Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarix
Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Staris yarımadası
Staris ysrımadası — Oxot dəniziinin şimalında Tauy körfəzi sahillərində Maqadan vilayəti ərazisində yerləşir. Yarımadanın qərbində Naqayeva vuxtası, şərqdə isə Qertner buxtası yerləşir. Bundan əlavə sahillərində Batareynaya, Jemcujnaya, Svetlaya, Tixaya, Vodopadnaya buxtaları vardır. Cənub ucqar nöqtəsi Srednı, qərbdə Çirikova, şərqdə Vostoçnı. Maqadan Naqaeva buxtası ilə Qertner buxtası arasında yerləşir. Rus coğrafiyaçı hidroqraf Konstantin Stepanoviç Starisin şərəfinə adlandırılmışdır.
Hərbi tarix
Nüvə silahları nüvə parçalanması və birləşmə reaksiyalarından böyük dağıdıcı gücə malikdir. 1930-cu illərdə edilən elmi kəşflərə əsaslanaraq, ABŞ, İngiltərə, Kanada və azad Fransa, II Dünya Müharibəsi dövründə Manhattan Layihəsi adlanan bir atom bombası olaraq da bilinən parçalanma silahı yaratmaq üçün əməkdaşlıq etdilər. 1945-ci ilin avqust ayında Hirosima və Naqasakinin atom bombardmanları ABŞ tərəfindən bu müharibənin sonlarında Yaponiyaya qarşı həyata keçirildi və bu günə qədər hərbi əməliyyatlarda nüvə silahının tək istifadəsi olaraq qaldı. Sovet İttifaqı, qısa müddət sonra öz atom bombası layihəsi ilə inkişafa başladı və çox keçmədən, hər iki ölkə hidrogen bombası kimi tanınan daha güclü birləşmə silahları inkişaf etdirdilər.
Miladi tarix
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
Modern tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Mulan (tarix)
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Mülki tarix
Otari Çaparidze
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921, Tiflis – 10 iyul 2020) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı. Otari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub.
Alternativ tarix
Bu janr bəzən fantastika janrı ilə səhv salınır. Tarixi romanda bir hadisə müəllifin öz təsəvvürü və ya fantastik detallar qatılarsa bu Alternativ tarix (Alternative history) janrına çevrilir. Əsasən fantastik janrın alt janrı kimi qəbul edilir və yaranması haqda dəqiq bir məlumat olmur. Çünki fantastikanın yarandığı tarix kimi qəbul edilən E. Ə. 3000-ci ildə yazılan Homerin "Odissey" və "İlliada" əsəri də bəzi kritiklərə görə alternativ tarix janrında yazılıb. Philip K. Dick, Harry Turtledove, bu janrın ən böyük ustaları olaraq qəbul edilir.
Phytoseiulus tardi
Phytoseiulus persimilis (lat. Phytoseiulus persimilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin phytoseiulus cinsinə aid heyvan növü.
Siyasi tarix
Siyasi tarix siyasi hadisələrin, ideyaların, hərəkatların, hökumət orqanlarının, seçicilərin, partiyaların və liderlərin təsviri və tədqiqidir. Tarixin digər sahələri ilə, o cümlədən diplomatik tarix, konstitusiya tarixi, ictimai tarix, xalq tarixilə sıx bağlıdır. Siyasi tarix böyük cəmiyyətlərdə hakimiyyətin təşkili və fəaliyyətini öyrənir. Təxminən 1960-cı illərdən başlayaraq, rəqabət aparan alt fənlərin, xüsusən də sosial tarix və mədəniyyət tarixinin yüksəlişi, diqqəti siyasi elitaların fəaliyyətinə yönəltməyə meylli olan "ənənəvi" siyasi tarixin nüfuzunun azalmasına səbəb oldu. 1975-ci ildən 1995-ci ilə qədər iki onillikdə Amerika universitetlərində sosial tarixlə eyniləşdirilən tarix professorlarının nisbəti 31%-dən 41%-ə yüksəldi, siyasi tarixçilərin nisbəti isə 40%-dən 30%-ə düşdü. Dünyanın siyasi tarixi siyasət və hökumət tarixini qlobal miqyasda, o cümlədən beynəlxalq münasibətlərdə araşdırır. İlk elmi siyasi tarix 19-cu əsrdə Almaniyada Leopold fon Ranke tərəfindən yazılmışdır. Onun metodologiyaları tarixçilərin mənbələri tənqidi şəkildə araşdırmalarına dərindən təsir etdi. Siyasi tarixin mühüm aspekti ideologiyanın tarixi dəyişiklik qüvvəsi kimi öyrənilməsidir. Müəlliflərdən biri iddia edir ki, "bütövlükdə siyasi tarix ideoloji fərqləri və onların nəticələrini öyrənmədən mövcud ola bilməz".
