Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çeçencə
Çeçen dili (нохчийн мотт) — Nax dillərindən biri, çeçenlərin milli dili. Çeçen dili Çeçenistanda, İnquşetiyada, Dağıstanın Xasavyurt rayonunda, Gürcüstanın Əhməd rayonunda yayılmışdır. 2010-cu ilin siyahıyaalmasına əsasən Rusiyada çeçen dilində danışanların sayı 1 354 705 nəfər olmuşdur. Çeçen dili yayılma dərəcəsinə görə Rusiyada beşinci yeri tutur (rus, ingilis, tatar və alman dillərindən sonra). Çeçenistanın rəsmi, Dağıstanın isə ədəbi dillərindən biridir.
Çeçenlər
Çeçenlər - Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Çeçen

Çelenc Kuboku
Avropa Qadınlar CEV Çelenc Kuboku — Kişilər arasında Çelenc Kuboku
Pyotr Zaxarov Çeçenes
Pyotr Zaxarov Çeçenes (rus. Пётр Захарович Захаров-Чеченец; 18 sentyabr 1816, Dadi-yurt[d] – 15 sentyabr 1846, Moskva) — Rusiyalı çeçen rəssam. Onun XIX əsrdə çeçenlər içərisindəki tək rəssam olduğu düşünülür. == Həyatı == 1819-cu ildə Qafqaz müharibəsi zamanı rus qoşunları çeçen kəndi Dadiyurtda ölmüş bir qadın və ölümcül yaralanmış üç yaşlı körpəni tapdı. Rusiya ordusunun baş komandanı Aleksey Petroviç Yermolov həkimlərin onu xilas etməyin mümkünsüz olduğunu deməsinə baxmayaraq,körpəni xilas etmək üçün mümkün olan hər şeyi etməyi əmr etdi. Bütün ehtimallara rəğmən körpə sağ qaldı. Körpə böyüdülməsi üçün kazak Zaxar Nedonosova verildi. Bu kazak adından körpə soyadını və atasının adını aldı. Daha sonra Pyotr etnik kimliyini göstərmək üçün onun soyadına “çeçenes” sözünü əlavə etdi. Yeddi yaşında Pyotr Aleksey Petroviç Yermolovun əmisi oğlu, Gürcüstan Qrenader alayının komandiri, general-mayor Pyotr Yermolov tərəfindən övladlığa götürüldü.
Çeçen adası
Çeçen — Xəzər dənizinin şimal-qərbində yerləşən, Çeçen arxipelaqının ən iri adası. Çeçen keçidi ilə Aqraxan yarımadasından və Kiçik Bazar, Piçujonok və Yaiçnı adalarından ayrılır. İnzibati cəhətdən Dağıstanın Kirov rayonu Mahaçqala şəhəri ərazisinə daxildir. == Coğrafiyası == Adadan şərqdə Prıqunki adası, cənubda isə Bazar, Piçujonok və Yaiçnıy adalarından yerləşir. Adalar öz aralarında kiçik boğazlarla ayrılır. Yaiçnıy adasını Aqraxan yarımadasından Lopatinski keçidi boğazı vastəsi ilə ayrılır. Adanın qərbində Çeçen (kənd) yaşayış məntəqəsi yerləşir. Sahil xətti dənizin səviyyəsindən asılı olaraq dəyişir. Onun uzunluğu 15 km, eni 10 km təşkil edir. Sahəsi 55 km²-dir.
Çeçen dili
Çeçen dili (нохчийн мотт) — Nax dillərindən biri, çeçenlərin milli dili. Çeçen dili Çeçenistanda, İnquşetiyada, Dağıstanın Xasavyurt rayonunda, Gürcüstanın Əhməd rayonunda yayılmışdır. 2010-cu ilin siyahıyaalmasına əsasən Rusiyada çeçen dilində danışanların sayı 1 354 705 nəfər olmuşdur. Çeçen dili yayılma dərəcəsinə görə Rusiyada beşinci yeri tutur (rus, ingilis, tatar və alman dillərindən sonra). Çeçenistanın rəsmi, Dağıstanın isə ədəbi dillərindən biridir.
