Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəfəqət Mahmudova
Şəfəqət Cəbrayıl qızı Mahmudova — texnika üzrə fəlsəfə doktoru, dosent. İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. Fotoportretlər əsasında insan sifətinin tanınması tədqiqatları üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri Azərbaycanda informatika üzrə dərsliklərin və elmi kitabların müəllifidir. Onun "Proqramlaşdırma və onun inkişaf mərhələləri", "Proqramlaşdırmanın elmi-texnoloji əsasları" və s. kitabları universitet dərsliklərinə daxil edilib. == Həyatı == Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsini bitirmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. == Elmi fəaliyyəti == 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir. Ş. Mahmudova Azərbaycanda olan ilk qadın proqramçılardan biridir.
Şəfəqli
Şəfəqli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şəfqət
Şəfqət — lüğətlərdə "acıyaraq və ya qoruyaraq sevmə, mehribanlıq" olaraq qeyd olunur. Kökündə sevgi, mərhəmət və kömək duyğularının olduğu şəfqət müxtəlif fəlsəfi görüşlərdə və inanc sistemlərində fərqli anlayışlarla dilə gətirilsə də hamısında da müsbət bir duyğu və davranış forması olaraq dilə gətirilmişdir.
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
Musa Şəhəvat
Musa Şəhəvat (tam adıː Musa Əbu Məhəmməd; d. VII əsrin II yarısı - ö. 728/729) — Mədinə şəhərində yaşamış Azərbaycan şairi; Azərbaycan şairi İsmayıl ibn Yəsarın qardaşı. == Haqqında == Musa Şəhəvat Azərbaycanın erkən orta əsr şairlərindən biridir. Onun həyatı əsasən Mədinə şəhərində keçsə də, əslən Azərbaycandan olduğu üçün tez-tez Təbrizə səfər etmişdir. Mədinə ilə yanaşı Şam şəhərində də yaşamışdır. "Şəhəvat" ləqəbi ilə tanınsa da onun künyəsi Əbu Məhəmməd idi. O İsmayıl ibn Yəsarın qardaşıdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabında Musa Şəhəvatdan qısaca bəhs edilir. Filoloq ibn Qüteybənin ( 828-889 ) və məşhur ərəb tarixçisi ət-Təbərinin ( 838-923 ) əsərlərində onun şeirlərindən nümunələr verilmişdir.
Cəfər Şəfqət
Cəfər Şəfqət (1915, Təbriz – 3 fevral 2001 və ya 2000, Nitsa) — İranın Pəhləvilər dönəmində xidmət etmiş (1978–1979) Azərbaycan əsilli müdafiə naziri, ordu generalı və Pəhləvi hakimiyyətində Şərqi Azərbaycan ostanının sonuncu ostandarı. == Həyatı == Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində Azərbaycanlı ailəsində anadan olub. İlk və orta məktəbləri bitirdikdən sonra dayısı Məhəmməd-Hüseyn Damavandi'nin köməkliyi ilə 1933-cü (hicri 1312-ci) ildə İran Zabitlər Kollecinə daxil olub. Burada o iki illik kursları bitirdindən sonra 1935-ci (hicri 1314-cü) ildə zabit rütbəsi alıb. Sonra o Şah Qvardiyasında xidmət edib və nəticədə Şah Qqvardiyasında bölük komandiri kimi kapitan rütbəsinə layiq görülüb. Sonra o 1950-ci ilə qədər həmin Qvardiyada 1-ci Divizion komandiri təyin olunub və ona polkovnik rütbəsi verilib. O 1950-ci (hicri 1329-cu) ildə hərbi təhsilini davam etdirmək üçün Fransaya göndərilib, orada adətən "Saint-Maixent" adlanan Həqiqi Xidmətdə olan Baş Zabitlər üçün Milli Məktəblə (L'ecole Nationale des Sous-officiers d'active) birgə təşkil edilərək, kiçik və baş zabitlər üçün nəzərdə tutulmuş "Tətbiqi Piyada Qoşun Məktəbi"ndə (L'École d'Application de l'Infanterie (EAI)) təhsil almış və həmin məktəbdən 1953-cü (hicri 1332-ci) ildə məzun olmuşdur. Bundan sonra onun İrana geri qayıtması Mossadıq dönəminə təsadüf etmiş, sonra o bir daha Fransaya gedərək Ali Cəng Məktəbinin 70-ci məzun qrupunda (École supérieure de guerre as part of the 70th group of graduate) təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Cəfər Şəfqət Urmu Siviziyasının, sonra isə Təbriz Diviziyasının komandırı vəzifələrində çalışıb. Vundan sonra o, İran Silahlı Qüvvələrinin bir hissəsi olan İkinci Ordunun qərargah rəisi müavini, sonra qərargah rəisi və nəhayət komandiri vəzifələrinə təyin edilib.
