Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ügyek
Ügyek və ya digər adı ilə Ugek (VIII əsrin ikinci yarısı, IX əsrin birinci yarısı), Almosun atası, ilk Böyük Macar Şahzadəsi. Bəzi mənbələrə əsasən isə Almoşun atası yox babasıdır. Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur. Anonim müəllif yazır ki Ügyek 819-cu ildə Eunedubeliyan şahzadəsinin qızı Emeşe ilə evləndi. Xronikalarda göstərilir ki, onların Almoş adlı bir oğlu oldu. Emeşe Almoşun doğumundan əvvəl yuxuda Toğrul quşunu görmüşdü. Toğrul quşu mifologiyada qoruyucu rolunda çıxış edir və onun vəzifəsi uşaqları böyüyənədək bəlalardan qorumaqdır. Buna görə də onun adını Almoş yəni “ yuxuda görülən” qoymuşdular. Tarixçi Dyula Kristo qeyd edir ki, Ügyekin adının qədim macar sözü olan ügy sözündən götürülmüş ola bilər. Ügy sözü macarca “müqəddəs” mənasında işlənir.
.ug
.ug — Uqandanın internet kodu.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
.ag
.ag — Argentinanın internet kodu.
.bg
.bg — Bolqarıstanın internet kodu.
.cg
.cg — Konqo Respublikasının internet kodu.
.eg
.eg — Misirin internet kodu.
.gg
.gg — Gernsinin internet kodu.
.kg
.kg — Qırğızıstanın internet kodu.
.mg
.mg — Madaqaskarın internet kodu.
MG
MG Cars MG Motor MG 15 MG 34 MG 4 MG 5 MG 42 .mg — Madaqaskarın internet kodu.
6G
6G — 6-cı nəsil kabelsiz mobil şəbəkə texnologiyası. 6G telekommunikasiya sahəsində mobil məlumat şəbəkələrini dəstəkləyən simsiz rabitə texnologiyaları üçün inkişaf edən altıncı nəsil mobil rabitə standartıdır. Mütəxəssislər güman edirlər ki, bu standart 5G-dən əhəmiyyətli dərəcədə daha sürətli olacaq. 6G şəbəkəsi özündən əvvəlkilər kimi, xidmət sahəsinin mobil hücrələr adlanan kiçik coğrafi ərazilərə bölünən genişzolaqlı mobil şəbəkə olacaq. Bir neçə şirkət (Airtel, Anritsu, Apple, Ericsson, Fly, Huawei, Jio, Keysight, LG, Nokia, NTT Docomo, Samsung, Vi, Xiaomi), tədqiqat institutları (Texnologiya İnnovasiya İnstitutu, Universitetlərarası Mikroelektronika Mərkəzi) və ölkələr (ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri) 6G şəbəkəsinə maraq göstərirlər. 6G şəbəkəsi özündən əvvəlki texnologiyalara nisbətən daha fərqli olacaq. Belə ki, hər yerdə mövcud olan ani kommunikasiya, geniş yayılmış intellekt və əşyaların interneti (IoT) kimi cari mobil hücrə istifadə edən nümunələrdən daha çox tətbiqləri dəstəkləyəcəyi gözlənilir. Mobil şəbəkə operatorlarının 6G üçün çevik və mərkəzləşdirilməmiş (desentralizasiya) biznes modelini qəbul edəcəyi gözlənilir. 6G ilə yerli spektrin lisenziyalaşdırılması, spektr və infrastrukturun paylaşılması, mobil periferik hesablama, süni intellekt, qısa paket rabitəsi və blokçeyn texnologiyaları ilə dəstəklənən ağıllı avtomatlaşdırılmış idarəetmə gözlənilir. 2023-cü ildən etibarən, 6G texnologiyası üçün ümumi qəbul olunmuş hər hansı bir dövlət və ya qeyri-dövlət standartı mövcud deyil və lakin inkişaf etmə mərhələsindədir.
