Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belibağlı
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Əliağalı
Əliağalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü il iyunun 12-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 1930-cu ilə qədər Əliağalı kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Əliağalı kəndi rayon mərkəzi Ağdam şəhərindən 30 km. şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir. 20.11.2020-ci il Tarixində Azərbaycan Ordusu Tərəfindən Azad Edildi. İşğala qədərki dövrdə Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Azərbaycanın işğala məruz qalmış bütün yaşayış məntəqələrində olduğu kimi, erməni işğalçıları Əliağalı kəndində də hər şeyi dağıdıb yerlə yeksan ediblər. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 65 evdə 324 şiə tatar yaşayırdı. Əliyev Nadir Alış oğlu — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharbəsi şəhidi.
Əlicanlı
Əlicanlı (Sabirabad)
Əlixanlı
Əlixanlı (Gürcüstan)
Əliyanlı
Əliyanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli kənd inzibati ərazi dairəsində kənd. Qədim Zəngəzur qəzasının tərkib hissəsinə daxil olan tarixi və inzibati əyalətlər içərisində Əliyanlı mahalının camaatı bir sıra özəlliklərinə (igidlikləri, haqq-ədalət uğrunda mübarizliyi, qorxmazlığı, idarəetmə sisteminin nizamlı olması...) təbii-coğrafi ərazisi isə qədim tarixi irsi və maddi abidələrinə görə fərqlənmişdir. Bu bölgədə ümumilikdə 16-ya qədər kənd yerləşib. Coğrafi məkanca "Əliyanlı” toponiminin yaranması da maraqlıdır. Ulu babalarından eşitdiklərini söyləyən Armudluq kənd sakini Həmid Xudaqulu oğlunun (1848-1958) dediyinə görə, 250-300 il əvvəl Cənubi Azərbaycandan bir dəstə qaçaq-quldur gəlib Həkəri çayının sol sahillərində yerləşən elatlarda talançılıq-soyğunçuluq edərmiş, camaatın mal-mülkünü qarət edib, sürüləri hovlayıb aparırlarmış. Belə hadisələrin birində Armudluq kəndinin 18-20 yaşlı bir cavanı kəndin qənşərindəki "Oyuğun yalı” deyilən yerdə bir səngərə sığınıb 5-10 nəfər qaçağı izləyəndə görür ki, onlar Bağırbəyli binəsindən (kəndlərindən 4 km şərqdə) sürdükləri 100-ə yaxın mal-heyvanı böyük bir çinarın altında saxlayıb, bulaq üstündə dincəlirlər. Silahlarını bir kənarda "çal-keçir” edib, baş-başa "dərzləyib”, kəsdikləri heyvanın kababından yeyib dincəlir, keşikdə duranlardan isə biri yatıb, o biri isə ölən malın gönündən özünə çarıq tikir. Həmin cavan bu məqamda bulağın üstündəki böyük daş parçasının arxasından keçib tüfənglərin topasını ələ keçirir və yenidən özünü atır qayanın arxasına. Haray-həşir qopur, quldurlar oyanır, onda cavan onlara deyir: "Mal-heyvanı hardan gətiribsinizsə, o yolla da aparırsınız geri, qaytarırsınız yiyələrinə, özünüz də dərədən çıxıb işıq düşən yerlə keçib, dağı aşırsınız, bir də buralara ayağınız dəymir...” Belə də olur. Əliyalın bir cavanın qoçaqlığı, soyğunçuları tərki-silah edib qovması xəbəri tezliklə mahala yayılır və həmin bölgə sonralar yerli şivə-dialekt, danışıq xüsusiyyətinə, deyim tərzinə uyğun olaraq "Əliyanlı” yer adı kimi məşhurlaşır.Bu məlumatlar Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu tərəfindən Qubadlı rayonu, Başarat və Armudluq kənd sakinləri Nadir İsmayıl oğlu Şükürovun (1955) və Nəriman Şükür oğlu Həmidovun (1933) məlumatlarından istifadə olunaraq qeyd olunub.