Tarif (iqtisadiyyat)
Tarif termini aşağıdakı mənalarda istifadə olunur: rəsmən müəyyən edilmiş ödünc, vergi, rüsum, maaş və s. miqdarı (cədvəli). Məsələn, əmək haqqı tarifi, poçt tarifi; müəssisələrə (təşkilatlara) və əhaliyə göstərilən sənaye və qeyri-sənaye xüsusiyyətli müxtəlif xidmətlərin ödənilməsi dərəcəsi, ödəniş norması; idarələrə, müəssisələrə, təşkilatlara və vətəndaşlara müxtəlif istehsal və qeyri-istehsal xidmətlərinə görə verilən ödəmə məzənnəsi sistemi. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tarif Cəfərzadə
Tarif adası
Tarif adası və ya Palomas (isp. Isla de las Palomas) — Cəbəllütariq boğazında yerləşən kiçik ada. Tarif şəhərinin yaxınlığında yerləşir. Ada Pireney yarımadası ilə damba vastəsi ilə birləşdirilmişdir (1808). Adanın cənubunda Mərakeş burnu yerləşir. Burun Avropa qitəsinin ucqar cənub nöqtəsidir. Burunda mayak fəaliyyət göstərir.
Tarik Elyunussi
Tarik Elyunussi (d. 23 fevral 1988, Mərakeş) - Azərbaycan Premyer Liqası təmsilçilərindən Qarabağ klubunda çıxış edən, əslən mərakeşli olan norveçli peşəkar futbolçudur. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. 29 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Heerenven”, Norveçin “Lillström” və “Rusenburq”,Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. 2016-cı ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik Elyunussi 9 qolla yadda qalıb.
Tarik Hodziç
Tarik Hodziç (16 oktyabr 1972) — Bosniya və Herseqovinanı təmsil edən stolüstü tennisçi. Tarik Hodziç Bosniya və Herseqovinanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tufan (tarix)
Tufan termini (pol. pоtор szwedzki, lit. Tvanas) XVII əsrin ortalarında Polşa-Litva İttifaqında baş vermiş bir sıra hadisələr üçün istifadə olunur. Bu müharibələr zamanı Polşa-Litva İttifaqı əhalisinin üçdə birini və böyük güc statusunu itirmişdir. 1648-ci ildə Boqdan Xmelnitski Polşa-Litva Birliyinin hökmdarlarından narazı qalan Zaporojiya kazakları və Ukrayna kəndlilərindən ibarət qoşunları ilə birlikdə böyük bir üsyana rəhbərlik etdi. Üsyanın ilk mərhələsi böyük dağıntılar ilə Berestechko müharibəsinin nəticəsiz qalması ilə Rusiya çarlığı ilə Reç Pospolita arasında Ukraynanı əhatə edən şərqi slavyan ərazisi üzərindəki qarşıdurmanı daha da gücləndirdi. Buna görə 1653-cü ilin oktyabrında rus komandiri Zemsky Sobor Polşaya müharibə elan etdi. 1654-cü ilin iyun ayında rus çarı I Aleksandr Şərqi Polşanı işğal etdi və 13 il davam edəcək 1654-1667 Rusiya-Polşa müharibələri başladı. 1654-cü ilin yayında ruslar bugünkü Belarusiya ətrafında qurulmuş bir çox vacib şəhər və qalaları ələ keçirməyə müvəffəq oldular. 3 oktyabr 1654-cü ildə mühasirədən sonra Smolensk tutuldu.
