Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir. Priya Çopra isə varlı ailədən olan dizaynerdir.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə).
Ökü
Ökü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Tanrı öldü
" Tanrı öldü " ( Almanca : Gott ist tot</img> Gott ist tot ) Fridrix Nitsşe, Tanrı öldü! ifadəsini ilk dəfə "Şən Elm" əsərində istifadə etmişdir. Nitsşe Şən Elm kitabında bunları demişdir: Tanrı öldü.Tanrıdan geriyə yalnız bir ölü qalıb.Və biz onu biz öldürdük.Özümüzü necə təsəlli edək, biz qatillərin, qatilləri?Dünyanın indiyədək sahib olduğu şeylərdən ən müqəddəs və ən qüdrətli nə idi ki, bıçaqlarımız altında qanımız axdı: bu qanı bizdən kim siləcək?Özümüzü təmizləyə biləcək hansı su var?Hansı kəffarə bayramlarını, hansı müqəddəs oyunları icad etməli olacağıq?Bizim üçün çox böyük deyilmi, bu əməlin izzəti?Ona layiq olmaq üçün biz də tanrı olmamalıyıqmı? Nitsşe bu kəlamdan "Zərdüşt belə deyirdi" əsərində də istifadə etmişdir. Nitsşe, bunu nihilizm əsrinə giriş olaraq göstərmiş və Tanrını öldürənin məhz biz olduğumuzu demişdir. "İndi hara gedirik? Bütün günəşlərdən uzağamı? Dayanmadan yıxılmırıqmı? Önə, arxaya, sağa, sola, hər yerə yıxılmırıqmı? Hələ də yüksəklik və alçaqlıq qavramları mövcuddurmu?
Ölü buz
== Ölü buz == Ölü buz (və ya ölü buzlaq)-buzlağın qidalanmasının azalması ilə əlaqədar sürətlə geri çəkilməsi nəticəsində ondan ayrılaraq, hərəkətsiz qalan buz kütləsinə deyilir. Səthi buzlaq çöküntüləri (morenlərlə) ilə örtüldükdə ərimədən, hərəkətsiz qalaraq ölü buza çevrilir. Azərbaycanda Bazar düzü dağının yamacında yerləşən "Murkar" buzlağı ölü buzdur.
Ölü dil
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
Ölü dillər
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
Ölü dəniz
Ölü dəniz — (ivr. ‏ים המלח‏‎) (ərəb. الند الهدت‎) İsrail və İordaniya arasında axarı olmayan duzlu göl. İsrail və İordaniya özlərinin turizm cəhətdən mühüm əhəmiyyət kəsb edən məkanlarından olan Ölü dənizi itirmərədirk üz. Dənizin öz səviyyəsinin enməsinə və suyunun azalmasına səbəb kimi əsas su mənbəyi olan İordan çayının genişlənməsi göstərilir. Yəni çay daha geniş ərazidən fırlanaraq və əkin sahələrini suvararaq gəldiyi üçün əvvəlki dövrlərlə müqayisədə daha az su kütləsini bura gəlib çatırdırır. Həmçinin bu dənizdən qiymətli minerallar əldə olunur. Ölü dəniz dünyanın ən alçaq yeri kimi Yer planetində məşhurdur. Bununla yanaşı dünyada duzlu yer kimi də ad qazanmışdır.Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir. Özünün müalicəvi effektlərinə görə bu suyun ətrafında çoxsaylı kurort müəssisələri və spa mərkəzləri açmışlar.
Ölü dərə
Ölü dərə - /QURU DƏRƏ/- (rus. мертвая долина /сухая долина/, ing. dry valley, dead valley) 1) nadir hallarda, yaxud bir neçə ildə bir dəfə düşən güclü leysan nəticəsində qısa müddətli axına malik olan, arid səhraların, dərələri. 2) Qrunt suları səviyyə­si­nin düşməsi, və ya iqlim dəyişməsi, yaxud qonşu çay vasitəsi ilə zəbt olunması nəticəsində su axınından məhrum olmuş dərə.
Ölü göl
== Ölü göl == Ölü göl-1. səthi bitki ilə tam örtülmüş gölə deyilir; 2. suyunun yüksək minerallaşması ilə əlaqədar canlı orqanizmlərin yaşaması üçün şəraiti olmayan göllərə deyilir. Məsələn, Ölü dəniz, Basqunçaq gölü.
Ölü not
Ölü not (ing. ghost note) — bir musiqi notu məlumatıdır. Çalınan bir notun ikinci bir çalış edilmədən yazıldığı dəyər qədər uzadılmasına deyilir.Bir notdan sonra bir-birinə bağlı göstərilən notlardan çalınmayanın içi boş yazılır.