Emil Əliyarlı
Əliyarlı Emil Xudayar oğlu — azərbaycanlı rejissor, operator. == Həyatı == Emil Əliyarlı 30 avqust 1983-cü ildə Rusiyanın Pyatiqorsk şəhərində anadan olub. Sabir Rəzzaqov adına Cəlilabad şəhər 7 nömrəli orta məktəbi bitirib. 2000-ci ildə "Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin" "İdarəetmə və turizm" fakültəsinin qiyabi şöbəsinə daxil olub. 2004-cü ildə Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin idarəetmə və turizm fakültəsini bitirib. 2003-ci ilin dekabr ayından "Azad Azərbaycan"(ATV) teleradio yayım şirkətində operator assistenti vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2004-ci ilin fevral ayından "Azad Azərbaycan"(ATV) teleradio yaylm şirkətində tele-operator vəzifəsinə keçirilib. 2004-ci ildən "ATV" telekanalın Milli Məclisdə akkreditə olunmuş operatoru. 2006-cı ilidən isə "ATV" telekanalının Prezident Administrasiyasında akkreditə olunmuş operatoru kimi fəaliyyətə başlayıb. 2008-ci ilin fevral ayında "ATV" telekanılın baş operatoru vəzifəsinə təyin olunmuşdur.
Əlicanlı (Zərdab)
Birinci Əlicanlı
Birinci Əlicanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Süleyman Əliyarlı
Süleyman Sərdar oğlu Əliyarlı (18 dekabr 1930, Şahsevən eli – 16 yanvar 2014, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir. 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır. 1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib. 1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir.
Vaqif Əlixanlı
Vaqif Əlixanlı (tam adı: Əlixanov Vaqif Ənvər oğlu) — Azərbaycan nasiri, dramaturq, tərcüməçi. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2015-2022), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1972), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Azərbaycan SSR-nin Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub. Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb. "Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib. 1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub. O vaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib. 1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır.
İkinci Əlicanlı
İkinci Əlicanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Girvan düzündə yerləşir. Qarabağdan gəlmə ailələrin məskunlaşması nəticəsində yarandığından Qarabağ Alıcanlısı da adlanır. Oykonimin birinci komponenti ərazidəki Alıcanlı adlanan yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə xidmət edir. Kənddə 2-ci Alıcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
İltifat Əliyarlı
İltifat Musa oğlu Əliyarlı (1949, Birinci Şahsevən, Jdanov rayonu) — Tarixçi-alim, publisist, tarix üzrə fəlsəfə doktoru.[mənbə göstərin] İltifat Əliyarlı 1949-cu ildə Jdanov (indiki Beyləqan) rayonunun Birinci Şahsevən kəndində anadan olub. 1974-cü ildə ADU (indiki BDU)-nun tarix fakuitəsinin əyani şöbəsini bitirib. 1974–1981-ci illərdə Beyləqan rayonunda müəllim, 1982–1995-ci illərdə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan polisiinin tarixi üzrə respublikada ilk dəfə olaraq dissertasiya işi müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-tədqiqatla yanaşı ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul olub. İ. Əliyarlı 1996–2008-ci illərdə AR DİN-in "Mübariz keşikdə" qəzetində çalışıb. O, hazırda qüvvədə olan 2 iyul Polis Gününün təsis edilməsində yaxından iştirak edib. Tarix üzrə fəlsəfə doktoru İ. Əliyarlı polis və Azərbaycan tarixinə dair 6 kitabın və bir neçə elmi məqalələrin müəllifidir. Radio və televiziyada çıxışları olub, dövrü mətbuatda müxtəlif aktual mövzularda 1000-ə yaxın məqaləsi dərc edilib. İ. Əliyarlı 2008-ci ilin sentyabrından AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sistemində işləyib.
Əlicanlı (Sabirabad)
Əlicanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əlixanlı (Gürcüstan)
Əlixanlı — Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı. Əlixanlı- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı. Bu kənd adı xəzərlərin mənbələrdəki Alikan tayfasının adındandır. Erkən orta əsrlərdə Cənub-şərqi Avropada xəzərlərin bir tayfası Alikan adlanmışdı. Əlixanlı "Alikan tayfasına mənsub" mənasındadır.
Əlixanlı (Xudafərin)
Əlixanlı (fars. علي خانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (36 ailə).
Əlixanlı xalçaları
Əlixanlı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Əliyanlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əlibala Hacızadə
Hacızadə Əlibala Qüdrət oğlu (28 avqust 1935, Ağalıkənd, Biləsuvar rayonu – 8 oktyabr 2009, Bakı) — yazıçı, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953–1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966–1970). Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.
