SANBALLI

sif.
1. Ağır, bərk, möhkəm, qurs.
Daş balaca idi, amma çox ağır, çox da sanballı idi. Koroğlu”.
Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açıldı. Çəmənzəminli.
[Xəlil:] Bu il məhsulumuz boldu.
Maşallah, qozalar aman sanballıdı. M.Hüseyn.

2. məc. Güclü, təsirli, dərin, ciddi. Sanballı ifadə. Sanballı cümlə işlətmək.
– Gecəm belə keçdi, səhərim gəlsin! Dadıma sanballı sözlərim gəlsin! M.Müşfiq.
[Qara Kərəmoğlunun] söz ağzından külçə kimi ağır və sanballı (z.) çıxırdı. M.İbrahimov.
Vəzn xoşuma gəlmir, yenisini seçirəm; Daha da dolğun olsun; daha sanballı, möhkəm. R.Rza.

3. məc. Təmkinli, ciddi, ağır, ağırbaşlı.
[Sübhanverdizadə] özünü camaat arasında çox sanballı (z.) aparardı. S.Rəhimov.
[Mürsəl:] [Ataş] həm də sanballı oğlandır, hər sözə cavab verməz. Ə.Vəliyev.

// Yaşlı, abırlı, hörmətli. Sanballı adam.
// Adlı-sanlı, hörmətli, mötəbər. Sanballı alim.
4. məc. Əsaslı, böyük, dərin, ciddi. Sanballı musiqi əsəri. Sanballı kitab.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SANBALLI sanballı bax ağır 1
  • SANBALLI nüfuzlu — hörmətli — çəkili — ağır
  • SANBALLI dəyərli — qiymətli
SANBALLAMAQ
SANCAĞAOXŞAR

Digər lüğətlərdə

веду́н обнови́тельный простоква́шный сатириа́з хорово́й шпунти́на апте́чка буза́ карау́л микропедиатри́я мисс расфасо́вщица сёмужный audit bioethics blood-guilty Maastricht supper-dance sweet cherry system analysis theoretic wiggle seat Zuider Zee безгрешный гремучий