BREAK

break1

n 1. deşik, dəlik; ~ in the pipe-line boru kəmərində deşik / dəlik; 2. yarma, yarıb keçmə, yarılma; deşilmə, yırtılma; long / short pass ~ uzun / qısa ötürmə ilə yarma / yarıb keçmə (basketbol oyununda); 3. fasilə, pauza; tənəffüs (məktəbdə və s.); a ~ in the concert konsertdə fasilə; a tea ~ çay fasiləsi; without a ~ fasiləsiz olaraq: After the break the lesson began again Fasilədən sonra dərs yenidən başlandı; 4. dəyişiklik, dəyişmə; a ~ in the weather havada dəyişmə; 5. dan, şəfəq; the ~ of dawn / day dan yerinin sökülməsi; 6. parçalanma; təfriqə, ayrılma; münasibətlərin / əlaqələrin kəsilməsi; to make a ~ with smb. bir kəslə əlaqəni kəsmək; 7. başlanma, başlanğıc; a ~ of storm tufanın başlanması; 8. imkan, şans; to get the əlverişli imkandan istifadə etmək; Give him a break and he'll succeed Ona imkan ver/verin, o, müvəffəqiyyət qazanacaq;

◊ a ~ in the clouds ümid işığı / işartısı

break2

v 1. qırmaq, sındırmaq; to ~ a window pencərə sındırmaq / qırmaq; to ~ one’s leg qıçını sındırmaq / qırmaq; to ~ a branch of a tree ağacın budağını sındırmaq; He broke his wristwatch by dropping it O qol saatını salıb sındırdı; 2. qırılmaq, sınmaq; The rope broke İp qırıldı, to ~ into pieces çilik-çilik / parça-parça olmaq; The window broke into pieces Pəncərə parça-parça oldu; 3. pozmaq; to ~ the law qanunu pozmaq; to ~ a promise vədi pozmaq; 4. ram etmək; öyrətmək (atı) to ~ a horse atı ram etmək / öyrətmək; 5. qazanmaq, təzələmək; to ~ record in sports idmanda yeni rekord qazanmaq, idmanda rekordu təzələmək; 6. məhv etmək; If that young man tries to marry my daughter, I’ll break him O cavan oğlan mənim qızımla evlənməyə cəhd etsə, mən onu məhv edəcəm; 7. məğlub etmək; We broke the enemy at the battle Biz düşməni döyüşdə məğlub etdik; 8. demək, xəbər vermək; Break the bad news to him gently, please Zəhmət olmasa, qara /pis xəbəri ona ehmalca de / deyin; 9. pozmaq; to break the silence sakitliyi pozmaq; 10. başlamaq; The storm broke early in the morning Tufan səhər tezdən başladı; 11. korlanmaq, xarab olmaq; His health broke Onun sağlamlığı korlandı; 12. dayandırmaq, təxirə salmaq; We broke our journey to Rome at Venice Biz Romaya səyahətimizi Venesiyada dayandırdıq; 13. sirri öyrənmək / açmaq; The police broke the case and caught the criminal Polis məsələni öyrəndi və cinayətkarı həbs etdi; 14. partlatmaq; The bad news broke his heart Qara xəbər onun ürəyini partlatdı; 15. pozmaq; mane olmaq; to ~ the peace asayişi / sakitliyi pozmaq; to ~ smb.’s rest bir kəsin istirahətini pozmaq; to ~ smb.’s sleep bir kəsin yuxusuna mane olmaq; 16. soxulmaq; to ~ into a house evə soxulmaq; 17. zəifləmək; zəiflətmək; to ~ the blow zərbəni zəiflətmək; The frost broke Şaxta sındı / zəiflədi; 18. dağılmaq, səpələnmək, dağılıb getmək; çəkilmək; Clouds broke Buludlar dağıldı; 19. müflisləşdirmək:; I was completely broken Mən tamamilə müflisləşdim; 20. qaçmaq, qaçıb qurtarmaq; to ~ out of prison həbsxanadan qaçmaq; 21. partlamaq, çırtlamaq; The buds are breaking Tumurcuqlar partlayır / çırtlayır;

◊ to ~ the neck (of smth.) 1) məhv / yox / darmadağın etmək, sarsıtmaq; 2) bir şeyin ən çətin hissəsinin öhdəsindən gəlmək; 3) ən çətin işə tab gətirmək; to ~ stones ağır işlə məşğul olmaq, çörəyi daşdan çıxarmaq; to ~ the camel’s back ≅ səbri tükənmək, səbr kasası dolmaq

