Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Ötürmə sistemləri
Ötürmə sistemi — maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır: Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında), Elektro-hidravlik (məs. elektrik karalar), Dizel-mexaniki (məs. ekskavatorlarda) , Benzin-hidravlik (məs. yük maşınlarında), Dizel-elektrik (məs. dəmir yol kranlarında).Ötürmənin seçilməsi istismar şəraitindən və üsulundan asılı olaraq aparılır.
Verilənlərin ötürmə mühitləri
Fiziki qatın məqsədi bitləri bir maşından digərinə daşımaqdır. Real daşımalar üçün müxtəlif fiziki mediadan istifadə edilə bilər. Hər biri ötürmə sürəti, gecikmə, xərc və quraşdırma və baxım asanlığı baxımından özünə məxsus oyuqları var. Media kobud şəkildə mis naqillər və fiber optik kimi yönləndirilmiş media, yerüstü simsiz, peyk və lazerlər kimi hava ilə ötürülən yönləndirilməmiş mediyaya bölünür. == Magnetik media == Verilənləri bir kompüterdən digərinə ötürmək üçün ən çox istifadə olunan yollardandır. Verilənləri magnetik lent və ya silinəbilən media (məs: yazılabilən DVD-lər) üzərinə yazaraq diski və ya lenti fiziki olaraq hədəf olunan maşına daşınır və verilənlər yenidən oxunur. Bu üsul geostasionar əlaqə peyki istifadə etmək qədər mürəkkəb olmasa da, özəlliklə yüksək ötürmə sürəti və ya bit başına daşınan xərcin əsas faktor olduğu programlar üçün daha xərcli olur. Bu dediyimiz fikrin daha aydın olması üçün bunu bir misal ilə aydınladaq. Sənaye standartlı Ultrium lent 800 gb saxlaya bilir. 60X60X60 sm olan bir qutuda hardasa bu lentlərdən 1000 ədəd var və bunun ümumi ölçüsü 800 terabayt və ya 6400 terabit (6.4 petabit).
Belarusun qaz ötürmə sistemi
Belarusun qaz ötürmə sistemi (belar. Газатранспартная сістэма Беларусі) — Belarus ərazisində məişət və istehsalat sahələrində istifadə üçün istehlakçılara təbii qazın verilməsinin geniş sistemi. Bu mərkəzi boru qaz kəmərlərindən, bir xəttli qaz boru kəmərlərindən (diametri 100 ilə 1400 mm arasında), aşağı təzyiqli paylayıcı şəbəkələrdən, eləcə də bir sıra qazpaylayıcı stansiyalardan və qaz anbarlarından ibarətdir. 2017-ci ilin sonuna görə Belarus Respublikasında qaz kəmərlərinin uzunluğu 7901 km-dir. == Qısa tarix == BSSR-in qazlaşdırılması 1960-cı ildə Daşava-İvatseviçi-Minsk qaz kəmərinin, eləcə də Daşava-Kiyev-Moskva qaz kəmərindən Qomelə bir filialın inşası başa çatdıqdan sonra başlayır. 1961-1965-ci illərdə Brest, Baranoviçi, Qrodno, Slonim, Volkovysk, Lida və başqa şəhərlər, eləcə də bir çox kəndlər qazla təmin edilir. Qaz sənayesinin inkişafında yeni bir mərhələ 1974-cü ildə güclü Torjok - Minsk - İvatseviçi qaz ötürücü sisteminin istismara verilməsi ilə əlaqələndirilir: Qərbi Sibir və Komi MSSR-nin böyük yataqlarından təbii qaz BSSR ərazisinə axmağa başlayır. Qaz istehlakı kəskin şəkildə 1975-ci ildə 3.5 milyard m³-dən 1980-ci ildə 14.8 milyard m³-ə yüksəlir. Elektrik stansiyaları, rayon və sənaye qazanxanaları təbii qaz tədarükünün ümumi həcminin 2/3 hissəsini istehlak edərək qaza çevrildi. Sənayedə və məişət sektorunda texnoloji ehtiyaclar üçün bir xammal kimi qaz istehlakı artdı.