Ölü sayı
Ölü sayı (ing. Body count) — müəyyən hadisə zamanı ölənlərin ümumi sayı. Döyüşlərdə ölü sayı, təsdiq olunmuş ölü sayına əsaslansa da, bəzən bu yalnız təxmini hesablama ola bilər. Hərbi döyüşlər ilə birgə, termin həmçinin bir sıra ölümlərin cəlb olunduğu hər hansı vəziyyətdə də istifadə olunur, məsələn, seriyalı qatilin qurbanları.
Ölü çörəyi
Ölü çörəyi (türk. Ölü ekmeği) — Rəis Çəlikin 2019-cu il istehsalı türk filmi. Film Ərdahanlı yazıçı Dursun Akçamın eyni adlı əsəri əsasında ərsəyə gəlmişdir. Filmdə baş rolları Tərxan Ömərov, Borçalı aşığı Ziyəddin Əliyev, Silan Düzdaban və Mariam Buturişvili oynayır. == Məzmun == İlk səhnədə aşıq və dostu buzun üzərində qırmızı bir alma tapırlar. Fikirləşirlər ki, görəsən bu alma bir gözəl tərəfindən dişlənilib ya yox. Mustafa adlı bir yetim Aşıq Ziyəddinin yanında aşıqlıq öyrənir. Şeir dediyi zaman ustadı təklif edir ki, dilinin arasına iynə qoyub dodaqdəyməz desin. Ancaq Mustafa dodaqdəyməzin qaydalarına əməl etmədi üçün iynə dodağını sancır. Daha sonra dostları ilə ziyarətgahın (övliya qəbri və dilək ağacı) yanında görüşən Mustafa kimin daha uzağa işəyəcəyi ilə bağlı bəhsə girir.
Evlərinin önü yonca
"Evlərinin önü yonca" (yaxud "Ninnə yarım") – Kərkük türkmanlarının xalq mahnısı. == Tarixçəsi == 1958-ci ildə Bakı radiosunun yeni açılan ərəb şöbəsinə İraqdan Kərkük türkmanı olan Sinan Səid dəvət olunur. O, burada görkəmli ssenarist və yazıçı Nahid Hacızadə ilə birlikdə işləyir. Nahid Hacızadə xatirələrində qeyd edir:“Sinan Səidin evinə getmişdim. Sinan nəsə bişirir, eyni zamanda dodaqaltı şirin mahnılar oxuyurdu. Mahını eşitcək, Sinandan bir də oxumasını xahiş etdim. Mahnı çox xoşuma gəldi və Sinana təklif etdim ki, bunu lentə yazdırsın, lakin qəbul etmədi. Dedi ki, “bunu Bağdadda, Kərkükdə elə oxuyurlar ki, eşitsən, mənim oxumağım gülünc gələr”. Uzun xahişdən sonra onu razı sala bildim, amma bir qadınla duet oxuyacağını dedi. Ona bir neçə görkəmli sənətkarımızı dinlətsək də, onun qərarı Nərminə Məmmədova oldu.”Sinan Səid Nərminə Məmmədova ilə bir neçə Kərkük türküsü oxudu və onları “Kərkük-İraq mahnıları” adı ilə verdilər.
Ölü ada (oyun)
Dead Island (ing. Dead Island, azərb. Ölü Ada‎) — Techland tərəfindən hazırlanan və Deep Silver firmasının PC, Xbox 360 və Playstation 3 üçün 6 sentyabr 2011-ci il tarixində nəşr etdirilən açıq dünya aksiyon oyunudur. Bir virus səbəbiylə zombilərə çevrilən insanlara qarşı mübarizə apardığınız oyunda özünüzü tapança və tüfəng xaricində kürək, beysbol çubuğu, bıçaq kimi alətlərlə qorumağa çalışırsınız. Ayrıca oyunda öz silahlarınızı da hazırlaya bilər və inkişaf etdirə bilərsiniz. Oyunda hadisələr Banoi adasından baş verməkdədir.
Ölü evdən qeydlər
Ölü evdən qeydlər (rus. Записки из Мёртвого дома) — Fyodor Dostoyevskinin 1862-ci ildə nəşr olunan romanı. "Ölü evdən qeydlər" Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belin-skinin "Qoqola məktub"unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi. "Ölü evdən qeydlər" əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.
