Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərziyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Ərzuiyə
Ərzuiyə — İranın Kirman ostanının şəhərlərindən və Ərzuiyə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,668 nəfər və 1,286 ailədən ibarət idi.
Ağviyə (Kəleybər)
Ağviyə (fars. اغويه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (54 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Meşəpara kəndistanında, Kəleybar qəsəbəsindən 10 km qərbdə, Əhər-Kəleybar avtomobil yolunun üstündədir.
Mərziyə Afham
Mərziyə Afham (11 yanvar 1965, Şiraz) — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Mərziyə Afham 2013-cü ildə İranda Xarici İşlər Nazirliyinin ilk qadın mətbuat katibi statusuna sahib olmuşdu. 2015-ci ildə isə İranın ilk qadın səfiri olaraq tarixə düşüb.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyə Məhərrəmova
Mərziyə Məhərrəmova (d. 14 aprel 1996) — Azərbaycanlı ağır atlet. Mərziyə Məhərrəmova 14 aprel 1996-cı ildə anadan olub. Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Mərziyə Üskuyi
Mərziyə Əhmədi Üskuyi (fars. سكوئیا احمدی مرضيه‎) – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Əhmədi Üskuyi Güney Azərbaycanın (İran) Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olmuşdur. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləmişdir. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazmışdır. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilmişdir. Həyatının məhbəs günləri haqqında xatirələrini yazmışdır. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Dörd cilddə, IV cild, Redaktoru Mirzə ibrahimov, Bakı: Elm, 1994 Azərbaycan qadın şairlərinin poeziya antologiyası: klassiklər və sovet dövrü (Azərbaycan və ingilis dillərində). Bakı: 2014 Güney Azərbaycan nəsri (Başlanğıcdan bu günə qədər).
Raziyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyə Sultan
Raziyə Sultan (Osmanlı türkcəsi: راضیہ سلطان‎) (d. 1525 - ö. 1556 - Osmanlı padşahı I. Süleymanın qızıdır.) Osmanlı arxivlərində "Tasasız Raziye", yəni "Qayğısız Raziyə" olaraq tanınır. Buna səbəb isə həyatı boyunca dərviş həyatı yaşaması və sarayla əlaqəsini kəsməsidir. Həyatının bütöv bir hissəsini atasının süd qardaşı olan Yəhya Əfəndinin dərgahında keçirmişdir. 1556-cı ildə vərəm xəstəliyindən 31 yaşında vəfat etmişdir. Qəbri atası I. Süleymanın süd qardaşı Yəhya Əfəndinin Türbəsində yerləşir.
Raziyə xatun
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Raziyə Şabani
Raziyə Qulami Şabani (21 aprel 1925, Təbriz — 28 yanvar 2013,Köln Almaniya) — Azərbaycanlı siyasətçi və aktivist. Azərbaycan Demokrat Firqəsi və İran Tudə Partiyasının üzvlərindən olan Raziyə Şabani İran tarixində ilk qadın siyasi məhbus sayılır. Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub. Gələcək həyat yoldaşı Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlayır. Sonradan o özü də Tudə Partiyasının üzvü olur. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olur. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi. Azərbaycan Milli Hökumətinin süqutundan iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilir. Həbs olunduğu zaman hamilə olur.
Rəmziyə Tarsinova
Rəmziyə Tarsinova (krımtat. ; 9 dekabr 1926, Simferopol – 7 aprel 2021, Krım) — Sovet tacik, krım tatar və ukraynalı rəqqas, xoreoqraf. Qaytarma ansamblının bədii rəhbəri (1992–2016). Tacikistan SSR xalq artisti (1983). Ukraynanın əməkdar artisti (2020). 9 dekabr 1926-cı ildə Simferopolda anadan olmuşdur. Atası rəqqas və xoreoqraf Useyn Bakkal (1897–1973), anası pianoçu Zore İsmayılova, bacıları Pakizə, Tamilla və Ruşena. Beş yaşında rəqs etməyə başlayır. V. Xarçenkonun rəhbərliyi altında Simferopoldakı uşaq rəqs studiyasında təhsil alır. Simferopol Balet Studiyasını bitirir.
