Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şalalı (Sərab)
Şalalı (fars. شاللو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (26 ailə).
Salahlı
Salahlı — soyad. Səyyad Salahlı — azərbaycanlı ictimai-siyasi xadim; filologiya elmləri namizədi (2005); Yeni Azərbaycan Partiyasının qurucularından biri; yazıçı-publisist. Mirzəli bəy Salahlı-Kəngərli — Qarabağ bəyi. Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli — Azərbaycanın Ağdam rayonunda kənd. Aşağı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Salaçıq
Salaçıq (ukr. Старосілля, krımtat. Salaçıq, Салачыкъ) — Krımın Baxçasaray rayonunda (Ukraynanın inzibati-ərazi bölgüsünə görə - Krım Muxtar Respublikası) yoxa çıxmış kənd. 1954-1968-ci illərdə Baxçasarayın tərkibinə daxil edilmişdir. İndi şəhərin şərq kənarlarını təşkil edir. Salaçık Krım xanlığının ilk paytaxtı (1532-ci ilə qədər) olan Çufutqalanın ətəyində qədim yaşayış məskənidir. Artıq Övliya Çələbinin Səyahətnamə əsərində (1667-ci il) Əski Salaçıq kimi qeyd edilmişdir. Əslində Baxçasarayın ətrafı olan Salaçıq ayrıca kənd kimi Rusiya İmperiyası dövrünün və Sovet hakimiyyətinin ilk illərinin mühasibat sənədlərində əksini tapmır. 1833-cü il tarixli "Xəritələr, planlar, mənzərələr və vinyetkalarla bəzədilmiş Krıma Səyahət Bələdçisi ..." əsərində Çarlz Montandon Salaçıqın adını qeyd etmədən təsvir etdi (... onun necə adlandırıldığı məlum deyil ...) Yalnız 1865-1876-cı illərə aid Şubertin üçverstlik xəritəsində Salaçıqda 61 həyət göstərilmişdir.
Salami
Salami — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Salami bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,056 nəfər və 1,341 ailədən ibarət idi.
Salang
Saləng Əfqanıstan İslam Respublikasının Pərvan vilayətinin rayonlarından biri və Salang vulusvalisinin mərkəzidir. Bu müğənni Əhməd Zahir öldü Saləngdə.
Elgiz Salahlı
Orta Salahlı
Orta Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Orta Salahlı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Orta Salahlı bələdiyyəsi — Azərbaycanın Qazax rayonunda bələdiyyə.
Salahlı (Ağstafa)
Salahlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) - Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) - Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) - Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) - Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli - Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Salahlı (Samux)
Salahlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Salahlı kəndi Poylu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salahlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntə­qəsi qazaxların salahlı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar. Kənd Qabırrıçayın sahi­lində, dağətəyi ərazidə yerləşir. Əhalisinin sayı 758 nəfərdir.
Salahlı (Yevlax)
Salahlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Salahlı Kəngərli
Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. Ağdam rayonunun Salahlı Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 17km. şimalda, Xaçın çayının sol sahilində, Ağdam – Ağdərə yolundan 3km. şərqdə, Qarabağ düzündə yerləşir. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndi şimal-qərbdən Boyəhmədli kəndi, qərbdən isə Qızıl Kəngərli kəndi ilə qonşudur. Kəngərli ellərinin hamısı oğuz türklərinin peçeneq qolundan (kanqarlar) olsalar da, müxtəlif tirələrdəndilər və bu da çox vaxt onların məskunlaşdıqları ərazi adlarında (oykonimlərdə) özünü büruzə verir. Salahlı Kəngərli kəndinin camaatı kəngərli türk tayfasınln salahlı tirəsindəndi və kəndin adı da bunu ifadə edir – Salahlı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da, digər bölgələrdə, məsələn, Qazaxda, Borçalıda, Qarabağda da məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Salahlı Kəngərli, Qızıllı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər).
Salahlı bələdiyyəsi
Salahlı bələdiyyəsi (Yevlax) — Yevlax rayonunda bələdiyyə. Salahlı bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə.
Salahlı xalçaları
Salahlı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Xalçanın adı Qazaxdan şimalda yerləşən Daş Salahlı, Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərinin adından götürülmüşdür. Kür çayının yaxınlığında yerləşən bu kəndlər qədim dövrlərdən xalçaların, xovsuz zili və kilimlərin, həmçinin məişət əşyalarından çulların, məfrəşlərin istehsal mərkəzləri olmuşdur. Yerli əhali bu xalçanı "Daş — Salahlı" kimi tanıyır, bəzi xalçaçılar isə onu Qarabağ qrupuna aid edərək, Bərdə şəhərindən 14 km məsafədə yerləşmiş qəsəbənin adı ilə "Mehdixanlı" adlandırırlar. "Salahlı" xalçaları əsasən iki variantda hazırlanır. Birinci variant Birinci variant "namazlıq" (100x150sm) xalçaları ilə təmsil olunur. Ara sahənin kompozisiyası iri dördbucaqlı fiqurla formalaşır. Bu fiqur kvadrat çıxıntı şəklində yerinə yetirilmiş məhrabla bitir. Fiqurun daxili sahəsi fondan fərqli olaraq qırmızı rənglə toxunaraq həndəsi dördbucaqlılarla və səkkizbucaqlılarla doldurulmuşdur. Bu variantda olan xalçanın köbə zolaqları daha çox Qazax xalçalarında olsa da, məhz "Salahlı" xalçaları üçün xarakterikdir.