Əlibala Məhərrəmzadə
Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; d. 9 avqust 1976, Quba, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı. Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur. 2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Əlibala Nurəliyev
Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Əlibala Xudaverdiyev
Xudaverdiyev Əlibala Mürtəzaqulu oğlu (1901, Navahı k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Bonn (Almaniya) İnstitutuna göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Əlibala Şahsabahlı
Əli Fətulla oğlu Şahsabahlı (28 mart 1896, Tiflis – 13 yanvar 1973, İrəvan) — Azərbaycan aktyoru, rejissor, Ermənistan SSR əməkdar artisti (1945). Səhnə fəaliyyətinə 1911-ci ildə Tiflisdə Azərbaycan teatr truppasında başlamışdır. 1922–1937-ci illərdə Tiflis Azərbərbaycan Teatrında, 1937–1949-cu illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1938-ci ildə tamaşaya qoyduğu "Arşın mal alan" musiqili komediyası onun ən yaxşı rejissorluq işlərindəndir.
Əlibala Şirinov
Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı. Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir. 1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir. Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur. 1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur. Ona hamı hörmət və ehtiram bəsləyirdi.
Əlinağı Vəziri
Polkovnik Əlinağı Vəziri-(1887, Tehran, İran - 9 Sentyabr 1979) Tarzən, bəstəkar, musiqişünas və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Əlibala Əsədov
Əlibəyli
Əlibəyli — Soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmışlar Elçin Əlibəyli — televiziya aparıcısı, alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939) Qulamhüseyn Əlibəyli — Sağ mərkəzçi mövqedə dayanan Aydınlar Partiyasının sədri Gülrux Əlibəyli — Azərbaycan ədəbiyyatşünası, Filologiya elmləri doktoru. Məryəm Əlibəyli — bəstəkar, musiqişünas. Tapdıq Əlibəyli — Azərbaycan şairi, publisist, Azərbaycanda Əlibəyli (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Əlibəyli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Əlibəyli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Ermənistanda Əlibəyli (Üçkilsə) — Ermənistanın Üçkilsə rayonunda kənd.
Elçin Əlibəyli
Elçin Əlibəyli (tam adı: Əlibəyli Elçin Vidadi oğlu; 5 dekabr 1978, İrəvan) — televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru (2005), Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü (2006). == Həyatı == Elçin Əlibəyli 5 dekabr 1978-ci ildə İrəvan şəhərində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, 2002-ci ildə ADMİU-nun magistraturasını fərqlənmə ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxuyub. 1995-1998-ci illərdə "Virtuoze" və "Korifey" productionlarda redaktor, 1998-2005-ci illərdə "SOY TV"də Baş redaktor, 2005-2007-ci illərdə "CNF production"da Baş direktor vəzifəsində çalışıb. 2007-2011-ci illərdə Azad Azərbaycan Teleradio Yayım Şirkətinin Bədii rəhbəri olub. 2011-2012-ci illərdə "Azərbaycan xalçaları" elmi-bədii jurnalının Baş direktoru təyin olunub . 2012-2013-cü və 2016-2017-ci illərdə Publika.az portalında Baş direktor kimi çalışıb. Azərbaycan Media Akademiyasına rəhbərlik edir. 2023-cü ildən Baku TV Qərbi Azərbaycan Departamentində müəllif və aparıcı kimi çalışır.
Etibar Etibarlı
Etibar Etibarlı — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü. == Həyat və fəaliyyəti == Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir. === Bədii fəaliyyəti === İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş: Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir.
Gülrux Əlibəyli
Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı – 15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978). == Həyatı == Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. == Fəaliyyəti == Gülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub. Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub. Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur.