Ərzuiyə şəhristanı
Ərzuiyə şəhristanı — İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərzuiyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 36,859 nəfər və 8,204 ailədən ibarət idi.
Əziziyə qəzası
Əziziyə qəzası (ərəb. قضاء العزيزية‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əziziyə şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.467 km² ərazini əhatə edir. İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Əziziyə nahiyyəsi (ərəbcə: ناحية العزيزية), Hafriya nahiyyəsi (ərəbcə: ناحية الحفرية) və Dəbuni nahiyyəsi (ərəbcə: ناحية الدبوني) 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 112.900 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Əziziyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 12.36%-ni təşkil edirdi. Qəza əhalisi əsasən ərəb olsa da burada həm də etnik türkmanlar da məskunlaşıb. Türkmanlar qəzanın inzibati mərkəzi Əziziyə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Əruziyə Əlibəyova
Əruziyə Mustafa qızı Əlibəyova (29 mart 1914, Bakı – 10 yanvar 1981) — azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar iqtisadçısı. O, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülən ilk şəxslərdən biri, şərqdə iqtisadiyyat sahəsində professor elmi adı alan (1967) ilk qadın və konkret iqtisadiyyat kafedrasına başçılıq edən ilk azərbaycanlı qadındır. Əruziyə Əlibəyova 1914-cü il martın 29-da Bakı şəhərində, dövrün mütərəqqi ziyalılarından olan Mustafa bəy Əlibəyov və Xədicə Əlibəyovanın ailəsində anadan olmuşdur. O, 1931-ci ildə Bakı Pedaqoloji Texnikumunu bitirdikdən sonra 1932-ci ilin mayına qədər Nuxanın Böyük Dəhnə kəndində müəllimlik etmişdir. Həmin il K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutuna daxil olan Əlibəyova 1936-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, komissiyanın qərarı ilə elmi-tədqiqat işləri aparmaq üçün institutda saxlanılmışdır. O həmçinin, 1936-cı ildə Azərbaycan Dövlət Universitetində "Sənayenin iqtisadiyyatı" fənnindən kurslar aparmışdır. 1944-cü ildə "Azərbaycan xalq təsərrüfatında qadın əməyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Əlibəyovaya 1945-ci ildə dosent adı verilmişdir. Əlibəyova 1947-1951-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" kafedrasına rəhbərlik etmiş, 1951-ci ilin payızında Azərbaycan Politexnik İnstitututunda işə başlamış və 1955-ci ilə qədər "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasında dosent vəzifəsində çalışmışdır. O, 1955-1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasına müdir seçilib. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Şurasının təşki etdiyi iqtisadiyyat üzrə sahə elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olan Əlibəyovanın başçılığı və bilavasitə iştirakı ilə 70-dən çox elmi tədqiqat işi həyata keçirilmişdir.
Şaziyə Ərdoğan
Şaziyə Ərdoğan Okur (23 fevral 1992, Ankara) — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir. O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb. 2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb. Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb. 2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.
Əzimə Ağalarova
Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı. Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var. Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır.
Əzizə Ağahüseynqızı
Əzizə Ağahüseynqızı (20 aprel 1960, Dünyamalılar, Jdanov rayonu) — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Əzizə Ağahüseynqızı 1960-cı il apelin 20-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənddə bitirmişdir. 1984-cü ildə Politexnik Texnikumunu bitirmişdir. 1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsində oxumuşdur. 2005-ci ildə 36 saylı Xətai seçki daairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi verilmişdir. Hazırda Xətai rayonunda Əhalinin Sosial-Müdafiə Mərkəzində işləyir. Dövrü mətbuatda 1975-ci ildən çap olunur. "Ulduz", "Azərbaycan", "Ədəbiyyat" qəzetlərində, jurnallarda və almanaxlarda şeirləri dərc olunub. Üç şeir kitabının müəllifidir.