BREADTHWISE
BREAK AWAY
OBASTAN VİKİ
Quantum Break
Quantum Break — Xbox One platformasında çıxacaq oyundur. Remedy Entertaiment şirkəti tərəfindən hazırlanan oyun Microsoft Studios tərəfindən yayınlanacaq.Oyun 21 may 2013 Xbox One tədbirində təqdim olunub. Eyni zamanda Quantum Break Serialının çəkilişlərinə də başlanılıb. == Mövzusu == Oyun, Jack Joyce, Beth Wilder, ve Paul Serene adındakı zamanı yönləndirə bilən 3 insan üzərinə qurulmuşdur. Məsələn Paul Serene gələcəyi görə bilmə bacarığına sahibdir. Oyundakı hadisələr ABŞ-nin şimal şərqində Riverport Üniversitetində aparılan Zamanda Səyahət təcrübəsinin səhv getməsi ilə daha da sürətlənir. Oyunun hazırlanması sırasında şirkət CERN-də işləyən bir nəfər nəzəri fizikaçıdan da faydalanıb.
Break My Silence
Break My Silence — 2010-cu ilin aprel ayında Azərbaycanda yaradılmış metalcore qrupu. Qrupun ilk demo mahnısı - "Blind To The Truth" 2011-ci ildə dinləyicilərə təqdim olunmuşdur. Yeni vokalist "Vita" ilə birlikdə qrupun "Boundary Of Emptiness" adlı ilk debüt studio albomu 2012-ci il mayın 21-də dinləyicilərin ixtiyarına verilmişdir.
I Won't Break
I Won't Break (azərb. Mən sınmayacağam‎) — Rusiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yuliya Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Leonid Qutkin, Netta Nimrodi və Ari Burşteyn tərəfindən bəstələnmişdir. Bəstəkarlardan Leonid Qutkin daha öncə Rusiyaya Avroviziyada 2013-cü ildə 5-ci yeri qazandıran "What If" və 2015-ci ildə ikinci yeri qazandıran "A Million Voices" mahnılarını bəstələmişdir.
Tiny Toon Adventures: Babs’ Big Break
Tiny Toon Adventures: Babs’ Big Break - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunu.
Babez For Breakfast
Babez For Breakfast — Lordi studiya albomu. == Alboma daxil olan mahnılar == SCG5: It's A Boy!
Breaking Bad
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.
Breaking News
Breaking News – Maykl Ceksonun ölümündən sonra çıxarılmış və indiyə kimi işıq üzü görməyən mahnıların toplandığı Michael albomundan olan ilk sinqlı. Sinqlın rəsmi şəkildə 5 noyabr 2010 – cu ildə ictimayətə təqdim edilmiş, mahnı tam şəkildə ilk dəfə 8 noyabr 2010 -cu ildə Ceksonun rəsmi veb saytında yalnızca bir həftə müddətində yayımlanmışdır. Həmçinin 8 noyabr tarixindən etibarən mahnı radiolarda da səsləndirilməyə başlanmışdır. == Fon == Mahnı 2007-ci ildə Nyu-Cersidə, Maykl Cascio ailəsi ilə birgə yaşadığı vaxt yazılmışdır. Michael albomuna daxil olan "Monster" və "Keep Your Head Up" mahnıları da daxil olmaqla digər mahnıların da əksəriyyəti bu zaman yazılmışdır. == Çıxarılması == 5 noyabr tarixində "Breaking News" mahnısının reklam videosu Maykl Ceksonun röəsmi veb saytında yerləşdirildi. Videoda müxtəlif telekanalların məşhur müxbirlərinin Cekson haqqında olan məlumatları baş xəbər kimi çatdırmaları təsvir edilmişdi. Bu girişdən sonra Ceksonun qısa vokal ifası verilmişdi."Breaking News" çoxdan gözlənən albomun debüt sinqlı və albomnan yayımlanan ilk mahnı olmasına baxmayaraq Sony Music mahnının kommersiya sinqlı deyil, Promo sinql kimi radiolarda yayımlanmasına razılıq verdi. 5 noyabrda sinqlın reklam videosu Ceksonun rəsmi veb saytında yayımlandı. Video müxbirlərin Cekson haqqında xəbərlər səsləndirməsi ilə başlayır və ardından Ceksonun ifası səslənirdi.
Code:Breaker
Code:Breaker (コード: ブレイカー, Kōdo:Bureikā, azərb. Kod: Qırıcı‎) və ya bəzən CØDE:BREAKER — manqaka Akimine Kamicyo tərəfindən yazılıb çəkilən manqa seriyası. 2008-ci ildən 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuş və 26 cildi buraxılmışdır. Manqa seriyası döyüş incəsənət növləri ilə məşğul olan lisey tələbəsi Sakura Sakurakoci və liseyə yeni gəlmiş, fövqəltəbii güclərə malik Rey Oqaminin başına gələn hadisələrdən bəhs edir. Manqa əsasında Kinema Citrus studiyası tərəfindən çəkilmiş 13 seriyalıq anime adaptasiyası 7 oktyabrdan 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Manqa seriyası Şimali Amerikada Del Rey Manga, Fransada Pika Édition, İtaliyada Planet Manga, Tayvanda Tong Li Publishing, Almaniyada Egmont Manga & Anime tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Sakura Sakurakoci döyüş incəsənət növləri ilə məşğul olan və liseyin ən gözəl qızlarından biri olan tələbədir. Bir gün Sakura avtobusla gedərkən pəncərədən gənc bir oğlanın göy alovlarla qarşısındakı bir neçə adamı diri-diri yandırdığına şahidlik edir. Növbəti gün insidentin baş verdiyi yerə getsə də, cinayətdən heç bir iz qalmadığını görür.
гомери́чески Дожи́нки зени́тка малоле́тник офтальмоло́гия проду́бливание прое́зживать брюха́стый недобросо́вестно оболва́нить подбавля́ться покуси́ться полиня́лый преоблада́ющий уценённый blatant indignation radioluminescence specs ungear unguis арфистка денёк мученичество президиум