BAŞDAN-BAŞA

zərf Bütünlüklə, tamamilə, hər yeri, hər tərəfi; bütöv, tamam, səlt. Ət deyil, başdan-başa yağdır. Onun dedikləri başdan-başa səhvdir. Şəhərə başdanbaşa asfalt döşənmişdir. Dəniz başdan-başa buzlarla örtülmüşdür. – Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik.
Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq.
Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun! S.Vurğun.
O səhra ki başdan-başa tikandı, qumdu; Döndü sərin kölgə salan sərvliklərə. Ə.Cəmil.

□ Başdan-başa süzmək – hər tərəfini, hər yerini gözdən keçirmək, istehzalı və ya şübhəli nəzərlə başından-ayağına qədər baxmaq. Nəhayət, hacı gəldi.
İçəri girincə əvvəlcə otağı bir quşbaxışı ilə başdan-başa süzdü. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞDAN-BAŞA BAŞDAN-BAŞA Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun (S.Vurğun); BAŞDAN-AYAĞA O ki qaldı axund Molla İman, onun fikri başda
  • BAŞDAN-BAŞA bütünlüklə — tamamilə
BAŞDAN-AYAĞA
BAŞDANSOVDU
OBASTAN VİKİ
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.

Digər lüğətlərdə