Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliəsgər Bahari
Əliəsgər Bahari (fars. علی‌اصغر بهاری‎; 1905, Tehran – 10 iyun 1995, Tehran) - Azərbaycan əsilli musiqiçi və kamança ifaçısı. O, 1905-ci ildə Tehran şəhərində anadan olmuşdur. Onun valideynləri Həmədan ostanının Bahar şəhristanından olmuşdurlar. O, ilk kamança təhsilini babası Məhəmməd Tağı Xandan almışdır. 3 ildən sonra isə atası onu dayılarının yanına təhsilini daha da inkişaf etdirmək üçün göndərmişdir. Onun 3 dayısının üçü də o dövrün məşhur kamança ustalarından idilər. Əliəsgər Baharinin ilk böyük uğuru hələ 18 yaşında İbrahim xan Mənsurinin orkestrində çıxış etməsi olmuşdur. Məşhəddə özünün musiqi məktəbini açmış, lakin sonradan Tehrana köçmüşdür. Burada Ruhulla Xaliqinin rəhbərliyi altında Hünəristanda kamança müəllimi kimi çalışmışdır.
Əliəsgər Hikmət
Mirzə Əliəsgər xan Hikmət Şirazi (fars. علی‌اصغر حکمت شیرازی‎; 16 iyun 1892, Şiraz – 5 mart 1980, Tehran) — İran Təhsil naziri. Mirzə Əliəsgər xan Hikmət Şiraz şəhərində, Mirzə Əhmədəli Mustovfinin ailəsində anadan olmuşdu. Siyasətçi idi. Rza şah Pəhləvinin hakimiyyəti dövründə yüksək vəzifələrdə çalışmışdı. Təhsil vəziri olmuşdu. Bāqer ʿĀqeli, Šarḥ-e ḥāl-e rejāl-e siāsi wa neẓāmi-e moʿāṣer-e Irān I, Tehran, 2001, pp. 586–88. Aḥmad Eqtedāri, Kārvān-e ʿomr: ḵāṭerāt-e siāsi-farhangi-ehaftād sāl ʿomr, Tehran, 1993, pp. 25–26, 205.
Mirmahmud Əliəsgərli
Mirmahmud Ağamirzə oğlu Əliəsgərli (tam adı: Mirmahmud Ağamirzə oğlu Əliəsgərli ; d.1895, - ö.1958, Bakı şəh.) — maarif xadimi, pedaqoq, şair. XX əsrin əvvəllərində yaşayıb-yaradan, klassik şeir ənənələrini yaradıcılığında yaşadan şairlərdəndir. Əlyazmalar İnstitutunda Əliabbas Müznibin və Məmməd Səid Ordubadinin arxivində və fraqmentlər bölməsində Mirmahmud Nurinin tərcümeyi-halı və şeirləri saxlanılır. 5 il üsuli-ətiq üzrə təhsil almış, sonra iranlıların “İttihad” məktəbinə daxil olmuşdur. sonra türklərin “Kiçik zabitan” kursunu bitirmiş və türk ordusunun Bakı bölməsiondə xidmət etmişdir. satiraları “Soyulmuş Əyyar”, lirik şeirləri “Nuri” təxəllüsü ilə çap olunmuşdur.
Ələsgər
Ələsgər — Azərbaycanda ən çox istifadə edilən kişi adı. Aşıq Ələsgər — Azərbaycan aşığı. Ələsgər Ələkbərov Ələsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərov (arxeoloq) — arxeoloq, etnoqraf, ölkəşünas Ələsgər Məmmədov Ələsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas. Ələsgər Əliyev — Azərbaycan jurnalisti. Ələsgər İbrahimov — azərbaycanlı aktyor. Ələsgər Məmmədoğlu — Azərbaycan teatr və kino aktyoru Ələsgər Muradxanlı — aktyor. Ələsgər Novruzov — Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Həsənzadə — Ələsgər Talıboğlu — Yaşayış məntəqələri Ələsgər (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycanlı aşıq. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Çopur Ələsgər
Çopur Ələsgər (tam adı:Ələsgər Mikayıl oğlu Tağıyev; d. 1930, Bozalqanlı, Tovuz rayonu – ö. 23 oktyabr 2014) — Azərbaycan aşığı və şairi. "Çopur Ələsgər" ləqəbi ilə tanınan Aşıq Ələsgər 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünü aşıq sənətinə həsr etmiş ustad aşıq bu sənətin sirlərini aşıqlar Hüseyn Rzayev və Əkbər Cəfərovdan öyrənib. 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanı bilən aşıq Çopur Ələsgər özü də uzun illər sənətinin sirlərini özündən sonra gələn nəslə öyrətmmişdir. 23 oktyabr 2014-cü ildə vəfat etmişdir. 20 aprel 2013-cü ildə "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" İctimai Birliyin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi keçirilib. Gecədə deputat Qənirə Paşayeva, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filalofiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və başqa siyasi-ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli idi.