Ölü şairlər cəmiyyəti
"Ölü şairlər cəmiyyəti" (ing. Dead Poets Society) — rejissor Piter Uirin 1989-cu ildə çəkdiyi bədii film. Ən yaxşı orijinal ssenariyə görə "Oskar", həmçinin film "Ən yaxşı film" və "Ən yaxşı kişi roluna görə" (Robin Vilyams) nominasiyalarında da irəli sürülmüşdür. İlin ən yaxşı filmi və ən yaxşı musiqiyə görə iki "BAFTA" mükafatı. Filmdə öz şagirdlərini həyatlarını dəyişdirməyə çağıran və onlarda poeziya və ədəbiyyata maraq oyadan ingilis dili və ədəbiyyat müəllimindən danışılır. Filmdəki hadisələr Vermont şatatındakı Velton şəhərinin uydurulmuş akademiyasında cərəyan edirlər. == Məzmunu == Yeddi gənc: Nil Perri (Robert Şon Leonard), Todd Enderson (İtan Houk), Noks Overstrit (Coş Çarlz), Çarli "Yeni möcüzə" Dalton (Geyl Hansen), Riçard Kameron (Dilan Kassman), Stiven Miks (Allelon Ruciero), Cerard Pitts (Ceyms Uoterston) ABŞ-nin məşhur "Wellton" akademiyasının şagirdləridirlər. Akademiyanın əsasında dörd prinsip dayanır: "Ənənə", "Şərəf", "İntizam" və "Kamillik" ("Tradition", "Honour", "Discipline" və "Excellence"). Lakin şagirdlər özləri "Hellton" (tərcümədə — "cəhənnəm") adlandırdıqları məktəbin əsaslarına başqa məna verirlər — "Parodiya", "Dəhşət", "Tənəzzül" və "Zibil" ("Travesty", "Horror", "Decadence" və "Excrement").
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Adi həlməl
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Dəllək Murad – XVIII əsr aşıqlarından biri.
Gələcək
Gələcək — zaman oxunun hipotetik hissəsidir, hələ baş verməmiş, lakin baş verə biləcək hadisələr məcmusudur. == Gələcək fəlsəfi termin kimi == Gələcək fəlsəfədə və ümumən insan şüurunda həmişə xüsusi yer tutmuşdur. Nəzəriyyələrdən birinə (indeterminizm) görə gələcək əvvəlcədən təyin olunmur və onu insanlar özləri yarada bilərlər. Başqa bir nəzəriyyəyə (determinizm) görə, gələcək əvvəlcədən müəyyən edilir. O da mümkündür ki, insanlar gələcəyi özləri yaratsınlar, lakin gələcəyi yaratmaq üçün onların qərarları və hərəkətləri əvvəlcədən müəyyən etməlidir. Gələcəkdə zamanın (kainatın) tsiklik modeli çərçivəsində keçmişdə olanlar təkrarlanır. Bir çox dinlər ölümdən sonrakı həyat, eləcə də dünyanın sonu haqqında kəhanətlər təklif edir. Xristianlıqda Allahın gələcəyi bilməsi ilə insanın azad iradəsi arasındakı ziddiyyət qabaqcadan təyinetmə doktrinasına gətirib çıxarır. Gələcəyin əhəmiyyəti insanların başlarına nə gələcəyi ilə bağlı öncəgörmələrə və proqnozlara çox ehtiyac duyması ilə vurğulanır. Ola bilsin ki, insan beyninin inkişafı böyük ölçüdə gələcəyi proqnozlaşdırmaq üçün lazım olan idrak qabiliyyətlərinin, yəni təxəyyülün, məntiqin və induksiyanın inkişafı ilə bağlıdır.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Məlcək
Məlcək — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Kənd əhalisi 421 nəfərdir ki, onunda 210 nəfəri kişi, 211 nəfəri isə qadınlar təşkil edir., 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1886 ilin siyahıyaalma sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Meysəri kənd icması daxilində Məlcək adlı kənd (19 ailə, 89 nəfər) qeydə alınmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Təlxək
Təlxək — xalq oyunlarında, hökmdarların yanında olan komik tip.Təlxək italyan (pagliaccio) mənşəli söz olub "onu izləyənləri güldürən və əyləndirən, əcaib geyimli, üzü həddindən artıq və komik şəkildə boyalı oyunçu" mənasını verir. == Qədim Tarixi == İlk dəfə e.ə. 1600-cü illərdə görünən təlxəklər, bu gün dünyanın bir çox yerində kloun kimi tanınır və sevilirlər. Bəzi qaynaqlara görə, XVIII əsrə qədər saraylarda təlxək saxlanılması ənənəsi davam edib. XVI əsrdən isə İtaliyada səhnəyə aktyor kimi çıxıblar. Təlxəklər – grotesk (əsasən dünyanı vecinə almayan adamlara deyilir) görünüşə sahib olub, komik tipli sənətçilərdir. Bu imici formalaşdıqmaq üçün rəngli və şişirdilmiş pariklər, fərqli makiyajlar, gözə fövqəladə böyük görünən ayaqqabılar və qəribə kostyumlar istifadə edirdilər. Təlxəklik fiziki performans tələb edən xüsusi təhsilin bir parçası olaraq qəbul edilməlidir. İlk təlxəklik növlərinə qədim Yunanıstanda, İtaliya küçə teatrında Commedia dell Arte, fransız mənşəli pantomim və yapon Kabuki ənənələrində və Avropada rast gəlinməkdədir. Daha çox "itoynadan" kimi tanınan Avropada təlxəkləri monarxların və varlı aristokratların evlərində çalışırdılar.