Çeçen düzənliyi
Çeçen düzənliyi (rus. Чече́нская равнина, çeç. Нохчийн аре) — Şimali Qafqazın cənubunda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən düzənlik. Maksimum uzunluğu 110 km, maksimum eni 40 km-ə qədərdir. Çınqıllardan ibarətdir. Əsasən Çeçenistan Respublikası ərazisində, daha az hissəsi İnquşetiyada yerləşir. Bura Çeçenistan əhalisinin çoxunun cəmləşdiyi ərazidir.Düzənlik şimalda Terek, Sunja və Qroznı dağ silsilələri, qərbdə Nazran yaylası, şərqdə Qudermes dağ silsiləsi, cənubda Böyük Qafqaz dağları ilə əhatə olunmuşdur.Çeçenistan və İnquşetiyanın ən böyük şəhərləri Çeçen düzənliyində yerləşir: Qroznı, Urus-Martan, Şalin, Arqun, Qarabulaq. == İstinadlar == == Əlavə ədəbiyyat == Рыжиков, Валентин Васильевич. География Чечено-Ингушской АССР (30000 nüs.). Гр.: Чечено-Ингушское книжное издательство.
Çeçen mayakı
Çeçen mayakı — Xəzər dənizinin şimal-qərb hissəsində yerləşən Çeçen adasında mayak. Mayak 1863-cü ildə İngilis inşaatçılar tərəfindən inşa edilmişdir. Çeçen adasının yeganə tarixi abidəsidir. Mayak strateji obyekt statusuna malikdir. == Tarixi == Çeçenistan adasının qərb ucunda, Xəzər dənizinin qərb sahilində, Aqraxan yarımadasından üç mil şimalda, Çeçen mayak ucaldılıb.Çeçen adasındakı mayak haqqında ilk məlumatlar, Rusiyaya səyahət edən və 1636-1638-ci illərdə Səfəvilər dövlətinə yollanan Şlezviq-Holşteyn səfirliyinin tərkibində olan alman səyyahı Adam Olearinin "Moskva səfərinin təsviri" əsərində qeyd edilmişdir Adam Oleari, bu adanın uclarından birində dörd dirəyin bir-birinə bağlandığını və onların üzərinin budaqları ilə örtüldüyünü bildirirdi. Адам Олеарий сообщал, что на Onların yanında gecə alovlandırılan iki böyük çuxur da vardı. Məlumdur ki, "dəniz gəmilərinin keçməsi üçün" adadakı alov haqqında 1723-cü ildə "dənizçilərin qeydlərində bir növ mayak təsvir edilirdi".Yerli diyarşünasların məlumatına görə, indiki mayakın yerində kiçik bir taxta mayak mövcud olmuşdur. Qeyd edək ki, hazırkı mayak Çeçen adasının yeganə tarixi abidəsidir. Masajın hündürlüyü dəniz səviyyəsindən 41,1 metrdir. == Tikintisi == 1855-ci ildə Həştərxan limanının komendantı, 1 -ci dərəcəli kapitan R.Q.Maşin, Xəzər dənizinin sahillərini araşdıraraq "dənizçilərin ada ilə paralel sahil boyunca şərqə doğru uzanan qayalardan qorunmasını" təklif etdi.
Çeçen musiqisi
Çeçen musiqisi cənubdan Dağıstan xalqları, qərbdən Gürcüstan və Şimali Osetiyanın etnik qrupları ilə qarşılıqlı təsir zəminində inkişaf etmişdir. Milli musiqi ənənələri şifahi xalq yaradıcılığı abidəsi olan "Nart" eposundan qaynaqlanır. Çeçen xalq mahnı və rəqs melodiyaları, instrumental musiqisi janr etibarilə rəngarəngdir (laduqlu yiş, xalxaran yiş). Yiş tipli mahnıların mətni ifaçılar tərəfindən tamam və ya qismən improvizə olunur (məzəli – zabariyn yiş, beşik mahnısı – aqanan yiş). Kişi xorunun ifasında dini məzmunlu mahnılar xüsusilə qeyd olunmalıdır (nəzm, zikr). Xalq mahnılarının solo, xor, birsəsli və çoxsəsli ifası ənənələri mövcuddur. Bəzi spesifik janrlı mahnılardan (laylalar, ağılar) başqa, hamısı instrumental müşayiətlə ifa olunur. Zərb aləti gema, nəfəsli tsuzam, dutra, máa, şedaq qədim xalq çalğı alətləridir. XIX əsrin 80–90-cı illərindən komuz (kexat-pondur, yəni Qafqaz qarmonu) çeçenlərin ən populyar aləti olmuşdur. Zurna, iki tərəfli təbil, bayan, akkordeon, gitara geniş yayılmışdır.
