Həmidağa Səmədov
Həmidağa Səmədov — 17 avqust 1952-ci ildə anadan olmuşdur. Həmidağa Səmədov Qarabağ müharibəsinin iştirakçısıdır. 16 yanvar 1994-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
== Həyatı ==
Həmidağa Səmədov 17 avqust 1952-ci ildə anadan olmuşdur. Orta məktəbi həmin şəhərdə qurtarmışdır. 1969-cu il iyun ayında Hacıqabul işarəvermə rabitə stansiyasında elektrik mexaniki vəzifəsinə qəbul olunmuşdur.
== Şəhidlik zirvəsi ==
Həmidağa Səmədov 1993-cü ildə Hacıqabul rayonundan könüllü olaraq hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Həmidağa Səmədov Güllücə, Gəngərli, Sarıcallı, Cəvahirli, Suma Güllücə, Məlikli, Paprəvənd, Maqsudlu, Talışlı, Salahlı, Novruzlu kəndləri uğrunda döyüşdə cəsarət və mərdlik nümunəsi göstərmişdir. 1994-cü ilin 16 yanvar tarixində Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur.
Hacıqabul şəhərində dəfn olunmuşdur.