Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ədədlər
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. == Ədədlərin növləri == Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Əqəbli
Əqəbli (ərəb. أقبلي‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. == Coğrafi mövqe == Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,120 kilometr (700 mil) cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. == İqlim == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 12,7 mm-dir). Orta illik temperatur 26,7-dir °C . == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 10,171 nəfər idi. Əhalinin savadlılıq səviyyəsi 73,3 faiz təşkil etmişdir. Kişilər arasında savadlılıq səviyyəsi 83,2%, qadınlar arasında isə 63,4% təşkil etmişdir.
Ərdəbilə
Ərdəbilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1500 nəfərdir. == Toponimiyası == Kəndi Cənubi Azərbaycanın Ərdəbil mahalından gəlmiş ailələr salmışlar. Toponim Ərdəbil sözünə talış dilindəki -ə cəm şəkilçisini əlavə etməklə yaranmışdır, "ərdəbillilər" deməkdir. Bəzi tədqiqatçılar Ərdəbil toponimini "müqəddəs su" (İran dillərində arta/arda — müqəddəs) mənasında izah edirlər. Qədimdə Ərdəbildə müalicə əhəmiyyətli su olmuşdur. Başqa ehtimala görə, Ərdəbil qədim türk dillərində "dağ", "dağlıq", "dağ kəndi" mənasında işlənən art sözünə talış dilində "bataqlıq" mənasında işlənən "bil" sözünü əlavə etməklə yaranmışdır. == Coğrafiyası və iqlimi == Burovar silsiləsinin yamacında yerləşən bu kənd hər tərəfdən dağlar və meşələrlə əhatə olunmuşdur. Yayda maksimum temperatu +25, qışda isə −15 dərəcə arasında dəyişir. Gürdəsər, Əliabad, Soru, Camaşəir, Lərmərud, Kirəvud və Ordahal kəndləri ilə həmsərhəddir.
Ərəbcə
Ərəb dili (ərəb. اللغة العربية‎, ərəb. عربي‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur.
Ərəbli
Ərəbli (Meşkinşəhr)
Ərəblər
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Dəbkə
Dəbkə (ərəb. دبكة‎) — Levantda oynanılan rəqs. Fələstin, İordaniya, İraq, Livan və Suriyada oynanılır.
Dəclə
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Əzələ
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Bala Ərəblər
Bala Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Cüt ədədlər
Cüt və tək ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. == Cüt ədədlər == Cüt ədədlər - sonu 0,2,4,6 və 8 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlər 2 - yə qalıqsız bölünür Cüt ədədlərin ən kiçiyi 2 - dir Cüt ədədlər sonsuz saydadır Cüt ədədin ümumi şəkli: C=2n;( n ∈ N {\displaystyle n\in \mathbb {N} } ) == Tək ədədlər == Tək ədədlər - sonu 1,3,5,7 və 9 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə tək ədədlər deyilir.
