Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəbpərə
Şəbpərə (lat. Myotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi. Ölçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif inkişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1–3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir.
Bığlı şəbpərə
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
Cırtdan şəbpərə
İtiqulaq şəbpərə
İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur. Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır. İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur.
Əbu Təbarə-yi do
Əbu Təbarə-yi do (fars. ابوطباره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 73 ailədə 148 nəfəri kişilər və 151 nəfəri qadınlar olmaqla cəmi 299 nəfərdir.
Əbu Təbarə-yi yek
Əbu Təbarə-yi yek (fars. ابوطباره یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 34 ailədə 65 nəfəri kişilər və 72 nəfəri qadınlar olmaqla cəmi 137 nəfərdir.
Səttarə Fərmanfərmaiyan
Səttarə Fərmanfərmaiyan — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Məsumə xanımın qızı idi. O, İranın Sosial iş anası kimi tanınır. Məryəm Fərmanfərmaiyan, onun ögey bacısı və Məhəmməd Musaddıq əmməsi oğlu idi.
Səyyarə Mollazadə
Mollazadə (Fərhadova) Səyyarə Məmməd qızı (22 fevral 1930, İlisu, Zaqatala dairəsi – 19 oktyabr 2015, Bakı) — Filologiya elmləri doktoru, Professor S. Mollazadə Qaxın İlisu kəndində 1933-cü ildə doğulub. Atası Məmməd Fərhadov dövrünün savad sahiblərindən olub. Anası Səfiyyə xanım evdar qadın idi. Səyyarə 2–3 yaşında olanda atasının iş yerini Bakıya dəyişirlər və ailə Bakıya köçür. Müharibə başlayanda atası orduya səfərbər edilir. Buna görə də ailə təzədən İlisuya — babasının və nənəsinin yanına qayıdır. Səyyarə xanım 132 nömrəli məktəbdə oxuyub (atası müharibədən yaralı qayıdandan sonra yenidən Bakıya köçmüşdülər). Səyyarə o, zamankı ADU-nun filologiya fakültəsinə daxil olur. Səyyarə xanımın bir kursda oxuduğu tələbələr arasında gələcəkdə ölkənin şəxslər də var idi: mərhum şairlər Xəlil Rza, Əliağa Kürçaylı, akademik Bəkir Nəbiev. İstedadlı jurnalist və yazıçı Əlfi Qasımov, nəğməkar şair İslam Səfərli, müğənni Gülağa Məmmədov və s.
Səyyarə Məmmədli
Səyyarə Oruc qızı Məmmədli (25 yanvar 1961, Kəsəmən, Basarkeçər rayonu) — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Azərbaycan Milli Kitabxanasında şöbə müdiri (2003-indiyədək). Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub. 1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir. 2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur. Ailəlidir, 3 övladı var. Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur.
Səyyarə İbadullayeva
Səyyarə Cəmşid qızı İbadullayeva (22 fevral 1957, Naxçıvan) — biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun direktoru. Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan оlub. 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib. Universiteti bitirdiyi il Azərbaycan Еlmlər Akademiyası Naхçıvan Regional Еlm Mərkəzində, daha sonralar isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyində kiçik elmi işçi kimi işləyib. 1993-cü ildə Bakı şəhərinə işə dəvət edilib və fəaliyyətini AMEA Eroziya və Suvarma İnstitutunda (Aqroekologiya Elm Mərkəzində) davam etdirib. 1990–1994-ci illərdə AMEA Botanika İnstitutunun dissertantı olub və Botanika ixtisası üzrə "Naxçıvan MR florasında Baldırğan (Heracleum L.) növlərinin bioekoloji xüsusiyyətləri və efiryağlılığı" mövzusunda namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ildə AMЕA Bоtanika İnstitutunda əvvəlcə elmi fəaliyyət göstərib, daha sonra isə Botanika institutunun Еtnоbоtanika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetində "Azərbaycan florasının kərəvüzkimiləri — Apiaceae Lindl" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir (2005). 2012-ci ildə artıq yüksək elmi fəaliyyəti layiqincə qiymətləndirilmiş və professor elmi adına layiq görülmüşdür. Oktyabrın 18-də AMEA Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Botanika İnstitutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
Səyyarə Əliyeva
Səyyarə Əliyeva (tam adı: Səyyarə Qulam qızı Əliyeva) — Azərbaycan alimi, texnika elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasının müdiri. Səyyarə Qulam qızı Əliyeva 30 avqust 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakının Sabunçu rayonundakı 155 saylı orta məktəbi 1967-ci ildə bitirmiş və həmin ildə, Azərbaycan Neft - Kimya İnstitutunun (indiki ADNA) kimya-texnologiya fakultəsinə daxil olmuş və 1972-ci ildə kimyaçi texnoloq mühəndisi ixtisası ilə bitirmişdir. 1972-ci ildə akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasında ali təhsilli laborant kimi işə başlamışdır. 1974-cü ildə mühəndis, 1980-cı ildə kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1982-ci ildə istehsalatdan ayrılmadan, Azərbaycan SSR EA-nın Y.H.Məmmədəliyev adına NKPI-nin nəzdində «Yanacaqların və qazın kimyəvi texnologiyası» ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ilin mayında «Azərbaycanın parafinli neftlərindən və katalitik krekinq məhsulları əsasında reaktiv yanacaqların alınması» mövzusunda «Məxfi» qriflə namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə attestasiyanın nəticələrinə görə elmi işçi, 1994-cü ildə attestasiyanın nəticələrinə görə baş elmi işçi vəzifəsinə təyin edilib. 1997-ci ildən baş elmi işçi elmi dərəcəsinə layiq görülüb. 2002-ci ildən etibarən, Əliyeva S.Q. aparıcı elmi işçi vəzifəsində reaktiv və dizel yanacaqların alınması, onların ehtiyatını öyrənmək, keyfiyyətini yaxşılaşdırmaq və hidravlik aviasiya yağının baza məhsulunun alınma, texnologiya-sının işlənməsi istiqamətində aparılan işlərə rəhbərlik etmişdir.