Çəlpək
Çəlpək (türkm. Çelpek; qaz. шелпек; qırğ. май токоч, челпек; özb. чалпак; uyğ. чалпак) — Orta Asiya türklərinin ənənəvi çörəklərindən biri. == Lazım olan ərzaqlar == un süd şəkər kərə yağı qaymaq soda duz bitki yağı == Hazırlanma qaydası == Xəmir top şəklində düzülür və qızıl rəngə çatana kimi isti bitki yağı ilə qızardılır. Çəlpək maya ilə də hazırlana bilər, beləliklə xəmir daha uzun müddət yumşaq qalır. Verilən vəziyyətdə xəmir hazırlamaq üçün resept bursak (bağırsaq) üçün işlədilən reseptə bənzəyir . == İstinadlar == Çəlpək Çəlpək / Tatar mətbəxi .
Həlməl
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Öd kisəsi
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır; cismi — lat. corpus vesicae felleae; boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir.
Öd turşuları
Öd turşuları — insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşu. == Növləri == Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur. İnsan ödündə olan turşular == Xassələri == Öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.
Öd turşusu
Öd turşuları — insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşu. == Növləri == Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur. İnsan ödündə olan turşular == Xassələri == Öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.
Həqiqətin özü (film, 2008)
== Məzmun == Film ermənilərin Türkiyədə, o cümlədən Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edir. Filmdə Birinci Dünya müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoyulur. == Film haqqında == Filmdə Rusiya Dövlət Foto-Kino Arxivindən, Azərbaycan Dövlət Foto-Kino Sənədlər Arxivindən, Gürcüstan Dövlət Arxivindən, Türkiyə Cümhuriyyəti Baş Nazirlik Arxivindən, Osmanlı Arxivlərindən, "Sarı Gəlin" türk sənədli filmindən materiallar, həmçinin Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən, eləcə də türk etnik musiqisindən parçalar və "Fətəli xan" filmindəki kadrlardan istifadə edilmişdir. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" sənədli filmlər studiyası tərəfindən aparılan iki ilə yaxın araşdırma nəticəsində ərsəyə gəlmişdir. Çəkilişlər 2007-ci ilin əvvələrindən başlamışdır. Çəkilişlər 1 il çəkmişdir. Film osmanlı və azəri türkcəsində ərsəyə gəlmişdir. Filmdə Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və Azərbaycanın tarix, foto-kino arxivlərindən işıq üzü görməyən kinoxronika və digər sənədlər öz əksini tapıb ki, bu da filmin əsas qayəsini təşkil edir. Rusiya arxivlərində yatan, bu məsələni araşdıran tarixçilərin heç vaxt görmədiyi unikal kinolentlər ekrana gətirilmişdir. Bütün bunlarla bərabər tanınmış tarixçilər də filmdə öz sözünü deyir.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər.Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır. Bu sahə, Türkiyənin Turizm Nazirliyinin onsuz da böyük investisiyalarından bəhrələnmiş Türkiyənin ümumi turizm planlarının açarıdır.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Aşağı Kəldək
Aşağı Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Kəldək (Gəldək) Şəki rayonunun Baş Kungut inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Tədqiqatçılar oykonimi kəl (gücdən düşmüş, dincə qoyulmuş) və -dək (-lək) komponentlərindən ibarət "dincə qoyulmuş əkin sahəsi" mənalı soz kimi izah edirlər. Kəldək komponenti kəndin ərazisindəki Kəl dağının adından yaranıb. "Kəl dağı yerləşən, Kəl dağının ətrafı, yanı" mənasını ifadə edir. Yaşayış məntəqəsini keçmış Kəldək (indiki Baş Kəldək) kəndindən çıxmış ailələr nisbətən Aşağıda saldıqları üçün belə adlandırılmışlar. == Əhalisi == Kəndin əhalisi 96 nəfər təşkil edir ki, onun da 49 nəfəri kişi, 47 nəfəri isə qadındır.