Çeçen naxarı
Naxar (çeç. Нахар; Náxar) — 1991 — 2007 illərdə mövcud olmuş tanınmayan müstəqil İçkeriya Respublikasının valyutası. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çeçen qaçqınları
Çeçen qaçqınları — İki Çeçenistan müharibəsi səbəbindən on minlərlə çeçen Çeçenistanı tərk edərək Rusiyanın müxtəlif bölgələrində, eləcə də yaxın və uzaq xaricdə məskunlaşmaq məcburiyyətində qalır. == Rusiyada == Daxili Yerdəyişmə Monitorinq Mərkəzinin məlumatına görə 1990-cı ildən bəri yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətin olmuşdur. Bu rəqəmə 2008-ci ilə qədər evlərini tərk edən və onlara qayıtmayan Çeçenistanın yerli əhalisinin əksəriyyəti (təxminən 300 min insan, əksəriyyəti ruslar, həm də ermənilər, inquşlar, gürcülər, ukraynalılar və bir çoxları daxildir.) daxildir. Bir çox çeçen də Moskvaya və Rusiyanın digər şəhərlərinə köç etmişdir. Norveç Qaçqınlar Şurasının apardığı bir araşdırmaya görə, təxminən 139.000 çeçen Rusiya Federasiyasının müxtəlif bölgələrində məskunlaşıb. === İnquşetiyada === Qonşu İnquşetiyaya böhranın ən qızğın çağında, 2000-ci ildə İkinci Çeçen müharibəsinin başlamasından sonra təxminən 240 min qaçqın gəlir. Bu zamanlar respublikanın müharibədən əvvəlki əhalisini 300 min nəfər olduğu halda, müharibə başladıqdan sonra isə iki qat artır. Bu vərəm epidemiyasına səbəb olur. İkinci Çeçenistan müharibəsinin birinci ilində təxminən 325 min insan İnquşetiyaya gəlir. 1999-cu ilin noyabr ayına qədər respublikada təxminən 185 min insan, 2000-ci ilin iyun ayına qədər isə 215 min nəfər qaşqın vardı.
Çeçen teatrı
Çeçenistanda qədim mərasimlərdə (toy, bayram, dəfn və s.) teatr sənəti elementləri olmuşdur. XX əsrin 30-cu illərindən özfəaliyyət, sonra isə professional teatr sənəti inkişaf etmişdir. 1931-ci ildə Qroznıda çeçen teatr studiyası yaradıldı. Studiyanın tədris repertuarına S. Baduyevin pyesləri daxil idi. Teatrın debütü onun “Qırmızı qala” əsəri ilə olmuşdur (1933). Çeçen və inquş teatr studiyaları əsasında 1934-cü ildə Çeçen-İnquş Dram Teatrı yaradılmışdır. Çeçen milli teatrının formalaşmasında Azərb. rej.-larının (A. Tuqanov, M. Əlili) böyük rolu olmuşdur. M. Esembayevin iştirakı ilə “Azərbaycanfilm” kinostudiyasında “Mən rəqs edəcəyəm” (1963) bədii filmi çəkilmişdir. Teatr xadimləri:Y. Zubayrayev, T. Əliyeva, A. İsayeva, X. Xakişeva, A. Həmidov, V. Tatayev, X. Mustafayeva və b.
Birinci çeçen müharibəsi
Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi. == Tarixi == 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar.
