MÜXƏNNƏS

sif.is. [ ər. ] Alçaq, namərd, qorxaq. İgid ölər, adı qalar, müxənnəsin nəyi qalar? ( Ata. sözü ).
Müxənnəsdir qorxan bir qaşıq qandan. Q.Zakir.
Ələsgər, mətləbin tanrıdan istə; Kərəm olmaz müxənnəsdən, xəsisdən. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜXƏNNƏS müxənnəs bax namərd

Etimologiya

  • MÜXƏNNƏS Ərəbcədir, nisə (qadın) sözünə yaxındır, “qadın, xasiyyət” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜXƏMMƏS
MÜXƏNNƏSLİK

Digər lüğətlərdə