Həqiqi ədədlər
Həqiqi ədədlər —Rasional və irrasional ədədlərə birlikdə həqiqi ədədlər deyilir. Müəyyən əsaslı, məsələn, onluq say sisteminin rəqəmləri ilə göstərilən tam, yaxud onluq kəsr şəklində istənilən ədəd. Həqiqi ədəd sonlu, yaxud sonsuz rəqəmlər çoxluğu ilə göstərilə bilər. Hər bir həqiqi ədədə düz xətt üzərində bir nöqtə uyğun gəlir.0, 2.5, 345, –2134, 0.00003, 1/3, √2,  həqiqi ədədlərdir, ancaq √(-1) həqiqi ədəd deyil (mənfi, yaxud müsbət ədədlər içərisində belə ədəd yoxdur). Kompüterlərdə həqiqi ədədlər sonlu sayda rəqəm vasitəsilə göstərilir və rəqəmlərin sayı dəqiqlikdən asılı olur. Bir çox proqramlaşdırma dillərində “həqiqi ədəd” termininin əvəzinə “sürüşkən nöqtəli ədəd” termini işlədilir Rasional ədədlər a/b şəklində(yəni kəsr şəklində)göstərilə bilən bütün ədədlərə rasional ədədlər deyilir. Bu ədədlər Q ilə işarə olunur. Məsələn: 2/5, 7/2 İrrasional ədədlər İrrasional ədədlər dövrsüz davamı olan kəslərdir.Məsələn, e=2,7183...Bu ədədlər İ' ilə işarə olunur. Ədəd oxu Üzərində başlanğıc nöqtə, istiqamət və uzunluq vahidi seçilən düz xəttdir Ədəd oxu üzərində, natural natural ədədlər (N), tam ədədlər ədədlər (Z) və rasional ədədlər (Q) çoxluğunun hər bir elementinə uyğun nöqtə vardır.Bu nöqtələr arasındakı məsafəni də tapmaq olar.Məsələn, A(4) və B(-5)arasındakı məsafə |AB|=4-(-5)=9 olacaq == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kompleks ədədlər
Kompleks ədədlər (lat. complex) - z = a + b i {\displaystyle z=a+bi} şəklində olan ifadəyə deyilir. == Tarixi == "Kompleks ədədlər" terminini ilk dəfə fransız alimi Lazar Karno işlətmişdir. Kompleks ədədlərinin həndəsi izahını isə Norveç əsilli Danimarka alimi Vessel Kaspor vermişdir. Xəyali ədədin simvolu ("i") 1777-ci ildə isveçrə alimi Leonard Eyler tərəfindən işlədilmişdi. Sözün kökü olan "imaginarius" ifadəsi latınca "xəyali" deməkdir. == Xarakteristika == Kvadrat tənliklərində diskriminant sıfırdan kiçikdirsə, onda bu tənliyin həqiqi ədədlər çoxluğunda kökü yoxdur. Məs. x2+9=0 tənliyinin həqiqi ədədlər çoxluğunda kökü yoxdur. Buradan alınır ki, həqiqi ədədlər çoxluğunu elə genişləndirmək lazımdır ki, yeni tənliyin kökü olsun, vurma və toplama əməllərinin xassələri saxlanılsın.
Mənfi ədədlər
Riyaziyyatda, mənfi ədəd sıfırdan kiçik olan həqiqi ədəddir. Mənfi ədədlər əks mənalılığı təmsil edir. Əgər, müsbət sağa hərəkəti göstərirsə, mənfi sola hərəkəti göstərir. Əgər, müsbət dəniz səviyyəsindən yuxarını göstərirsə, mənfi dəniz səviyyəsindən aşağını göstərir. Mənfi ədədlər çox vaxt hansısa zərərin və ya əskikliyin miqdarını göstərmək üçün istifadə olunur. Ödənməli olan bir borc mənfi qazanc olaraq düşünülə bilər, bir kəmiyyətin azalması mənfi artım olaraq düşünülə bilər. Əgər, bir kəmiyyət iki əks mənaya sahib ola bilərsə, onda bu mənaları, yəqin ki təsadüfi olaraq, mənfi və müsbət olaraq ayırmaq olar. Tibbi baxımdan, bir şişlə mübarizədə genişlənmə mənfi daralma olaraq düşünülə bilər. Mənfi ədədlər üçün hesablama qaydalarına əsasən, — (- 3)= 3 çünki əksin əksi ilkin olandır. Mənfi ədəd, adətən, qarşısında " – " işarəsi ilə yazılır.
Natural ədədlər
Natural ədədlər — saymaq üçün istifadə olunan ədədlərə deyilir (riyazi dildə: 1-i özündə saxlayan minimal induktiv çoxluq). Natural ədədlər tək (Məs.: 1, 3, 5) və cüt (Məs.: 2, 4, 6) olur. == Natural ədədlər == “Ədəd” sözü yunan sözü olan “artimos” sözündən götürülmüşdür. Hesabla ədədlər haqqındakı elmlə bağlı yaranmışdır. “Rəqəm” sözü (ərəbcə "sıfır") əsl mənası “boş yer” olan (həmin mənanı verən “sunya sanskrit” sözünün tərcüməsidir) ərəb sözündən götürülmüşdür. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural sıra natural ədədlər çoxluğunu yaradır. Natural ədədlər çoxluğu N ilə işarə olnur. Çoxluq 1-dən başlayır və sonsuzdur. Sayma zamanı istifadə olunan ədədlər natural ədədlərdir.