Baş Kəldək
Baş Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Kəldək kəndi Şəki rayonu ərazisində yerləşən ən qədim kəndlərdən biridir. Bu faktı təkcə kənd ərazisində yerləşən 4 qəbiristanlıq sübut edir ki, burada insan məskənlərinin kökləri çox qədimlərə gedir. Küngüt çayının sahilindədir. Keçmiş adı Kəldək olmuşdur. Kənd Baş Kəldək və Aşağı Kəldək inzibati ərazi vahidlərindən ibarətdir. Kəndin adının qarşısındakı "Baş" sözü kəndin Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsi ilə "Aşağı" sözü isə Şəki rayonunun aran-qışlaq ərazisində yerləşməsi ilə əlaqədardır. Aşağı Kəldək yaşayış məntəqəsinin də tarixi çox qədimlərə gedir və burada çox saylı insanların yaşadığına dair kənd ərazisində bir çox sübutlar var ancaq rəvayətə görə təbii fəlakət nəticəsində kənd dağılmışdır. Aşağı Kəldək İsmayıllı Qaraməryəm Şəki magistral yolundan 10 km cənubda yerləşir. Aşağı Kəldəyin qədimliyini sübuta yetirən daha bir fakta M. F. Axundovun komediya əsərindəki adı çəkilən "Mola İbrahim Xəlil Kimyagər" bədii obrazıdır ki bu şəxs reallıqda bu kəndin sakini olub.
Odu Qoru (1982)
== Məzmun == Film SSRİ-nin yaradılmasının 60 illiyinə ithaf edilmişdir. Filmdə öz sənətinə ürəkdən bağlı olan Sumqayıt Boru-Prokatı Zavodunun qabaqcıl poladəridəni Fərman Cəfərovun 25 illik fədakar əməyindən söhbət açılır. Zavod öz məhsullarını Sovet İttifaqında 900 ünvana və 23 xarici ölkəyə göndərir. Filmdə zavod kollektivinin əmək coşğunluğundan, onun qabaqcıl zəhmət adamlarından da danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Leonid Tahirov Operator: Sərdar Vəliyev, Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
.edu
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər;Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
ADU
Azərbaycan Dillər Universiteti və ya qısaca ADU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da “Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında” qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında “Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında” qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi.
BDU
Bakı Dövlət Universiteti və ya qısaca BDU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ilk ali təhsil müəssisəsidir. == Tarixi == === Zəmin === 1897-ci ilin sentyabr ayında Kiyev və Varşavada politexnikum açıldıqdan sonra, belə bir təhsil müəssisəsinin Zaqafqaziyada da açılması sahəsində danışıqlar başlanmışdı. Tiflisdə politexnikum açılması və ali məktəbin təşkilinə ianə toplanılması üçün Qafqaz canişinliyi nəzdində xüsusi Baş Komitə yaradıldı. Bu məsələ də xeyli müddət uzadıldı. 7 may 1910-cu ildə Xüsusi Baş Komitənin sədri məktubla Bakı, İrəvan, Yelizavetpol, Poti, Batum, Qroznı və b. şəhər dumalarına müraciət edərək, Tiflisdə Qafqaz Universitetinin açılması və hər il onun xərclərinin ödənilməsi üçün kömək göstərilməsi barədə xahiş etdi. Tiflisdə "Rus universiteti"ni açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılır. Bu komissiyaya alim, cərrah və pedaqoq, üç universitetin — Saratov (1909), Tiflis (1918) və Bakı (1919) universitetlərinin yaradılmasında mühüm rol oynamış professor Vasili İvanoviç Razumovski (1857–1935) başçılıq edirdi. Komissiya universitetin layihə və smetasını hazırlayıb Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin müzakirəsinə verdi.
GDU
Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1999-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyi olmuş və onun 60 yaşı tamam olmuşdur: 1938-cu ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır. İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir. O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir. Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.