Yaşıl tarif
Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elektrik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (minimum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakılardır: - Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin Alternativ enerji mənbələrindən şəbəkəyə göndərilməsi; - Yetərli olan minimum yaşıl tarif; - Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investisiya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (minimum) qiymət ödəniş zəmanəti; - Hər bir Alternativ enerji mənbələri texnologiyalarına aid ayrıca yaşıl tariflər; - Mümkün olan qiymət azaldılması. Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri: - Yüksək effektivlik; - İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə; - Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması və mümkün olan qiymət azaldılması. Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davamlılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı Alternativ enerji mənbələrinin inkişafına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada Alternativ enerji mənbələrini dəstəkləyən ən uğurlu siyasətlər arasındadır.
İntellektual tarix
İntellektual tarix — ziyalıların tarixi, yəni müxtəlif ideyalar yaradan, müzakirə edən, təbliğ edən insanların tarixi. Saf fəlsəfə tarixindən (müvafiq olaraq: elm, ədəbiyyat və s.) və onun sıx bağlı olduğu ideyalar tarixindən fərqli olaraq, intellektual tarix ideyaları öz daşıyıcılarının mədəniyyəti, tərcümeyi-halı, sosial-mədəni mühiti vasitəsilə öyrənir. Amerika tarixşünaslığında intellektual tarix bu anlayışın iki kateqoriyası kimi başa düşülür. Birincisi XX əsrin əvvəllərində Ceyms Harvi Robinsonun "Yeni Tarix" adlanan əsəri ilə birlikdə yaranıb və xüsusi tədqiqat sahəsi kimi artıq Perri Millerin adı ilə bağlıdır. Bu konsepsiyanın başqa bir kateqoriyası A. O. Lovcoyun təklif etdiyi tərifə aiddir. O, artıq öz tədqiqat obyektinə, onun öyrənilməsi üzrə fəaliyyət planına, öz metodologiyasına və "öz institusional məkanına — "Journal of the History of Ideas" — yə malik olan subyektə istinad edir. 1940-cı ildə Lovejoy tərəfindən əsası qoyulmuş İdeyaların Tarixi jurnalı (Journal for the History of Ideas). Avropada heç bir tərif geniş yayılmayıb. Almaniyada, bir qayda olaraq, Geistesgeschich tetermini əsasən istifadə olunur. İtaliyada storia intellettuale termini belə yaranmayıb, Delio Cantimori də əsərlərində bundan istifadə etməyib.
Tarin-Kot
Tarin-Kot (fars. ترين کوت‎) —Tarin-Kot rayonunda Əfqanıstanın cənubundakı Üruzgan vilayətinin mərkəzi. Tarin-Kot şəhərinin əhalisi 71.604 nəfərdir (2015), şəhər bazarında 200-ə yaxın kiçik dükan var. Tarin-Kot rayonunda iki böyük puştun qəbilə konfederasiyası təmsil olunur, tarin tayfaları: popolzai, bərəkzai, nurzai, açakzai; və gilzay tayfaları: toxi, hotak. Şəhərdə orta və irimiqyaslı təsərrüfat müəssisəsi yoxdur. Tarin-Kot Əfqanıstanın cənubunda əyalət mərkəzidir. Torpaqların əksəriyyəti (69%) istifadəsiz torpaqlar kimi təsnif edilir ki, bunun da 67%-i kənd təsərrüfatıdır. Yaşayış sahələri məskunlaşılmış torpaqların 47%-ni təşkil edir. Hava limanı bələdiyyə sərhədləri daxilində yerləşir və ikinci ən böyük məskunlaşılmış torpaqları əhatə edir (24%). 13 avqust 2021-ci ildə Tarin-Kot 2021-ci il genişmiqyaslı Taliban hücumunun bir hissəsi olaraq Taliban döyüşçüləri tərəfindən ələ keçirildi.
