 11-140N, “kürəciyin suyun üzünə çıxmasına” görə qaldırma qüvvəsi 18-25 dəq. olan qatı konsistensiyalı yarımfabrikatdır (fazadır).. Qatı xəmrə əvvəlcə becərmə dövründə, sonra istehsalat dövründə hazırlanır. Becərmə dövründə qatı xəmrə yalnız bir dəfə hazırlanır, sonrakı istehsalat dövründə isə təkrar istehsal olunaraq təzələndirilir və bu yolla fəal vəziyyətdə saxlanılır. Becərmə dövründə qatı xəmrə üç fazada hazırlanır: I fazada – mayalı xəmrə, II fazada – aralıq xəmrə, III fazada – əsas xəmrə. I fazanın xəmrəsi üç variantda hazırlanır. Birinci variantda mayaların və süd turşulu bakteriyaların təmiz kulturalarından, ikinci variantda quru laktobakterindən, üçüncü variantda isə əvvəl hazırlanmış istehsalat xəmrəsindən (yetişdirilmiş xəmrədən) və preslənmiş mayalardan istifadə edilir. I fazanın xəmrəsini hazırlamaq üçün mayaların və süd turşulu bakteriyaların təmiz kulturaları, yaxud əvvəl hazırlanmış istehsalat xəmrəsi və preslənmiş mayalar müəyyən miqdarda su və un ilə yoğrulur, qıcqırmağa qoyulur. Müəyyən qıcqırma müddətindən sonra I fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və II fazanın xəmrəsi alınır. Müəyyən qıcqırma müddətindən sonra II fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və III fazanın xəmrəsi alınır.
Çəmlə (Tarım)
Çəmlə (az-əbcəd. چمله‎, fars. چمله‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 201 nəfər yaşayır (63 ailə).
Çəmmə (Sultaniyə)
Çəmmə (fars. چمرود‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (11 ailə).
Çərmə (Qars)
Çərmə — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 914 nəfərdir (2022).
Əmrə Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Əmrə Bəlözoğlu
Əmrə Bəlözoğlu (ləzg. Белезрин Белезан хва Эмре, türk. Emre Belözoğlu; 7 sentyabr 1980[…], İstanbul) — Ləzgi əsilli keçmiş türkiyəli futbolçu. Əsli Trabzon şəhərindəndir. Fatih Şehremini Lisəsinin məzunudur. Son dövr Türkiyə futbolunun ən dəyərli futbolçularından biridir. Türkiyə milli futbol komandasının və Türkiyənin Fənərbaxça klubunun yarımmüdafiəçisidir. İnter Milan klubunda uğur qazana bilməsə də, 2004-cü ildə əfsanəvi braziliyalı futbolçu Pelenin tərtib etdiyi "Dünyanın ən böyük 125 futbolçusu" siyahısında yer almışdır.2005-ci ildə İngiltərənin Nyukasl Yunayted FK klubuna transfer olunmuşdur. Bu klubda da uğur qazana bilməyib və 30 may 2008-ci ildə yenidən Fənərbaxçaya geri dönüb. Qalatasaray UEFA Süper Kuboku: 1 (2000) UEFA Kuboku: 1 (2000) 1.
Əmrə Daşdəmir
Emre Taşdemir (8 avqust 1995, Yeniməhəllə ilçəsi) — sol cinah müdafiəçisi kimi çıxış edən türk milli futbolçu. Superliqa komandalarından olan "Qalatasaray"-dan icarə əsasında "Giresunspor"-da çıxış edir.
Yunus Əmrə
Yunus Əmrə (güm. 1241, Kiçik Asiya[d] – güm. 1321, Kiçik Asiya, Akrotiri və Dekeliya) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur. Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur. Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s.
Çəmə (Zəncan)
Çəmə — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 29 km qərbdədir.
Əmrə Mor
Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir. Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı. Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir. 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi.