LDU
Lənkəran Dövlət Universiteti və ya qısaca LDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı sərancamı ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının ilk Dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlamışdır. Azərbaycanımızın cənub bölgəsində bu yeni ali məktəbin fəaliyyətə başlaması gənc dövlətin ictimai, mədəni və elmi həyatında böyük rezonans doğurmuş, bölgənin mədəni-siyasi, elmi həyatında alimlərin, ziyalıların və ali məktəb tələbələrinin fəal iştirakına şərait yaratmaqla yeni ictimai mühitin formalaşmasına səbəb olmuşdur. Tariximizin çətin, ziddiyyətli və şərəfli dövründə yaranmış Lənkəran Dövlət Universiteti ilk addımlarını Azərbaycanın müstəqilliyi dövründəki təhsil sistemi ilə birlikdə atmış və bu gün respublikanın qabaqcıl ali təhsil müəssisələrindən biri kimi 25 illik şərəfli tarixi yol keçərək milli mədəniyyətimizin, elm və təhsilimizin inkişafında mühüm xidmətlər göstərmişdir. Fəaliyyətinin ilk dövründə LDU-da 12 ixtisas üzrə 218 tələbə təhsil almış, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olmuşdur. Həmin dövrdə universitetdə 3 fakültə, 11 kafedra fəaliyyət göstərirdi. Universitetin ilk rektoru və yaradıcısı tarix elmləri doktoru, professor Hacıbaba Əzimov olmuşdur. Sonralar, 1997-ci ildə Respublika Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor Mirzə Ağa Bağırov və 2005-ci ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, fizika və riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov rektor vəzifəsinə təyin edilmişlər. Hazırda universitetin rektoru vəzifəsini tanınmış riyaziyyatçı alim, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov icra edir. == Maddi-texniki bazası == Universitetdə kompüter mərkəzi, kimya, biologiya, fizika laboratoriyaları, informasiya və komunikasiya texnologiyaları mərkəzi hərbi və fiziki təlim kafedrasının nəzdində hərbi hazırlıq metodikası kabineti, mülki müdafiə kabineti və hərbi rabitə hazırlığı kabineti fəaliyyət göstərir.
NDU
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
ODTÜ
Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir. == Tarix == Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır. Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır. == Fakültələr və Kafedralar == ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: == Həmçinin bax == Türkiyə universitetlərinin siyahısı == Xarici keçidlər == Orta Doğu Teknik Universiteti ODTÜ Haber | ODTÜdən Xəbərlər...
OYU
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. == Maddi-texniki bazası == Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. == Beynəlxalq statusları == Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Oda
Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı. Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar. XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları). Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır. XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları). Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.
Ordu
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
SDU
Sumqayıt Dövlət Universiteti və ya qısaca SDU — Azərbaycanın Sumqayıt şəhərində yerləşən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır. === AMİ Sumqayıt filialı === Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır. Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır. == Fakültələri == Universitetdə 7 fakültə mövcuddur: İqtisadiyyat və idarəetmə; Fizika və elektroenergetika; Tarix və coğrafiya; Filologiya; Mühəndislik; Riyaziyyat; Kimya və biologiya.
Odi
Odi (ing. Odie) — Cim Devisin yaratdığı "Qarfild" karikaturalarında görünən uydurma it. O, "Qarfild və dostları" cizgi serialında, həmçinin "Qarfildin şousu" animasiya teleserialında görünüb. == Haqqında == Odi sarı tüklü, qəhvəyi qulaqlı və qara quyruğu olan bir itdir. Əvvəlcə onun qulaqları tamamilə qara idi, lakin 1979-cu ildə Peanuts komiksindəki Snupi ilə çaşqınlığın qarşısını almaq üçün bu dəyişdirildi. Odi 2004-cü ildə çəkilmiş film adaptasiyasında dachshund və terrier cinslərinin qarışığı kimi göstərilib.Odinin iri dili və sulu ağızı var. 1997-ci ilin oktyabrında onun personajında dəyişiklik edildi və o, Qarfild kimi dörd ayaq əvəzində iki ayaq üstə yeriməyə başladı. Odi rəqs etmə bacarığı ilə bilinir. Əvvəlki karikaturalarda Qarfild Odini zəhlətökən bir it kimi görür, lakin zaman keçdikcə ona qarşı daha yaxşı rəftar edir.