İslam Ələsgər
İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu; 22 iyun 1925, Ağkilsə, Yeni Bəyazid qəzası – 6 oktyabr 2014, Göygöl rayonu) — filologiya elmləri namizədi, Ələsgərşünas alim. İslam Ələsgər 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Diplom işi "Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi" olmuşdur. 1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim, direktor işləmişdir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri də işləmişdir. Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplamış, 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş və haqqında məqalələr yazmışdır. 1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1997-ci ildə Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazmışdır. 6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
Ələsgər (Zaqatala)
Ələsgər — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi əsasən Saxurladan ibarətdir.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Ələsgər Abdullayev
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
Ələsgər Cabbarov
Ələsgər Cavadov
Ələsgər Gəngərlinski
Ələsgər Gəngərlinski — praporsik, Azərbaycan səfirliyinin hərbi attaşesi vəzifəsində çalışıb. ADR-in Gürcüstanda hərbi attaşesi yanında tapşırıqlar üzrə sabiq ober-zabit, 1921-ci ilin iyul ayından isə Azərbaycanın Türkiyədəki hərbi attaşesi Ələsgər Əsgərov Azərbaycan Xalq Cümhuriyyətinin tərəfdarı olub, sovetləri sevməyib. Onun Türkiyədən Bakıya göndərilməsi tələb olunub, məqsəd də həbs etmək imiş. 1922 Samsun şəhərind yoxsa şıxmışdır.
Ələsgər Hüseynov
Ələsgər Nurəli oğlu Hüseynov (10 yanvar 1928, Bakı – 3 may 1976, Bakı) — Azərbaycan memarı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı. Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci il yanvar ayının 10-da anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 1953–1967-ci illərdə "Azərdövlətlayihə" institutunda və Sənaye Tikintisi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1968–1971-ci illərdə Bakının Baş rəssamı, 1971–1975-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1975–1976-cı illərdə isə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Hənifə Ələsgərovla) və s. tikililərin layihələrini vermişdir. Xidmətlərinə görə keçmiş SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları, "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir. Hüseynov Ələsgər 1976-cı il may ayının 3-də vəfat etmişdir.
Ələsgər Həsənzadə
Ələsgər Həsənzadə - "Ginnesin rekordlar kitabı"na düşmüş azərbaycanlı Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə dünyada ilk azyaşlı "Ginnesin rekordlar kitabı"na düşən şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib. Qeyd edək ki, onun adı rekordçuların siyahısına 7 yaşı olanda düşüb.
Ələsgər Muradxanlı
Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor. Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ələsgər Muxtarov
Ələsgər Faiq oğlu Muxtarov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. Mayor Ələsgər Muxtarov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Ələsgər Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələsgər Məmmədli
Dos. Ələsgər Əhməd oğlu Məmmədli (24 may 1968, Quzanlı, Ağdam rayonu) — azərbaycanlı hüquqşünas, media hüququ üzrə ekspert, Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının (IREX) Azərbaycan Yeni Media Layihəsinin (ANMP) rəhbəri (2005–2014), Media Hüququ İnstitutunun həmtəsisçisi (2002), "Sivil Toplum Platforması"nın qurucu üzvü (2016), "Toplum" TV-nin təsisçisi (2016); 2002-ci ildən hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısı olmuş, 2002–2014-cü illərdə Internews və IREX təsisatlarında çalışmışdır. 2024-cü il martın 8-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə həbs edilmiş, yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi məhbus olaraq qəbul edilmiş, onun azadlığa buraxılması üçün beynəlxalq insan hüquqları təsisatları tərəfindən Azərbaycana çağırışlar edilmişdir. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin İstintaq Təcridxanasında saxlanılır. Ələsgər Məmmədli 1968-ci il mayın 24-də Ağdam rayonunun Quzanlı qəsəbəsində müəllim ailəsində anadan olub. 1985-ci ildə Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbini bitirib. 1991-ci ildə İstanbul Universitetinin Hüquq bölməsinə daxil olub və 1996-cı ildə oradan məzun olub. 1999–2001-ci illərdə isə Ankarada Türkiyə və Yaxın Şərq İdarəçilik Akademiyasında (TODAİE) hüquq və idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb. Könüllü olaraq 1993-cü ildə təhsilini yarımçıq qoyaraq bir qrup tələbə dostları ilə Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşlərdə olmuşdur. Bir müddət sonra təhsilini davam etməsi üçün dövlət onları geri qaytarmışdır.