Həsən Əlibəyli
Həsən Əlibəyli — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü, "Azərbaycanın beynəlxalq əlaqələri tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvü. == Həyatı == Həsən Əlibəyli 1935-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra 1958-1959-cu illərdə həmin fakültənin dekan köməkçisi vəzifəsində işləmişdir. 1959–1963-cü illərdə Əfqanıstanda fars dili mütərcimi, Əfqanıstan üzrə ekspert kimi vəzifələri icra etmişdir. 1964-1967-ci illərdə SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxumuş və 1967-ci ildə həmin institutda "Əfqanıstanın xarici siyasətinin əsas problemləri (1946–1966-cı illər)" adlı namizədlik dissertasiyasını vaxtından dörd ay əvvəl müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almağa layiq bilinmişdir. 1967–1972-ci illərdə İranda metallurgiya zavodunda baş mühəndisin köməkçisi və ictimai əsaslarla SSRİ-nin İsfahandakı Baş Konsulluğunda Protokol məsələləri üzrə attaşe vəzifəsində işləmişdir. 1972-ci ildən 1992-ci ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, baş elmi işçi və İran tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992–1995-ci illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində müşavir və 1993–1995-ci illərdə Azərbaycan Respublikasının İranda müvəqqəti işlər vəkili vəzifəsində işləmişdir. O, 7 aprel 1992-ci il tarixində Azərbaycan Respublikaçılar Partiyası təmsilçisi olaraq Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. 1989-cu ildə SSRİ Xarici İşlər Naziriliyinin Diplomatiya Akademiyasında "İranın həmsərhəd Şərq ölkələri ilə siyasi münasibətləri (problemlər və təmayüllər)" adlı doktorluq dissretasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
Mikayıl Əlibəyli
Məryəm Əlibəyli
Məryəm Əliəkbər qızı Əlibəyli (d. 1 oktyabr 1968) — bəstəkar, musiqişünas. Məryəm Əli Əkbər Qızı Əlibəyli 1 oktyabr 1968-ci ildə Bakıda anadan olmuşdur. 1976-1987-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində "fortepiano və tarixi nəzəriyyə" ixtisası üzrə təhsil almış, 8-ci sinifdən hekayə, şeir və mahnılar yazmağa başlamışdır. 1987-1991-ci illərdə Bakı Musiqi Akademiyasının "tarixi nəzəriyyə və musiqişünaslıq" fakültəsində təhsil alaraq musiqişünas ixtisasına yiyələnmişdir. 1993-2000-ci illərdə xalq artisti, bəstəkar Aqşin Əlizadənin tövsiyəsi ilə Azərbaycan Dövlət Teleradio şirkətində - televiziyada musiqi redaksiyasında, radioda "Xarici ölkələrə verilişlər" şöbəsində musiqi redaktoru vəzifələrində çalışmışdır. "Durna teli", "Ailələr və talelər", "Xəyalə və dostları", "Çərək, çərək, gəl görüşək", "Uşaqların şəhəri" adlı televiziya proqramlarının musiqi və ssenari müəllifi, musiqi redaktoru olmuşdur. 1990-cı ildə Xəyalə Manaflını 5 yaşında estrada janrında oxuyan ilk uşaq müğənni kimi səhnəyə gətirmiş, musiqi prodüseri kimi onun formalaşmasında əmək sahibi olmuşdur. 2000-ci ildə bəstəkar Natiq Qəzənfəroğlu ilə birlikdə gənclərdən ibarət "NM" pop qrupunun, 2004-cü ildə isə Azərbaycanda ilk uşaq pop qrupu olan "Can Bala" qrupunu yaratmış və bədii rəhbəri olmuşdur. 2005-2015-ci illərdə "Noğullar", "Gülən Notlar","Kəpənəklər", "Dostlar" kimi uşaq estrada qruplarının yaradıcısı və musiqi rəhbəri olmuşdur.
Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Surxay oğlu Əlibəyli (1958, Köhnə Alvadı, Masallı rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, Aydınlar Partiyasının sədri (2008–2023). Qulamhüseyn Əlibəyli 1958-ci il sentyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı qəsəbəsində şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1981–1985-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində Konstitusiya hüququ Kafedrasının aspirantı olub. İngilis və rus dillərini bilir. Qulamhüseyn Əlibəyli ailəlidir, dörd övladı var. Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin (Əbülfəz Elçibəy) parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışmışdır. 1995-ci il parlament seçkilərində Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 3-cü sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.
Xanımana Əlibəyli
Xanımana Sabir qızı Əlibəyli (20 aprel 1920, Bakı – 7 may 2007, Bakı) — Azərbaycan yazıçısı. Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Atası genaral Ağasəlim bəy Əlibəyovun oğlu Sabir bəy Əlibəyov 1886-cı ildə Bakıda anadan olmuşdur. Məsumə xanım Qarayeva ilə evlənmişdir. Xanımana Əlibəylinin atası Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.1966-cı ildə vəfat etmişdir. Xanımananın anası Məsumə xanım Qarayeva H. Z. Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi. Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur.