Rahil Ərəbli
Rahil Rafiq oğlu Ərəbli (14 aprel 1996; Şirvan, Azərbaycan – 12 may 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rahil Ərəbli 14 aprel 1996-cı ildə Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Rahil Ərəbli 2016-cı ildə, mayın 12-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 14-ü isə Rahil Ərəbli doğulduğu Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Ərəbli uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rahil Ərəbli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Rasional ədədlər
Rasional ədədlər — sonsuz dövri onluq kəsr şəklində olan ədədlərə deyilir. Yəni, istənilən natural ədəd, tam ədəd və kəsr ədəd rasionaldır.Kəsr şəklində olan rasional ədədlərdə surətdə tam ədəd,məxrəcdə isə natural ədəd olur. Rasional ədədlər nisbət kimi, yəni kəsr kimi göstərilə bilər. Rasional ədədlər m n {\displaystyle {\frac {m}{n}}} şəklində göstərilə bilən ədədlərdir, burada m {\displaystyle m} tam ədəd, n {\displaystyle n} isə natural ədəddir. Rasional ədədlər çoxluğu Q {\displaystyle \mathbb {Q} } ilə işarə olunur. İstənilən tam ədəd həm də rasional ədəddir, çünki istənilən tam ədədi məxrəci natural ədəd olan kəsr şəklində göstərmək mümkündür. Rasional ədədlərə nümunə olaraq:⅝;0.15;5.6789(2333) göstərmək olar.
Tam ədədlər
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tetraedik ədədlər
Tetraedik ədədlər — üçbucaq oturacaqlı bir piramidanı təmsil edən saylar. n-ci tetraedik ədəd ilk n üçbucaq ədədlərinin cəminə bərabərdir. İlk on yeddi tetraedik ədədlər bunlardır: 1, 4, 10, 20, 35, 56, 84, 120, 165, 220, 286, 364, 455, 560, 680, 816, 969, …n-ci tetraedik ədədin formulu 3-cü artan faktorialın 3-cü faktoriala bölünməsi şəklində ifadə edilir. Yəni: T n = n ( n + 1 ) ( n + 2 ) 6 = n 3 ¯ 3 !
Təbii ədədlər
Natural ədədlər — saymaq üçün istifadə olunan ədədlərə deyilir (riyazi dildə: 1-i özündə saxlayan minimal induktiv çoxluq). Natural ədədlər tək (Məs.: 1, 3, 5) və cüt (Məs.: 2, 4, 6) olur. == Natural ədədlər == “Ədəd” sözü yunan sözü olan “artimos” sözündən götürülmüşdür. Hesabla ədədlər haqqındakı elmlə bağlı yaranmışdır. “Rəqəm” sözü (ərəbcə "sıfır") əsl mənası “boş yer” olan (həmin mənanı verən “sunya sanskrit” sözünün tərcüməsidir) ərəb sözündən götürülmüşdür. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural sıra natural ədədlər çoxluğunu yaradır. Natural ədədlər çoxluğu N ilə işarə olnur. Çoxluq 1-dən başlayır və sonsuzdur. Sayma zamanı istifadə olunan ədədlər natural ədədlərdir.
Tək ədədlər
Cüt və tək ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. == Cüt ədədlər == Cüt ədədlər - sonu 0,2,4,6 və 8 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlər 2 - yə qalıqsız bölünür Cüt ədədlərin ən kiçiyi 2 - dir Cüt ədədlər sonsuz saydadır Cüt ədədin ümumi şəkli: C=2n;( n ∈ N {\displaystyle n\in \mathbb {N} } ) == Tək ədədlər == Tək ədədlər - sonu 1,3,5,7 və 9 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə tək ədədlər deyilir.