Friksion ötürməsi
Friksion ötürmə (lat. frictio — sürtünmə) - öz aralarındakı sürtünməni mexaniki enerjini ötürmək üçün istifadə eən kinematik cütlükdür. Elementlər arasında sürtünmə quru, səddi və mayeli ola bilər. Mayeli sürtünmə daha əlverişli sayılır, çünki, o friksion ötürmənin uzunömürlülüyünü artırır. Təsnifatı Friksion ötürmələr olurlar: Quruluşuna görə:paralell vallarla, kəsişən vallarla, xarici kontaktla, daxili kontaktla.Ötürmə ədədinin variasiya olunma imkanlarına görə:tənzimlənməyən və tənzimlənəbilən. === Tətbiq sahəsi === Dayaq səthləri ilə sürtünmə qüvvəsi sayəsində kontakda olan yayma dəzgahlarının valları, friksion variatorlarla işləyn reduktorlar, nəqliyyat vasitələrinin aparıcı təkərlərində geniş tətbiq tapır. === Mənbə === Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.
Sonsuzvint ötürməsi
Sonsuzvint ötürməsi oxları çarpaz yerləşmiş sonsuzvint və ona uyğun olan dişli çarxdan ibarətdir. Sonsuzvintin profili boltun həndəsəsinə oxşayır. Çox vaxt sonsuzvint aparan, sonsuzvint dişli çarxı isə aparılan olur. İlişmə zamanı güc sonsuzvint çarxın dişlərini qismən əhatə etməklə ötürülür. Sonsuzvint və çarx arasında toxunma xətt üzrə baş verdiyindən böyük güc ötürmək mümkün olur. Bu ötürmə adilərə nisbətən daha dəqiq, səlis və titrəyişsiz işləyir. Dişlərin ilişməsində yaranan yüksək sürtünmə səthi aşağı faydalı iş əmsalına səbəb olur. Sonsuzvintin yoxuş bucağı artdıqaca bu əmsal 65–95 % arasında yerləşir. Sonsuzvint ötürməsində bir pillədə 1…1000 arasında ötürmə nisbəti almaq olur. Praktikada isə əlverişli ötümə nisbəti 10…..80 arasında götürülür.
Variator ötürməsi
Variator ötürməsi — ötürmə ədədini səlis dəyişmək üçün istifadə olunan ayrıca aqreqat və ya maşınlara quraşdırlmış düyüm. == İşləmə prinsipi == Variator onun işləməsini təminedən bir və ya bir neçə pilləsiz ötürmədən ibarətdir. Onun əsas xassəsi tənzimləmə diapazonu, yəni ən böyük ötürmə ədədinin ən kiçiyə nisbəti ilə ifadə olunur (adətən 3-6, bəzi hallarda 10-12). Variatorlar müxtəlif iş şəraitlərində maşının optimal işləməsinə xidmət edir. Məsələn, metalkəsən dəzgahda diametri dəyişən pəstahın müxtəlif sahələrində əlverişli kəsmə sürətini təmin etmək mümkündür. Bundan əlavə variatorlara avtomobil, tekstil maşın və mexanizmlərində, kağız, kimya sənayesində, nəqliyyatda rast gəlinir. Ən geniş yayılmış növü elektrik mühəriki ilə işlədilən pazlı qayış ötürməsidir. Sürətin pilləsiz ötürmə sistemi kimi variatorların tətbiqi avtomatlaşdırılmış texniki vasitələrdə daha böyük rol oynayır. == Qayışla işləyən variatorlar == Şəkildə qayış ötürməsi ilə işləyən variator təsvir olunmuşdur. Variator pazformalı qayışla əlaqələndirilmiş aparıcı və aparan qasnaqlardan ibarətdir.
Zəncir ötürməsi
Zəncir ötürməsi — dartma ötürməsi olub, polad zəncirlərin köməyi ilə fırlanma hərəkətini paralel vallar arasında ötürməyə xidmət edir. Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı böyük mərkəzdənqaçma qüvvəsini yarandığına görə zəncir ötürməsi aşağı sürətlərdə böyük çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir. Böyük güclərdə işləyən ötürmədə bir neçə zəncir boltlarla bir-birinə bərkidilir. == Konstruksiyası == Ən sadəsi oymaqlı zəncir ötürməsidir. O, oymaq preslənmiş lövhədən ibarət daxili və çivi preslənmiş xarici bənddən ibarətdir. Çivi oymağa keçirilərək hərəkətli birləşmə yaradır. Yeyilməni və səs yaranmasını azaltmaq üçün oymağa fırlanan diyircək keçirilir. İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-açılması üçün ona qıfıl hissəsi əlavə edilir.
Götürmə (şahmat)
Götürmə — Şahmat termini. Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur.