Rus-Çeçen müharibəsi

Rus-çeçen münaqişəsi
Rus-çeçen münaqişəsi (rus. Чеченский конфликт, Çeçenskiy konflikt) - Rusiya (bir müddət Sovet İttifaqı) dövləti ilə müxtəlif çeçen qüvvələri arasında çox vaxt silahlı, əsrlər boyu davam edən qarşıdurmadır. Formal hərbi əməliyyatların 1785-ci ilə uzanmasına baxmayaraq, münaqişənin kökləri daha uzaq keçmişdə axtarıla bilər.Rusiya İmperiyası əvvəllər müttəfiqi Gürcüstan və onun düşmənləri olan Səfəvilər və Osmanlı İmperiyasına bir keçid nöqtəsi olması xaricində, Şimali Qafqazın özünə çox az maraq göstərmişdi, lakin Rusiyanın bölgədəki fəaliyyəti ilə əlaqəli artan gərginlik çeçenlərin Rusiya varlığına qarşı 1785-ci ildə üsyanı ilə nəticələndi. Bu hadisələri daha sonrakı toqquşmalar və 1817-ci ildə başlayan Qafqaz müharibəsi izlədi. Rusiya yalnız 1864-cü ildə çeçen üsyançıları yatırtmağa müvəffəq oldu. Rusiya vətəndaş müharibəsi dövründə çeçenlər və digər Qafqaz xalqları 1921-ci ildəki sovetləşməyə qədər bir neçə il müstəqillik şəraitində yaşayırdılar. İkinci Dünya müharibəsi zamanı almanların Qafqazı işğalını Sovet rejiminə qarşı üsyan fürsəti olaraq görən çeçenlər, buna cavab olaraq 1957-ci ilə qədər geri qayıda bilmədikləri və və qalmaq məcburiyyətində olduqları Orta Asiyaya sürgün edildilər Çeçenlərlə Rusiya hökuməti arasında ən son münaqişə 1990-cı illərdə baş verdi. 1991-ci ildə Sovet İttifaqı dağılanda çeçen separatçıları müstəqilliklərini elan etdilər. 1994-cü ilin sonlarında Birinci Çeçenistan müharibəsi başladı və iki il davam edən döyüşlərdən sonra Rusiya qüvvələri bölgədən çıxdı. 1999-cu ildə döyüşlər yenidən başladı və növbəti il ​​Rusiya təhlükəsizlik qüvvələri Çeçenistan üzərində tam nəzarəti əldə etdi.
Çeçen-Rus Müharibələri
Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi. == Tarixi == 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar.
Pərəncə
Pərəncə(ərəb. برقع‎) (sinonimi: yapıncı, tək-tük hallarda çadra) — müsəlman ölkələrində, ələlxüsus Mərkəzi Asiya və Yaxın Şərqdə xalatı xatırladan və yalançı qolları olan, eləcə də üzü örtmək üçün torcuğu olan qadın üst geyimi.İranın cənubunda niqab kimi geyimə ki rəngli dekorasyonları var,pərəncə (burqa) deyilər. == Qalereya == == Qaynaqlar == الشامسی، عبدالله، بن نجیب. الألبسة الشعبیة فی دولة الامارات العربیة المتحدة. اتحاد کتاب ادباء الامارات، سال ۱۹۹۱ میلادی.
Çərəcə
Çərəcə — Azərbaycan Respublikasının Göyçay rayonunun Cərəcə inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay çayının sol sahilində, Göyçay-Ucar avtomobil yolu kənarında yerləşir. == Əhalisi == Kənd əhalisinin sayı 735 (2009) nəfərdir. == Toponomikası == XVIII əsrin birinci yarısında Nadir şahın Hindistana yürüşü zamanı vətəgələrdə işləmək üçün Çərəcə əyalətindən göndərdiyi türkləşmiş seyidlər Azərbaycanın müxtəlif rayonlarına yayılmışlar. Güman edilir ki, yaşayış məntəqəsini həmin əyalətdən köçürülmüş ailələr saldığı üçün kənd belə adlandırılmışdır. == Din == Kənddə Çərəcə kənd məscidi dini icması fəaliyyət göstərir.
