1. Bir yerdən başqa yerə hərəkət etmək (bir istiqamətdə olan hərəkətin təkrar etdiyini və müxtəlif vaxtlarda cərəyan etdiyini göstərir).
Bu otağa keçən adam həyətdən gedib-gələ bilərdi.
Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi.
2. məc. Əlaqəsini, dostluğunu davam etdirmək. Daha onlara gedib-gəlmir.
3. məc. Ölüb-dirilmək.
Hər adam neçə kərə dirili, dünyaya gəlib; Bu gedib-gəlməyin olmazmı məgər payanı?