Türmə işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Fransada övladlığa götürmə
Fransada övladlığa götürmə Fransa Mülki Məcəlləsində iki formada müəyyən edilmişdir: adi övladlığa götürmə və plenar övladlığa götürmə. == Adi övladlığa götürmə == Övladlığa götürmənin bu növündə övladlığa götürülən şəxslə onun bioloji ailəsi arasında müəyyən hüquqi münasibətlərin qalmasına icazə verilir. Bu müddəa Fransa Mülki Məcəlləsinin 343-cü maddəsində müəyyən edilmişdir. Plenar övladlığa götürmədən fərqli olaraq, adi övladlığa götürmənin tələbləri daha az məhdudlaşdırıcı və daha az radikaldır. === Tələblər === Yaşı 28 və daha yuxarı olan bir şəxs (iki şəxs eyni zamanda övladlığa götürən ola bilməz) övladlığa götürən ola bilər. Övladlığa götürülən övladlığa götürən şəxsin arvadının (ərinin) uşağı deyilsə, onunla övladlığa götürən arasında yaş fərqi 15-dən az olmamalıdır. Birinci halda isə yaş fərqi 10-dan az olmamalıdır. Əgər övladlığa götürən nikahdadırsa, onun arvadının (ərinin) razılığı tələb olunur. (Mülki Məcəllə, Maddə 361) === Hüquqi nəticələri === Övladlığa götürmə övladlığa götürülən uşaq üçün valideynlərinə münasibətdə mövcud olan hüquq və vəzifələr yaradır. Ona görə də, məsələn, övladlığa götürülən uşağın əvvəlki soyadı dəyişdirilərək övladlığa götürənlərin soyadı verilir.
Keçiddə götürmə (şahmat)
Keçiddə vurma — Şahmat termini Başlanğıc mövqedən birdən-birə iki xana hərəkət edərək, rəqibin piyadası ilə üfüqi vəziyyətdə duran piyadanı götürmək deməkdir. Keçiddə vurma (bəzi ədəbiyyatlarda "keçiddə götürmə") yalnız müvafiq gedişdən sonra ola bilər. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2.Af3 Af6 3.d4 ed 4.e5 Ae4 5.V:d4 d5 (diaqrama bax) 6.ed.
Üzə oturma
Üzə oturma, yaxud da feissitinq (ingilis dilində Facesitting) insan cinsi hərəkətlərindən biridir. Bir cinsi partnyor adətən oral-genital və ya oral-anal əlaqəyə icazə vermək və ya məcbur etmək üçün digərinin üzünə oturur. Poza həmçinin digər erogen zonaları stimullaşdırmaq üçün altda qalan partnyorun əllərini azad şəkildə buraxmasına şərait yaradır.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
Türbə
Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir. Bütövlükdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır. İslam ölkələrinin memarlığını araşdıran mütəxəssislər qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışlardan ən geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasıdır.Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) qülləvari türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır." Sərdabənin dəfn tikilisi kimi ortaya çıxması isə başlıca olaraq tabbutda basdırma mərasimi ilə (Avropada bu adət daha çox xristianlıqda özünü göstərir) bağlıdır. Çin alimlərinin məlumatına görə hələ eradan əvvəl ikinci yüzildə hunlar ölüləri qızıl və gümüş işləməli, qalın parçaya bürünmüş ikiqatlı tabuta qoyurdular. Türk ədəbi abidələrində də belə mərasimlər və tikililər haqqında bilgilər saxlanmışdır. Məsələn Manas dastanında göstərilir ki, Manas öləndə "onu tabuta qoydular." Buradaca sərdabənin tikintisi səbəbi aydınlaşdırılır: "Yeraltı sarayda" belə dəfn mərasimi əbədi yeraltı həyat haqqında əski türk anlayışları ilə bağlı olub, sərdabə içərisində əlverişli, əgər belə demək mümkünsə, gerçək yaşayış şəraiti yaratmaq istəyindən doğmuşdur.
Birbaşa köçürmə
Birbaşa köçürmə - mətnin Copy-paste (və ya buna oxşar) əmri vasitəsi ilə köçürülməsidir. Bu köçürmədə yeni mətnlə mənbə tamamilə üst-üstə düşür. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Paralel köçürmə
Paralel köçürmə Müstəvinin (eləcə də fəzanın) bütün nöqtələrini eyni istiqamətdə və məsafədə saxlamaqla özü-özünə inikas etdirən çevirmədir.
Sintetik hürmə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Səkkizguşəli türbə
Səkkizguşəli türbə və ya Güloğlular türbəsi — Azərbaycanın Bərdə rayonunun Güloğlular kəndində yerləşən XVIII əsrə aid türbə. == Tarixi == == İstinadlar == == Xarici keçidlər == Qasım Hacıyev, "Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi", Bakı, "UniPrint", 2008.
