Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şabanlı
Şabanlı (Cəlilabad) —
Şabanlı (Cəlilabad)
Şabanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Şabanlı oyk. Cəlilabad r-nunun Şiləvəngə i.ə,v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Yaşayış məntəqasini şabanlı nəslinə məxsus ailələr salmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1263 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şabanlı (Germi)
Şahbazlı (fars. شعبانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (22 ailə).
Şabanlı (Meşkinşəhr)
Şabanlı (fars. شعبانلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 236 nəfər yaşayır (61 ailə).
Şabanlı (Qoşaçay)
Şabanlı (fars. شعبانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,473 nəfər yaşayır (338 ailə).
Şabanlı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salmanlı
Salmanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Salmanlı rayonun ucqar kəndidir, kənd ilə Sabirabad rayonunun mərkəzi arasındakı məsafəsi 70 km-dir və şimaldan rayonun Muğan Gəncəli kəndiylə sərhəddir. Kənd cənubdan Salyan rayonun Aşağı Noxudlu kəndiylə sərhədir , Salmanlı kəndinin Salyan şəhəri ilə olan məsafəsi 12-kilometrdir. Orta temperatur yanvarda 1,8 C, iyulda 36.5 C -dir. İllik yağıntı 300 mm-dir. Əsas çayı Kürdür. Əs asən, boz-çəmən torpaqları yayılmışdır. Kür çayı sahilində tuqay meşələri mövcuddur.[mənbə göstərin] Salmanlı kəndin ərazisində bir çox təbiətə uyğunlaşmış canlılar var, bunlardan dovşan , tülkü, canavar, çaqqal, çöl pişiyi,quşlardan turac. Sürünənlərdən ən zəhərli ilan gürzə və başqa növ ilanlar da çoxluq təşkil edir.[mənbə göstərin] Əsasən heyvandarlıq və bostançılıqla məşğul olan yerli əhali kənd təsərüffatı və əkinçiliklə də məşğul olur.Pamidor istixanaları və daha çox yonca, qarpız, yemiş, taxıl əkirlər. Son illər üzüm, xurma, badam, püstə və alça bağları salınmaqdadır.
Şabanlı-i Süfla (Xoy)
Şabanlı-i Süfla (fars. شعبان لوي سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şabanlı-i Ülya (Xoy)
Şabanlı-i Ülya (fars. شعبانلوي عليا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Ağaxan Salmanlı
Ağaxan Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu – 29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı. == Həyatı == Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Bağbanlı
Bağbanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Bağbanlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.
Xallanlı
Xallanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Xallanlı kəndi Başlıbel çayının sahilində, Dəlidağın (Kicik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisindəki Bozlu və Kamallı kəndlərindən köçmüş ailələr salmışlar. Həmin ailələr xallanlı kürd tayfasının ilyaslar və Şükürları tirələrinə mənsub idilər. Kənd həmin tayfanın adını daşıyır. Ağqaya yurdu, Boğaz yurd, Dəvəboynu yurdu, Dərə yurdu, Nabatxanım yurdu, Çay yurdu, Batıxlar yurdu, Seyiddüzü yurdu, Aşağı yurd, Dadaşın yurdu, Qubadın yurdu, Məstanın yurdu, Nəsirin yurdu, Mirzəalıbəyli yurdu, Şiralı yurdu, Qazma yurd. Ağ bulaq, At bulağı, Qara bulaq, Duzlu bulaq, Maral bulağı, Dovşan bulağı, Kurro bulağı, Qırxgözlü bulaq, Şırşır bulaq, Qədimalı arzulayan bulaq, Mamır bulaq, Sarı bulaq, Tala bulağı, Madarın bulağı, Cəfərin bulağı, Cəmlər bulağı, Turşsu, Kor bulaqlar, Kərbəlayı Əziz bulağı, Çimizlik bulağı, Qaysaxlı bulaq, Qırmızı şırran, Karvan bulağı. Qəjəl, Arpa çüxuru, Göllər, Armudun çalası, Tanrıyoxuşu, Sarıdaşın çüxuru, Maydanuçan, Çəpərqaya, Çimizlik, Xəccəbani, Novenikcan, Yolaşan, Telefon aşan, Duzlu bulağın biçənəyi, Dikyerlər, Yoncalığın dərəsi, Topgüney, Humayın qayası, Söyüdün barmaqları, Niççinbaşı, Niççinqabağı, Xırdalar, Bənnavlıx, Sürüşcək daş, Alçalıq, Çayqovuşan, Böyükparaq, Kiçikparaq, Səlimuçan qaya, Dardərə, Haçaqaya, Düzlər, Süsənin zağası, Qənşərgüney, Çiliyin düzü, Qaragüney, Əvəzin düzü, Üstümalan, Ağtop qayası, Qaratop qayası, Daşatılan, Ayrıcıq, Nehrəağzı, Babalı şamı, Şırranın qabağı, Dayüçan, Allahverənin tapı, Meşənin başı, Elyolu, Talalar, Xəlilin çökəyi, Kincallının dərəsi, Palıdlıq, Nəcəfin tapı, Qəbirli, Şakkar, Nurullavurulan dərə, Köçərivurulan, Narincyurd, Ağakişinin yeri, Dumaça.