Şəfəq Əlibəyli
Əlibəyli Şəfəq Ənvər qızı — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru. Şəfəq Əlibəyli 1949-cu ildə Bakı şəhərində şair Ənvər Əlibəylinin ailəsində anadan olmuşdur. Bakı şəhəri 190 saylı orta məktəbi bitirdikdən sonra BDU-nin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil almışdır. Oxuduğu müddətdə Lenin Təqaüdünə layiq görülmüş və 1971-ci ildə həmin fakültəni Fərqlənmə Diplomu ilə bitirmişdir. 1971-1973-cü illərdə Əfqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işləmiş, həmin illərdəki yüksək səviyyəli tərcüməçilik fəaliyyətinə görə Ümumittifaq Gənclər İttifaqının Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1973-cü ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlamışdır. 1985-ci ildə Gürcüstan Dövlət Universitetində «Fars dilində antonimlərin struktur-semantik təsnifatı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil omuş, 1990-cı ildə həmin fakültəni Fərqləmə Diplomu ilə bitirərək ictimai-siyasi işçi ixtisasına yiyələnmişdir. Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləmişdir.
Əlibəyli (Miyanə)
Əlibəyli (fars. علي بيگلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (7 ailə).
Əlibəyli (Qax)
Əlibəyli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürmük çayının sahilində, Alazan-Həftəran vadisindədir. İlisu sultanı Əlibəy Sultanın (XVII əsrin sonu-XVIII əsrin əvvəli) adı ilə bağlıdır. Yaşayış məntəqəsi Əlibəyə məxsus ərazidə ingiloy ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaxınlığındakı dağ da Əlibəyli adlanır; 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 525 təsərrüfatda hər iki cinsdən toplam 1821 nəfər əhali yaşamaqdadır. Kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir. Moisey Georgiyeviç Canaşvili - (19.03.1855 - 19.04.1934) tarixci-etnoqraf.Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. Kənddə Mədəniyyət Evi var.
Əlibəyli (Qoşaçay)
Əlibəyli (fars. علي بيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,005 nəfər yaşayır (255 ailə).
Əlibəyli (Tovuz)
Əlibəyli — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd. Kənd Qışlaq və Təpəbaşı adlanan iki hissədən ibarətdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi Əlibəy adlı şəxsə aid qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Əlibəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə, Ermənistan ilə sərhəddə yerləşir. Rus çarlığı arxivlərindən məlum olur ki, kəndin əhalisi XIX əsrin əvvəllərində Tblisi quberniyasına bağlı Dəmirçihəsənli nahiyəsindəki Qacarlı kəndindən köçürülmüşdür. Kənd əhalisi Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərmişdir. Müharibə şəraitində yaşamalarına baxmayaraq heç kim kəndi tərk etməmiş, qadın və uşaqlar Tovuz rayonundakı "rus məktəbi" adlandırılan məktəbə köçmüş, kişilər isə kənddə qalaraq öz yurd-yuvalarını müdafiə etmişlər. Bakı şəhərində yaşayan əlibəylilərin təşəbbusi ilə 1989-cu illərdə Əlibəyli xeyriyyə cəmiyyəti yaradılmış, kəndə həm maddi, həm də mənəvi dəstək göstərilmişdir. Həsənov Sərxan Habil oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Anar Hüseyn oğlu (1982-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Əlibəyli (Urmiya)
Əlibəyli (fars. علي بيگلو‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 913 nəfər yaşayır (267 ailə).
Sabir Etibarlı
Sabir Etibarlı (Etibarlı Sabir Abdul oğlu; 1953, Göylər, Şamaxı rayonu) — Azərbaycan alimi, neyrocərrah, əməkdar həkim, tibb elmlər doktoru, professor. 2004-cü ildə Neyrocərrahlıq üzrə Azərbaycan dilində çap olunmuş ilk dərsliyin müəllifidir. Sabir Etibarlı 23 avqust 1953-cü ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Tibb Universitetinə müalicə işi ixtisası üzrə daxil olmuş, 1977-ci ildə məzun olmuşdur. 1983-cü ildə Kiyev şəhərində Kəkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma kursu keçmişdir. 20 sentyabr 2010-cu ildə Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Sabir Etibarlıya Əməkdar Həkim fəxri adı verilmişdir.
Şəhriyar Əlibəyli
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Əlibəyli Şəhriyar