İrrasional ədədlər
İrrasional ədədlər — Dövri olmayan sonsuz onluq kəsrə deyilir. Məsələn, 1,2754091..., -0,070070007... vs. İrrasional ədədlərə π (pi)-ni də əlavə etmək olar. İrrasional ədədlər m n {\displaystyle {\frac {m}{n}}} şəklində göstərilə bilinməyən ədədlərdir, burada m {\displaystyle m} tam ədəd, n {\displaystyle n} isə natural ədəddir. İrrasional ədədlər çoxluğu - İ ilə işarə olunur. İrrasional ədədlərin rasional ədədlərdən fərqini belə göstərmək olar: 0,(7)=7/9-rasional; 0,78564935210896...-irrasional ədədlərdir. Məsələn, π-nin sonu yoxdur.
Şeyx Ədəbali
Şeyx Ədəbali (Osmanlıca: شيخ اده بالي) (Balışeyx, Şeyx Adabalı və ya Şeyx Atası) (1206–1326) — Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış bir İslam ilahiyatçısı-din alimi, Ahi şeyxi, Osman Qazinin qayınatası və müəllimi, Osmanlı Dövlətinin fikir atası. 1206-ci ildə doğulduğu təxmin edilməkdədir. 1326-cı ildə 120 yaşında Biləcikdə vəfat etmiş, dərgahının zikr otağında basdırılmışdır. Rəbia Bala Malhun Xatun atası. İlk Osmanlı şeyxülislamı == Həyatı == Şeyx Ədəbali əslən Qaramanlıdır. Qaramanda başladığı təhsilini Şamda tamamladı. Təfsir, hədis və İslam hüququnda uzmanlaştı. Mövlana Cəlaləddin Rumi və Hacı Bektaşı Vəli kimi zamanının böyüklərinin söhbətlərində iştirak etmişdi. Əskişəhir yaxınlarında o zamankı adıyla İtburnu kəndində yaşamışdır. Öz tikdirdiyi mədrəsədə şagird yetişdirdi və xalqı işıqlandırdı.
Şeyx Ədəbalı
Şeyx Ədəbali (Osmanlıca: شيخ اده بالي) (Balışeyx, Şeyx Adabalı və ya Şeyx Atası) (1206–1326) — Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış bir İslam ilahiyatçısı-din alimi, Ahi şeyxi, Osman Qazinin qayınatası və müəllimi, Osmanlı Dövlətinin fikir atası. 1206-ci ildə doğulduğu təxmin edilməkdədir. 1326-cı ildə 120 yaşında Biləcikdə vəfat etmiş, dərgahının zikr otağında basdırılmışdır. Rəbia Bala Malhun Xatun atası. İlk Osmanlı şeyxülislamı == Həyatı == Şeyx Ədəbali əslən Qaramanlıdır. Qaramanda başladığı təhsilini Şamda tamamladı. Təfsir, hədis və İslam hüququnda uzmanlaştı. Mövlana Cəlaləddin Rumi və Hacı Bektaşı Vəli kimi zamanının böyüklərinin söhbətlərində iştirak etmişdi. Əskişəhir yaxınlarında o zamankı adıyla İtburnu kəndində yaşamışdır. Öz tikdirdiyi mədrəsədə şagird yetişdirdi və xalqı işıqlandırdı.
Erble
Erble (fr. Herblay) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Arjantey, kanton — Erble. Əhalisi — 26 289 nəfər (2009).Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimal-qərbində, Serji bələdiyyəsinin 9 km cənub-şərqində yerləşir.
Baccharis deblei
Baccharis deblei (lat. Baccharis deblei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bulbophyllum debile
Bulbophyllum debile (lat. Bulbophyllum debile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum debile növü Madaqaskar üçün endemik növdür.
Erekle (Şaran)
Erekle (başq. Ерекле), rus. Erekle) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Erekle kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (79 %) üstünlük təşkil edir.
Ndebele dili
Cənubi Ndebele dili və ya Ndebele dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir. Bantu dillərindəndir ki, Ndebelelər tərəfindən danışılır.
Sedum debile
Sedum debile (lat. Sedum debile) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinin sedum cinsinə aid bitki növü.