Çətənə
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir. Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir.
Velençe gölü
Velençe gölü (ing. Lake Velence, mac. Velencei-tó) — Macarıstanda üçüncü ən böyük göl. Macarıstanın ən məşhur turistik məkanlarından biridir. Gölün ümumi sahəsi km²-dir və ərazinin üçdə biri qamışlıqla örtülmüşdür. Günəşli iqliminə görüə Avropanın ən isti göllərindən biridir: yayda onun temperaturu 26-28 °C-ə çatır. == Coğrafiyası == Velençe gölü Feyer əyalətində yerləşir.
Çeçen Dövlət Universiteti
Çeçen Dövlət Universiteti (çeç. Нохчийн пачхьалкхан университет) — Rusiya tərkibindəki Çeçenistan Respublikasının Qroznı şəhərində klassik universitet. == Tarixi == === SSRİ dövrü === Universitetin tarixi 7 fevral 1938 -ci ildə, Qroznı şəhərində Qroznı Müəllimlər İnstitutunun əsasının qoyulmasına vaxta təsadüf edir. İnstitutun tələbə kontingenti 120 nəfər idi. 1 sentyabr 1938-ci ildə müəllimlər institutu Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutuna çevrilmişdir. İnstitutun filologiya, tarix və fizika-riyaziyyat fakültələri var idi. İkinci Dünya müharibəsi başlayandan sonra institutun avadanlığı evakuasiya edilmişdir. Buna baxmayaraq, 1943-cü ilin ortalarında təhsil müəssisəsinin bərpasına başlanmışdır.1955-ci ildə institut üçün böyük bir tədris binası tikilmişdir. 1957-ci ildə fizika və riyaziyyat fakültəsi üçün emalatxanalar gətirilmişdir. 1956-cı ildə institut bədən tərbiyəsi fakültəsini, 1958-ci ildə ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini, 1960-cı ildə təbiət-coğrafiya fakültəsini və 1962-ci ildə xarici dillər fakültəsini açmışdır.
Çeçen İçkeriya Prezidenti
Çeçen İçkeriya Prezidenti — 1991-2007-ci illərdə mövcud olmuş İçkeriya Respublikasının prezidentidir.
Çeçen İçkeriya Respublikası
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
İkinci Çeçen müharibəsi
İkinci çeçen müharibəsi (rus. Втора́я чече́нская война́) — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq 26 avqust 1999-cu il tarixində ekstremist qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə Çeçenistan və Şimali Qafqazın sərhəd bölgələrində Rusiya Federasiyası tərəfindən başladılmış hərbi əməliyyatlar. Müharibənin aktiv fazası döyüşlərin başladığı tarixdən 2000-ci ilin may ayına qədər davam etmişdir. 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş Birinci Çeçenistan müharibəsinin davamı oldu. == Tarixi == 1 oktyabrda Rusiya qoşunları Çeçenistan ərazisinə daxil olmuşdur. Müharibə Çeçen İçkeriya Respublikasının de fakto müstəqilliyini itirməsi və Rusiyanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatmışdır. Döyüş əməliyyatları çərçivəsində Rusiya Ordusu və rus yönümlü çeçen qüvvələri separatçı çeçenlərlə açıq döyüşlərə girmiş, 1999-cu ilin sonlarından 2000-ci ilə qədər olan müddətdə paytaxt Qroznı şəhəri tam mühasirəyə alınmışdır. Bəzi çeçen separatçıları Rusiya ərazisində mülki əhaliyə qarşı hücumlar həyata keçirmişdir. Beynəxalq müşahidələrə əsasən bu cür hücumlar nəticəsində həm Rusiya, həm də çeçenlər tərəfindən insan hüquqlarının pozulması aktları qeydə alınmışdır. 2000-ci ilin mayında rusların Çeçenistanda hakimiyyəti ələ keçirməsinə baxmayaraq, çeçenlər Şimali Qafqazın başqa bölgələrində müqaviməti davam etdirirdilər.