Əxi Əmrə
Əxi Əmrə (Təbriz – 1409) — Mənşəcə türk olan Azərbaycan sufi alimi. Ömər Xəlvətinin davamçısı Əxi Əmrə Təbrizin Heri qəsəbəsinin Kəlibat kəndində doğulub. Heri və Şirvanda yaşamış və elm təhsilini də bu yerlərdə almışdır. Əmir Teymurun yürüşləri zamanı Heridən köç edərək Anadoluya gəlmiş və Qırşəhərdə məskunlaşmışdır. Bəzi müəlliflər qeyd edirlər ki, ona əxi deyilməsinin səbəbi Əxi Evrənin nəslindən olmasıdır, lakin Mehmet Rıhtım yazır ki, Əxi Evrənin Xoylu olduğunu nəzərə alsaq və Anadoluda yaşayıb öldüyünü düşünsək bu ehtimal zəif xarakter daşıyır. Şeyx Əxi Əmrə 1409–1410-cu ildə vəfat etmişdir. Qəbrinin Qırşəhərdə Təpəviran kəndində və Heri qəsəbəsində Güzərgah körpüsü yaxınlığında xəlvətilər qəbristanlığında olması kimi iki ziddiyyətli məlumat var. Qırşəhərdə Əxi Evrənin xanəgahı və qəbri mövcuddur, lakin Əxi Əmrəyə aid hər hansı bir qəbrə rast gəlinməyib. Mehmet Rıhtım isə qeyd edir ki, Əxi Əmrənin Şirvanda yaşayıb, elə burada da dəfn edildiyini güman etmək olar. Onun vəfatı zamanı Şirvanda Şirvanşah Şirvanşah I İbrahim xan (1382–1417) hakimiyyətdə idi.
Yunus Əmrə Fondu
Yunus Əmrə Fondu (türk. Yunus Emre Vakfı) — Türkiyə fondlarından biri. Fond Türkiyəni, türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, bu istiqamətdə təhsil almaq istəyənlərə ölkə xaricində xidmət göstərmək, Türkiyənin digər ölkələr ilə mədəni əlaqələrini artırıb dostluğunu inkişaf etdirmək məqsədilə Türkiyə Respublikasının 5 may 2007-ci il tarixli və 5653 saylı qanuna əsasən fəaliyyət göstərir. Fondun fəxri heyətinin rəhbəri Turkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül, Qəyyumlar Şurasının nümayəndə heyətinin rəhbəri isə sabiq Xarici işlər naziri Əhməd Davudoğludur. Fonda bağlı olan Yunus Əmrə İnstitutunun bir sıra xarici ölkələrdə türk mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Yunus Əmrə Çeşməsi
Yunus Əmrə Çeşməsi — Bulaq kompleksi Yunus Əmrə şərəfinə inşa edilib. Vyananın Türkenschanzpark parkında yerləşir. 1991-ci ildə Türkiyə Cümhuriyyətinin Avstriyaya hədiyyəsidir.
Yunus Əmrə İnstitutu
Yunus Əmrə İnstitutu — əsas mərkəzi Türkiyənin paytaxtı Ankaranın Altındağ bölgəsinədə yerləşir. İnstitut adını Yunus Əmrə Fondundan götürüb. Fond 5 may 2007-ci il tarixli 5653 saylı qanunla fəaliyyətə başlayıb. == Azərbaycanda == Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi — 2013-cü ilin 13 sentyabr tarixindən rəsmi olaraq fəalliyət göstərir. Direktoru Cihan Özdemirdir. === Tarixi === Azərbaycanın paytaxtı Bakıda institut 2012-ci ilin sentyabrında Bakı Dövlət Universiteti ilə bağlanılmış Türkologiya layihəsi əsasında qurulub. Bakı Yunus Əmrə İnstitutu 2013-cü il 13 sentyabr tarixindən Bakı Dövlət Universitetinin daxilində rəsmi olaraq fəaliyyətə başlayıb. 2013-cü ilin sentyabr ayından 2016-cı ilin yanvar ayınıa qədər Bakı Dövlət Universitetinin daxilində fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından etibarən tədris binasını dəyişərək fəaliyyətini davam etdirir. Bakı Yunus Əmrə İnstitutu Türkiyənin Azərbaycandaki səfirliyinə bağlı olaraq fəaliyyət göstərir.
Cemre
Cemrə — Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemrə
Cemrə — Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.