1G
1G — mobil şəbəkə (simsiz) texnologiyasının birinci nəslinin mobil rabitə standartı. Bu, 1980-ci illərdə tətbiq edilmiş və 2G ilə əvəz edilmiş mobil telekommunikasiya standartıdır. Bu iki mobil şəbəkə və mobil nəsil arasındakı əsas fərq ondan ibarətdir ki, 1G audio ötürmə şəbəkəsi analoq, 2G isə tamamilə rəqəmsaldır. Müxtəlif ölkələrdə bir çox fərqli 1G mobil standartları hazırlanmış və istifadə edilmişdir. Amma dünya miqyasında ən geniş qəbul edilən standartlar Qabaqcıl Mobil Rabitə Sistemləri (ing. Advanced Mobile Phone System) və Nordik Mobil Telefon (ing. Nordic Mobile Telephone) sistemləri olub. Rəqəmsal texnologiyanın analoqdan üstün olması 2G-nin tamamilə əvəz edilməsilə yekunlaşdı. İnkişaf etmiş ölkələrdə 2000-ci illərdə bir çox 1G şəbəkələri söndürüldü. Amma bəzi yerlərdə şəbəkələrin 2010-cu illərin sonlarına qədər fəaliyyəti davam etdirildi.
LG
LG Group (İngilis: LG Group, Sloqanı (İngiliscə): "Life's Good" Azərbaycanca: Həyat gözəldir), (Koreyaca: 엘지 그룹 Elji Kŭrup); Cənubi Koreya konqlomeratı elektronika, mobil telefonlar və neft kimyası da daxil olmaqla bir çox sahədə fəaliyyət göstərir. LG Koo ailəsi tərəfindən edilən ailə şirkətidir. Şirkət LG adından 1995-ci ilə qədər "Lucky — Goldstar"ın abbreviaturası kimi istifadə edib. Adını dəyişdirməzdən əvvəl Goldstar brendi altında bir çox elektron məhsullar satırdı, Lucky markası isə ümumiyyətlə Koreyadan kənarda satılmayan digər məişət məhsullarında istifadə olunurdu. Lucky, xüsusilə ev təmizlik məhsulları və camaşırxana məhsulları ilə Cənubi Koreyanın məşhur markalarından biri idi.
.ng
.ng — Nigeriyanın internet kodu.
.pg
.pg — Papua-Yeni Qvineyanın internet kodu.
.sg
.sg — Sinqapurun internet kodu.
.tg
.tg — Toqonun internet kodu.
.vg
.vg — Britaniya Virgin adaları üçün internet kodu.
3G
3G — üçüncü nəsil rabitə texnologiyası. 3G-dəki G (generation) hərfinin ingilis dilindən dilimizə anlamı da "nəsil" deməkdir. Təqdim etdiyi xidmətlər arasında mobil istifadəçilər üçün geniş sahədə kabelsiz telefon əlaqələri, görüntülü əlaqələr və verilənlərin kabelsiz ötürülməsi mövcuddur. Bu texnologiya 1998-ci ildə Yaponiyanın NTTdocomo şirkəti tərəfindən yaradılmışdır. 2002-ci ildən Amerikada, 2003-cü ildən isə Avropada istifadə olunmağa başlamışdır. Bu sistem yalnız sürətli internet şəraitində işlədiyindən internet sürətinin dəfələrlə artırılmasını və yaxşılaşdırılmasını tələb edir. 3G sistemlərində sürətlər artıq megabitlərlə ifadə edilir. Sürətdəki bu artım xüsusilə internetə daxilolmanı asanlaşdırır. 3G vasitəsilə həm də telefondan görüntülü danışıq artıq bizdə də həqiqətə çevrilib. Bu sistem mobil internet sürətinin azı 70 qat artması deməkdir.
4G
4G (ing. fourth generation) — dördüncü nəsil kabelsiz telefon texnologiyasıdır. Digər GSM standartları kimi hücrəvi bir şəbəkə sistemi istifadə etməyi və üçüncü nəsildə ortaya çıxan əhatə dairəsi problemi başda olmaq üzrə bəzi problemləri həll etməyi gözlənilməkdədir. Əlaqə sürəti mobil telefonlarda 100mps , Wi-Fi şəbəkələrdə 1Gbpsdir. Eyni zamanda Wimax bant genişliyi ilə eyni boydadır. Bu, mövcud 3G texnologiyasının təqdim etdiyi sürət göstəricisindən 10 dəfə çoxdur. == Tətbiqi == 2009-cu ildə Dünyanın qabaqcıl telekommunikasiya şirkətlərindən olan "Verizon Vireless" 4G-ni sınaqdan keçirib. Şirkət ABŞ-nin Boston və Sietl şəhərləri arasında keçirdiyi testləri uğurla tamamlayıb. Test mərhələsində video, fayl endirmə və yükləmə, internetdə gəzinti ilə yanaşı, səs transferi 4G üzərindən sınanıb. Bu sayədə gerçək mənada mobil telefondan yüksək keyfiyyətli video izləmək və gerçək oyunlar oynamaq mümkün olacaq.