Əzizə Cəfərzadə
Cəfərzadə Əzizə Məmməd qızı (29 dekabr 1921, Bakı – 4 sentyabr 2003, Bakı) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942–1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir. Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır.
Əzizə Həsənova
Əzizə Rəsul qızı Həsənova - AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) aparıcı elmi işçisi, fizika-riyaziyyat elimlər namizədi, dossent, ŞAR Dissertasiya Şurasının Elmi katibi, Həmkarlar Təşkilatı bürosunun üzvü. 25 oktyabr 1960-cı ildə Azərbaycan Respublikası Ağdam rayonu Gülablı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin "Qurban Primov" adına məktəbinin 1-ci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib BDU – nun fizika fakültəsinə daxil olmuşdur. 1982-ci ildə universiteti astrofizika ixtisası üzrə bitirərək təyinatla AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamışdır. 1982 – 1983-cü illərdə keçmiş SSRİ EA Krım Astrofizika Rəsədxanasında akademik A. A. Boyarçukun rəhbərliyi ilə praktik astrofizika sahəsində təcrübə keçmişdir. 20.02.1984-cü ildə kiçik elmi işçi, 15.03.2002-ci ildən elmi işçi, 23.11.2007-ci ildən böyük elmi işçi və 13.05.2011-ci ildən etibarən isə aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində ŞAR-ın 2m teleskopunda "A "və "F" tipli ifratnəhəng ulduzların, o cümlədən Qalaktikanın kimyəvi təkamülünün öyrənilməsində mühüm yer tutan və yüksək enlikdə yerləşən, ifratnəhəng 89 Her ulduzunun müntəzəm müşahidələrini aparmış və bu obyektin tədqiqi sahəsində bir sıra yeni maraqlı elmi nəticələr əldə etmişdir. 2021-ci ilə qədər ŞAR-ın 2m teleskopunda quraşdırılmış müasir işıq qəbulediciləri vasitəsi ilə elmi-tədqiqat işlərini davam etdirmişdir. Bir sıra MDB ölkələrinin alimləri ilə elmi əlaqələr qurmuş, onlarla əməkdaşlıq edir. Elmi nəticələr ŞAR-ın seminarlarında, BDU-nun Astrofizika kafedrasında, müxtəlif konfranslarda, Ukraynanın Krım Rəsədxanasında, Moskvada Beynəlxalq " Astronomiya cəmiyyəti " tərəfindən keçirilən " Astronomiya və astrofizika XXI əsrin başlanğıcında " elmi konfransında, həmçinin Ukraynada – Kirovqradda keçirilən beynəlxalq konfransda müzakirə edilmişdir.
Əzizə Mikayılova
Əzizə Mikayılova (1962 – 14 sentyabr 2020, Bakı) — Azərbaycan Texniki Universitetinin professoru, filologiya üzrə elmlər doktoru. Əzizə Mikayılova 1962-ci ildə əməkdar müəllim Nurqələm Mikayıl oğlu Mikayılovun ailəsində anadan olmuşdur, əslən Şamaxı rayonunun Göylər kəndindəndir. 1979-cu ildə Bakı şəhəri Yasamal rayonundakı 13 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda çalışmışdır. 1988-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun rəhbərliyi altında "Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildə "XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası" mövzusunda (Azərbaycan dili ixtisası üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Professor Əzizə Nurqələm qızı Mikayılova 2001-ci ildən etibarən Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmiş, 2013-cü ildən indiyə kimi həmin kafedranın professordur. Əzizə Mikayılova eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da gənc nəsilə filologiya elminin dərinliklərinin tədris edib. Üç monoqrafiyanın, beş dərslik və dərs vəsaitlərinin, proqramların, həmçinin çoxsaylı elmi məqalələrin müəllifidir. 2013-cü ildə Avropa Nəşr Mətbu evinin Qızıl medalı (ən yaxşı vətənpərvər tədqiqatçı alim) ilə mükafatlandırılmışdır.