Vampirlərin Şəfəqi
Vampirlərin Şəfəqi (Frostbiten) — vampirlər haqqında çəkilən ən məşhur kinofilmlərdən biri. == Mövzu == İkinci dünya müharibəsinin sonların yaxın şərq cəbhəsində yolunu azmış bir qrup SS alman əsgərləri izlərinə düşmüş ruslardan canlarını qurtarmaq üçün qarlı bir meşəyə üz tuturlar. Burada tapdıqları tərk edilmiş bir daxmaya sığınan əsgərlər buranın vampir məskəni olduğunu öyrəndikdə artıq iş-işdən keçmiş olur. Bu müəmmalı hadisədən uzun illər sonra isə ixtisasca həkim olan Annika adlı biri və onun 17 yaşlı qızı Sega çox uzaq­larda İsveçin şimalındakı bir kəndə köçürlər. 30 gün boyu qaran­lıqda qalacaq olan bu kiçik şimal qəsəbəsində həyat kəndin gəncləri adi bir səhvlik nəticəsində vampirlərə çevrilməyə başladıqda qorxulu bir kabusa çevriləcəkdir.
Mumiyanın şəfəqi
Mumiyanın şəfəqi (ing. Dawn of the Mummy) — 1981-ci ildə istehsal olunmuş "Mumiya" haqqında qorxu filmi janrında çəkilən filmlərdən biridir. == Məzmun == Üç axtarışçı Misir sərasına gəlirlər. Partlayış nəticəsində yerin üstü partladılır. Bu zaman onlar səhranın daxilinə gedirlər. Onlar burada çoxlu qızıl əvəzinə yalnız Mumiya tapırlar. Həmin müddətdə Nyu-Yorkdan jurnalistlər bura gəlmişlər. Bu zaman işıqlanma nəticəsində qəbirdə və qəbrin yanına yerləşən bütün Mumiyalar oyanırlar. Mumiyalar Misir əhalisinə ciddi təhlükə törədirlər.
Şəfqət Təpə
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qızıl Şəfəq
Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd. == Tarixi == 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat. Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. == Referatın növləri == Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Seneqal
Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur. == Coğrafiya == . Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir. Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir.
Rəşid Şəfəq
Rəşid Şəfəq (Əliyev Rəşid Camal oğlu; 13 oktyabr 1940, Bakı – 24 avqust 2017, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). == Həyatı == Rəşid Şəfəq 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb.
Tamilla Şəfəq
Şəfəq (Beyləqan)
Şəfəq — Azərbaycan Respublikasının Beyləqan rayonunun Şəfəq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Komsomol kənd Sovetindən Beyləqan şəhər Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Beyləqan şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Şəfəq qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Din == Qəsəbədə "Həzrəti Cərciz Peyğəmbər" məscidi dini icması fəaliyyət göstərir.