İçkeriya Çeçen Respublikası
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
Çeçeni̇stan Milli Kitabxanası
Çeçeni̇stan Milli Kitabxanası — 1904-cu ildə Qroznıda yaradılmış ilk Ümumaçıq kitabxanadır. 1920-ci il Sovet hakimiyyəti dövründə dövlət kitabxanasına çevrilmişdir. Çeçen-İnquş Muxtar Vilayəti yarandıqdan sonra (1934) Vilayət kitabxanası statusu alır. Metodik və səyyar fond şöbələri yaradılır. 1936-cı ildə Muxtar Respublika yaradılması ilə əlaqədar respublika kitabxanasına çevrilir. 1939-cu ildən respublika ərazisində çap olunan nəşrlərdən (2 nüsxə) məcburi nüsxələr almağa başlayır. Müharibə illərində kitabxana 35 min nüsxə ədəbiyyatı hərbi hissələr vermişdir. 1944-cü ildə Muxtar Respublika ləğv edildikdən sonra kitabxana A.P.Çexov adına Qroznı vilayət kitabxanasına çevrilir. 1990-cı illərin əvvələrində kitabxananın fondu 2,6 milyon nüsxədən çox olmuşdur.Respublikada gedən hərbi əməliyyatlar zamanı kitabxananın binası və fondu məhv edilmişdir. 2000-ci ildə kitabxana bərpa olunur və 2003-cü ildə fondu 15 min nüsxəyə çatmişdır.
Kənaf (Çətənə)
Çətənə kəndiri
Kənafabənzər kəndir; Çətənə kəndiri (lat. Apocynum cannabinum) - kəndir cinsinə aid bitki növü. == Sinonim == Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Qazaxıstanda çətənə
Qazaxıstanda çətənə — qanunsuz narkotiklərə aid edilir. Onun istifadəsi, saxlanması, yayılması və istehlaka sövq edilməsinə görə Respublika Cinayət Məcəlləsinin 296, 297, 298, 299-cu maddələrinə uyğun olaraq cinayət məsuliyyəti nəzərdə tutulur. 300-cü maddə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz becərilməsinə görə də cəza nəzərdə tutur. Çuy vadisi, çöl çətənəsinin böyüdüyü məkandır. Ölkə ərazisində, xüsusən də Çuy vadisində çoxlu miqdarda psixotrop xüsusiyyətlərə malik yabanı çətənə bitkisi bitir ki, onun əsasında 5000 tona yaxın marixuana və 40 ton həşiş istehsal oluna bilər. Mədəni çətənə Jambil vilayətində, eləcə də Qazaxıstanın digər bölgələrində, məsələn, Qızılorda və Almatı vilayətlərində yetişdirilir. Çətənənin Rusiyaya tranziti respublika ərazisindən həyata keçirilir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, marixuananın 93%-i ölkəyə Qazaxıstandan gətirilir.
Birinci Çeçen-Rus Müharibəsi
Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi. == Tarixi == 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar.
Çeçen İçkeriya Respublikası prezidenti
Çeçen İçkeriya Prezidenti — 1991-2007-ci illərdə mövcud olmuş İçkeriya Respublikasının prezidentidir.
HMS Defence (1763)
Əlahəzrətin gəmisi Defens (ing. Her or His Majesty’s Ship Defence (1763) — Kral donamasına məxsus 74-toplu III ranq xətt gəmisi. Plimut tərsanəsində 15 dekabr 1758-ci ildə sifariş verilmiş və 31 mart 1763-cü ildə suya salınmışdır.. "Defence" ingilis dilindən tərcümədə "müdafiə" mənasını verir. == Xidməti == == ABŞ İstiqlal müharibəsində == 1780, 8 yanvar — Finister burnu və Sent-Vinsent burnu yaxınlığındakı döyüşlərdə iştirak etmiş. 1782 — Kapitan T. Nyuman (ing. T. Newman), Rocer Bikertonun (ing. R. Bickerton) eskadriliyasında. 1783 — Şərqi Hindistan: Kuddalor yaxınlığındakı döyüşdə. 1784 — Kommander Endrü Mitçel (ing.