Tarix (Fukidid)
"Tarix" — Fukididin kitabı, yunan tarixi nəsrinin ən mühüm əsərlərindən biri. Eramızdan əvvəl V əsrdə yazılmışdır və. Peloponnes müharibəsinə (e.ə. 431-404 ) həsr olunub. Fukidid ilin əvvəlinin mart hesabından istifadə edir ( Afinalı ilə üst-üstə düşmür). Tarixçi Kratipp də “Tarix”in davamının yazılmasında iştirak edib, lakin alimlərin onun işinin payına dair təxminləri çox müxtəlifdir və sağ qalmış fraqmentlər dərc edilmişdir.
Tarix (Herodot)
"Tarix" (q.yun. Ἱστορίαι, əks halda “Muzalar”) — qədim yunan tarixçisi Herodotun kitabı. Avropa ədəbiyyatında tam şəkildə qorunmuş ilk tarixi və ümumiyyətlə nəsr əsəridir. == Ümumi xüsusiyyətləri == Herodotun əsəri sözün indiki mənasında tarix deyil. Bunun üçün əsas süjet Yunan-İran müharibələrinin tarixi olsa da (birinci yarısı fars çarlığının yüksəlişi, Babilistan, Assuriya, Misir, Skif, Liviya və s., ikinci yarısı Yunan-İran müharibələrinin ardıcıl tarixi hesabatıdır və eramızdan əvvəl 479-cu ildə ellinlər tərəfindən Sestanın işğalı xəbəri ilə başa çatır), müəllif eyni zamanda coğrafi, etnoqrafik, təbii-tarixi və ədəbi məlumatlardan ibarət real ensiklopediya yaradır. Təqdimatın birliyinə müəyyən dərəcədə onunla nail olunur ki, tarixçi ilk sözdən sona qədər barbarlarla ellinlər arasında mübarizəni izləməyə çalışır:Halikarnaslı Herodot keçmiş hadisələrin zaman keçdikcə unudulmaması və həm ellinlərin, həm də barbarların böyük və heyrətamiz əməllərinin qaranlıqda qalmaması, xüsusən də niyə bir-birləri ilə müharibə etmələri üçün bu məlumatları toplayıb yazmışdı.Antik tarixşünaslıqda birinci dərəcəli əhəmiyyət kəsb edən bu əsər X-XV əsrlərin bir çox nüsxələrində bizə gəlib çatmışdır. Yunan dilində ilk dəfə 15-ci əsrin sonunda Lorenso Valla tərəfindən nəşr edilmişdir (latın dilinə tərcümə edilmişdir). X-XI əsrlərin ən qədim əlyazmaları Florentina adlanan stirpsdən məlumdur. 14-cü əsrə aid əlyazmalar Romana stirps-dən məlumdur. 1453-cü ildə Konstantinopolun türklər tərəfindən fəthindən sonra Bizans alimləri tərəfindən Qərbi Avropaya aparılmış bu əlyazmalar hazırda Roma, Florensiya, Milan, Madrid, Paris, Oksford, Kembric, Haydelberq və digər şəhərlərin kitabxanalarında saxlanılır.