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra "Üzvi kimya" kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə. M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə "Tiotetralollar (sintezi, xassələri və tədqiqi)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə "Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967–2010-cu illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səbirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi. Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu. Daha sonra Klippan Lady Open beynəlxalq turnirini 8-ci, gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Səbirə Əliyeva, avqustda Zaqreb şəhərində (Xorvatiya) gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu. İlin sonunda isə o, Rusiyada Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2015-ci ilin əvvəlində Səbirə Əliyeva Fransasa Paris Qran-Prisində 8-ci, Polşada U23 Avropa Çempionatında 5-ci, Bolqarıstanda isə D. Kolov — N. Petrov beynəlxalq turnirində 5-ci oldu. Daha sonra Səbirə Əliyeva iyunda İstanbul şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qızıl, avqustda Salvador şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu.
Səvarə (Meşkinşəhr)
Səvarə (fars. سواره‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (38 ailə).
Şepard lemması
Şepard lemması mikroiqtisadiyyatda mühüm bir anlayışdır, şirkət nəzəriyyəsi və istehlakçının seçimi üzrə tədbiq olunur. Lemmaya uyğun olaraq, əgər xərc funksiyasının fərqsizlik əyriləri qabarıqdırsa, onda p i {\displaystyle p_{i}} qiymətə olan müəyyən bir məhsulun xərclərini minimallaşdıran nöqtə yeganədir. İdeya ondan ibarətdir ki, verilmiş bazar qiymətləri ilə istehlakçı müəyyən bir fayda əldə etməyin xərcini minimallaşdırmaq üçün hər bir məhsulun ideal miqdarı alacaq. Lemma Ronald Şepard şərəfinə adlandırılmışdır, kim ki öz kitabında onun riyazi sübutunu göstərib. Eyni nəticə istehlak nəzəriyyəsi məzmununda Laynel V. Makkenzi (Lionel W. McKenzie) 1957-ci ildə də alınıb. Ona müvafiq olaraq, xərc funksiyasının məhsul qiymətləri üzrə xüsusi törəmələri münasib məhsullar üçün Hiks tələb funksiyaları ilə bərabərdir. Eyni nəticələr Con Hiks (John Hicks) (1939) və Pol Samuelson (Paul Samuelson) (1947) tərəfindən əldə olunub. İstehlakçı nəzəriyyəsində Şepardın lemması deyir ki, verilmiş "u" fayda dərəcəsi və "p" qiymətlər üçün müəyyən bir i məhsula tələb xərc funksiyasının müəyyən məhsulun qəyməti üzrə törəməsinə bərabərdir. h i ( p , u ) = ∂ e ( p , u ) ∂ p i {\displaystyle h_{i}(\mathbf {p} ,u)={\frac {\partial e(\mathbf {p} ,u)}{\partial p_{i}}}} Harda ki hi(p, u) i {\displaystyle i} məhsulu üçün Hiks tələbidir, e(p, u) xərc funksiyasıdır, və funksiyaların ikisi p qiymətlərindən və u {\displaystyle u} faydasından asılıdırlar. Habelə şirkət nəzəriyyəsində lemma eyni cür şərtli faktor tələbi üçün hər bir sərf olunan faktor üzrə ifadə olunur: c(w, y) xərc funksiyasının faktorun qiyməti üzrə törəməsi: x i ( w , y ) = ∂ c ( w , y ) ∂ w i {\displaystyle x_{i}(\mathbf {w} ,y)={\frac {\partial c(\mathbf {w} ,y)}{\partial w_{i}}}} Harda ki xi(w, y) i {\displaystyle i} sərf olunan faktoru üçün şərtli faktor tələbinin funksiyasıdır, c(w, y) qiymət funksiyasıdır, və funksiyaların ikisi w faktorun qiymətləri və y {\displaystyle y} hasilatı üzrə təyin olunub.
Şepard yazısı
Şepard yazısı (ing. Shugborough inscription, azərb. Çoban yazısı‎) — İngiltərənin Staffordşir bölgəsində yerləşən Şepard Hall-ın ərazisindəki abidə. XVIII əsrə aid olduğu təxmin edilən abidənin üzərində O U O S V A V V hərf və rəqəmləri yazılmışdır. Bu rəqəmlərin hansı mənanı ifadə etdiyi bu gün belə müəyyənləşdirilməyib.
Səbrə məscidinə aviazərbə
Səbrə məscidinə aviazərbə — 15 noyabr 2023-cü ildə, HƏMAS–İsrail müharibəsi zamanı İsrail döyüş təyyarələrinin Qəzzənin mərkəzində yerləşən Səbrə məscidini hədəfə alması və bombalaması. Hücum nəticəsində azı 50 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdır. Aviazərbə Qəzzənin mərkəzi hissəsində, Səbrə məhəlləsindəki məscidi hədəf alınaraq həyata keçirilmişdir. Hücum nəticəsində azı 50 nəfər həlak olmuşdur. Ölənlərlə yanaşı, onlarla insanın da yaralandığı bildirilmişdir.
Il cielo è sempre più blu