Əzizə Mustafazadə
Əzizə Vaqif qızı Mustafazadə (19 dekabr 1969, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. Əzizənin atası Vaqif, anası isə Eliza Mustafazadədir. Vaqif, Əzizənin də bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir. Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə, anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir: "Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç.
Əzizə Məmmədova
Əzizə Əbdülbağı qızı Məmmədova (1892, Tiflis – 14 avqust 1961, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1936). Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım 1892-ci ildə Tiflisdə doğulub. Atası Əbdübağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər. Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanın buraya aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib.
Əzizə Əhmədova
Əzizə Əhmədova (Əzizə Türkan; 26 yanvar 1932, Bakı – 2003, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru. 1932-ci il yanvarın 26-da Bakıda dünyaya göz açdı. İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi, amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar etdi. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi "Qorxmazın səhvi" adlanırdı. 1957-ci ildə "Pioner" jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı. Azərbaycan ensiklopediyasından çalışmağa başlayan Əzizə Əhmədova bir qədər də burada böyük redaktor vəzifəsində çalışdı.1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edildi.
Ejiyə
İjiyə — İranın İsfahan ostanının İsfahan şəhristanının Cülgə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,309 nəfər və 948 ailədən ibarət idi.
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Əqidə
Əqidə — insanın şəxsi müşahidə və düşüncələrinin köməyilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən təcrübədə istifadə etməsi nəticəsində formalaşır və bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradılmışdır.
Geriyə split
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Geriyə zəncirləmə
Geriyə zəncirləmə– ekspert sistemlərində: mühakimənin doğruluğunun yoxlanılmasına həmin mühakimədən və onun alınmasına kimi istifadə olunan qaydalar yığınından başlayan üsul. Sonra ondan əvvəl gələn mühakimələr zənciri yoxlanır, qaydalar faktlardan ibarət verilənlər bazasında olan informasiyalar ilə tutuşdurulur. Proses aşkar doğru və ya yalan olan mühakimə ilə başa çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Saziye Erdoğan
Şaziyə Ərdoğan Okur (23 fevral 1992, Ankara) — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir. O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb. 2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb. Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb. 2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.
Əziyev məscidi
Əziyev (Əzi, Əziyevskaya, Qazi, Qaziyev) məscidi — 1736-cı ilə qədər Tarixi Başqırdıstan ərazisindəki əsas məscid sayılırdı. Başqırdların daxili özünüidarəetməsində ən yüksək güc olan məsciddə ümumbaşqır xalq məclisləri (yiyinlər) keçirilirdi. Bersuvan çayı yaxınlığında (Bersianka), Kurqaul dağının (Çesnokovskaya dağı) yaxınlığında — indi Ufa şəhərinin ərazisində (Kirov rayonu) yerləşirdi. Bu ərazi Ufa qalası ilə Başqırdıstının tarixi torpaqları arasındakı sərhəddə idi. Bersuvanda Ufa məmurları Rusiya, Orta Asiya və Qazaxıstandan gələn xarici diplomatları və ticarətçiləri təntənəli şəkildə qarşılayırdılar. Daş məscidin təməlinin dəqiq nə zaman qoyulduğu məlum deyil. Məscid təxminən XIII-XIV əsrlərdə tikilmişdir, ziyarətgahın təməli "Başqırdistanın ilk imamı" Hüseyn bəyin fəaliyyəti ilə əlaqələndirilir. Başqırd epik əfsanəsi "Sartayev soyunun sonuncusu"na (başq. «Һуңғы Һартай») görə , 1391-ci ildə başqırdların Topal Teymur qoşunlarına qarşı apardığı mübarizəyə rəhbərlik edən Calık-bəy, Hüseynbəy məqbərəsində və Qazıyev məscidində dua etmişdi. Başqırdların daxili özünüidarəetməsində ən yüksək güc olan məsciddə ümumbaşqır xalq məclisləri (yiyinlər) keçirilirdi.