Şəfəq (Goranboy)
Şəfəq (keçmiş adı: Mollavələdli) — Azərbaycan Respublikasının Goranboy rayonunun Şəfəq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gəncə-Qarabağ əyalətinin 1727-ci il tarixli müfəssəl dəftərində Gəncə qəzasının Şuturbasan nahiyəsində Mollavələdli kəndinin olduğu göstərilir. 1804-cü il Gəncəbasarın kameral təsvirində 6 ev olmaqla Mollavələdli kimi qeydə alınmışdır. == Toponimikası == Kəndin keçmiş adı Mollavələdli olmuşdur. Yaşayış məntəqəsini mollavələdli (mollauşağı) nəslinə mənsub ailələr salmışlar. 1930-cu ildə kəndin adı dəyişdirilmiş və rəsmi olaraq Şəfəq adlandırılmışdır. Oykonim "işıqlı" həyata, gələcəyə inamı əks etdirir. Kənd Murovdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində, dəniz səviyyəsindən 678 metr hündürlükdə yerləşir. Qərbdən Qaraçinar, şərqdən Zeyvə kəndləri ilə qonşudur. == Tarixi abidə == Goranboy rayonu Şəfəq kənd qəbiristanlığının ərazisində yerləşən, XII–XIII əsrlərə aid memarlıq abidəsidir.
Şəfəq (Göyçə)
Kərkibaş, Şəfəq — Göyçə mahalının Basarkeçər rayonuda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur. == Mədəniyyəti == Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir. == Toponimi == Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Şəfəq (dəqiqləşdirmə)
Şəfəq — Göyün günəş çıxan və batan ərəfədə işıqlanması. Şəfəq (ad) — qadın adı. Qəzetlər Şəfəq (Azərbaycan qəzeti) — Sovet dövründə Qubada nəşr olunmuş qəzet. Şəfəq (İran qəzeti) — Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan qeyri-leqal qəzet. Şəfəq (qəzet, İraq) Yaşayış məntəqələri Şəfəq (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonu inzibati ərazi vahidində kənd. Şəfəq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəfəq (Göyçə) — Göyçədə kənd. Şəfəq (Abşeron) — Abşeron rayonunun inzibati ərazisində qəsəbə.
Şəfəq (roman)
Sübh (ing. Breaking Dawn) — Alatoran romanlar seriyasın dördüncü cildi. 2011–2012-ci illərdə kitabın əsasında iki film ekranlara çıxdı.
Şəfəq Hüseynli
Şəfəq Hüseynli — Azərbaycan Milli Antidopinq Agentliyininen (AMADA) keçmiş direktoru, Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi, Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr müavini, Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun (WADA EAG) üzvü. == Həyatı == Hüseynli Şəfəq Tofiq qızı 31 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rus və İngilis dillərini bilir, 2 övladı var. == Fəaliyyəti == 2007–2016-ci illərdə idman və sağlamlıq üzrə konsaltinq sahəsində fərdi sahibkarlıqla məşğul olaraq şirkət idarə edirdi. 2016-cı ildən etibarən Şəfəq Hüseynli Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru vəzifəsinə təyin edilmiş və ölkə ərazisində ona həvalə edilmiş dopinqlə mübarizə siyasətinin həyata keçirilməsinə başlamışdır. Fəaliyyəti zamanı AMADA-da dürüstlük, şəffaflıq, qərəzsizlik və hesabatlılıq prinsiplərinə əsaslanan Ümumi Keyfiyyət İdarəçiliyini tətbiq etmişdir. 2018-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya Gündəliyi 2020" Komissiyasına antidopinq üzrə ekspert qismində cəlb edilmişdir. Dopinqlə mübarizə fəaliyyətinə başladıqdan sonra, Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2019-cu ildən etibarən Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun üzvü seçilmiş və Ümumdünya Antidopinq Agentliyinin milli antidoping qurumları üzrə təlimatların və strategiyaların hazırlanmasında iştirak etməyə başlamışdır. Həmin ildə Belarusiyanın Minsk şəhərində keçirilən 2-ci Avropa Oyunlarına Ümumdünya Antidopinq Agentliyi tərəfindən müstəqil müşahidəçi kimi seçilmiş və həmin Oyunların Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara əsasən keçməsinin monitorinqini həyata keçirmişdir. Avropa Şurası Antidopinq Konvensiyasının Monitorinq Qrupu və YUNESKO-nun "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyasının Tərəflərin Konfransında Azərbaycanın nümayəndə heyəti qismində iştirak edən Şəfəq Hüseynli, beynəlxalq müstəvidə antidopinq üzrə qurumların fəaliyyətində aktiv işitrak edərək AMADA-nı peşəkar və qabaqcıl təşkilatlardan biri kimi tanıtmışdır.