Çevrə
Çevrə — müstəvidə verilmiş nöqtədən eyni məsafədə olan nöqtələr çoxluğunun əmələ gətirdiyi həndəsi fiqura deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Çevrənin elementləri radius, vətər, diametr və qövsdən ibarətdir. Bir həndəsi cismi formalaşdıran kənarların uzunluqlarının cəmlənməsi ilə əldə edilən bir həndəsi termindir. Çevrənin dərəcə ölçüsü 360°-dir. Çevrə elementar həndəsənin tərkib hissəsidir. Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Çevrənin radiusu diametrinin yarısına bərabərdir. Çevrənin sonsuz sayda radiusu var. Çevrənin istənilən 2 nöqtəsini birləşdirən parçaya vətər deyilir.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi — 2013-cü ilin 13 sentyabr tarixindən rəsmi olaraq fəalliyət göstərir. Direktoru Cihan Özdemirdir. Yunus Əmrə İnstitutu Ankaranın Altındağ bölgəsinədə yerləşir. Yunus Əmrə İnstitutu adını Yunus Əmrə Vəqfindən götürüb. 5 may 2007-ci il tarixli 5653 saylı qanunla Yunus Əmrə Vəqfi öz işinə başlayıb. Azərbaycanın paytaxtı Bakıda institut 2012-ci ilin sentyabrında Bakı Dövlət Universiteti ilə bağlanılmış Türkologiya layihəsi əsasında qurulub. Bakı Yunus Əmrə İnstitutu 2013-cü il 13 sentyabr tarixindən Bakı Dövlət Universitetinin daxilində rəsmi olaraq fəaliyyətə başlayıb. 2013-cü ilin sentyabr ayından 2016-cı ilin yanvar ayınıa qədər Bakı Dövlət Universitetinin daxilində fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından etibarən tədris binasını dəyişərək fəaliyyətini davam etdirir. Bakı Yunus Əmrə İnstitutu Türkiyənin Azərbaycandaki səfirliyinə bağlı olaraq fəaliyyət göstərir.
Nəbahat Çehrə
Nəbahat Çehrə (türk. Nebahat Çehre; 15 mart 1944, Samsun) — məşhur Türkiyə aktrisası. Nəbahat Çehrə 15 mart 1944-cü ildə Samsunda dörd uşaqlı bir ailədə dünyaya gəlib. Ailənin yeganə qızı olan Çehrə ana tərəfdən gürcü, ata tərəfdən laz mənşəlidir. Beş yaşında ikən ailəsi İstanbula köçən Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilmişdir. 1961-ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoydu. 1964-cü ildə Yılmaz Güneylə tanış olub "Kamalı Zeybək" filmində çəkildi və 30 yanvar 1967-ci ildə Yılmaz Güneylə ailə həyatı qurdu. "Ölkə məsələlərindən həyata baxışına qədər hər mövzuda məlumat əldə etməsində Yılmaz Güneyin böyük rolu oldu. O zamanlar ayaqları üzərində dura bilməyən gənc qız, yəni mən işin ciddiyyətini Yılmazdan öyrəndim" deyən Nəbahat Çehrə Güneyin təcrübəsindən çox şey öyrəndiyini bildirmişdir. Bir müddət kinodan uzaq qalan Çehrə, Güneydən boşandıqdan sonra yenidən səhnəyə qayıdır.
Çevrə (həndəsə)
Çevrə — müstəvidə verilmiş nöqtədən eyni məsafədə olan nöqtələr çoxluğunun əmələ gətirdiyi həndəsi fiqura deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Çevrənin elementləri radius, vətər, diametr və qövsdən ibarətdir. Bir həndəsi cismi formalaşdıran kənarların uzunluqlarının cəmlənməsi ilə əldə edilən bir həndəsi termindir. Çevrənin dərəcə ölçüsü 360°-dir. Çevrə elementar həndəsənin tərkib hissəsidir. Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Çevrənin radiusu diametrinin yarısına bərabərdir. Çevrənin sonsuz sayda radiusu var. Çevrənin istənilən 2 nöqtəsini birləşdirən parçaya vətər deyilir.
Çevrə qövsü
Çevrə qövsü — çevrənin üst-üstə düşməyən iki nöqtəsi arasında qalan hissəsidir. Çevrə qövsünün uzunluğunu l ilə, mərkəzi bucağı m ilə, diametri d ilə, radiusu r ilə, çevrənin uzunluğunu L ilə işarə etsək, çevrə qövsünün uzunluğu aşağıdakı kimi hesablanar: l = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } L = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } 2 π {\displaystyle \pi } r = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } π {\displaystyle \pi } d. π {\displaystyle \pi } ≈ {\displaystyle \approx } 3,14 (Pifaqor sabiti. π {\displaystyle \pi } = L / d).