5G
5G (ing. fifth generation) — 5-ci nəsil kabelsiz mobil texnologiya. 5G texnologiyası tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə 5G saniyədə 20 Qiqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 GHs və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir. Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər. == Mobil şəbəkələr == 5G-nin 6GHs-dan aşağı tezlikdə ilkin buraxılışı arxitektura baxımdan mövcud 4G LTE infrastrukturdan ayrılmır. Şəbəkə avadanlıqarının əsas təchizatçıları isə Nokia, Huawei və Eriksondur. == Yayılması == Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
LG Electronics
LG Electronics Ins. — Cənubi Koreyaya məxsus elektronika şirkəti. Dünyada 100-dən çox yerdə var olan, 82.000 işçisi olan şirkət, LG Qrupunun bir parçasıdır. LG Electronics beş ayrı bölmədə elektronika istehsal edir: Mobil Əlaqə, Ev Əyləncə, Ev Alətləri, Kondisioner və Enerji Həllləri, Maşın Hissələri. 2013-cü ildə qlobal satışlarında şirkət 53.10 milyard ABŞ dolları gəlir əldə etmişdir.
MG 15
MG 15, İkinci dünya müharibəsində Almaniya istehsalı, 1930-cu illərin əvvəllərində bombardmançıları qorumaq üçün istifadə edilən, 7,92 mm ölçüsü lent mənbəli pulemyotdur. Bundan əlavə 1941-ci ildə Vermaxtın quru qoşunları tərəfindən də istifadə edilmişdir. == Texniki xüsusiyyətləri == Növü: pulemyot Mənşə: Üçüncü Reyx Konstruktor: Theodor Bergmann Konstruksiya tarixi: 1915 İstehsalçı: WW1 Bergmann, Third Reich Rheinmetall İstehsal tarixi: 1915-1945 Çəki: 12.4 kg (bütün təchizatı ilə birlikdə) Uzunluq:1078 mm Lülə uzunluğu: 600 mm Sursat: 7.92x57mm Mauzer Kalibr: 7.92 Atış sürəti: 1000-1050 meyrmi/dəqiqə == Hekayəsi == 1920-ci illərin ortalarında MP30-dan ilham alan Louis Stange şirkəti tərəfindən istehsal edilmişdir. Təyyarələrdə istifadə üçün daşınan qurğularla quraşdırılmışdır. Buna bir növ kilidləmə sistemi deyilə bilər. Bu xüsusiyyət sayəsində demək olar ki, bütün Luftwaffe təyyarələrində istifadə edilmişdir. Sadə bir montaj quruluşuna sahib idi ki, 75 mərmilik dəyirmi spiralvari maqazini bitdikdə asanlıqla çıxarıla və dəyişdirilə bilinsin. Yaponlar da bu pulemyotu öz döyüş təyyarələrində istifadə etmişdirlər.
MG 34
MG 34 (Maschinengewehr 34) — Almaniya istehsalı olan hava soyutmalı, yüngül/orta səviyyəli pulemyotdur, ilk dəfə 1934-cü ildə istehsal edilmiş və 1935-ci ildə xidmətə qəbul edilmiş və 7.92 mm-lik Mauzer döyüş sursatından istifadə etmişdir. Birinci Dünya müharibəsindən sonra klassik, ləng və ağır Maksim mitralyozlarına alternativ olaraq, Alman mühəndisləri yüngül yüksək atəş gücünə malik olan MG 42 və MG 34-ün ilk modeli olan MG 15 pulemyotunun istehsal etdilər. MG 15-in inkişafı ilə 1935-ci ildə gözlənilən MG 34 ağır pulemyotu istifadəyə verildi. MG-34 asanlıqla daşınır və psixoloji cəhətdən düşməni lərzəyə salırdı. 1942-ci ilə qədər piyada və tanklarda istifadə edilən MG 34-lərin istifadəsi 1942-ci ildən yalnız tanklarla məhdudlaşdırıldı və istehsalı dayandırıldı. 1942-ci ildən başlayaraq MG 42 istehsal olunmağa və istifadəyə başlanıldı.
.aq
.aq — Antarktikanın internet kodu. Domen iki il müddətinə pulsuz verilir. Domeni almaq üçün isə hökmən Antarktidada azı bir dəfə olmaq tələb edilir. İki ildən sonra istifadə müddətini yenidən artırıla bilə.