Yaşıl türbə
Yaşıl türbə — İldırım Bəyazidin oğlu Sultan I Mehmed tərəfindən 1421-ci ildə tikilmişdir. Memarı Hacı İvaz Paşadır. Bursanın simvolu halına gələn tikili şəhərin hər yerindən görünə bir mövqeyə malikdir. I Mehmed sağlığında türbəni tikdirib, 40 gün sonra da vəfat etmişdir. Türbədə Sultan Mehmed ilə oğulları Şahzadə Mustafa, Mahmud və Yusif ilə qızları Səlcuq Xatun, Sittin Xatun, Ayşə Xatun və dayəsi Dayə Xatuna aid olmaqla cəmi 8 sanduqə (məzar) vardır. == Memarlıq == Kənardan baxanda birmərtəbəli görünən türbə, sanduqə yerləşdiyi salon və bunun altında yer alan beşik tonuzlu məzar otağı ilə bərabər iki mərtəbəlidir. Xarici divarlar turkuaz kaşılarla örtülüdür. Türbənin içi, sanduqə, mihrab, divarlar, cümlə kapisi ilə fasad örtükləri da saxsıdan düzəldilmişdir. Qibləyə baxan mehrabı bir sənət əsəridir. Buradakı saxsılar İznik çinicilikinin şah əsər nümunələridir.
Ölümə qadağa
Ölümə qadağa — xüsusi ərazilərdə ölümə qoyulan hüquqi qadağa. Qadağa ölmüş insanın ailəsinə cərimə formasında tətbiq olunur. Tarixdə bu tip qadağaya e.ə. V əsrdə Yunanıstanda rast gəlinir. Müqəddəs Delos adasında dini inanclar zəminində ölümə qadağa qoyulmuşdu. Böyük Britaniyada ehtimal olunur ki, parlamentin Vestminster sarayında ölərək oranı murdarlamaq qəbul edilməzdi. Əgər bu baş verərsə kralın hesabına dəfn edilərək təmizlənmə həyata keçirilir. Müasir dövrdə bir çox yaşayış məntəqələri ölümə qadağa qanunu qəbul etmiş. Buna səbəb ərazidə qəbiristanlıq yerinin dolması olur və aidiyyatı qurumlardan bu yolla yeni ərazinin ayrılmasına nail olmaqdır. Belə qanun İspaniyanın Əndəlus vilayətinə aid olan Lanjaronvə Fransanın cənubunda yerləşən üç yaşayış məntəqəsində — Kyuno, Le-Lavandu və Sarpurans, eləcədə Norveçin Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərində güvvədədir.
Oturum
Oturum və ya Suya oturma dərəcəsi – hərbi və mülkü gəmiqayırmada gəminin və ya qayığın suya oturma (dalma) dərəcəsi. Gəmilərin hərkətlərinin nizamlamasında mühüm rol oynayır. == Növləri == Oturumun aşağıdakı növləri vardır: Layihə (hesablama) oturumu Midelşpanqoutuya görə layihə oturumu Gəminin burun tərəfi ilə ilə oturum Gəminin dal tərəfi ilə oturum Orta oturumDərəcəsinə görə: Gəminin ən dərin bölmədə suya oturumu (ds) gəminin yay yük xəttinə müvafiq suya oturma dərəcəsidir. Gəminin ən az istismar olunan suya oturma dərəcəsi (dl) gözlənilən ən az yüklənmə və onunla əlaqədar maye ehtiyatlarına, o cümlədən, zədəyə qarşı davamlılıq və/yaxud suya batma üçün zəruri ola bilən bu tip ballasta müvafiq olan gəminin istismar olunan suya oturma dərəcəsidir. Gəminin bölmədə qismən suya oturma dərəcəsi (dp) gəminin az istismar olunan suya oturma dərəcəsi, üstəgəl gəminin az istismar olunan suya oturma dərəcəsi ilə ən dərin bölmənin suya oturma dərəcəsi arasındakı fərqin 60%-dir.