Saplaqlı bulaqotu
Hündürlüyü 40 sm-ə qədər, gövdəsi kök hissədən başlayaraq çoxsaylı olub, əyilib qalxandır, yaşıl rəngli, bəzən iki cərgəli qısa qıvrım tüklü olan çoxillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qısa saplaqlıdır, yumurtaşəkilli, nadir halda uzunsovdur, iri dişli və yaxud kəsilmiş şəkildədir, uzunluğu 1,5–3 (4) sm-dir, hər iki tərəfdən, əsasən alt tərəfdən tüklüdür. Salxımları qoltuqda yerləşmiş, uzuntəhərdir. Tac ağımtıl olub, qırmızımtıl və ya tutqun mavi rəngli damarı vardır. Qutucuq 4–5 mm uzunluqdadır, qısa tüklü və ya çılpaqdır, köndələn-ovaldır, az yumulmuş, demək olar ki, bitişikdir, kasacığa bərabər və ya ondan qısadır. Toxumları hər yuvada 2–3 ədəd olmaqla yerləşmiş, yumurtaşəkillidir, uzunluğu 1,5 mm-dir. May-İyul (Avqust) İyun-Avqust BQ (Quba), BQşərq, BQ qərb, KQ şimal (nadir halda). Orta dağ qurşağında, subalp qurşağına qədər(1800 m-ə qədər d.s.y.) Meşələrdə və kolluqlarda, subalp çəmənlərində, çaqıl daşlı çay yataqlarında, qayalarda və daşlı töküntülü yerlərdə rast gəlinir.
Saplaqlı istiot
Saçaqlı meduzlar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.
Saçaqlı pendir
Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan mətbəxlərində hazırlanan pendir növü. Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər. Türkiyədə saçaqlı pendir əsasən Ərdəhan və Ərzurumda istehsal olunur. Türkiyədə çeçil adı ilə tanınır. Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur. Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Səyyad Salahlı
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladıdr. 1958–1968-ci ilərdə İmişli şəhər 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Yuxarı Salahlı
Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati-ərazi vahidində kənd. Qazax mahalının qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa)–Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux)–Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab)–Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax)–Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli–Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. "Yeddi oğul istərəm" filmindəki Peykanlı kəndinin bir çox kadrları Yuxarı Salahlıda çəkilib.
Şıx Salahlı
Şıx Salahlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əhməd Salahlı
Əhməd Musa oğlu Məmmədov (Salahlı) (1897, Tiflis – aprel 1953, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Əhməd Məmmədov 1897-ci ildə Tiflisdə Şeytan-bazar məhəlləsində dəmirçi ailəsində anadan olub. O, üçsinifli məktəbdə oxumuş, təhsil aldığı müddətdə, 1911-ci ildən başlayaraq teatr sənətinə maraq göstərib. İlk vaxtlarda epizodik və sözsüz rollarda səhnəyə çıxan aktyor 1916-cı ildən başlayaraq sözlü və irihəcimli obrazlarda çıxışlar edib. 1922-ci ildə isə Tiflis Dövlət Türk Dram Teatrının truppasına qəbul edilib. 1930-cu ilədək burada çalışan aktyor Bakıya gələrək burada Bakı Türk İşçi Teatrının truppasına daxil olub. Əhməd Salahlı 1932-ci ilin dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının kollektivi Gəncəyə gələrkən truppa ilə birlikdə buraya gəlib və səkkiz ildən artıq bu teatrın səhnəsində aktyor kimi çalışıb. O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Tiflis şəhərinə qayıdaraq yenidən Tiflis Dövlət Azərbaycan Teatrına gəlib. 1947-ci ildə bu teatr fəaliyyətini dayandırdığından o, yenidən Bakıya gələrək Adil İsgəndərovun dəvəti ilə Azərbaycan Dram Teatrının truppasına qəbul olunub. Əhməd Salahlı həmçinin quruluşçu rejissor kimi də fəaliyyət göstərib.
Əli Salahlı
Əli Məmməd oğlu Salahlı (Salayev) (26 iyun 1946, Masallı rayonu – 24 aprel 2005, Lənkəran) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000). Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib. Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir.
Saplaqlı bibər
Saplaqlı bibər (lat. Capsicum annuum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin bibər cinsinə aid bitki növü. Saplaqlı bibər istisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir. Bibərin vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Bibərin tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin bibərin tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır. Acı bibərdə 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Bibərin acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır. Bibər dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır.
Saçaqlı meduzalar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.