.gq
.gq — Ekvatorial Qvineyanın internet domeni. Ekvatorial Qvineya hökumətinin qanunlarına əsasən yalnız ikinci və daha aşağı səviyyəli internet domenlərindən qeydiyyatdan keçməklə bu uzantıdan istifadə etmək olar. == Birinci səviyyəli internet domeni == Ölkənin birinci səviyyəli domeni .gqdır. Bu domenə birbaşa qeydiyyata icazə yoxdur. == İkinci səviyyəli internet domeni == Ölkənin ikinci səviyyəli internet domenləri bunlardır: .org.gq — qeyri-hökumət təşkilatları üçün .gov.gq — dövlət qurumları üçün .edu.gq — təhsil müəssisələri üçün .mil.gq — hərbi və xüsusi mühafizə orqanları üçün .com.gq — kommersiya fəaliyyəti üçün Bu domenlərdən qeydiyyatdan keçməyə icazə vardır.
.gu
.gu — Quamın internet kodu.
.iq
.iq — İraqın internet kodu.
.mq
.mq — Martinikanın internet kodu.
GQ
GQ — aylıq kişilər üçün moda jurnalı. Əsası 1957-ci ildə ABŞ-də qoyulmuşdu. Kişilər üçün jurnallar içərisində ən birincidir.
IQ
İntellekt əmsalı (ing. intelligence quotient; abr. IQ ; təl. "ay-kü") — insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi. Verilmiş şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusu testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun (g) qiymətləndirilməsi üçün tətbiq edilir. İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun, belə ki, insanların 50%-i 90–110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçıların ki, isə 135–140 təşkil edir.
Kq
Kiloqram (şərti işarəsi: azərb. kq‎, beyn. kg) — kütlə vahidi. Beynəlxalq vahidlər sistemində yeddi əsas vahiddən biri. 1 kiloqram 1000 qrama bərabərdir. Kiloqramın qüvvədə olan tərifi 1901-ci ildə Ölçü və çəki üzrə III Baş konfransda qəbul edilmişdir və aşağıdakı kimidir.: Kiloqram, beynəlxalq kiloqram prototipinə bərabər olan kütlə vahididir. Kiloqramın beynəlxalq prototipi (etalon) Beynəlxalq çəki və ölçü bürosunda (Paris ətrafındakı Sevrdə) saxlanılır və diametri ilə hündürlüyü 39,17 mm olan platin-iridium xəlitəsindən (90% platin, 10% iridium) ibarət silindrdir.
Qu
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
Suq
Suq — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,890 nəfər və 1,190 ailədən ibarət idi.
Ugi
Sun Yuytsi (çin. 宋雨琦, kor. 송우기; 23 sentyabr 1999, Pekin) və ya tanınan səhnə adı ilə Uqi (kor. 우기) – Çin müğənnisi, mahnı yazarı və rəqqası. "(G)I-dle" qrupunun üzvüdür. 2021-ci ildə "A Page" sinql albomu ilə solo debüt etmişdir. == İlk illəri == Sun Yuytsi 23 sentyabr 1999-cu ildə Çinin paytaxtı Pekində doğulmuşdur. Pekində yerləşən 101 Orta Məktəbində təhsil almışdır. "Cube Entertainment" tərəfindən Pekində keçirilmiş seçimlərə qatılmış, "CLC" qrupunun "High Heels" və "G. E. M." qrupunun "Bubble" mahnısını ifa etmişdir. O, seçimlərə keçirək "Cube Entertainment"ə qatılmışdır.
Uqi
Sun Yuytsi (çin. 宋雨琦, kor. 송우기; 23 sentyabr 1999, Pekin) və ya tanınan səhnə adı ilə Uqi (kor. 우기) – Çin müğənnisi, mahnı yazarı və rəqqası. "(G)I-dle" qrupunun üzvüdür. 2021-ci ildə "A Page" sinql albomu ilə solo debüt etmişdir. == İlk illəri == Sun Yuytsi 23 sentyabr 1999-cu ildə Çinin paytaxtı Pekində doğulmuşdur. Pekində yerləşən 101 Orta Məktəbində təhsil almışdır. "Cube Entertainment" tərəfindən Pekində keçirilmiş seçimlərə qatılmış, "CLC" qrupunun "High Heels" və "G. E. M." qrupunun "Bubble" mahnısını ifa etmişdir. O, seçimlərə keçirək "Cube Entertainment"ə qatılmışdır.