Alxanlı
Yaşayış məntəqələri Alxanlı (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Alxanlı (Siyəzən) — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Dabanlı
Dabanlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Dabanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Albalı
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Qalqanlı gölü
Qalqanlı gölü (fars. قالغانلو دریاچه‎) — İran Azərbaycanının ən kiçik təbii göllərindən biridir. Göl Germinin Xankəndi kəndi ilə Azərbaycan sərhədi arasında yerləşir. Qalqanlı gölünün uzunluğu təqribən 70 metr, eni 45 metr, sahəsi 3150 kvadratmetrdir. Ən dərin yeri 1.5 m, orta dərinliyi isə 1 m təşkil edir.
Qalxanlı (Sayınqala)
Qalxanlı (fars. قالقانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (24 ailə).
Qalxanlı sarılıqotu
Qalxanlı sarılıqotu (lat. Erysimum cuspidatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Bağbanlı (Ağdam)
Bağbanlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündədir.
Bağbanlı (Quba)
Bağbanlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Bağbanlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 12 №-li meyvəçilik sovxözünün 2-ci Şöbəsində salındığı üçün belə adlandırılmışdır.
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Xaltanlı Tağı
Xaltanlı Tağı (1776, Xaltan, Quba rayonu – 1890, Xaltan, Quba rayonu) — XIX əsr aşıqlarındandır, Şirvan məktəbinin qurucusudur. 1776-cı ildə Qubanın Xaltan kəndində anadan olmuş, ömrünün sonuna qədər bu kənddə yaşamışdır. Tat olmuşdur. Bir çox ölkələri gəzib-dolaşmış, orada çoxlu aşıqlarla deyişmişdir. Aşıq şerinin əllidən artıq növündə şeirlər yazmışdır. Həm Azərbaycan, həm də tat dillərində yazıb-yaratmışdır. Quba, Şamaxı tərəflərdə məşhur olmuş, bir müddət Dağıstanda da yaşamışdır. Onun Dağıstana getdiyi illər Şeyx Şamil hərəkatı dövrünə düşmüşdür. Deyilənə görə, əsgərlər onu tutub Şamilin yanına gətirmiş, söhbət zamanı onun el sənətkarı olduğu aydınlaşmışdır. Tağıya burada, əsgərlərlə qalması təklif olunmuş, o isə aşığın el arasında olmasını söyləmiş və sərbəst bura xılmasını xahiş etmişdir.
Şahbazlı (Germi)
Şahbazlı (fars. شهبازلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (26 ailə).
Əlikram Şahbazlı
Əlikram Novruz oğlu Şahbazlı (1 oktyabr 2001; Borbor, Şabran rayonu, Azərbaycan — 6 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlikram Şahbazlı 1 oktyabr 2001-ci ildə Şabran rayonunun Borbor kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olsa da, təhsilini yarımçıq saxlayaraq 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əlikram Şahbazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmar Babanlı
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub. 1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib.
Mustafa Babanlı
Mustafa Baba oğlu Babanlı (21 fevral 1968, Saatlı) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015–2023), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub. Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır. M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
Sarxanlı
Sarxanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Sarıxanlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Sərxanlı — Şərur rayonunda kənd.
Soltanlı
Sultanlı və ya Soltanlı: Əli Sultanlı — ədəbiyyatşünas, pedaqoq. Vaqif Sultanlı — Azərbaycan alimi. Toponimlər Soltanlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Bala Soltanlı — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Sultanlı
Sultanlı və ya Soltanlı: Əli Sultanlı — ədəbiyyatşünas, pedaqoq. Vaqif Sultanlı — Azərbaycan alimi. Toponimlər Soltanlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Bala Soltanlı — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Aslanlı
Aslanlı — soyad. Mir Kazım Aslanlı — şair, alim, həkim, müəllim və bəstəkar. Orxan Aslanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gülağa Aslanlı — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri. Rüfət Aslanlı — Digər Aslanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Salahlı
Salahlı — soyad. Səyyad Salahlı — azərbaycanlı ictimai-siyasi xadim; filologiya elmləri namizədi (2005); Yeni Azərbaycan Partiyasının qurucularından biri; yazıçı-publisist. Mirzəli bəy Salahlı-Kəngərli — Qarabağ bəyi. Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli — Azərbaycanın Ağdam rayonunda kənd. Aşağı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Elşən Sultanlı
Qulamhüseyn Sultanlı
Qulamhüseyn İsgəndər oğlu Sultanlı - Görkəmli Azərbaycan elm xadimi, Azərbaycanda arıçılıqla bağlı bir çox elmi kitab və məqalələlərin müəllifidir. Qulamhüseyn Sultanlı 1 iyul 1934-ci ildə Saatli rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. O, 1954-ci ildə Şamaxı Zoobaytarlıq Texnikumun baytarlıq şöbəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cı ildə isə akademik K. Q. Skryabin adına Moskva Baytarlıq Akademiyasının baytarlıq fakultəsini bitirərək baytar həkim ixtisasına yiyələnmişdir. Qulamhüseyn Sultanlı 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1963 ildən 1993-cü ilə qədər Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda arı xəstəliklərini öyrənən şöbədə məsul vəzifələrdə çalışmışdır. Arıçılıqla bağlı bir çox kitabları dərc olunmuşdur. 2011-ci ildə Tərəqqi medalı ilə təltif edilmişdir Arıçılıq haqqında söhbətlər , 1980 il., 120 səh. Arıçının məlumat kitabı , Azərnəşr; 1990 il., 136 səh. Arı xəstəlikləri və onlarla mübarizə , 1999 il., 168 səh.