Odu qoru (film, 1982)
== Məzmun == Film SSRİ-nin yaradılmasının 60 illiyinə ithaf edilmişdir. Filmdə öz sənətinə ürəkdən bağlı olan Sumqayıt Boru-Prokatı Zavodunun qabaqcıl poladəridəni Fərman Cəfərovun 25 illik fədakar əməyindən söhbət açılır. Zavod öz məhsullarını Sovet İttifaqında 900 ünvana və 23 xarici ölkəyə göndərir. Filmdə zavod kollektivinin əmək coşğunluğundan, onun qabaqcıl zəhmət adamlarından da danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Leonid Tahirov Operator: Sərdar Vəliyev, Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Kələk
Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmış Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmış yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). == İslamda mələklər == Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. == Tarixi == İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Gülmə
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Academia.edu
Academia.edu — alimlər üçün Amerikanın kommersiya sosial şəbəkəsidir. Akademik jurnal məqalələrinin sərbəst və açıq bir anbarı olaraq başladı və ".edu" domen adı ilə təltif edildi. Bununla birlikdə, Akademia.edu indi abunəçilərin bütün girişlərini məhdudlaşdırır və müəllifləri öz oxucuları ilə əlaqə qurmaq üçün ödəniş tələb edir. Sayt 2008-ci ilin sentyabr ayında istifadəyə verildi. == Yaranması == Academia.edu Spark Ventures, HOWZAT Partners, Brent Hoberman və başqalarından 600,000 dollar yığan Richard Price tərəfindən təsis edilmişdir.2011-ci ilin noyabr ayında Academia.edu Spark Capital və True Ventures şirkətlərindən 4,5 milyon dollar topladı. Bundan əvvəl, Spark Ventures və bir sıra mələk investorlarından Mark Shuttleworth, Thomas Lehrman və Rupert Pennant-Rea daxil olmaqla 2,2 milyon dollar pul toplamışdı. 2013-cü ilin sentyabr ayında şirkət Khosla Ventures, True Ventures, Spark Ventures, Spark Capital və Rupert Pennant-Ream şirkətlərindən 11.1 milyon dollar toplayaraq ümumi kapital maliyyələşdirməsini 17.7 milyon dollara çatdırdı. Şirkət Qiymətli Kağızlar və Birja Komissiyasına(ing. Securities and Exchange Commission) verdiyi sənədlərdə, Akademia Inc hüquqi adından istifadə edir. == Rəqibləri == Academia.edu-nun rəqiblərinə ResearchGate, Google Scholar və Mendeley daxildir.
Aslan ovu
"Aslan ovu", "Lütf və zorakılıq" (lat. grâce et véhémence) Rubensin müraciət etdiyi bu iki ziddiyyət tablonun əsas məzmunudur. O, bu əsəri istər məzmun istərsə də rənggarlıq baxımından özünün ən uğurlu əsəri hesab edir. Con Diqbi (ing. John Digby) bu tablonu Rubensə graf Hamilton üçün sifariş etmişdir.
Ağ ordu
Ağ qvardiya — 1906-cı ildə Finlandiyada yaranmış Rusiya milisi. == Tarixi == 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 -1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli - hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. == Quruluşu və ideologiyası == 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. === İdeologiyası === Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.Ümumilikdə, Ağ Ordu milliyyətçi idi və etnik ayrılığı və separatizmi rədd edirdi.
Balina ovu
Balina ovu sənayesi — Balinakimilərin gəlir əldə etmək məqsədi ilə ovlanması. Ovun hədəfi balinaların piyinin əldə edilməsidir. Onların piyi əsasən yanacaq kimi istifadə edilirdi. Üstəlik sənaye ehəmiyyəti olmuşdur. Balinaların ət məqsədli ovu XX əsrin ortalarına qədər davam etmişdir. Balinanın ətindən Kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır. == Balinaovlayan və emal edən sənaye sahəsi == İlk zamanlar Balina ovu Atlantika və Sakit okeanların sahilyanı hissələrində inkişaf etmişdi. 15 əsrin axırlarında burada balinaların miqdarının azalması ilə əlaqədar olaraq tədricən açıq dənizdə gəmi ilə Balina ovuna başlandı. 19 əsrin axırlarında zolaqlı balinaların miqdarı Şimali Atlantikada kəskin surətdə azaldığından Norvec sənayeçiləri çox sayda balina sürüləri qeydə alınan Antarktika sularına ekspedisiyalar təşkil etdilər. Hazırda dünya okeanlarında, əsasən, 5 növ balina – finval, kaşalot, seyval, qozbel və göy balina ovlanır.
Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox. == Tarixi == Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar. Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi.. Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir. Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.