Yazılı tarix
Yazılı tarix — tarixi qeydlərə və ya digər sənədli materiallara əsaslanan tarixi narrativ. Yazılı tarix keçmişin digər hekayələrindən, məsələn, miflərdən, şifahi ənənələrdən və ya maddi mədəniyyət ənənələrindən fərqlənir. Termin həm də tarixi dövr, tarixin yazılı fiksasiyasl dövrü, yəni yazılı tarixin mövcudluğu dövrü mənasında da işlənir. Yazılı tarix eramızdan əvvəl IV minillikdə Qədim Dünya dövründə tarixi qeydlərin meydana çıxması ilə başlayır. Yazılı mətnlərin nümunələri artıq e.ə. 1750-ci ildə Hammurapi məcəlləsi kimi tanınan qədim Mesopotamiyadan məlumdur. Bir sıra coğrafi bölgələrin və mədəniyyətlərin yazılı tarixi yazının qısa istifadəsi səbəbindən nisbətən qısadır. Üstəlik, bir mədəniyyət həmişə təbii fəlakətlərin təsiri haqqında tam məlumat və ya ayrı-ayrı şəxslərin adları kimi sonrakı tarixçilərə aid olan bütün məlumatları qeyd etmir. Belə ki, müəyyən sahələrdə yazılı tarix tam şəkildə qeydə alınmır və məhdudlaşır. Müxtəlif sahələrdə müxtəlif dövrləri əhatə edə bilər.
Uqarit
Uqarit — indiki Suriyada qədim şəhər-dövləti. Dünyada ən qədim partitura Uqaritdə tapılmış gil lövhəsində həkk olunmuşdu.
USAID
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişaf köməyin idarə edilməsinə cavabdehdir. 27 milyard dollardan çox büdcə ilə USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ın bütün xarici yardımının yarısından çoxunu təşkil edir – mütləq dollar ifadəsində dünyada ən yüksəkdir. Konqres 4 sentyabr 1961-ci ildə ABŞ-ın xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı idarə etmək üçün bir agentliyin yaradılmasını tələb edən Xarici Yardım Aktını qəbul etdi. Sonradan USAID bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con Kennedinin sərəncamı ilə yaradıldı. USAID əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ABŞ-ın ilk xarici yardım təşkilatı oldu. USAİD-in proqramları Konqres tərəfindən Xarici Yardım Aktı vasitəsilə tənzimlənir ki, bu da bu icazələri illik maliyyə ayırmaları aktlarında və digər qanunvericilik aktlarında əks olunan mandatlarla tamamlayır. ABŞ-ın xarici siyasətinin formal komponenti olan USAID prezidentin, dövlət katibinin və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərir. USAID-in 100-dən çox ölkədə, ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropada nümayəndəlikləri var. USAID həmçinin Afrika və Asiyada vərəmin aşkarlanmasına və qarşısının alınmasına kömək etmək üçün IDDS adlı 5 illik proqram həyata keçirib. USAID və ümumilikdə ABŞ-ın xarici iqtisadi yardımı 1950-ci illərdən bəri davamlı olaraq müzakirə, mübahisə və tənqid mövzusuna çevrilmişdir.
Ubari
Ubari Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində Bərbərcə danışan şəhər və Vadi əl Həya rayonunun inzibati mərkəzidir. Sahara səhrasında yerləşir. Ölkənin cənub-qərbindəki Əvbari adlı keçmiş rayonun paytaxtı idi. Ubari, Tarqa dərəsində, Messak Sattafat yaylası ilə göllər arasında uzanır. Doğma bitkilərə təbii yayla qidalanan göllərin sahillərindəki bataqlıq otları və yerli Sahara Date xurması (lat.Phoenix dactylifera) daxildir. Ubari oasis qəsəbəsi, Kel Acer Tuareq xalqının Qat-dan sonra ikinci mərkəzidir. Qonşu kəndlərə Qerma və Qarran daxildir. Ubari dünyanın ən günəşli və quraq bölgələrindən birində yerləşir. Qısa, çox isti qış, lakin uzun, son dərəcə isti ilə isti bir səhra iqlimi var. İllik orta yağıntının miqdarı planetdə ən azı 8 mm (0.31 in) olan və ən çox onilliklər heç bir yağış görmədən asanlıqla keçə bilər.
Utria
Utria (fr. Outriaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01282. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi.
Starıy Krım
Starıy Krım' — Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.1. Şəhərin mərkəzində mərmərdən məscdi və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olurdu. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri — əsərləri, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən yazdığım bu qədər əsər və binaları bəs nerədən bulub yaza bildin?-deyə sorsalar, "hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır. Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar,-deyərək cavab verərəm.2."Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Kurşun caminin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İstilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "allahın bəlasına tuş oldu,"-deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmazdılar.