Şəfəq bələdiyyəsi
Şəfəq bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Şəfəq bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə.
Şəfəq quşu
Erithacus rubecula (lat. Erithacus rubecula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin erithacus cinsinə aid heyvan növü. Döşü şəfəq rəngində olduğuna görə ona şəfəq quşu deyirlər. Bu quş çox soyuq iqlimdə yaşaya bilir. Ona görə də qışda başqa ölkələrə uçmur. Balaları uçmaq öyrənənə kimi onlara yem daşıyır. Şəfəq quşu cəld quşdur, onun gözəl səsi var. Ən çox Avropada, Qərbi Asiya, Şimali Afrikada və Şərqdə məskunlaşır. Ormanlar və hər cür parklarda, çox vaxt insanın sığınacaq yerində yaşayır.
Şəfəq qəzeti
Şəfəq (qəzet, İran)
Şəfəq vaxtı
Şəfəq vaxtı və ya Dan — günəş doğmazdan əvvəl görülən alatoranlığın vaxtıdır. Bu zaman günəşin şüaları zəifdir, günəş hələ qalxmayıb və üfüqün altındadır. Sübh və günəş doğuşu arasındakı alatoranlıq müddəti bölgənin eninə görə dəyişir. Məsələn, bu fərq tropiklərdə bir neçə dəqiqədir, ancaq qütblərdə saatlarca ola bilər.
Şəfəq Əlibəyli
Əlibəyli Şəfəq Ənvər qızı — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru. == Həyatı == Şəfəq Əlibəyli 1949-cu ildə Bakı şəhərində şair Ənvər Əlibəylinin ailəsində anadan olmuşdur. Bakı şəhəri 190 saylı orta məktəbi bitirdikdən sonra BDU-nin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil almışdır. Oxuduğu müddətdə Lenin Təqaüdünə layiq görülmüş və 1971-ci ildə həmin fakültəni Fərqlənmə Diplomu ilə bitirmişdir. 1971-1973-cü illərdə Əfqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işləmiş, həmin illərdəki yüksək səviyyəli tərcüməçilik fəaliyyətinə görə Ümumittifaq Gənclər İttifaqının Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1973-cü ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlamışdır. 1985-ci ildə Gürcüstan Dövlət Universitetində «Fars dilində antonimlərin struktur-semantik təsnifatı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil omuş, 1990-cı ildə həmin fakültəni Fərqləmə Diplomu ilə bitirərək ictimai-siyasi işçi ixtisasına yiyələnmişdir. Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləmişdir.
Şəfəq Əliyeva
Şəfəq Əliyeva (tam adı: Şəfəq Rəsul qızı Əliyeva; 6 noyabr 1956) — Azərbaycan teatr, televiziya, kino və dublyaj aktrisası, Azərbaycanın əməkdar artisti (2013). == Həyatı == Şəfəq Rəsul qızı Əliyeva 1956-cı ildə anadan olmuşdur. Səhnədə 1976-cı ildən fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. "Sən nə üçün yaşayırsan?" tamaşasında Leyla ilk roludur. Adil İsgəndərovun yetirməsidir. Teatrda Viktoriya ("Yaddaş ağrısı"), Qətibə (Ə. Əmirli, "MMS"), Yasəmən ("Qaraca qız"), nağılçı (Əlibaba və qırx quldur) kimi obrazları yaratmışdır. Aktrisa dublyaj sahəsində də ixtisaslaşmış aktrisalardan biridir. Bir çox yerli filmi səsləndirmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. Bir neçə televiziya tamaşalarında, reklam filmlərində rol almışdır.
Acacia senegal
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Senegalia senegal
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Seneqal Respublikası
Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur. == Coğrafiya == . Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir. Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir.
Seneqal akasiyası
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Seneqal bayrağı
Seneqal bayrağı — Seneqalın Dövlət bayrağı.