Ələsgər Məmmədov
Ələsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas.
Ələsgər Məmmədoğlu
Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002). Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar. Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri), Qazı ("Sizi deyib gəlmişəm" Anar), Səfər ("Əliqulu evlənir" Sabit Rəhman), Cəllad ("Maqbet" Uilyam Şekspir), Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev), Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil), Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin), Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Səlim ("Aydın" Cəfər Cabbarlı), Qasımlı ("Bu dünyanın adamları" Hidayət), Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Məzarçı ("Hamlet" Uilyam Şekspir), Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Kürən ("Xəcalət" Hüseynbala Mirələmov) Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov) Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev) Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V. Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K. Haldoni), Dəmir-qaya "Topal Teymur" H. Cavid), Narsatan ("Qatarda" İ. Məlikzadə), Gümrah ("Alov" M. Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir.
Ələsgər Novruzov
Ələsgər Xanlar oğlu Novruzov (1 avqust 1949, Kürdhacı, Laçın rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Ələsgər Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə. Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968–1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Ələsgər Qasımov
Qasımov Ələsgər Ramazan oğlu (d.23.01.1901, Bulqan kəndi, Babək rayonu) — iqtisadçı. İqtisadi elmlər namizədi (1948), professor(1961), 1948-ci ildə Moskvada "Sosializm yarışı və onun əmək məhsuldarlığının yüksəldilməsində əqli əməklə fiziki əmək arasındakı əksliyin aradan qaldırılmasında rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1929-cu ildə Tiblisidə Zaqafqaziya Kommunist Universitetini və 1932-ci ildə onun aspiranturasını bitirmiş, ali məktəblərdə dərs demişdir. Qırmızı Professura İnstitunun (Moskva) iqtisadiyyat şöbəsini bitirdikdən sonra Moskva və Bakının ali məktəblərində işləmiş, 1937-ci ilin fevral və avqust aylarında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tədris işləri üzrə prorektoru, həmin vaxtdan Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki APU), 1940-cı ildən isə Ali Kənd Təsərrüfatı Məktəbinin siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1942-ci ildə könüllü surətdə cəbhəyə getmişdir. 223-cü Azərbaycan Atıcı divizyası siyasi şöbəsi rəisinin müavini olmuşdur. Müharibədən sonra Moskva İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ələsgər Qasımov uzun müddət respublikanın ali məktəblərində müəllim, 1966-cı ildən isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu siyasi iqtisadi kafedrasının müdiri işləmişdir. Siyasi iqtisad problemlərinə dair tədqiqatların, dərs vəsaitlərinin müəlifidir. Keçmiş ümumittifaq "Voprosı ekonomiki" (Moskva) jurnalı redaksiya heyətinin, respublikanın bir sıra ali məktəbləri elmi şuralarının üzvü olmuşdur.
Ələsgər Qayıbov
Ələsgər Qurbanəliyev
Ələsgər Novruzəli oğlu Qurbanəliyev (23 mart 1948, Qobu – 21 aprel 2021) — aktyor. Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. Aktyor 21 aprel 2020-ci ildə 73 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
Ələsgər Rizvan
Ələsgər Rizvan – Təbriz teatrının aparıcı səhnə ustalarından olub. Bəzi mətbuat səhifələrində soyadı "Rizvani" kimi yazılıb. "Təbai" təxəllüsü ilə də çıxış edib. Ələsgər Rizvan 1909-cu ildə Qarabağın Şuşa şəhərində doğulub. Üç-dörd yaşlarında ailəsi Ağdama köçüb. İbtidai təhsilini Ağdamda alıb. Onun ürəyəyatımlı, muğam ifaçılığına uyğun gələn səsi və güclü yumor bacarığı olub. Səhnə sənətinə marağı orta məktəbdə oxuyanda başlayıb. Şaqraq və cingiltili səsini eşidən Qaflan Muradov onu özünün aktyor işlədiyi Ağdam mədəniyyət klubunun dram dərnəyinə dəvət edib. Səhnəyə ilk dəfə Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında qız rolunda çıxıb.