Bank Köçürmə Günü
Bank Köçürmə Günü — 5 noyabr 2011-ci ilə qədər kommersiya banklarından qeyri-kommersiya kredit ittifaqlarına könüllü keçidi tələb edən istehlakçı fəallığı təşəbbüsü idi. 15 oktyabr 2011-ci il tarixinə bu cəhdə həsr olunmuş Facebook səhifəsi 54.900-dən çox "like" toplamışdır. Bank of America-dan ayda 5 ABŞ dolları məbləğində debet kartı haqları 5 noyabr tarixi ilə Bank Köçürmə Günü etirazına aparan addımlar sırasındadır. Occupy Wall Street iştirakçıları hadisələrin bir-biri ilə əlaqəli olmamasına baxmayaraq səyi dəstəkləyirlər. Təhqir edənlər arasında Los Ancelesi işğal et iştirakçıları da var idi: Bank Köçürmə Günü tədbirinin yaradıcısı Siqurd Olin Kristian bildirdi ki, “Occupy Los Angeles təşkilatçıları tərəfindən ona qarşı təhdidlər edilib və hətta anti-kredit ittifaqı tərəfdarı olduğu üçün hədələyici telefon zəngləri də alıb." Los-Ancelesdə (Kaliforniya) sənət qalereyasının sahibi Kristian Bank of America-nın "gülünc ödənişləri və zəif müştəri xidmətlərindən" narazı olduğunu söylədi. O, Facebook-da "Bank Transfer Günü" adlı tədbir yaratdı və dostlarını bağlanmağa dəvət etdi. 5 noyabr 2011-ci il tarixinə qədər böyük mənfəət banklarında hesablarını açıb pullarını kredit ittifaqlarına köçürür. Böyük Britaniya, lakin 1605-ci ildə həmin tarixdə ələ keçirildi. Bu, davamlı bir ayin olmuşdur. == Ümumi baxış == Bank köçürmələri günü bank müştərilərini böyük banklardan nağd pullarını kredit ittifaqlarına köçürməyə təşviq edir.
Faylların ötürülmə protokolu
FTP, faylların ötürülmə protokolları (ing. File Transfer Protocol) – faylları ötürmə protokolunun köməyi ilə faylların bir kompüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kompüterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompüterindən ona və əksinə göndərə bilər. Başqa sözlə desək FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikili və mətni fayllar mübadiləsi aparmağa imkan verir. Bu protokolun zası əsasında ümumdünya şəbəkəsində verilənlərin daonlad (download) və apload (upload) əməliyyatı realizə olunur. Daonlad (download) faylların uzaq şəbəkə kompüterindən (server) kliyent kompüterinə köçürülməsi/yuklenmesi prosesidir. Apload (upload) – əks proses, yəni faylın uzaq məsafədəki kompüterə yüklənməsi deməkdir. FTP-nin təhlükəsizliyi üçün SSL/TLS (FTPS) və SSH File Transfer Protocol (SFTP) istifadə olunur. SFTP daha yeni texnologiya olduğu üçün SFTP-yə üstünlük verilir.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi.Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi. == Mənbə == Erdkamp, Paul, ed.
Türye
Türye (fr. Turriers, oks. Turriás) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Türye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04222. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 397 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 229 nəfər (15-64 yaş) arasında 166 nəfər iqtisadi fəal, 63 hərəkətsiz (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 68.0%) idi. Fəal 166 nəfərdən 158 nəfəri (91 kişi və 67 qadın), 8 nəfəri işsizdir (4 kişi və 4 qadın).
Dairəvi türbə (Marağa)
Dairəvi günbəz türbəsi Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir.Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Bina zirzəmisi olan hündür daş bünövrə üzərində tikilmişdir.
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. == Little Bighorn döyüşü == Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. == Təslim olması == 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. == Heyvan populyasiyalarının etoloji strukturu == Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Oturtma tikmə
Oturtma (qondarma) tikmə (qaz. bastırma, rus. вышивка аппликацией) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulub bərkidilməsiylə icra edilən tikmə. == Texnika == Bu tikmənin geniş yayıldığı yerlər Abşeron, Gəncə, Qazax, Şamxor və Göyçə gölünün ətrafı. "Rəsm"i və yaxud naxışı daha qabarıq göstərmək üçün bəzi hallarda onun altına pambıq qoyurdular. Bu üsulla ağ və qara yunu bir-birinə oturdub müəyyən təsvir əldə edirdilər. Keçmişdə saray çadırlarının əsas bəzəyində oturtma tikmə üsulundan geniş istifadə edilib. Keçə, dəri, sonralar müxtəlif rəngli parçaların kəsilib quraşdırılması yolu ilə inkişaf etdirilib. XIX əsrdə bu üsulla yüküzü, buxarı pərdəsi, süfrə, yaxud tapança qoburu, qılınc qını, yəhəraltı və s. əşyalar bəzədilirdi.