Seneqal pərttəgözü
Seneqal pərttəgözü (lat. Burhinus senegalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Seneqal tiralyeri
Seneqal tiralyeri (fr. Tirailleurs Sénégalais ) — əsasən Qərbi Afrika xalqlarının nümayəndələrindən ibarət Fransa müstəmləkə qoşunlarının birləşmələri. == Tarixi == Seneqal tiralyerlərinin ilk alayı 1857-ci ildə Fransa Seneqalında yaradılmışdır. Başlanğıcda xidmətə cəlbetmə prosesi yerli kölə sahiblərindən gənc və sağlam kölələrini satması, habelə münaqişələr zamanı əsir götürülmüş hərbi əsirlərin istifadə edilməsi yolu ilə həyata keçirilirdi. Seneqal tiralyerlərinin birliklərinin sayı artdıqca yerli əhali arasında müqaviləli əsgərlərin xidmətə cəlb edilməsi və hərbi çağırış yolu ilə xidmətə cəlb olunmasına başlanmışdır. Onların arasında indiki Qvineya, Mali, Burkina-Faso, Niger, Çad ərazisindən çoxlu immiqrantlar, həm xristianlar, həm də müsəlmanlar var idi. Seneqal tiralyerlərinin zabitləri fransız idi, lakin bu bölmələrdə xidmət etmək istəyən kifayət qədər fransız zabiti olmadığına görə hər otuz Seneqal tiralyerinə yalnız bir zabit düşürdü. Seneqal tiralyerləri XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Afrikada müxtəlif müstəmləkə müharibələrində (xüsusən Dahomeya, Bornu, Aqadez kimi dövlətlərin fəthində) iştirak etdilər. Müharibələrarası dövrdə Seneqal tiralyerləri Fransanın Afrikadakı mülklərində müstəmləkə rejiminin saxlanmasında iştirak etməyə davam etmiş, xüsusən də Mərakeşdəki rif üsyanının yatırılmasında rol oynamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Илья Полонский.
Seneqal şiri
Seneqal şiri (lat. Panthera leo senegalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Səfərad yəhudiləri
Səfərad yəhudiləri — İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.
Seneqal bağrıqarası
Seneqal bağrıqarası (lat. Pterocles senegallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Azərbaycan–Seneqal münasibətləri
Azərbaycan–Seneqal münasibətləri — Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin martın 14-də qurulmuşdur. Azərbaycan ilə Seneqal arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 13 iyul 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır. 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. == İqtisadi əlaqələr == Seneqal və Azərbaycan arasında diplomatik münasibətlər olsa da, lakin indiyədək iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr formalaşmayıb. İqtisadiyyatın konkret sahəsi üzrə Seneqalın ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri 2014-cü ilin 7-13 sentyabrında olmuşdur.
Sen-Lui (Seneqal)
Sen-Luis və ya yerli dildə Ndar — Seneqalda şəhər. Seneqalın şimal-qərbində, Seneqal çayının mənsəbi yaxınlığında və Seneqalın paytaxtı Dakardan təxminən 320 km şimalda yeləşir. Şəhərin əhalisi 2005-ci ildə rəsmi olaraq 176,000 kimi dəyərləndirilib. Sen-Luis, paytaxt Dakara köçürüldüyü zaman 1673-cü ildən 1902-ci ilə qədər Seneqal Fransız koloniyasının, 1895-ci ildən 1902-ci ilə qədər isə Fransız Qərbi Afrikasının paytaxtı idi. Şəhər 1920-ci ildən 1957-ci ilə qədər qonşu Mavritaniya koloniyasını paytaxtı kimi də xidmət etmişdir. == Adlar == Şəhər 13-cü əsrdə Fransa kralı olan IX Lüdovikin (ing. Louis IX) şərəfinə Sen-Lui (fr. Saint-Louis) adlandırılmışdır. Ad həmçinin dolayı yolla 1659-cu ildə, adanın məskunlaşıldığı dövrdə Fransada hakimiyyətdə olan kral XIV Lüdovikə də istinad edir. Adanın yerli və Fransız istilasından əvvəlki adı Ndar-dır və Volof dilində bir növ ada üçün istifadə edilir.