Emre Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi == Həyatı == Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. == Karyerası == Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Emre Belözoğlu
Əmrə Bəlözoğlu (ləzg. Белезрин Белезан хва Эмре, türk. Emre Belözoğlu; 7 sentyabr 1980[…], İstanbul) — Ləzgi əsilli keçmiş türkiyəli futbolçu. Əsli Trabzon şəhərindəndir. Fatih Şehremini Lisəsinin məzunudur. Son dövr Türkiyə futbolunun ən dəyərli futbolçularından biridir. Türkiyə milli futbol komandasının və Türkiyənin Fənərbaxça klubunun yarımmüdafiəçisidir. İnter Milan klubunda uğur qazana bilməsə də, 2004-cü ildə əfsanəvi braziliyalı futbolçu Pelenin tərtib etdiyi "Dünyanın ən böyük 125 futbolçusu" siyahısında yer almışdır.2005-ci ildə İngiltərənin Nyukasl Yunayted FK klubuna transfer olunmuşdur. Bu klubda da uğur qazana bilməyib və 30 may 2008-ci ildə yenidən Fənərbaxçaya geri dönüb. == Müvəffəqiyyətləri == Qalatasaray UEFA Süper Kuboku: 1 (2000) UEFA Kuboku: 1 (2000) 1.
Emre Can
Emre Can (türk. Emre Can; 12 yanvar 1994, Frankfurt-Mayn, Hessen) — əslən türk olan, Almaniya futbolçusu. Hal-Hazırda Borussia Dortunda oynayır.
Emre Mor
Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir. Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı. == Həyatı == Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir. == Komanda karyerası == === Norşellann FK === 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi.
Emre Sakçı
Hüseyin Emre Sakçı (d. 15 noyabr 1997) — Türkiyəli üzgüçü. Hüseyin Emre Sakçı Türkiyəni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Hüseyin Emre Sakçı birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.01 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Emre Aşık
Emre Aşık (13 dekabr 1973, Bursa) müdafiə mövqeyində oynayan keçmiş türk milli futbolçusudur. == Futbol karyerası == === Klub komanda karyerası === Sönməz "Filamentspor"da oynamağa başlayıb və 1992-ci ildə peşəkarlaşıb. 1992-93 mövsümündə "Balıkesirspor" da olarkən aşkarlanıb. 1993-94 mövsümündə 20 yaşında Fənərbaxçaya keçdi. O, 1996-cı ildə "Fənərbaxça"dan "İstanbulspor"a təmənnasız transfer olunub. 4 ildən sonra Qalatasaray ilə müqavilə imzaladı. Avropada çox uğurlu günlər keçirən “Qalatasaray”ın müdafiəsində Əmrə kapitan Bülentlə möhkəm ikili formalaşdırıb. 2003-cü ilin avqustunda "Beşiktaş"a keçib. 2005-ci ildə baş məşqçi Rıza Çalımbay tərəfindən heyətdən kənarlaşdırıldı. 2006-cı ilin fevralında keçmiş klubu "Qalatasaray"la 2,5 illik müqavilə imzalayıb.
Emrə Kınay
Emre Kınay (5 mart 1970, İstanbul) — Türk aktyor. == Həyatı == Dostlar Teatrı, Bakırköy Bələdiyyə Teatrı kimi icmalarda çalışan sənətçi müxtəlif film və seriallarda da rol alır. Yaradıcısı olduğu Duru Teatr qrupunda hələ də tamaşalar və seriallarda oynayır. O, "Yılan hikayesi" serialında canlandırdığı "Erkan Ağa" və "Yeditepe İstanbul" serialında canlandırdığı "Yusuf" obrazları ilə tanınıb. Üç qız atasını canlandırdığı və baş rolu İclal Aydınla paylaşdığı “İki Aile” serialı ilə daha geniş dairələrdə tanınıb. O, "Güneşi Beklerken" serialında basketbol müəllimi "Cihan" obrazını canlandırıb, daha sonra "Lise" serialında məktəbə qayıdan hüquqşünas rolunu canlandırıb. O, 2015-2016 mövsümündə yayımlanan "Güneşin Kızları" serialında "Haluk" obrazını canlandırıb. 2019-cu ildə Türkiyə Yerli Seçkilərində İYİ Partiya tərəfindən İstanbul Kadıköy Bələdiyyə Başçılığına namizədliyi irəli sürülüb. Lakin o, 12,66 faiz səs toplayaraq seçkidə qalib gələ bilməyib. O, yarışı 3-cü yerdə başa vurub.