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Ucarud mahalı
Ucarud mahalı — Talış xanlığının mahallarından biri. İndiki Germi şəhristanı ərazisi. Kеçmiş Ucarud mahalının bir hissəsi hazırda Cəlilabad rayоnuna daхildir. Ucarud mahalı haqqında S.Kazımbəyoğlu yazır: “Ucarud mahalı beş hissəyə bölünür. 1. Adnabazar (həm də mahalın mərkəzi idi – Ə.M), 2. Muranguh, 3. Alar, 4. Səfidəşt, 5. Dilağarda tayfası.
Uvaria triloba
Üçpər azimina (lat. Asimina triloba) — annonakimilər fəsiləsinin asimina cinsinə aid bitki növü. Şimali Amerikadan Florida və Texasa qədər yayılmışdır. 15 m hündürlükdə koldur.Zoğları sıx tüklü,birillikləri çılpaq,qəhvəyi rəngdə,parıldayan,ikiillikləri isə boz,yaxşı gözə çarpan mərciməklərə malikdir.Tumurcuqlar qırmızımtıl-qəhvəyi rəngdə,tüklüdür.Yarpaqları tərs uzunsov-yumurtavari,uzunluğu 12-30 sm,eni 4,5-12 sm,uclardan qısa sivrləşmiş qaidəyə doğru getdikcə yastılaşmış,tamkənarlı,dərivari,xırda nöqtəvari vəzilərə malikdir.Çiçəkləri qəhvəyi və ya qırmızımtıl-qonurdur,1-3 sm uzunluqda,tüklərlə örtülü çiçək saplağı üzərində yerləşir.Çiçəkyanlığı 9 yarpaqcıqdan ibarətdir.Erkəkcikləri spiral şəklində düzülmüşdür.Dişicik 3-15 sərbəst,3-20 yumurtacığa malikdir.Kasa yarpaqları 3 ədəd,yumurtavarı iti,yaşılımtıl və tüklüdür.Ləçəklər enli yumurtavari,ucları dairəvi,arxaya əyilmiş olur.Aprel və may aylarında çiçəkləyir.Meyvəsi ellips formalı,5-7 sm uzunluqda,yaşılımtıl-sarı,sonradan qonurlaşandır.Toxumları 2-2,5 sm uzunluqdadır.Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Şaxtayadavamlıdır,rütubət,işıqsevəndir. Mərdəkan dendrarisində 2001-ci ildə introduksia olunmuşdur.Park və bağlarda çox az rast gəlinir. Yaşıllaşdırmada,tək və qrup əkinlərində istifadə olunur.Tərkibində asitogen,toxumunda insan üçün lazım olan mikroelementlər vardır. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Dəstgirdə (Tarım)
Dəstgirdə (az.-əski. دستگیرده‎, fars. دستجرده‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,169 nəfər yaşayır (386 ailə).
Gilvan (Tarım)
Gilvan- İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,508 nəfər yaşayır (803 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Gövhər (Tarım)
Gövhər (az.-əski. گؤوهر‎, fars. گوهر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 604 nəfər yaşayır (199 ailə).
Həriş (Tarım)
Həriş (az.-əski. هریش‎, fars. آرشت‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 526 nəfər yaşayır (170 ailə).
Kəhriz (Tarım)
Kəhriz və ya Xürrəmabad (az.-əski. کهریز‎, fars. خرم‌آباد کهریز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 432 nəfər yaşayır (130 ailə).
Kəsran (Tarım)
Kəsran (az.-əski. کسران‎, fars. کسران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 229 nəfər yaşayır (64 ailə).
Mirzəxanlı (Tarım)
Mirzəxanlı (az-əbcəd. میرزه‌خانلێ‎, fars. میرزاخانلو‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 167 nəfər yaşayır (55 ailə).