Bəlbək çayı
Bəlbək çayı (ukr. Бельбек, krımtat. Belbek, Бельбек) — Krımın cənub-qərbindən axan çay. Çayın uzunluğu 63 km, su hövzəsinin sahəsi 505 km², çayın mailliyi 6,0 m/km-dir. Krım dağlarının Baş silsiləsinin şimal-qərb yamaclarından axan iki çayın - Böyük-Üzənbaş və Kokkozki çayının qovuşmasından əmələ gəlir. Lyubimovka kəndi yaxınlığında Sevastopol körfəzindən 5 km aralıda Qara dənizə tökülür. Fruktove ölçmə stansiyasında orta uzunmüddətli su axını 2,08 m³/s təşkil edir. Bəlbək Krım çaylarının ən dolğun çayıdır (Krım çayları arasında ən böyük orta illik su axınına malikdir). Yuxarı axarlarda çayın özü və qolları dar kanalı, sürətli axını və sıldırım hündür sahilləri olan fırtınalı, heç vaxt qurumayan axınlardan ibarətdir. == Adı == Bəlbək hidronimi ənənəvi olaraq türkcə güclü və ya bərk bel ifadəsinin tərcüməsi ilə izah olunur (“dağda əsas dar keçid” variantı var).
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gellər
Gellər — Strabon və Plininin qeyd etdiyi qədim skif tayfası, çox güman ki, etnik tərkibində heterojen olan Qafqaz albanlarının qəbilə birliyinin bir hissəsi idi. == Tarixi == Vasili Tatişevə görə Gili, Sarmat xalqı və ya slavyanlar, dəqiq məlum deyil, onlar indi Orel adlanan Uqla çayı boyunca yaşamışlar və çayın onların dilində Gilia adlandırılması diqqətəlayiqdir. ruslar tərcümədə Uql tərcümə etdilər, çünki sarmat dilində Gilia coal və guilio west. Bəzən ruslar onlara gel deyirlər, Melyanın gelon dediyi eyni; Ptolemey Litvada qalindalar, qalyonlar və gitonlar qoyur. Strykovsky, Qalindiya bölgəsinin adını saxladığı Prusslara qaliodalar qoyur. Pliniyə görə gelləri, yunanlar kadusilə kimi radlandırdılar. Lüdmila Borovkova öz əsərlərində yazırdı:Xonların və gellərin, Ammian Marsellinə görə, 356-358-ci illərdə birinci Şahanşah II Şapur ilə birlikdə vuruşmağlarını və ermənicə “xüsusilə döyüşkən tayfalar” adlandırılan xionitlərin və gelonların nəsilləri olduğuna şübhə etmək gərək yoxdur. Onlar 359-cu ildə albanlarla birlikdə Amida şəhəri yaxınlığında farslara romalılarla döyüşməkdə kömək etdilər. Birinci fəsilimizdə o da məlum oldu ki, Xionitlər və Gelonlar IV əsrin ortalarında artıq mövcud olmuş Alan tayfalarıdır. == Varisi == Bölgənin Gilyan adı ilə Gels etnonimi arasındakı əlaqə Vasili Bartold tərəfindən ifadə edilmiş və Edvin Qrantovski əsərlərində işlənmişdir.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
PelleK
PelleK və ya əsl adı ilə Per Fredrik Avesli (21 dekabr 1986, Sanneford) – norveçli rok və metal ifaçısı, aktyor. PelleK YouTube-da ən çox izlənən Norveç müğənnisidir. == Həyatı və karyerası == 21 dekabr 1986-cı ildə Norveçin sahil şəhəri olan Sannefordda anadan olmuş və burada böyümüşdür. Kiçik yaşlarda Norveç kanallarında uşaqlar üçün nəzərdə tutulmuş verilişlərə çəkilmişdir. Məktəbi bitirdikdən sonra intensiv şəkildə musiqi ilə məşğul olmağa başlamış, işlərini YouTube vasitəsilə paylaşmağa qərar vermişdir.2013-cü ilin sentyabrında ABŞ və Avropa turnesinə çıxmış, 11 ölkədə 16 konsert vermişdir. PelleK 4 orijinal albom və 16 kover albomu buraxmışdır. 2014-cü ilin noyabrında YouTube-da ən çox izlənən norveçli müğənni olmuşdur. 2014-cü ilin sentyabrında ən sürətlə böyüyən 500 kanaldan biri olmuşdur.4 aprel 2015-ci ildə PelleK Square Enix şirkətinin video oyunları üçün mahnılar ifa edəcəyini açıqlamışdır. Şirkət müğənninin vokallarından "Lord of Vermillion Arena" oyununda istifadə etmişdir. Həmin il Pellek Riot Games şirkətinin "League of Legends" oyunu üçün "Heartslayer" mahnısını ifa etmişdir.2016-cı ildə "Yaradıcılar: Keçmiş" filmində Aleks Uolker personajını canlandırmışdır.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.