Emre Yıldırım
Emre Yıldırım (1 yanvar 2002, Dənizli) – "Denizlispor"da müdafiəçi kimi çıxış edən peşəkar futbolçu. Türkiyədə anadan olub, Azərbaycanı beynəlxalq səviyyədə təmsil edir. == Karyerası == Yıldırım "Sarayköy 1926" və "Dənizlispor"un gənc yetirməsidir və ilk peşəkar müqaviləsini 2021-ci ilin yanvarında "Dənizlispor" ilə imzalayıb. O, 15 mart 2021-ci ildə "Fatih Karagümrük"ə 5–1 hesabı ilə uduzduqları Super Liqada Dənizlispor ilə peşəkar debüt edib. == Beynəlxalq karyera == Yıldırım 2018-ci ilin mart ayında Türkiyə U16 komandasının düşərgəsinə çağırılıb. O, 2020-ci ilin oktyabrında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını bir cüt yoldaşlıq görüşündə təmsil edib.
Gərmə
Gərmə — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Həmzə
Ərəb əlifbasına məxsus diakritik işarə. Həmzənin (ء) öz səsi yoxdur, yalnız hərəkə ilə işlənəndə səs ifadə edir. Bu bir neçə ildə, İranda Ərəb qrafikalı Azərbaycan əlifbalı Azərbaycan dilində çalışanlar həmzəni bir səsli hərf kimi işlətməyə çalışırlar.[mənbə göstərin] Həmzəylə gələn hərflər və onların səsləri: Gündəlik Azərbaycan-ərəb mətnlərində çox yazılan həmzə ئـ (ye) həmzəsidir ki I, ı və E, e səsi verir. Həmzə başda gələndə əlif ilə gəlir.
Həzrə
Həzrə (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Həzrə (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Kəkrə
Kəkrə (lat. Acroptilon) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kəmrəz
Kəmrəz — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == KƏMRƏZ — İrəvan xanlığının Qırxbulaq nahiyəsində, sonra İrəvanquberniyasının İrəvan qəzasında kənd adı. 1590-cı ilə aid türkcə mənbədə və 1728-ci ilə aid mənbədə Kəmris kimidir. XIX əsrin sonlarına aid mənbədə Qəmriz kimidir. 1978-ci ildə kənd ermənicə Kamaras adlandırılmışdır. XVII əsrə aid ermənicə mənbədə isə Qəmrəs yazılmışdır. Yerli əhali içərisində tələffüz forması Kəmrizdir. Lakin XIX əsrin sonlarına aid ədəbiyyatda da kənd Qəmriz yazılmışdır. == Toponimi == Türk dillərində qəm, kəm, "çay", "dərə" və arıs "tayfanın hissəsi" sözlərindəndir. Toponimin tərkib hissəsini təşkil edən kəm sözü XIX əsrdə Stavropol quberniyasının Açi-Kulak dairəsində Kəm-Tübə (dağ adı), Ter əyalətinin Nalçik dairəsində Kəm (kənd adı), İrəvan quberniyasının Novobayazid qəzasında Kəm dərəsi (dərə adı), Zəngəzur qəzasında Kəm-Bil, Kəmdağı toponimlərində də vardır.
Kəmər
Kəmər (geyim)
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Məzrə
Azərbaycanda Məzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Naxçıvan-Babək)-Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Babək rayonunda kənd. Ermənistanda Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
Qəmzə
Qəmzə — bəzi insanların gülümsədikləri zaman yanaqlarında altdakı ət səbəbiylə çıxan dəridə görünən çuxurlar. Ölü hüceyrələr səbəbindən yanaqda çökmə meydana gəlir. Ümumən, qəmzələr cəmiyyətlərdə cəlbedici görünür. Körpələr tez-tez qəmzəlidirlər, daha sonra əzələlərin yaşın irəlləməsi ilə birlikdə uzanmasıyla çox vaxt yox olur və ya naməlum olurlar. Nəticə etibarıyla, yetkinlərə görə, qəmzələr ümumən xoşluq və məsumiyyət simgələridir. Qəmzə irsi xarakter daşıyır və basqın genlərlə daşınır. Eyni zamanda qız adıdır.
Sədrə
Sədrə — zərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini. Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar. "Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.